Məhkəmə qərarları › İş №e-2(057)-1061/2025

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-1061/2025

07.01.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-1061/2025 07.01.2026 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Kələntərov Şahəddin Əhməd oğlunun sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qanun üzrə vərəsəlik hüquqlarının tanınması və miras əmlakın Cavabdeh ilə aralarında bölünməsi tələbi”nə dair iddia ərizəsinə açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: İddiaçı Cavabdeh qarşı qanun üzrə vərəsəlik hüquqlarının tanınması və miras əmlakın Cavabdeh ilə aralarında bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********07-10301 ve qeydiyyat tarixi xx.xx.2023-cü il olan "Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən" arayışdan görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi babası mərhum X14 xüsusi mülkiyyətindədir və onun adına dövlət qeydiyyatına alınmışdır. X3 1975-ci ildə vəfat etmişdir. X26 vəfat etdikdən sonra miras əmlakı onun həyat yoldaşı mənim mərhum X17 (iddiaçının nənəsi) və övladları faktiki olaraq qəbul etmişdirlər. Mərhum X17 babasının mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini öz adına rəsmiləşdirmədən 2004-cü il tarixində vəfat etmişdir. X17 vəfat etdikdən sonra miras əmlakı onun övladları, o cümlədən, o və digər vərəsələr faktiki olaraq qəbul etmişdirlər. X14 və X6 birgə nikahlarından 5 övladı olmuşdur: X27, X22, X23, X5 va X24. X4 xx.xx.1996-ci il tarixində vəfat etmişdir. X27 xx.xx.2022-ci il tarixində vəfat etmişdir. X5 2013-cü il tarixində vəfat etmişdir, lakin ölümü qeyda alınmamışdır. Onun faktiki olaraq məzarı va məzar daşı var. X14 övladlarından biri X22 xx.xx.2021-ci il tarixda vafat etmişdir. (Leyla Rəhimovanın övladı X2 notarial ərizə ilə miras əmlakdan imtina etmişdir). Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil iddianı müdafiə edərək izahatında göstərmişdir ki, cavabdeh Rusiya Federasiyasında yaşadığı zaman iddiaçı həmin evdə yaşayıb, ona görə iddiaçı tərəfindən faktiki qəbul edilmiş sayılmalıdır. Göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil həmçinin bildirmişdir ki, iddia ərizəsində “qanun üzrə vərəsəlik hüquqlarının tanınması” tələbini irəli sürsə də, əslində tələb mirasın qəbul edilməsi tələbidir. Buna görə də, iddia ərizəsinin təmin olunaraq miras əmlakın İddiaçı tərəfindən qəbul edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmənin 28 iyul 2025-ci il tarixli iclasında iştirak etmiş İddiaçı iddianı müdafiə etdiyini bildirmiş və izahatında göstərmişdir ki, Cavabdeh və onun həyat yoldaşı göstərilən evdə yaşamayıblar, onlar Rusiyada yaşayıblar. İddiaçı bildirmişdir ki, o, atası ilə uzun illər həmin evdə yaşamış, 9-cu sinifdə oxuyarkən atası onu məktəbdən çıxartmışdır. Onun 10 (on) yaşı olanda əmisi Vaqif Vinera ilə evlənmiş və onlar Rusiyaya getmişlər. Onlar Rusiya Federasiyasına gedərkən nənəsi də onlarla getmiş, orada vəfat etmişdir. Nənəsinin nəşi sonradan gətirilərək Azərbaycanda dəfn olunmuşdur. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə və “AZEMİS” vasitəsi ilə “SMS” bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin (cavabdehlərin) gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmənin 28 iyul 2025-ci il tarixli iclasında iştirak etmiş Cavabdeh izahatında bildirmişdir ki, ddiaçı tərəfin dedikləri yalandır, o, uzun müddət - qızı birinci sinifdə oxuyana qədər həmin evdə yaşamışdır. Rusiyaya gedib-gəlmişlər, lakin mütəmadi olaraq onların orada yaşamadığını demək doğru deyil. Məhkəmənin 28 iyul 2025-ci il tarixli iclasında iştirak etmiş şahid X10 bildirmişdir ki, o, 1979-cu ildə həmin evə gəlin gəlmiş, qızı Rəfadət və oğlu həmin evdə anadan olmuşdur, uzun müddət həmin evdə yaşamışlar, övladları orada yaşadıqları zaman orta məktəbə getmiş və universitetə daxil olmuşlar. Cavabdeh isə Rusiyada yaşayıb, həmin ünvanda az yaşayıb. Məhkəmənin 28 iyul 2025-ci il tarixli iclasında iştirak etmiş şahid X15 bildirmişdir ki, Yusif Rəhimov 1975-ci ildə öləndən sonra orada onun həyat yoldaşı Banu yaşayıb, daha sonra Banu da Rusiyayada oğlu Yusifin yanında qalmış və orada ölmüşdür. Cavabdeh Rusiya Federasiyasında yaşamışdır, həmin evdə Xanımana, yəni Rəfail Rəhimovanın həyat yoldaşı yaşayıb. Vinera həyat yoldaşı Vaqiflə birlikdə Banu öləndə onun cənazəsini gətirib dəfn edib sonra yenidən qayıtdılar. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq iddiaçını, onun nümayəndəsini və cavabdehi, şahidləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********07-10301 və qeydiyyat tarixi xx.xx.2023-cü il olan “Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən” arayışdan görünür ki, ünvan 2 ünvanında yerləşən sahəsi 121.3 kv.m. olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüquqi ilə X14 adına dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Salyan rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 05 sentyabr 2023-cü il tarixli arayışın ksero surətindən görünür ki, X27 xx.xx.1960-cı ildə Salyan şəhərində anadan olmuş, atası X26, anası X7. İş materiallarında olan X13 Şəhadətnamənin ksero surətindən görünür ki, X27 ilə X20 arasında nikah 04 may 1990-cı il tarixdə Salyan rayon VVAQ Şöbəsində bağlanmışdır. İş materiallarında olan X9 ksero surətindən görünür ki, X30 29 yanvar 2004-cü ildə ölmüşdür. İş materiallarında olan Salyan rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayışın ksero surətindən görünür ki, X23 29 iyun 1996-cı ildə ölmüşdür. Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(057)-1241/2024 saylı qətnaməsi ilə iddiaçı Cavabdehlər Salyan Regional “ASAN Xidmət Mərkəzi”nin Notariat ofisinə, Rəhimova (Tağıyeva) Fatmaxanım Yusif qızı, Rəhimova (Tağıyeva) Süsən Yusif qızı, İddiaçı, X25 və X1 qarşı ünvan 1 ünvanda yerləşən miras əmlakı qəbul etməsi faktının və ünvan 3 ünvanda yerləşən miras əmlak üzərində (fərdi yaşayış evi) X16 tam payının müəyyən olunması barədə iddiası qismən təmin edilmişdir. X8 miras qalmış ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi miras əmlak kimi X27 tərəfindən qəbul edilmiş hesab edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir. Şirvan Apellaysiya Məhkəməsinin 764/2025 saylı xx.xx.2025-ci il tarixli qətnamsindən görünür ki, Cavabdeh İddiaçı nümayəndəsi-vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Salyan Rayon Məhkəməsinin 2(057)-1241/2024 saylı, 29 sentyabr 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, X14 vərəsəsi olan arvadı X17 29 yanvar 2004-cü ildə vəfat etmişdir. X6 vəfat etdiyi zaman qüvvədə olmuş və xx.xx.2000-ci ildə qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 530-cu maddəsinə əsasən qanun üzrə vərəsəlikdə - miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar, vəsiyyət üzrə vərəsəlikdə - miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyanın sağlığında ana bətnində olan və onun ölümündən sonra doğulanlar vərəsə ola bilərlər. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, X23 xx.xx.1996-cı il tarixdə vəfat etmişdir. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Mülki Məcəllənin 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli Plenum Qərarının əsaslandırıcı hissəsində göstərilir ki, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Qərarın nəticə hissəsində isə göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin. MPM-in 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. MPM-in 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edilərkən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən miras əmlakın faktiki qəbul edilməsi həmin əmlakın İddiaçı tərəfindən də faktiki qəbul edilməsini istisna etmir. Məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı X11 miras qalmış ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evini miras əmlak kimi faktiki qəbul edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı “qanun üzrə vərəsəlik hüquqlarının tanınması və miras əmlakın Cavabdeh ilə aralarında bölünməsi tələbi”nə dair iddiası qismən təmin edilsin. X11 miras qalmış ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi miras əmlak kimi İddiaçı tərəfindən qəbul edilmiş hesab edilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsümu iddiaçının özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şahəddin Kələntərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar