Məhkəmə qərarları › İş №e-2(057)-1108/2025

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-1108/2025

06.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-1108/2025 06.08.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Kələntərov Şahəddin Əhməd oğlunun sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, 5765 (beşmin yeddi yüz altmış beş) manat əsas borc, 13260 (on üç min iki yüz altmış) manat cərimə, cəmi 19025 (on doqquz min iyirmi beş) manat borcun və 147.08 (bir yüz qırx yeddi manat səkkiz qəpik) dövlət rüsumunun Cavabdeh tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 27 may 2018-ci il tarixli (alqı-satqı) müqaviləsinə əsasən Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi 281-də tikilən binanın başa çatdıqdan sonra, həmin binanın “C” girişi, 9-cu mərtəbəsində yerləşən, ümumi sahəsi, 83,3 kv.metr olan 7 saylı 3 otqalı mənzili payçı Cavabdeh təhvil verməyi kooperativ olaraq öz üzərinə götürmüşlər. Tərəflər arasında imzalanmış müqaviləyə əsasən mənzilin hər kv.metr üçün 690 manat, olmaqla ümumi dəyəri 57615 (əlli yedi min altı yüz on beş) manat müəyyən edilmişdir. Cavabdeh (Payçı) Cavabdeh ilə iddiaçı arasında olan razılaşmaya əsasən cavabdeh müqavilə imzalandığı tarixdə mənzilin ümumi qiymətinin 19250 (on dokkuz min iki yüz əlli) manat hissəsini ödəmişdir. Müqavilənin tələblərinə əsasən cavabdeh mənzilin ümumi dəyəri olan 57615 (əlli yedi min altı yüz on beş) manat puldan 19250 (on dokkuz min iki yüz əlli) manatını ödəniş etdiyindən, qalıq 38365 (otuz səkkiz min üç yüz altımış beş) manat hissəsini 36 ay müddətinə hər ay 1066 (bir min altımış altı) manat ödəyəcəyini öhdəsinə götürmüşdür. Tərəflər arasında imzalanmış müqavilədən göründyü kimi müqavilə müddəti xx.xx.2021-ci ildə bitmişdir. Cavabdehin bu günədək ödənilməyən 5765 (beş min yeddi yüz altımış beş) manat əsas borcu qalmışdır. Tərəflər rasında imzalanmış müqavilənin icra olunma müddətinin bitməsindən 47 ay keçməsinə baxmayaraq müqavilə öhdəliyini cavabdeh tam icra etməmiş və nəticədə müqavilənin 3-cü bəndinin tələblərini birtərəfli qaydada pozmuşdur. Cavabdeh müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozduğu üçün İddiaçı Mənzil Tikinti Kooperativinin Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi və cavabdehin mənzildən çıxarılaraq mənzilin boş vəziyyətdə iddiaçıya qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-384/2024 nömrəli iş üzrə 26 yanvar 2024- cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd olunmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-876/2024 nömrəli, 20 may 2024-ci il tarixli qətnaməsi ləğv edilərək İddiaçı Mənzil Tikinti Kooperativinin iddia ərizəsi təmin olunmuşdur Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 3022/2024 saylı, iş üzrə xx.xx.2024-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilərək Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi ləğv edilmiş və iddia tələbi rədd edilməsi barədə yeni qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 3022/2024 saylı qərarı ilə gəldiyi nəticə ondan ibarət olmuşdur ki, tərəflər arasında yaranmış münasibətlərin podrat münasibəti olmuşdur. Müqaviləyə bilavasitə cavabdehin (sifarişçinin) hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilildiyindən, iddiaçı (podratçı) yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Belə ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 27 may 2018-ci il tarixli (alqı-satqı) müqavilənin 3-cü bəndində cavabdeh (payçı) aylıq ödənişləri gecikdirəcəyi təqdirdə kooperativ tərəfindən ona peniya hesablanacağı ilə, eyni zamanda peniya ödəməkdən boyun qaçıracağı halda iddiaçı (kooperativ) müqaviləni birtərəfli ləğv etmək hüququna malik olacağı öhdəliyini öz üzərinə götürmüşdür. Göründüyü kimi cavabdeh bu müddət ərzində iddiaçı tərəfindən müqavilə öhdəliyi tam icra edilib mənzilin ona təhvil verilməsi üçün bütün öhdəlilərini icra etməsinə baxmayaraq cavabdeh 5765 (beş min yeddi yüz altımış beş) manat qalıq borcunu ödəniş etməmiş və nəticədə iddiaçıya xeyli miqdarda ziyan vurmuşdur. Belə olduğu halda cavabdeh tərəfindən hal-hazıradək ödənilməyən 5765 (beş min yeddi yüz altımış beş) manat əsas borcu və təyin edilmiş ödəniş müddətinin pozulmasına görə hər bir vaxtı keçmiş gün üçün 0.1 faiz hesablanmaqla cərimə borcu ödəməlidir İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından göründüyü kimi cavabdeh sonuncu dəfə həmin tarixdə 11000 manat ödəniş etmiş və onun 5765 manat ödənilməyən borcu qalmışdır. xx.xx.2025-ci il tarixə hesablanmış cərimə borcu 13260 (on üç min iki yüz altımış) manat təşkil edir. Azərbaycan Respublikası МM-nin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Elektron Məhkəmə İnformasiya Sistemində ərizə yerləşdirərək iddianı müdafiə etdiyini, məhkəmənin əvvəlki iclaslarında iştirak etdiyinin nəzərə alınaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh və onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəmənin xx.xx.2025-ci il tarixli baxış iclasında iştirak etdikləri zaman iddianı qəbul etmədiklərini, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini, özlərində olan bütün sübutları məhkəməyə təqdim etdiklərini buna görə də növbəti məhkəmə prosesinin onların iştirakı olmadan keçirilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdeh və onun nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi-Abşeron Vəkil Bürosunun vəkili Vəkil iddia tələbini tam müdafiə edərək bildirmişdir ki, cavabdeh müqavilədə nəzərdə tutulmayan halları əsas gətirərək borcunu ödəmədiyini deyir. 27 may 2018-ci il tarixli müqavilədən görünür ki, həmin müqavilədə “yaşayış binasının tikinti-şəhərsalma qaydalarına uyğun tikilməyəcəyi halda mənzil üçün müqavilədə nəzərdə tutulmuş ödənişin ödənilməməsi” müddəası nəzərdə tutulmayıb. Bundan başqa iddiaçının nümayəndəsi bildirmişdir ki, cavabdehin növbəti arqumenti nağdsız ödənişlərlə bağlıdır, yəni cavabdeh qeyd edir ki, o, əsas borc məbləğini dəfələrlə nağdsız qaydada ödəməyə çalışmış, lakin iddiaçı tərəf bank rekvizitlərini vermədiyi üçün ödəniş edə bilməmişdir. Buna bağlı qeyd edilməlidir ki, yuxarıda qeyd edilmiş müqavilədə ödənişin nağdsız qaydada həyata keçirilməsi ilə bağlı hər hansı bir müddəa yoxdur, bundan başqa cavabdeh nağdsız qaydada ödəniş etmək istəməsi, buna cəhd etməsi barədə hər hansı bir sübut təqdim etmir. Həmçinin cavabdehin qeyd etdiyi kimi onunla iddiaçı arasında mənzillə əlaqədar hər hansı bir mübahisənin, eləcə də məhkəmə mübahisəsinin olması da müqavilədə nəzərdə tutulmuş şərtlərə əməl edilməməsi üçün əsas deyildir. İddiaçının nümayəndəsi həmçinin Qəsr-1 MTK tərəfindən yaşayış binasının tikinti-şəhərsalma qaydalarına uyğun olaraq tikilməsi, bunun üçün bütün lazımi təşkilatlardan müvafiq icazə və arayışların alındığını və həmin sənədlərin məhkəməyə təqdim olunduğunu, bununla bağlı cavabdeh tərəfin gətirdiyi arqumentlərin əsassız olduğunu bildirərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan əlavə iddiaçının nümayəndəsi məhkəmə iclasında qarşı tərəfin səsləndirdiyi fikirə münasibət bildirərək qeyd etmişdir ki, digər sakinlər tərəfindən Qəsr-1 MTK-dan hər hansı bir şikayətin olması barədə qarşı tərəf heç bir sübut təqdim etməmişdir, onların həmin məsələ ilə irəli südüyü arqument də əsassızdır. Məhkəmənin xx.xx.2025-ci il tarixli baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi-Sirius Vəkil Bürosunun fərdi qaydada fəaliyyət göstərən vəkili Nümayəndə bildirmişdir ki, müvəkkili Cavabdeh ilə iddiaçı arasında uzun müddət davam edən məhkəmə çəkişmələri olmuş, bundan başqa müvəkkilinin haqlı iradları ilə bağlı iddiaçı arasında digər mübahisələr olmuş, bununla bağlı iddiaçı tərəf qərəz nümayiş etdirərək müvəkkilini mənzildən çıxartmaq istəmişdir. Cavabdeh ilə iddiaçı arasında gərgin münasibətlər var və aralarındakı mübahisəyə dair daha əvvəl məhkəmə çəkişməsi olmuşdur. Mübahisənin əsas səbəbi iddiaçı "xxxx" MTK-nın payçılar ilə müqavilə bağladığı və tikintiyə başladığı zaman, onun AR Dövlət Şəhərsalma və Arxitekura Komitəsi tərəfindən lahiyə sənədlərinə icazə almadan binaları tikməsi olmuşdur. Abşeron Rayon Məhkəməsində başlamış prosesdə cavabdeh məhkəmə iclası sırasında iddiaçıya olan borcunu ödəməyə hazır olduğunu bildirmiş, hətta növbəti iclasda da həmin məbləği məhkəmə iclasına gətirmiş, lakin o iclasda iddiaçı iştirak etməmişdir və ödənişi almaqdan yayınmışdır. Qəsr- 1 MTK-nın rəhbərliyi, cavabdehdən özbaşına şəkildə hesablamaqla 18.000 manat ödənməsini istəyir, qismi ödəməni də qəbul etmir. Daha əvvəl iddiaçı cavabdehin liftdən istifadə imkanlarını məhdudlaşdırmış, elektrik enerjisini özbaşına dayandırmışdır. İddiaçının məqsədi cavabdehə maddi və mənəvi ziyan vurmaqla, digər qonşuların gözünü qorxutmaqdır. Çünki qonşular daha əvvəl MTK-nın müxtəlif qanunsuzluqlarına qarşı müxtəlif instansiyalara müraciət etmiş, məsələn kooperativin həyətində yeni bina tikmək istəyəndə onlar şikayət etməklə bunu dayandırmışlar. Digər tərəfdən iddiaçının cavabdehdən dəbbə pulu istəməsi hüquqdan sui-istifadə təşkil etdiyi kimi, heç bir hüquqi əsası da yoxdur. Belə ki, Mülki Məcəllənin 462 və 463-cü maddələrinə görə, dəbbə pulu tərəflər arasında yazılı formada müqavilə öhdəliyi kimi nəzərdə tutulmalıdır, və həmin müqavilədə peniyanın məbləği/dərəcəsi haqqında tərəflər razılaşmalıldırlar. İddiaçı ilə cavabdeh arasında bağlanmış 27 May 2018-ci il tarixli müqavilədə konkret dəbbə pulu və onun miqdarı haqqında bir öhdəlik nəzərdə tutulmamışdır. Belə olan halda borclunun ödənişi gecikdirməsi ancaq illik uçot dərəcəsi qədər dəbbə pulunun hesablanmasına səbəb ola bilər. AR Ali Məhkəməsinin xx.xx.2024cü il tarixli qərarının 11-ci və 12-ci abzasında da göstərilir ki, Cavabdeh bu pulu ödəməyə hazır olduğunu dəfələrcə bildirmişdi. İddiaçı 18.000 manatlıq tələbində haqlı olsaydı belə, o cavabdeh tərəfindən qismi ödəməni qəbul etməli, qalan hissə üçün pretenziya irəli sürməlidir. İddiaçının bu cür davranması onun tərəfindən icranın gecikdirilməsi kimi qiymətləndirilməlidir. Digər tərəfdən borclunun (cavabdehin) icranı gecikdirmiş olması üçün, AR MM 445.3-cü maddəsinə əsasən cavabdehə ödəniş barəsində yazılı xatırlatma irəli sürülməlidir (pretenziya qaydasında), üstəlik bu xatırlatmada iddiaçının bank hesabı göstərilməlidir. Nağdsız hesablaşmalar haqqında AR Qanununun 3.3.-cü maddəsinə görə, İddiaçı MMC öz payçılarından nağd ödəniş qəbul edə bilməz. Eyni qanunun 3.4.14-cü bəndində qeyd olunur ki: ... daşınmaz əmlakın alqı-satqısı üzrə, mənzil-tikinti kooperativinin üzvünün pay haqqı üzrə və bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrinin alınması ilə bağlı həyata keçirilən ödənişlər yalnız nağdsız qaydada həyata keçirilir. İddiaçı tərəfindən təqdim olunan hallardan da görülür ki, belə bir xatırlatma iddiaçı tərəfindən irəli sürülməyib. İşin hallarından görünür ki, iddiaçı, cavabdehi çətin vəziyyətə qoymaq üçün nağdsız qaydada ona ödəniş imkanı təmin etməyib. 5765 manat ödənilməsi çətin olan məbləğ deyil, cavabdehin onu qismən də olsa ödəməməsi, cavabdehin ödəniş imkanlarından iddiaçı tərəfindən məhrum edilməsi ilə bağlıdır. Mülki Məcəllənin 446.3-cü maddəsinə əsasən, “Pul öhdəliyi üzrə borclu kreditorun icranı gecikdirdiyi müddət üçün faizlər ödəməli deyildir. İddiaçı tərəf cavabdehin ödənişi gecikdirməsində bir başa günahkar olduğu halda gecikmiş məbləğ üçün əsassız cərimə hesablamış, həmin cəriməni də əsas ödənişlə birlikdə tam şəkildə istəmiş, məhz bu səbəbdən bank rekvizitlərini verməmişdir. Çünki rekvizitlər vericələcəyi təqdirdə əsas borcun ödəniləcəyini, sonradan şişirdilmiş şəkildə dəbbə pulu tələb edə bilməyəcəyini fikirləşmişdir. Bundan başqa cavabdehin nümayəndəsi bildirmişdir ki, iddiaçının bank rekvizitlərini almaq üçün iddiaçının özünə, 2 saylı Vergilər İdarəsinə müraciətlər olunsa da, rekvizitləri əldə edə bilməmişlər, yalnız məhkmə tərəfindən müvafiq müraciətdən sonra rekvizitlər alınmış, bundan sonra dərhal əsas borc ödənilmişdir. Belə olan halda bir daha aydın olur ki, cavabdeh əvvəldən də əsas borcunu ödəməyə hazır olmuş, lakin iddiaçı tərəfindən maneələr yaradılmışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmədən iddianən təmin edilməməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi vəkili Elektron Məhkəmə İnformasiya Sistemində yerləşdirdiyi 09 aprel 2025-ci il tarixli “etiraz”ında, xx.xx.2025-ci il “vəsatət”ində və xx.xx.2025-ci il tarixli “mülahizəsi”ndə də məhkəmə iclası zamanı verdiyi izahatlarla eyni məzmun təşkil edən xüsusatları bildirmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli baxış iclasında iştirak edən Cavabdeh nümayəndəsinin fikirləri ilə razı olduğunu bildirərək onunla eyni məzmunda izahat vermişdir. Cavabdeh Elektron Məhkəmə İnformasiya Sistemində yerləşdirdiyi 09 aprel 2025-ci il tarixli “məlumat”ında, da məhkəmə iclası zamanı verdiyi izahatlarla eyni məzmun təşkil edən xüsusatları bildirmişdir. Məhkəmə iddia ərizəsini, iddiaçının nümayəndəsinin, cavabdehin və onun nümayəndəsinin əvvəlki məhkəmə iclaslarında iştirak etdikləri zaman verdikləri izahatları nəzərdən keçirib, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 27 may 2018-ci il tarixli müqavilədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 27 may 2018-ci il tarixli (alqı-satqı) müqaviləsinə əsasən Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi 281-də tikilən binanın başa çatdıqdan sonra, həmin binanın “C” girişi, 9-cu mərtəbəsində yerləşən, ümumi sahəsi, 83,3 kv.metr olan 7 saylı 3 otqalı mənzili payçı Cavabdeh təhvil verməyi kooperativ olaraq öz üzərinə götürmüşlər. Tərəflər arasında imzalanmış müqaviləyə əsasən mənzilin hər kv.metri üçün 690 manat olmaqla ümumi dəyəri 57615 (əlli yedi min altı yüz on beş) manat müəyyən edilmişdir. 27 may 2018-ci il tarixli ərizədən görünür ki, Cavabdeh İddiaçı MTK-ya müraciət edərək həmin MTK-nın üzüvlüyünə qəbul edilməsini xahiş etmişdir. 27 may 2018-ci il tarixli “Öhdəlik”dən görünür ki, cavabdeh mənzilin ümumi dəyəri olan 57615 (əlli yedi min altı yüz on beş) manat puldan 19250 (on dokkuz min iki yüz əlli) manatını ödəniş etdiyindən, qalıq 38365 (otuz səkkiz min üç yüz altımış beş) manat hissəsini 36 ay müddətinə hər ay 1066 (bir min altımış altı) manat ödəyəcəyini öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən Cavabdeh göndərilmiş 16 oktyabr 2021-ci il tarixli bildirişdən görünür ki, bildirişin göndərildiyi tarixə cavabdeh müqavilədə nəzərdə tutulduğu kimi hər kvadrat metri üçün 690 manat olmaqla 13800 aylıq ödəniş etmiş, ilkin ödənişlə birlikdə 33050 manat pul ödəmişdir. Qalan borc 24565 manat təşkil etmiş, 10 gün müddətinə həmin borcun ödənilməsi tələb edilmiş, əks halda müqavilənin etibarsızlığı və ya ləğvi barədə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İddiaçı tərəfindən Cavabdeh göndərilmiş 17 may 2023-cü il tarixli bildirişdən görünür ki, müqavilənin vaxtının bitdiyi 27 may 2021-ci il tarixə cavabdehin 24565 manat borcu qalmış, xx.xx.2023-cü il tarixdə müqavilənin 60 ayı tamam olduğu üçün mənzilin hər kvadrat metrinin 800 manatdan ödənilməsi tələb edilmişdir. Bundan başqa həmin bildirişdə göstərilmişdir ki, mənzilə verilmiş elektrik enerjisinin dayandırılmasının MTK-ya aidiyyəti yoxdur. İş materiallarında olan Qəsr-1 MTk tərəfindən iddia ərizəsinə əlavə edilmiş maliyyə arayışlarından görünür ki, cavabdeh ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə pullar ödəmiş və qalıq borcun nə qədər olması arayışlarda MTK-nın möhürü ilə təsdiq olunmuş, 28 dekabr 2022-ci il tarixli maliyyə arayışında cavabdehin qalıq borcunun 5765 manat olduğu göstərilmişdir. İş materiallarında olan 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən Salyan Rayon Məhkəməsinə ünvanlanmış 16 may 2025-ci il tarixli məktubdan görünür ki, həmin idarə Qəsr-1 MTK-nın aktiv bank hesabları haqqında məlumatları məhkəməyə vermişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ödəniş tapşırığından görünür ki, həmin gün Cavabdeh Qəsr-1 MTK-nın hesabına 5765 manat pul ödəmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, vəkil Nümayəndə "xxxx"a müraciət edərək Qəsr-1 MTK-nın bank hesabları barədə məlumat istəmiş, lakin bank tərəfindən həmin məlumatların bank sirri olduğu üçün verilməsindən imtina edilmişdir. İş materiallarında olan Abşeron Rayon İcra Hakimiyyəti başçısının 10 aprel 2017-ci il tarixli Sərəncamından görünür ki, Qəsr-1 Mənzil Tikinti Kooperativinə Masazır kəndi ərazisində istifadəsində olan 0,62 ha torpaq sahəsində 3 girişli 13 mərtəbəli və 1 girişli 15 mərtəbəli (mansardlı) yaşayış evinin layihələndirilməsinə və tikintisinə icazə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 X1 Ekspertizası Baş İdarəsinin xx.xx.2015-ci il tarixli rəyindən görünür ki, «Abşeron rayonu Masazır kəndində 1 ədəd 1 girişli 14 mərtəbəli, və 1 ədəd 1 girişli 13 mərtəbəli yaşayış binası üzə işçi layihəsi bütün işlərin icrasının Azərbaycan Respublikasının qanunvericiliyində müəyyənləşdirilmiş qaydada həyata keçirilməsi şərti ilə razılaşdırılmışdır. İş materiallarında olan Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e- 2(012)-384/2024 saylı qətnaməsindən görünür ki, İddiaçı Mənzil Tikinti Kooperativinin Cavabdeh qarşı müqavilənin ləğv edilməsi və cavabdehin mənzildən çıxarılaraq mənzilin boş vəziyyətdə iddiaçıya qaytarılması tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı Mənzil Tikinti Kooperativinə qarşı müqavilə öhdəliklərinin tam yerinə yetirilməsi, cavabdeh tərəfindən mənzildə yaşamağı üçün yaşayış üçün yaradılmış bütün maneələrin aradan qaldırılması, mənzilin çıxarışının alınması üçün adına artıq hesablanmış borcun adından tam silinərək maliyyə arayışının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş maddi və mənəvi zərərin cavabdehdən alınaraq ona ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri ilə məhkəməyə müraciət etmişlər. Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(012)-384/2024 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı Mənzil Tikinti Kooperativinə qarşı müqavilə öhdəliklərinin tam yerinə yetirilməsi, cavabdeh tərəfindən mənzildə yaşamağı üçün yaşayış üçün yaradılmış bütün maneələrin aradan qaldırılması, mənzilin çıxarışının alınması üçün adına artıq hesablanmış borcun adından tam silinərək maliyyə arayışının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş maddi və mənəvi zərərin cavabdehdən alınaraq ona ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-876/2024 saylı xx.xx.2024-cü il qətnaməsindən görünür ki, İddiaçı MTK-nın Cavabdeh qarşı müqavilənin ləğv edilməsi və cavabdehin mənzildən çıxarılaraq mənzilin boş vəziyyətdə iddiaçıya qaytarılması tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı Mənzil Tikinti Kooperativinə qarşı müqavilə öhdəliklərinin tam yerinə yetirilməsi, cavabdeh tərəfindən mənzildə yaşamağı üçün yaşayış üçün yaradılmış bütün maneələrin aradan qaldırılması, mənzilin çıxarışının alınması üçün adına artıq hesablanmış borcun adından tam silinərək maliyyə arayışının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş maddi və mənəvi zərərin cavabdehdən alınaraq ona ödənilməsi barədə qarşılıqlı iddia tələbi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edilmiş, məhkəmənin 2(105)-876/2024 saylı xx.xx.2024-cü il qətnaməsi ilə İlk İddiaçı MTK tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 26 yanvar 2024-cü il tarixli, 2(012)-384/2024 nömrəli qətnaməsi qismən, yəni ilk iddianın təmin olunmaması hissəsində ləğv edilmiş, həmin hissə üzrə yeni qətnamə qəbul edilməklə, ilk iddia təmin edilmişdir. İddiaçı MTK ilə Cavabdeh arasında bağlanmış 27 may 2018-ci il tarixli müqavilə ləğv edilmiş, Cavabdeh Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi 281-də yerləşən “C” girişi, 9-cu mərtəbəsində yerləşən, ümumi sahəsi, 83,5 kv.metr olan, 3 otaqlı, 71 saylı mənzildən çıxarılması, mənzilin boş vəziyyətdə Qəsr-1» MTK-ya təhvil verilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 3022/2024 saylı xx.xx.2024-cü il qərarında görünür ki, Cavabdeh Sumqayıt Apellaysiya Məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3022/2024 saylı xx.xx.2024-cü il qərarı ilə Kassasiya şikayəti qismən təmin olunmuş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 may 2024-cü il tarixli, 2(105)-876/2024 nömrəli qətnaməsi “ilk iddianın təmin olunan hissəsində” ləğv olunmuş və həmin hissə üzrə yeni qərar çıxarılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443-cü maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrasıüçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427- ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Qanunda müəyyən müqavilələrin ləğv olunmasının xüsusi əsasları müəyyən edilmişdir. Tərəflərin arasında yaranan podrat müqaviləsi üzrə tərəflərin hərəkətləri səbəbindən xitam verilməsi üçün əsaslar və hüquqi nəticələri Mülki Məcəllənin 759 və 760cı maddələrində müəyyən olunmuşdur. Əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə, podratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər (MM-in 760.2-ci maddəsi). Göründüyü kimi podrat müqaviləsinə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verildiyi hallarda, podratçı sifarişçiyə verilmiş əmlakın geri qaytarılmasını deyil, müqavilənin ləğvi nəticəsində ona vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Mülki Məcəllənin podrat münasibətlərini tənzimləyən 39-cu fəslində ümumiyyətlə sifarişçiyə təhvil verilmiş mənzilin qaytarılmasını nəzərdə tutan norma mövcud deyil. Tərəflərin isə bağlamış olduqları müqavilənin şərtləri həmin növ müqavilə üzrə müəyyən edilmiş qaydalara uyğun olmalıdır. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən, məhkəmə hesab edir ki, cavabdeh podrat müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdeh podrat müqaviləsi əsasında iddiaçıdan sifariş verdiyi əşyanı almaq hüququna malik olduğu kimi, eyni zamanda, həmin müqavilə əsasında müqavilə üzrə aldığı müəyyən olunan malların dəyərini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Məhkəmə iddia tələbinin cərimə pulu hissəsinə münasibətdə isə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 15 iyul 2014-cü il tarixli Qərarı: Mülki Məcəllənin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (peniya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir. Qeyd olunanlarla bağlı iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3022/2024 saylı xx.xx.2024-cü il qərarının əsaslandırma hissəsində Ali Məhkəmənin göstərdiyi hüquqi mövqeyə də diqqət yetirmək lazımdır, belə ki, həmin qərarda göstərilmişdir ki, iddiaçının cavabdehə ünvanlandığı bildirişlərin məzmunundan da aydın olur ki, ilkin olaraq cavabdehdən ödənilməyən məbləğ tələb olunmuş, əks təqdirdə müqavilənin birtərəfli qaydada ləğv ediləcəyinə dair xəbərdarlıq edilmişdir. Sonrakı bildirişdə isə ödənilməyən məbləğ (5765 manat) hesablanmış penya məbləği (18.800 manat) və müqavilə ilə razılaşdırılmayan ödəniş (müqavilədə razılaşdırılmış məbləğ aylıq ödəniş 690 manat olduğu halda bildirişlə tələb olunan məbləği isə 800 manat təşkil etmişdir) tələb olunmuşdur. Göründüyü kimi iddiaçı tələbinin ödənilməyən hissə və peniya məbləğinə münasibətdə müqavilə şərtlərinə uyğun olsa da, əlavə tələb olunan məbləğin tələb olunması müqavilə şərtlərinə uyğun olmamışdır. Digər tərəfdən aydın olur ki, həm birinci bildirişdə, həm də ikinci bildirişdə cavabdehdən 24565 manat müqavilə şərtlərinə görə ödənilməyən məbləğ tələb olunur. Həmin məbləğin isə haradan yaranması ikinci bildirişin məzmunundan aydın olur. Belə ki, həmin məbləğin 5765 manatı müqavilə üzrə ödənilməli olan mənzilin dəyərinin qalıq hissəsi, 18.800 manat isə iddiaçı tərəfindən hesablanmış penya məbləğidir. Belə olan halda aşkar olaraq müəyyən olunmuş olur ki, xx.xx.2021-ci il tarixə cavabdehin müqavilə üzrə ödənilməyən qalıq məbləği 5765 manat təşkil etmişdir. İddiaçının mövqeyindən aydın olur ki, o, həmin məbləği qəbul etməkdə maraqlı olmamış, cavabdehdən daha artıq məbləğ (müqavilə şərtlərinə zidd olaraq) tələb etmişdir ki, bu isə cavabdehin məbləğin ondan qəbul edilməməsinə dair etirazında göstərilənlərin həqiqi olması anlamına gəlir. Qeyd edilməlidir ki, yalnız bir tərəfin istəyi ilə müqavilədə nəzərdə tutulan hüquq və öhdəliklərin predmetinin, həcminin və ya şərtlərinin dəyişdirilməsi və ya onun ləğvi müqavilə münasibətlərində tərəflərin bərabərliyi və ədalətlilik prinsiplərinə uyğun olmadığı kimi, mahiyyətcə razılaşmanı nəzərdə tutan müqavilə anlayışının təbiətinə də zidd olardı. Mülki Məcəllənin 390-cı maddəsinə görə fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki Məcəllənin 390.5-ci maddəsinə görə isə müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. İradə sərbəstliyi və müqavilə azadlığı əsas mülki hüquqlar sırasında olmaqla mülki hüquqların maneəsiz həyata keçirilməsi, pozulmuş hüquqların bərpası və mülki hüquqların məhkəmə müdafiəsi prinsipləri ilə ayrılmaz hüquqi vəhdət təşkil edirlər. Mülki Məcəllənin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Konstitusiyanın 29-cu və Mülki Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qanunun həmin tələbi fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. Qanunvericilik mülki dövriyyə iştirakçılarına müqavilə azadlığını təqdim edərkən, hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış etmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” 12 mart 2012-ci il tarixli Qərarı). imlənməsi hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi, mülkiyyətin toxunulmazlığı və müqavilə azadlığı, bu münasibətlərin subyektlərinin hüquqi statusu müəyyənləşdirilərkən ictimai və xüsusi maraqların tarazlığı, onların hüquqlarının həyata keçirilməsi və mümkün məhdudlaşdırma şərtlərinin müəyyənləşdirilməsi zamanı mütənasiblik və tarazlıq meyarlarının gözlənilməsi prinsiplərinə əsaslanmalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 14 iyul tarixli Qərarı). Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Məhkəmə tərəflərin izahatlarını, iş materiallarına əlavə edilmiş dəlilləri, müvafiq qanunvericilik aktlarını, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müvafiq Qərarını və Ali Məhkəmənin eyni tərəflər arasında mövcud olmuş məhkəmə mübahisəsi ilə əlaqədar qüvvədə olan qərarını əlaqəli şəkildə nəzərdən keçirərək belə qənaətə gəlir ki, cavabdeh nəticə etibarə ilə aylıq ödənişləri müəyyən müddət ərzində gec ödəsə də, həmin gecikmələrin səbəbkarı daha çox iddiaçı tərəf olmuşdur. Belə ki, yuxarıda qeyd olunmuş iş materiallarından görünür ki, ilk öncə cavabdeh öz mülahizəsinə görə iddiaçı tərəfindən tikinti şəhərsalma normalarına əməl edilmədiyi üçün ödəməni gecikdirmiş, lakin sonradan ödəməni həyata keçirmək istədiyi zaman iddiaçı qəbul etməmiş, əsas ödənişlə bərabər öz mülahizəsinə əsasən hesabladığı dəbbə pulu ilə bərabər istəmişdir. Daha sonra cavabdeh iddiaçı tərəfdən bank hesablarını tələb ebid ödəmələri həmin hesaba etmək istədikdə iddiaçı bundan imtina edərək cavabdeh tərəfindən ödəniş edilməsinə maneçilik törətmişdir. Bununla əlaqədar cavabdehin nümayəndəsi-vəkili tərəfindən Kapital Banka və Ərazi Vergilər İdarəsinə müraciət olunsa da, həmin hesablar barədə məlumatlar onlara təqdim olunmamış, daha sonra Salyan Rayon Məhkəməsinin sorğusu əsasında həmin hesablar barədə məlumat əldə edildikdən qısa zaman sonra cavabdeh tərəfindən əsas borc hissəsi ödənilmişdir. Həmin hal cavabdehin müəyyən müddət gecikmədən sonra ödəniş etmək istəməsini təsdiq edən hallardan biri kimi qiymətləndirilir. İş materiallarında olan və Ali Məhkmə tərəfindən qiymət verilən hallardan biri də cavabdehə ünvanlanmış bildirşlərlə bağlıdır. Belə ki, qeyd olunan bildirişdə cavabdehdən hansı əsasla hesablandığı bilinməyən dəbbə pulu tələb olunmuş, həmçinin müqavilə şərtlərində olmadığı halda mənzilin hər kvadrat metri üçün əlavə qiymət hesablanacağı göstərilmişdir. Qeyd olunan hallar iddiaçı tərəfindən cavabdehə ödənişdə maneələrin edilməsini göstərir. İş materiallarında olan Qəsr-1 MTk tərəfindən iddia ərizəsinə əlavə edilmiş 28 dekabr 2022-ci il tarixli maliyyə arayışında cavabdehin qalıq borcunun 5765 manat olduğu göstərilmiş, lakin 17 may 2023-cü il tarixli bildirşdə cavabdehin 24565 manat borcu olduğu bildirilmiş, bunun hansı formada müəyyənləşdirilməsi aydınlaşdırılmamışdır. Müqavilədə dəbbə pulu barədə müvafiq bənd olsa da, həmin dəbbə pulunun hansı faizlə hesablanması barədə heç bir müddəa yoxdur. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, 5765 manat əsas borca münasibətdə 13260 manat cərimə pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 570 manat cərimə tutulmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Qəsr-1 MTK tərəfindən tikinti şəhərsalma normalarının pozulması ilə əlaqədar cavabdeh tərəfin irəli sürdüyü xüsusatlar təsdiqini tapmamış, bununla bağlı müvafiq sənədlər yuxarıda qeyd edildiyi kimi iş materiallarında mövcuddur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, 57 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 570 manat cərimə borcu və 57 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı Qəsr-1 MTK-nın xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 284-1- 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 570 (beş yüz yetmiş) manat cərimə borcu və iddia tələbinin təmin olunmuş hissəsinə müvafiq 57 (əlli yeddi) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı Qəsr-1 Mənzil-Tikinti Kooperativinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şahəddin Kələntərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar