Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № e-2(056)-643/2024 22.04.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təbii qazdan istifadə etdiyinə görə yaranmış 776,60 manat əsas borc məbləğinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh təbii qazdan istifadəyə görə xx.xx.2023-cü il tarixə 777,60 manat məbləğində borcu yaranmışdır. Borcun yaranmasına səbəb “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında itirilmiş qazın bərpası məqsədi ilə hesablanmış 777,60 manat məbləğində ziyanın ödənilməməsi olmuşdur. Belə ki, xx.xx.2023-cü il tarixində İddiaçı İB-nin Salyasn RQİİ-nin Sabirabad xidmət sahəsinin nümayəndələri tərəfindən cavabdehə məxsus fərdi yaşayış sahəsində istismarda olan qaz sayğacı dövlət yoxlamasından keçirilməsi üçün istismardan çıxarılaraq yoxlamaya göndərilmişdir. İddiaçı İB-nin Metralogiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasının xx.xx.2023-cü il tarixli MSK-14-2-2/3-5-7495/Q004 nömrəli rəyinə əsasən cavabdehin ünvanından çıxarılmış İtron markalı, G-4 tipli 1002AQ**********2 zavod nömrəli qaz sayğacının klapanının sınması, ALARM-1 rejimi aşkar olunması barədə rəy verilmişdir. İddiaçı İB-nin Metralogiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasının rəyinə, təbii qazdan istifadə üçün iki tərəfli bağlanmış müqavilə tələblərinə və “Qazdan istifadə Qaydaları”na əsasən cavabdehə məxsus fərdi yaşayış sahəsində istismarda olan qaz cihazlarının inventarizasiyası keçirilmiş və “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" xx.xx.2023-cü il tarixli ******* saylı akt tərtib edilmişdir. Tərtib olunmuş akta əsasən itirilmiş təbii qazın bərpası məqsədi ilə hesabat aparılmış və 6480 kub metr qaz sərfiyyatı cavabdehin abonent hesabına qeydə alınmışdır. İtirilmiş qazın hesabatı qaz sayğacının maksimal sərfi 4 kub metr, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Qeyd edilən yaranmış borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq olunmasına və bildiriş verilməsinə baxmayaraq, o, borcunu ödəməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş X4 sahəsi ilə X3 arasında qazın alqı-satqısı barədə bağlanmış xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, “Paylayıcı” müqavilə ilə müəyyn edilmiş şərtlərə uyğun olaraq “İstehlakçı”nı keyfiyyətli qazla təmin etməyi, “İstehlakçı” isə aldığı qazın dəyərini qaz sayağacının göstəricisinə uyğun olaraq “Paylayıcı” tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş “Qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2023cü il tarixli ******* saylı akta əsasən istehlakçı Cavabdeh yaşadığı Sabirabad rayonu, Qalağayın kəndində sayğacın (abonent kodu: **********03300) klapanının sınıq olması, Alarm-1 rejimində işləməsi aşkarlanmışdır. Sayğac istismara yararsızdır. İş materiallarına əlavə edilmiş Abonentin saldosundan görünür ki, Cavabdeh 2022-ci ilin sentyabr ayında iddiaçıya 777,60 manat məbləğində borc hesablanmışdır. İş materiallarına əlavə edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən İtirilmiş qazın hesabatı qaz sayğacının maksimal sərfi 4 kub metr, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və ziyan həcmi 6480 kub metr müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixinə yaranmış 777,60 manat debitor borcunun ödənilməsi tələb olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 443.1. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 448.1. və 448.2. Əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 3.1.10-cu bəndinə əsasən, bu Qaydaların 2.11-1-ci və 2.11- 2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir; Göründüyü kimi, tərəflər arasında qazın alqı-satqısı barədə xx.xx.2023-cü il tarixli müqavilə bağlanmış, cavabdeh müqavilə üzrə hər ay istifadə etdiyi qazın dəyərini vaxtında ödəməyi öhdəsinə götürmüş, lakin o, müqavilə öhdəliklərini lazımi qaydada icra etməmiş, sayğacı yararsız vəziyyətə salmaqla iddiaçıya maddi ziyan vurmuşdur. Bu fakt xx.xx.2023-cü il tarixində tərtib edilmiş aktla müəyyən edilmiş, bundan sonra itirilmiş qazın həcmi və dəyəri müəyyən edilərək cavabdehdən həmin məbləğin ödənilməsi tələb edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı itirilmiş qazın dəyərinin cavabdehdən tutulmasını tələb etməkdə haqlı olmuşdur. Lakin bununla yanaşı məhkəmə hesab edir ki, itirilmiş qazın həcmi 3 aylıq dövr üçün hesablanmış olsa da, “Qazdan istifadə Qaydaları”nın 3.1.10-ci bəndinin tələblərinə riayət edilməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən, yəni ziyan vurulması faktı aşkar edildiyi dövrdən əvvəlki 3 aylıq dövə aid baxış keçirilmə barədə, həmin baxışın nəticəsi barədə sənədlər iddia ərizəsinə əlavə edilmədiyindən və məhkəmə baxışı zamanı da təqdim edilmədiyindən, ziyan həcmi aşkar olunduğu aya görə, yəni 1 aylıq dövrə görə müəyyən edilməlidir. (6x12x30=2160 kub metr) (0,12x2160=259,20 manat) Məhkəmə iddia tələbinin ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, əsas iddia tələbinin qismən, yəni 1/3 hissədə təmin edildiyi nəzərə alınaraq, ödənilmiş dövlət rüsumunun da 1/3 hissəsi, yəni 10 manat tutulub İddiaçı xeyrinə verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 259,20 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzində 10 manat olmaqla, cəmi 269,20 (iki yüz altmış doqquz manat iyirmi qəpik) manat məbləğində pul tutularaq İddiaçı xeyrinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(056)-643/2024
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(056)-643/2024
22.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver