Məhkəmə qərarları › İş №e-2(056)-2196/2025

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(056)-2196/2025

30.10.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(056)-2196/2025 30.10.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X16 Bağırovun sədrliyi, Rəşad Akif oğlu Rüstəmovun katibliyi, İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs X4, onların etibarnamə üzrə nümayəndəsi - vəkil Nümayəndə1, Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi - Vəkil2, iddiaçılar tərəfdən üçüncü şəxs X7 iştirakı ilə, İddiaçı - Cavabdeh qarşı “miras əmlaka payın müəyyən edilməsi” barədə (X11 və X15 iddiaçı tərəfdən üçüncü şəxslər olan) iddia tələbinə dair, müstəqil tələb irəli sürən üçüncü şəxs X4 - Cavabdeh qarşı “miras əmlaka payın müəyyən edilməsi” barədə iddia tələbinə dair mülki işə xx.xx.2025-ci il tarixdə Sabirabad şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı “miras əmlaka payın müəyyən edilməsi” (X11 və X15 iddiaçı tərəfdən üçüncü şəxslər olan) tələbi barədə iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabirabad rayonu, Qalaqayn kəndində yerləşən kənd təsərrüfatlı təyinatlı 0.42 ha torpaq sahəsində atasına məxsus payının - 0.105 ha torpaq sahəsinin 1/5 hissəsində, Sabirabad rayonu, Qalaqayın kəndində yerləşən yaşayış məntəqələri təyinatlı 0.17 ha. torpaq sahəsində atasına məxsus payının - 0.034 ha. torpaq sahəsinin 1/5 hissəsində, həmçinin ona məxsus 32 baş iribuynuzlu və 56 baş xırdabuynuzlu mal-qaranın 1/5 hissəsində vərəsəlik payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, onun atası X5 xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Hazırda onda olan məlumata əsasən atasından miras kimi 32 baş iribuynuzlu, 56 baş xırdabuynuzlu mal qara, həmçinin Sabirabad rayonu, Qalaqayn kəndində yerləşən 0.42 ha. kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin 0.105 ha. hissəsi və 0.17 ha. torpaq sahəsinin 0.034 ha. hissəsi miras qalmışdır. Onun atasının arvadı Cavabdeh iddia edir ki, mal-qara ona çatmalıdır. Bu səbəbdən vərəsələr arasında mübahisə mövcuddur. Sabirabad regional "ASAN Xidmət" Mərkəzində notariat ofisinin xx.xx.2025-ci il tarixli, 1078 nömrəli məktubuna əsasən sonuncu tərəflər arasında mübahisə olduğundan vərəsəlik bölgüsunü aparmaqdan imtina etmiş və tərəflərə məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Bu səbəbdən o, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X9 - Cavabdeh qarşı “miras əmlaka payın müəyyən edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sabirabad rayonu, Qalaqayn kəndində yerləşən kənd təsərrüfatlı təyinatlı 0.42 ha torpaq sahəsində atasına məxsus payının - 0.105 ha torpaq sahəsinin 1/5 hissəsində, Sabirabad rayonu, Qalaqayın kəndində yerləşən yaşayış məntəqələri təyinatlı 0.17 ha. torpaq sahəsində atasına məxsus payının - 0.034 ha. torpaq sahəsinin 1/5 hissəsində, həmçinin ona məxsus 32 baş iribuynuzlu və 56 baş xırdabuynuzlu mal-qaranın 1/5 hissəsində vərəsəlik payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs X9, həmçinin onların etibarnamə üzrə nümayəndəsi - vəkil Nümayəndə1 iddia tələblərini müdafiə edib, iddia ərizələrinə uyğun məzmunda izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddianın Sabirabad rayonu, Qalaqayn kəndində yerləşən kənd təsərrüfatlı təyinatlı 0.42 ha torpaq sahəsinini 0.105 ha. hissəsinə və 0.17 ha. torpaq sahəsinin 0.034 ha. hissəsinə 1/5 hissədə miras paylarının müəyyən edilməsi tələbləri hissəsində tam etiraf edib, eyni zamanda iddianın miras qalmış malqaraya payların müəyyən edilməsi hissəsində qismən etiraf edərək, miras əmlak kimi istinad edilən mal-qaradan xırda buynuzlu qoyun-quzunun onunla mərhum ərinin birgə nikahı dövründə təxmini iki il əvvəl əldə edib saxladıqlarını və sayının 56 baş deyil, ikisi tələf olduqdan sonra hazırda məhz 38 baş xırda buynuzlu mal qaranın (qoyun-quzunun) mövcudluğunu, həmçinin miras qalmış iribuynuzlu malqaradan 19 baş inək və 10 baş inək balası olmaqla ümumilikdə 29 baş iribuynuzlu malqaradan 10 baş inək balalarının onunla mərhum ərinin birgə nikahı dövründə təxmini altı ay əvvəl olar ki doğulmasını qeyd edərək, bununla da iddianı miras qalmış ümumilikdə 24 (ondan 5 baş bala) baş iribuynuzlu mal qaraya və miras qalmış 19 baş xırdabuynuzlu mal qaraya vərəsəlik paylarının müəyyən edilməsi hissədə qismən etiraf etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh etibarnamə üzrə nümayəndəsi - Vəkil2, iddianın Sabirabad rayonu, Qalaqayn kəndində yerləşən kənd təsərrüfat təyinatlı 0.42 ha torpaq sahəsinini 0.105 ha. hissəsinə və 0.17 ha. torpaq sahəsinin 0.034 ha. hissəsinə 1/5 hissədə miras paylarının müəyyən edilməsi tələbləri hissəsində tam etiraf edib, eyni zamanda iddianın miras qalmış mal-qaraya payların müəyyən edilməsi hissəsində qismən etiraf etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçılar tərəfdən üçüncü şəxs X11 iddia tələblərini müdafiə edib, iddiaların təmin edilməsini məhkəmədən xahiş etmişlər. Üçüncü şəxs X10 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nın 185.5-ci maddəsinə əsaslanaraq işə üçüncü şəxs S.Y.Ələkbərovanın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, işdə olan sübutları hərtərəfli, tam və obyektiv araşdırıb, iş üzrə müəyyən olunmuş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi Dairəsi tərəfindən “Mirzəyev və Partnyorları” Vəkil bürosuna ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda qeyd olunur ki, X3 mülkiyyətində olan daşınmaz əmlaklar barədə məlumat verilməsi ilə bağlı bildiririk ki, X3 adına (ümumibirgə pay) keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Sabirabad rayonu, Qalağayın kəndində 0,4163 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə aid JN-233 nömrəli xx.xx.1998-ci il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktı, Sabirabad rayonu, Qalağayın kəndində 0.17 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinə aid JN-233A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. İş materiallarında olan Torpağa mülkiyyət hüququna dair JN 233, KOD 90910018 saylı dövlət aktından görünür ki, Sabirabad rayon Qalaqayın kəndində yerləşən 0.42 ha. torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə X5 və onun 3 nəfərdən ibarət ailə üzvlərinin ümumi mülkiyyətidir. İş materiallarında olan Torpağa mülkiyyət hüququna dair JN 233A, KOD 90910018 saylı dövlət aktından görünür ki, Sabirabad rayon Qalaqayın kəndində yerləşən 0.17 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə X5 və onun 4 nəfərdən ibarət ailə üzvlərinin ümumi mülkiyyətidir. İş materiallarında olan Sabirabad RİHB-nın Qalaqayın KİƏNÜN tərəfindən Sabirabad Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Sabirabad RİHB-nin Qalağayın KİƏD üzrə nümayəndəliyi 18 sentyabr 2025 ci il tarixli № 2(056)- 2196/2025 saylı məktubunuza cavab olaraq bildirir ki Qalağayın kənd sakini X1 01 yanvar 2025 ci il tarixinə özünə məxsus mülkiyyətində 29 baş iri buynuzlu mal-qarası və 30 baş qoyunu qeyd olunmuşdur. X1 aşağıdakı tərkibdə vərəsələri vardır: qızı - İddiaçı, qızı - X9, qızı - X7, arvadı - Cavabdeh və anası - X15. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1968-ci il tarixdə anadan olmuş, atası X6, anası X15. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən vəkil Nümayəndə1 ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, X3 vəfat etdiyi zaman sağ olan birinci növbəli vərəsələri barədə məlumatın istənilməsi ilə bağlı müraciətinizə baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin "Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində axtarış aparılarkən Məzahir Ələkbərovun doğumunun xx.xx.1969-cu ildə Sabirabad rayonunun Qalaqayın icra nümayəndəliyində qeydə alındığı, atasının X6, anasının isə X12 olduğu müəyyən edilmişdir. M.Ələkbərovun xx.xx.1992-ci ildə Sabirabad rayonunun Qalaqayın icra nümayəndəliyində xx.xx.1958-ci il təvəllüdlü Ələkbərova (Salamova) Sonaxanım Bağır qızı ilə bağlanmış nikahının pozulması xx.xx.2019-cu ildə Sabirabad rayon qeydiyyat şöbəsində qeydə alınmışdır. Onların birgə nikahından Nigar Ələkbərova, Nuriyyə Ələkbərova, İddiaçı və Solmaz Ələkbərova (xx.xx.1998-ci ildə vəfat edib) adlı övladları doğulmuşdur. Bununla yanaşı M.Ələkbərovun xx.xx.2021-ci il tarixdə Sabirabad "ASAN xidmət mərkəzindəki qeydiyyat şöbəsində başqa şəxslə nikahının qeydə alındığı məlum olmuşdur. Həmçinin bildiririk ki, "Elektron notariat" informasiya sistemində aparılmış araşdırma nəticəsində xx.xx.2025-ci il tarixdə vəfat etmiş mərhum M.Ələkbərovun adına vərəsəlik işinin açılması aşkar olunmamışdır. İddiaçılar (müstəqil tələb üzrə üçüncü şəxs) tərəfindən irəli sürülmüş tələbdən görünür ki, onlar Sabirabad rayon Qalaqayın kəndində yerləşən 0.42 ha. və 0.17 ha torpaq sahələrinin miras qalan hissələrinə 1/5 hissədə vərəsəlik paylarının müəyyən edilməsini xahiş edirlər. Torpağa mülkiyyət hüququna dair Dövlət AKTlarından görünür ki, 0.42 ha. torpaq sahəsi miras qoyan X5 da daxil edilməklə ümumilikdə 4 nəfər mülkiyyətçidən ibarət, 0.17 ha. torpaq sahəsi isə ümumilikdə 5 nəfər mülkiyyətçidən ibarət ümumi birgə mülkiyyətdədir və mülkiyyətçilərin payları ayrı-ayrılıqda çıxarışda qeyd olunmamışdır. Mülki Məcəllənin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Qanunun bu tələbinə əsasən məhkəmə qeyd edir ki, Torpağa mülkiyyət hüququna dair Dövlət AKTlarında miras əmlak olan torpaq üzərində hər mülkiyyətçinin payı konkret göstərilmədiyindən, yəni müəyyən edilə bilmədiyindən, həmin əmlaklarda hər mülkiyyətçinin payı bərabər hesab edilir, yəni 0.42 ha. torpaq sahəsinə münasibətdə hər bir mülkiyyətçinin payı ¼ hissədə, 0.17 ha. torpaq sahəsinə münasibətdə isə hər bir mülkiyyətçinin payı 1/5 hissədə hesab edilir. Bu baxımdan miras qoyan X1 Sabirabad rayon Qalaqayın kəndində yerləşən 0.42 ha. torpaq sahəsinə münasibətdə ¼ hissədəki payı 0,105 ha. həcmdə, 0.17 ha. torpaq sahəsinə münasibətdə 1/5 hissədəki payı isə 0,034 ha. həcmdə müəyyən edilir. Cavabdeh tərəfindən tələbin bu hissəsi etiraf edildiyindən və bu etiraf qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından məhkəmə MPM-nın 52.5 və 191.3-cü hissəsinə əsaslanaraq hesab edir ki, xx.xx.2025-ci il tarixdə vəfat etmiş X2 Torpağa mülkiyyət hüququna dair JN-233 KOD 90910018№-li Dövlət AKTı əsasında ümumi mülkiyyətdə olan Sabirabad rayonu, Qalağayın kəndində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı 0.42 ha. torpaq sahəsinin miras qalmış 0,105 ha. hissəsinə və Torpağın mülkiyyətə verilməsinə dair JN-233A KOD 90910018 №-li Şəhadətnamə əsasında ümumi mülkiyyətdə olan Sabirabad rayonu, Qalağayın kəndində yerləşən 0.17 ha torpaq sahəsinin miras qalmış 0,034 ha. hissəsinə İddiaçı, X4, X7, Cavabdeh və X8 hər birinin 1/5 hissədə qanun üzrə vərəsəlik hüquqları (miras payı) tanınmalıdır. MPM-nın 52.5-ci maddəsinə əsasən iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmçinin məhkəmə iddia tələblərinin miras qalmış mal-qaraya vərəsəlik paylarının müəyyən edilməsi hissəsinə aşağıdakıları qeyd edir. Belə ki iddiaçılar (müstəqil tələb üzrə üçüncü şəxs) miras qalmış mal-qaranın 32 baş iribuynuzlu və 56 baş xırdabuynuzlu heyvanlardan ibarət olmasına əsaslansalar da, iddia tələbinin əsası kimi istinad etdikləri həmin hallara dair hər hansı sübutu məhkəməyə təqdim etməmişlər. Məhkəmə xüsusilə vurğulayır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Belə ki, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarından Avropa Məhkəməsi qeyd edir ki, konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tuturlar. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzib edilməsi oxşar fakt ehtimallarından irəli gələ bilər. Qavazov Bolqarıstana qarşı işi üzrə 06 mart 2008-ci il tarixli qərarından İnsan hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq sübüt standartları tətbiq edilir. Eyni zamanda cavabdeh tələbin bu hissəsini qismən etiraf edərək bildirmişdir ki, miras əmlak kimi istinad edilən mal-qaradan xırda buynuzlu qoyun-quzunun onunla mərhum ərinin birgə nikahı dövründə təxmini iki il əvvəl əldə edib saxladıqlarını və sayının 56 baş deyil, ikisi tələf olduqdan sonra hazırda məhz 38 baş xırda buynuzlu mal qaranın (qoyunquzunun) mövcudluğunu, həmçinin miras qalmış iribuynuzlu malqaradan 19 baş inək və 10 baş inək balası olmaqla ümumilikdə 29 baş iribuynuzlu malqaradan 10 baş inək balalarının onunla mərhum ərinin birgə nikahı dövründə təxmini altı ay əvvəl olar ki doğulmasını qeyd edərək, bununla da iddianı miras qalmış ümumilikdə 24 (ondan 5 baş bala) baş iribuynuzlu mal qaraya və miras qalmış 19 baş xırdabuynuzlu mal qaraya vərəsəlik paylarının müəyyən edilməsi hissədə qismən etiraf etmişdir. Beləliklə işin araşdırılmış hallarından müəyyən edilir ki, miras qalmış 38 baş xırda buynuzlu mal qara (qoyun-quzu) və 19 baş inək və 10 baş inək balası olmaqla ümumilikdə 29 baş iribuynuzlu malqaradan 10 baş inək balalarının X5 ilə Cavabdeh birgə nikahları dövründə onların birgə təsərrüfatına daxil edilmişdir. Bu səbəbdən cavabdeh miras əmlakda payları müəyyən edilən zaman həmin halın nəzərə alınmasını xahiş etmişdir. Lakin məhkəmə tərəflərin miras əmlakdakı paylarını müəyyən etməmişdən əvvəl, onların həmin əmlaka vərəsəlik hüquqlarının olub-olmamasının müəyyən edilməsini zəruri hesab edir. Mülki Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Göstərilən Məcəllənin 1159.1-ci maddəsinə əsasən birinci növbədə vərəsələr - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) sayılırlar. Mülki Məcəllənin 1243.1-ci madəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, habelə bu Məcəllənin 1256-cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (maddə 1243.2). Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir(maddə 1243.3). Məhkəmə qeyd edir ki, iddiaçılar (müstəqil tələb üzrə üçüncü şəxs), cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər miras qoyan X1 1-ci növbəli vərəsələri (anası, arvadı və üç nəfər uşaqları) olmaqla, onlar miras əmlaklara vərəsəlik hüququ əldə etmişlər. Lakin tərəflər arasında mirasın bölüşdürülməsi ilə bağlı ixtilaf (mübahisə) olduğu üçün, həmin əmlaka dair notariat orqanı tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Bu səbəbdən iddiaçılar miras əmlakın məhkəmə qaydasında bölünməsi və payların müəyyən edilməsi ilə bağlı məhkəmədə iddia qaldıqnmaqda tam haqlı olmuşlar. Məhkəmə miras əmlakda iddiaçıların paylarının müəyyən edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, miras qalmış 38 baş xırda buynuzlu mal qara (qoyun-quzu) və 19 baş inək və 10 baş inək balası olmaqla ümumilikdə 29 baş iribuynuzlu malqaradan 10 baş inək balalarının X5 ilə Cavabdeh birgə nikahları dövründə onların birgə təsərrüfatına daxil edilmişdir. Belə ki, Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Məhkəmə hesab edir ki, miras qalmış 38 baş xırda buynuzlu mal qara (qoyun-quzu) və ümumilikdə 29 baş iribuynuzlu malqaradan 10 baş inək balaları X5 ilə Cavabdeh birgə nikahları dövründə onların birgə təsərrüfatına daxil edildiyi halda, 38 baş xırda buynuzlu mal qara (qoyun-quzu) və 10 baş inək balaları onların bərabər hissələrdə paylı mülkiyyəti sayıldığı halda, miras əmlak kütləsinə həmin malqaranın yarı hissəsini təşkil edən, yəni 38 baş xırda buynuzlu mal qaranın (qoyun-quzu) 19 baş hissəsi və 10 baş inək balalarının 5 baş hissəsi miras əmlak kimi müəyyən edilməlidir. Məhkəmə işin araşdırılmış hallarına və istinad edilən maddi hüquq normalarına əsaslanaraq hesab edir ki, İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs X4 - Cavabdeh qarşı “miras əmlaka payın müəyyən edilməsi” tələblərinə dair iddiaları qismən təmin edilməli, xx.xx.2025-ci il tarixdə vəfat etmiş X2 Torpağa mülkiyyət hüququna dair JN-233 KOD 90910018№-li Dövlət AKTı əsasında ümumi mülkiyyətdə olan Sabirabad rayonu, Qalağayın kəndində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı 0.42 ha. torpaq sahəsinin miras qalmış 0,105 ha. hissəsinə, Torpağın mülkiyyətə verilməsinə dair JN-233A KOD 90910018 №-li Şəhadətnamə əsasında ümumi mülkiyyətdə olan Qalağayın kəndində yerləşən 0.17 ha torpaq sahəsinin miras qalmış 0,034 ha. hissəsinə, miras qalmış ümumilikdə 24 (ondan 5 baş bala) baş iribuynuzlu mal qaraya və miras qalmış 19 baş xırdabuynuzlu mal qaraya İddiaçı, X4, X7, Cavabdeh və X8 hər birinin 1/5 hissədə qanun üzrə vərəsəlik hüquqları (miras payı) tanınmalıdır. Göstərilənlərə əsasən və MPM-nın 216-220-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddiaçı - Cavabdeh qarşı “miras əmlaka payın müəyyən edilməsi” tələbinə dair iddiası və müstəqil tələb irəli sürən üçüncü şəxs X4 - Cavabdeh qarşı “miras əmlaka payın müəyyən edilməsi” tələbinə dair iddiası qismən təmin edilsin. xx.xx.2025-ci il tarixdə vəfat etmiş X2 Torpağa mülkiyyət hüququna dair JN-233 KOD 90910018№-li Dövlət AKTı əsasında ümumi mülkiyyətdə olan Sabirabad rayonu, Qalağayın kəndində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı 0.42 ha. torpaq sahəsinin miras qalmış 0,105 ha. hissəsinə, Torpağın mülkiyyətə verilməsinə dair JN-233A KOD 90910018 №-li Şəhadətnamə əsasında ümumi mülkiyyətdə olan Sabirabad rayonu, Qalağayın kəndində yerləşən 0.17 ha torpaq sahəsinin miras qalmış 0,034 ha. hissəsinə, miras qalmış ümumilikdə 24 (ondan 5 baş bala) baş iribuynuzlu mal qaraya və miras qalmış 19 baş xırdabuynuzlu mal qaraya İddiaçı, X4, X7, Cavabdeh və X8 hər birinin 1/5 hissədə qanun üzrə vərəsəlik hüquqları (miras payı) tanınsın. Hazırkı qətnamə İddiaçı, X4, X7, Cavabdeh və X8 adına yuxarıda istinad edilən 1/5 hissədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətinə elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet və Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar