Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № e-2(056)-2678/2024 04.11.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X1 Allahverdiyevin sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Sabirabad Rayon Məhkəməsinə müraciət etmişdir. Mülki işin məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixə təyin edilmişdir. Məhkəmə işdəki sənədləri nəzərdən keçirib hesab edir ki, mülki iş ərazi aidiyyəti pozulmaqla icraata götürülmüşdür. Belə ki, Elektron Məhkəmə İnformasiya Sisteminə baxış keçirilərkən müəyyən olundu ki, bu mülki işin baxılması Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə aiddir. Ona görə ki, Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Belə olan halda mülki iş mahiyyəti üzrə baxılması üçün ərazi aidiyyəti üzrə göndərilməlidir. Azərbaycan Respublikasının MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 31.1-ci maddəsinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə görə isə «iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə həmin Məcəllənin 44.2-ci maddəsinə görə öz icraatına qəbul etdiyi işi başqa məhkəməyə baxılmağa verir . Həmin Məcəllənin 45.2-ci maddəsinə görə «Mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) gündən 10 gün ərzində şikayət verilə bilər», Məcəllənin 45.3-cü maddəsinə görə isə «işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Həmin Məcəllənin 45.4-cü maddəsinə görə «bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir». Göstərilənlərə əsasən və Azərbayjan Respublikası MPM-nin 35, 44-45 və 263-264cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair mülki iş aidiyyəti üzrə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə göndərilsin. Qərardaddan onun surəti rəsmi verildiyi və ya alındığı vaxtdan 10 gün müddətində Sabirabad rayon məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(056)-2678/2024
Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №e-2(056)-2678/2024
04.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver