Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(056)-3407/2025 12.02.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ X11 Bağırovun sədrliyi, Rəşad Akif oğlu Rüstəmovun katibliyi ilə, iddiaçı təşkilatın nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin - Cavabdeh qarşı «kredit müqaviləsi üzrə pul tələbi» barədə iddiası üzrə mülki işə xx.xx.2026-cı il tarixdə Sabirabad rayonunda açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC - Cavabdeh qarşı «kredit müqaviləsi üzrə pul tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 4590.92 AZN əsas, 367.87 AZN faiz, 52.38 AZN cərimə borcu olmaqla cəmi 5011.17 AZN məbləğində pul vəsaitinin və ödənilmiş 70.12 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə bağlanmış xx.xx.2021-ci il tarixli kredit limiti müqaviləsinə əsasən X5 120 ay müddətinə, illik faiz dərəcəsi 34%-dən artıq olmamaq şərti ilə 50000 (əlli min) manat məbləğində kredit limiti ayrılmışdır. Əsas kredit limiti razılaşmasının şərtlərinə uyğun olaraq xx.xx.2022-ci il tarixli SMS razılaşmasına əsasən İddiaçı ASC tərəfindən X5 30 ay müddətinə illik 15% dərəcəsi ilə (aylıq ödəniş 201.41 manat olmaqla hər ayın 10-dək ödənilmək şərti ilə) 5000 manat məbləğində kredit verilmişdir. X7 xx.xx.2022-ci il tarixində vəfat etmişdir. Kredit öhdəlikləri lazımı qaydada icra edilməmişdir. Sabirabad regional “ASAN xidmət” mərkəzində notariat ofisinə göndərilmiş vəkil sorğusu vasitəsilə əldə etdikləri sənədlərə əsasən, Sabirabad regional “ASAN xidmət” mərkəzində notariat ofisində vərəsəlik işi açılmış və onun əsasında vərəsəyə xx.xx.2023-cü il tarixli, 2V300 reyestrli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Mərhumun vərəsələri Cavabdeh, X6, X2r. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında verilən miras əmlak-mərhum X4 adına hesablanmış son haqq-hesab məbləği (məzuniyyət kompensasiyası və orta aylıq əmək haqqının 3 misli miqdarında müavinət) 1816.27 manat pul vəsaitindən ibarətdir. Onu da qeyd etmək lazımdır ki, vərəsələrdən yalnız Cavabdeh yetkinlik yaşına çatmış şəxsdir. Odur ki, iddianın təmin olunması xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş iddiaçı təşkilatın nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddia tələblərinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq məhkəmə hesab edir ki, işə cavabdehin iştirakı iştirakı olmadan baxılması mümkündür. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini nəzərdən keçirib və işdə olan sənədləri hərtərəfli araşdırıb, iş üzrə müəyyən olunmuş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan İddiaçı ASC ilə X7 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 38040***-*******01L saylı Kredit Limiti Müqaviləsinə əsasən cavabdehə 120 ay müddətinə illik 34%-dən artıq olmamaq şərti ilə 50000 AZN məbləğində kredit limiti ayrılmış, Kredit Limiti müqaviləsinin şərtlərinə uyğun olaraq xx.xx.2022-ci il tarixli SMS razılaşmasına əsasən İddiaçı ASC tərəfindən cavabdeh X5 30 ay müddətinə illik 15% dərəcəsi ilə 5000 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, X4 xx.xx.2022-ci il tarixli Kredit müqaviləsi üzrə 4590.92 manat əsas kredit borcu, 367.87 manat faiz borcu, 52.38 AZN cərimə borcu olmaqla cəmi 5011.17 manat borcu qalmışdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Sabirabad regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu M.H.Zeynalovun xx.xx.2025-ci il tarixli məktubunun və Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh məhrum X1 qalmış miras əmlakdan 1/3 hissədə irs almışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 70.12 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş pretenziya məktubunun müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, cavabdehə banka olan borcunu qaytarmayacaqı təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İşdə olan sənədlərdən aydın olur ki, tərəflər müqavilə ilə ayrı qayda müəyyənləşdirməmiş, iddiaçı tərəfindən kredit borcunun ödənilməsinə dair dəfələrlə xəbərdarlıqlar edilmiş, lakin nəticəsiz qaldığından iddiaçı məhkəmədə iddia qaldırmışdır. İddiaçı öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edən sənədləri məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ASC ilə X7 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 38040***-*******01L saylı Kredit Limiti Müqaviləsinə əsasən X5 120 ay müddətinə illik 34%-dən artıq olmamaq şərti ilə 50000 AZN məbləğində kredit limiti ayrılmış, Kredit limiti müqaviləsinin şərtlərinə uyğun olaraq xx.xx.2022-ci il tarixli SMS razılaşmasına əsasən İddiaçı ASC tərəfindən X5 30 ay müddətinə illik 15% dərəcəsi ilə 5000 manat məbləğində kredit verilmişdir. Lakin müqavilənin tərəfi X7 xx.xx.2022-ci il tarixdə vəfat etmiş və kredit borcu qismən qaytarılsa da hazırda onun kreditora 4590.92 manat əsas kredit borcu, 367.87 manat faiz borcu, 52.38 AZN cərimə borcu olmaqla cəmi 5011.17 manat borcu yaranmışdır. Cavabdeh isə X4 vərəsəsi olaraq dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq borcu ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mövcud halda öhdəliklər müqavilənin tərəfləri arasında bağlanmış xx.xx.2021-ci il tarixli 38040***-*******01L saylı Kredit Limiti Müqaviləsindən əmələ gəlmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, cavabdeh vərəsəsi olduğu kredit müqaviləsinin tərəfi tərəf bağladığı kredit müqaviləsinin şərtlərinə uyğun şəkildə İddiaçı ASC qarşısında götürdüyü öhdəliklərinə əməl etməli olduğu halda, öhdəlikləri yerinə yetirməkdən birtərəfli qaydada imtina etmişdir ki, bu da yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsinin tərəfi olan X4 vərəsəsi olaraq kredit müqaviləsi üzrə nəzərdə tutulmuş öhdəliyi icra etməmişdir və bununla da xx.xx.2021-ci il tarixli 38040***-*******01L saylı Kredit Lmiti Müqaviləsindən xx.xx.2023-cü il tarixə yaranmış 4590.92 manat əsas kredit borcu, 367.87 manat faiz borcu, 52.38 AZN cərimə borcu olmaqla cəmi 5011.17 (beş min on bir manat on yeddi qəpik) AZN məbləğində pul vəsaiti Cavabdeh tutulub (alınıb) İddiaçı ASC-yə ödənilməlidir. Məhkəmə həmçinin tələbin iddia qaldırılması üçün 70.12 AZN ödənilmiş dövlət rüsumu əvəzinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və iddia tam təmin olunduğu halda isə məhkəmə xərclərinə aid edilən ödənilmiş dövlət rüsumunun əvəzi 70.12 (yetmiş manat on iki qəpik) AZN cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosesual Məcəlləsinın 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ASC ilə X7 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 38040***-*******01L saylı Kredit Limiti Müqaviləsindən yaranmış 4590.92 manat məbləğində əsas kredit borcu, 367.87 manat məbləğində faiz borcu, 52.38 manat cərimə borcu və məhkəməyə iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumunun əvəzi 70.12 manat, cəmi 5081,29 (beş min səksən bir manat iyirmi doqquz qəpik) AZN pul vəsaiti Cavabdeh tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(056)-3407/2025
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(056)-3407/2025
12.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver