Məhkəmə qərarları › İş №e-2(057)-1134/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-1134/2024

24.06.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-1134/2024 24.06.2024 SALYAN RAYON MƏHKƏMƏSİ X5 Səmədovun sədrliyi, Asif Xanoğlan oğlu Zamanovun katibliyi, İddiaçı və nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi barədə mülki işə Salyan Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər qardaşı və onun ailə üzvləri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ünvan 1 ünvanda yerləşən mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında bildirmişdir ki, ünvan 1 ünvanda yerləşən mənzil atasına məxsus olmuş, qardaşı Səxavət 1993-1994-cü illərdə Almaniyaya getmiş, bir neçə ildən sonra qayıdaraq özünə Bakı şəhərində ev almış və hal-hazırdada orada yaşayır. Sonradan cavabdeh atasına məxsus olan evi öz adına keçirmiş və satmaq istədiyini bildirmişdir. Oğlu Cahangir həmin evi 15000 manata almış, daha sonra həmin ona xx.xx.2019-cu il tarixdə bağışlamış, hazırda ev onun adınadır.Cavabdehlər qeyd olunan ünvanda qeydiyyatdadırlar. Onlara həmin ünvandan qeydiyyatdan çıxmalarını xahiş etsə də onlar qeyd olunan ünvandan qeydiyyatdan çıxmamışlar. Odur ki, iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil Nümayəndə da nümayəndəsi olduğu şəxsin dediklərini bir daha təsdiq edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmış cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş Salyan rayon 2 saylı notariat ofisinin xüsusi notariusu M.Hüseynov tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli Daşınmaz Əmlakın Bağışlama Müqaviləsindən görünür ki, X1 şəhəri, 20 Yanvar küçəsi ev 15 D15 ünvanda yerləşən mənzili atası İddiaçı bağışlamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının DİN-li tərəfindən verilmiş ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ünvan 1 ünvanda qeydiyyatdadırlar. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı Reyestri Publik Hüquqi Şəxsin tərəfindən verilmiş xx.xx.2020-ci il ********** nömrəsi ilə qeydiyyata alınmış çıxarışdan görünür ki, ünvan 1-da yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. Məhkəmə iddiaçını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, ünvan 1-da yerləşən yaşayış evi İddiaçı mülkiyyətindədir. Onun həmin hüququ xx.xx.2020-ci il ********** nömrə ilə qeydə alınmışdır. Cavabdehlər iddiaçının mülkiyyətində olan yaşayış sahəsində pasport qeydiyyatında olsalar belə, faktiki onlar həmin ünvanda uzun müddətdir ki, yaşamırlar. Cavabdehlər həmin ünvanda uzun müddət yaşamaması səbəbindən onların qeyd olunan mənzildən istifadə hüququ itirilmiş hesab olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsində qeyd olunmuşdur ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.09.20-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Salyan şəhəri, 20 Yanvar küçəsi ev 16, döngə 13-də yerləşən yaşayış sahəsindən istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi və ya alındığı gündən 1 ay müddətində Salyan rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar