Məhkəmə qərarları › İş №e-2(056)-600/2025

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(056)-600/2025

10.06.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(056)-600/2025 10.06.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «vurulmuş ziyanın ödənilməsi» barədə iddia tələbinə dair mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «vurulmuş ziyanın ödənilməsi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya vurulmuş maddi ziyanm əvəzi olaraq Cavabdeh 6483,85 manat, mediasiya xərci kimi ödənilmiş 60 manat, məhkəməyə dövlət rüsumu kimi ödənilmiş 51 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı “OBA Market" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən cavabdeh “Baş satıcı” vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2023-cü il tarixli X5 əsasən “Administrator” vəzifəsinə keçirilmiş,onunla “X12 haqqında” Müqavilə bağlanmışdır. Cəmiyyətin xx.xx.2024-cü il tarixli 21-x saylı Əmri ilə cavabdeh işdən azad edilmişdir. İddiaçı MMC-nin “Növbədənkənar inventarizasiyanın aparılması haqqında” xx.xx.2023-cü il tarixli, 2389 saylı Əmrindən göründüyü kimi, “Oba Pirşağı 4” mağazasında administator işləyən cavabdehin öhdəsində olan maddi ehtiyatların yoxlamasını aparmaq məqsədilə daimi fəaliyyətdə olan inventarizasiya komissiyasının tərkibində işçi qrupu yaradılmış, cavabdehin öhdəsində olan maddi ehtiyatların fiziki sayılaraq yoxlaması tapşırılmışdır. Cavabdehin administrator (maddi məsul şəxs) olduğu mağazada xx.xx.2023-cü il - xx.xx.2023-cü il tarixləri üzrə aparılmış inventarizasiya (içəsində tərtib edilmiş “İnventarizasiya nəticələrinə dair Akt”a əsasən cavabdehin Cəmiyyətə 6112,3 manat məbləğində maddi ziyan vurması (çatışmazlıq) aşkar edilmişdir. Həmin inventarizasiya zamanı tərtib edilmiş cavabdehin öz əlyazması və imzası ilə təsdiq edilmiş “İnventarizasiya Komissiyasına İltizamnamə”dən göründüyü kimi cavabdeh sayımda tam olaraq iştirak etmiş, öhdəliyində olan bütün mallar sayılmış, sayılan miqdarlar yoxlanılmış, tapılmış səhvlər düzəliş olunmuş, sonda artıq və əskik mallardan xəbərdar olunmuşdur. İnventarizasiya yoxlamasının nəticələri ilə tanış olub maddi məsul şəxs kimi inventarizasiya prosesinin nəticələri ilə bağlı izahat verməsi və müvafiq sənədləri imzalaması üçün cavabdehə xəbərdarlıq məktubları göndərilsə də, cavabdeh ziyanla bağlı izahat verməkdən və müvafiq sənədləri imzalamaqdan imtina etmişdir ki, bununla bağlı komissiya üzvləri tərəflər arasında bağlanmış "X12 haqqında Müqavilə"nin 3.3-cü bəndinə müvafiq olaraq İmtina Aktlarını tərtib etmişlər. “Oba Market" MMCnin “Növbədənkənar inventarizasiyanın aparılması haqqında” xx.xx.2024-cü il tarixli, 59 saylı Əmrindən göründüyü kimi, “Oba Pirşağı 4” mağazasında administator işləyən cavabdehin öhdəsində olan maddi ehtiyatların yoxlamasını aparmaq məqsədilə daimi fəaliyyətdə olan inventarizasiya komissiyasının tərkibində işçi qrupu yaradılmış, cavabdehin öhdəsində olan maddi ehtiyatların maddi məsul şəxslərin (mağazanı təhvil verən və təhvil alan administratorların) bilavasitə iştirakı ilə fiziki sayılaraq yoxlaması tapşırılmışdır. İnventarizasiya yoxlamasının xx.xx.2024-cü il tarixdə keçiriləcəyi barədə cavabdehə həm şifahi, həm də rəsmi qaydada öncədən məlumat verilmişdir. Cavabdehin administrator (maddi məsul şəxs) olduğu mağazada xx.xx.2023-cü il - xx.xx.2024-cü il tarixləri üzrə aparılmış inventarizasiya nəticəsində tərtib edilmiş "İnventarizasiya nəticələrinə dair Akf'a əsasən cavabdehin Cəmiyyətə 2511,82 manat məbləğində maddi ziyan vurması çatışmazlıq) aşkar edilmişdir. İnventarizasiya yoxlamasının nəticələri ilə tanış olub maddi məsul şəxs kimi inventarizasiya prosesinin nəticələri ilə bağlı izahat verməsi və müvafiq sənədləri imzalaması üçün cavabdehə xx.xx.2024-cü il tarixli, DN 633 nömrəli xəbərdarlıq məktubu göndərilsə də, cavabdeh ziyanla bağlı izahat verməkdən və müvafiq sənədləri imzalamaqdan imtina etmişdir ki, bununla bağlı komissiya üzvləri tərəflər arasında bağlanmış "X12 haqqında Müqavilə"nin 3.3-cü bəndinə müvafiq olaraq İmtina Aktlarını tərtib etmişlər. Cəmiyyətin xx.xx.2024-cü il tarixli Maliyyə Arayışından göründüyü kimi, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra Cavabdeh yekun olaraq qalıq borcu 6483,85 manat təşkil edir. Qalıq borcunun ödənilməsi barədə cavabdehə dəfələrlə müraciətlər edilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. İddiaçı MMC-nin nümayəndəsi X6 məhkəməyə elektron ərizə ünvanlayaraq işlərinin çoxluğu səbəbindən məhkəmə iclasında iştirak edə bilməyəcəklərini və işə onların iştirakı olmadan baxıb qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı MMC tərəfindən verilmiş 16 sentyabr 2024-cü il tarixli "xxxx" MMC-də çalışmış Cavabdeh Fizuli qızının maddi məsuliyyətinə verilən maddi sərvətlər üzrə aparılmış və yekunlaşmış təftiş yoxlaması barədə arayışdan görünür ki, Cavabdeh Fizuli qızı ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında xx.xx.2023-cü il tarixində 6112.30 (altı min bir yüz on iki manat, 30 qəpik) AZN və xx.xx.2024 cü il tarixində 2127.43 (iki min bir yüz iyirmi yeddi manat, 43 qəpik) AZN çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə satış dövriyyəsini qarşıladığı üçün müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləği əskikgəlmələrə görə ümumi olaraq 6483.85 (altı min dörd yüz səksən üç manat, 85 qəpik) AZN borcu qalmışdır. Beləliklə Cavabdeh Fizuli qızının 16 sentyabr 2024-cü il tarixinə "xxxx" MMC-ə olan ümumi borcu 6483.85 (altı min dörd yüz səksən üç manat, 85 qəpik) AZN təşkil edir. İş materiallarına əlavə edilmiş İddiaçı MMC-nin xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixlərində keçirilən inventarizasiya yoxlamasının sonunda administrator vəzifəsində Cavabdeh Fizuli qızına aid aşkarlanan yekun nəticələrə "Təbii itki normaları" tətbiq edilməsi məqsədi ilə 471 nömrəli, xx.xx.2024-cü il tarixli əmrdən görünür ki, İddiaçı MMC-nin mağazalarında keçirilən inventarizasiya yoxlamalarının sonunda aşkarlanan yekun nəticələrin "Təbii itki normaları" çıxıldıqdan sonra yerdə qalan kənarlaşma hissəsi maddi məsul şəxs administrator Cavabdeh Fizuli qızından tələb olunması, "Təbii itki norması" satış dövriyyəsinin 0,7 % faizi müəyyən edilməsi əmr edilmişdir. İş materiallarına əlavə edilmiş 31 may 2024-cü il tarixli imtina aktına əsasən "07 "iyun 2023 cü il tarixli "N° 167 li əmr ilə təyin olunmuş komissiyanın sədri: Maliyyə Direktoru : X7 ; Komissiyyanın sədr müavini: Mühasibatlıq Departament müdiri:X2, Komissiyanın üzvləri: Daxili Nəzarət Departament müdiri: X3;Satış Əməliyyatları direktoru: X4; İnventarizasiya şöbə müdiri - X1 ibarət heyətdə təyin edilmiş komissiyanın iştirakı ilə həmin aktı tərtib etmişlər ondan ötəri ki , "xxxx" MMC nin ünvan 1 ünvanında yerləşən OBA-Pirşağı 4 (443) mağazasında, həmin mağaza üzrə maddi məsul şəxs Cavabdeh Fizuli qızının iştirakı ilə xx.xx.2023- cü il tarixi vəziyyətinə inventarizasiya keçirilmiş, inventarizasiya nəticəsində çatışmamazlıqlar aşkar edilmiş və bu barədə müvafiq sənədlər toplanılmışdır. Maddi məsul şəxs Cavabdeh Fizuli qızı inventarizasiyanın aparılmasında iştirak etmiş, lakin araşdırmanın nəticələri ilə tanış olmamışdır və heç bir əsaslı səbəb bildirmədən ilkin və yekun sənədləri imzalamaqdan və əksikgəlmələrin (-6112.30 Azn) yaranması səbəbləri barədə izahat verməkdən imtina etmişdir İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli imtina aktına əsasən "07 "İyun 2023 cü il tarixli ""N° 167 li əmr ilə təyin olunmuş komissiyanın sədri: Maliyyə Direktoru : X7 ; Komissiyyanın sədr müavini: Mühasibatlıq Departament müdiri:X2, Komissiyanın üzvləri: Daxili Nəzarət Departament müdiri: X3 ;Satış Əməliyyatları direktoru: X4; inventarizasiya şöbə müdiri - X1 barət heyətdə təyin edilmiş komissiyanın iştirakı ilə həmin aktı tərtib edirik ondan ötəri ki, "xxxx" MMC-nin BAKİ,SABUNÇU RAY,2 SAYLİ SAVXOZ,S.CEFEROV 2/1 ünvanında yerləşən OBA- OBA-Pirşağı 4 (443) həmin mağaza üzrə maddi məsul şəxs Cavabdeh Fizuli qızının iştirakı ilə xx.xx.2024-cü il tarixi vəziyyətinə inventarizasiya keçirilmiş, inventarizasiya nəticəsində çatışmamazlıqlar aşkar edilmiş və bu barədə müvafiq sənədlər toplanılmışdır. Maddi məsul şəxs Cavabdeh Fizuli qızı inventarizasiyanın aparılması və nəticələrin araşdırılmasını üçün dəvət olunsada iştirak etməmiş və heç bir əsaslı səbəb bildirmədən ilkin və yekun sənədləri imzalamaqdan və əksikgəlmələrin (-2511.82 AZN) yaranması səbəbləri barədə izahat verməkdən imtina etmişdir. İş materiallarına əlavə edilmiş "İşə qəbul etmə haqqında" xx.xx.2022-ci il tarixli 300 saylı əmrdən çıxarışa əsasən Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış şöbəsinə xx.xx.2022-ci il tarixindən etibarən Baş-satıcı vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş "Vəzifə dəyişikliyi haqqında" çıxarışa əsasən Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış şöbəsində xx.xx.2023-cü il tarixindən administrator vəzifəsinə keçirilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 21-x saylı əmrindən çıxarışdan görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndi ilə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh bu günədək ümumilikdə 6483,85 manat borcu vardır. İş materiallarına həmçinin xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixlərində keçirilən inventarizasiya yoxlamasının nəticələrini özündə əks etdirən sənədlərin, həmçinin cavabdehə göndərilən, cavabdehə edilmiş xəbərdarlıqların, poçt göndərişlərinin çatdırılması barədə xəbərnamələrin surətləri əlavə edilmiş, məhkəmə həmin sübutları da tədqiq etmişdir. Məhkəmə, işdə olan sənədləri hərtərəfli, tam və obyektiv araşdırıb, iş üzrə müəyyən olunmuş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırkı iş üzrə İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə əsasən Cavabdeh ilk əvvəl baş satıcı vəzifəsinə işə qəbul edilmiş, daha sonra administrator vəzifəsinə keçirilmiş və o, X12 haqqında Müqavilə əsasında ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürərək ona etibar edilmiş əmlakın, maddi sərvətlərin və görüləcək işlərin tam qayğısına qalmaq, zamanında müəssisəyə heç bir səbəbdən zərər vurmaması və ziyankarlığa qarşı mübarizə aparılması vəzifələrinin icra etməsi üzrə öhdəlik götürmüşdür. Lakin onun xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixlərində işlədiyi mağazada çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cəmiyyətə zərər vurması müəyyən edilmiş, xx.xx.2023-cü il tarixində “İnventarizasiya Nəticələrinə” dair Aktlara əsasən Cavabdeh ümumilikdə 6483,85 AZN məbləğində, xx.xx.2024cü il tarixində isə 2511.82 zərər vurması müəyyən edilmiş, zərər məbləğindən düzəşt həyata keçirildikdən sonra qalıq zərər borcu 6483,85 manat müəyyən edilmişdir. Cavabdeh özü də xx.xx.2023-cü ildə iltizam verərək sayımla bağlı etirazı olmadığını, əksik verən mallarla tanış olduğunu bildirmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 191-ci maddənin 1-ci bəndinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 194-cü maddənin l-ci bəndinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Həmin Məcəllənin 194-cü maddənin 2-ci bəndinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün ona verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X12 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 202-ci maddəsinin 1-ci bəndinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə iddiaçı təşkilatın ona vurulmuş ziyanın məhz cavabdehin əmək fəaliyyəti zamanı Əmək Məcəlləsi, Mülki Məcəllə və X12 haqqında Müqavilənin şərtlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi nəticəsində yarandığı barədə sənədləri və vurulmuş zərərin həcmi ilə bağlı sənədləri, zərər məbləği ilə bağlı cavabdehin araşdırma zamanı vermiş olduğu iltizamdakı mövqeyini nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli və dəymiş zərərin ödənilməmiş qalıq hissəsi 6483,85 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçı tərəfindən iddianın qaldırılması üçün ödənilmiş 51 manat dövlət rüsumundan və 60 manat mediasiya prosesi xərcinin dəyərindən ibarətdir. Məhkəmə hesab edir ki, MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi və hazırkı iddia tələbi tam təmin olunduğu üçün 51 manat ödənilmiş dövlət rüsumunun əvəzi və 60 manat mediasiya prosesi xidmətinin əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin Cavabdeh dəymiş zərərin əvəzi 6483,85 (altı min dörd yüz səksən üç manat səksən beş qəpik) manat, iddia ilə bağlı ödənilmiş dövlət rüsumunun əvəzi 51 (əlli bir) manat və mediasiya prosesi üçün ödənilmiş 60 (altmış) manat olmaqla, ümumilikdə 6594,85 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə elektron kabinetlə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar