Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-1229/2024 08.07.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlu, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə Salyan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 820 manat məbləğində əsas borcun və məhkəməyə ödədiyi dövlət rüsumunun cavabdehdən alınıraq iddiaçıya verilməsi barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə Salyan rayonu Birinci Varlı kənd sakini Cavabdeh mağazaya müraciət edərək onun ilə nisyə alqısatqı müqaviləsi şərti olmaqla ona Playstation Slim markalı, 2 ədəd pult kabelləri ilə birgə verilməsini xahiş etmişdir. Həmin tarixdə onunla müştəri arasında SNT ******* saylı xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanılmış, müqavilə üzrə 12 ay müddətinə hər ay 34 manat olmaqla 408 manat dəyərində olan Playstation Slim markalı kompüter və 2 ədəd oyun pultu verilmişdir. Cavabdeh müqavilənin şərtlərini qismən icra edərək 2 ay ödəniş etmiş, daha sonradan şərtləri pozaraq, öhdəliklərini vaxtında və lazımınca icra etmədiyindən hazırda 340 manat məbləğində borcu yaranmış, 340 manat məbləğində borcun ödənilməsi barədə məlumat verilməsinə baxmayaraq bu vaxta kimi öhdəliklərini icra etməmişdir. Bundan əlavə cavabdeh etibarından sui-istifadə edərək xx.xx.2021-ci il tarixdə mağazaya müraciət edərək onun ilə nisyə alqı-satqı müqaviləsi şərti olmaqla ona Playstation 3 Slim markalı 320gb yaddaşlı, 2 ədəd pult kabelləri ilə birgə verilməsini xahiş etmişdir. Həmin tarıxdə onunla müştəri arasında SNT ******* saylı, xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanılmış, müqavilə üzrə 12 ay müddətinə hər ay 34 manat olmaqla 408 manat dəyərində olan Playstation 3Slim markalı 320gb yaddaşlı 2 ədəd oyun pultu verilmişdir. Cavabdeh müqavilə bağladıqdan sonra heç bir ödəniş etməmiş, müqavilə şərtlərini pozaraq, öhdəliklərini vaxtında və lazımınca icra etmədiyindən hazırda 480 manat məbləğində əsas borcu yaranmış, 480 manat məbləğində borcun ödənilməsi barədə məlumat verilməsinə baxmayaraq bu vaxta kimi öhdəliklərini icra etməmişdir. Cavabdeh bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında tam olaraq icra etmədiyinə görə ona məlumat verilmiş, lakin cavabdeh götürmüş olduğu öhdəlikləri yerinə yetirməkdən yayındığından borcun qaytarılması üçün məhkəməyə müraciət etmək məcburiyyəti yaranmışdır. Odur ki, cavabdehdən SNT ******* saylı, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 340 manat, SNT ******* saylı xx.xx.2021-ci il tarixli müqavilə üzrə 480 manat, cəmi 820 manat pulun və ödədiyi dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, cavabdeh həmin bildirişi xx.xx.2024-cü il tarixdə qəbul etmiş, lakin cavabdeh tərəf bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı etirazını göndərməməklə iddiaçının tələbinə dair hər hansı münasibət bildirməmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan № ******* saylı, xx.xx.2021-ci il tarixli Nisyə Alğı-satqı müqaviləsi və ona əlavə edilmiş həmin tarixli Əlavə 1-dən görünür ki, İddiaçı tərəfindən Cavabdeh aylıq 34 manat ödəmək şərti ilə 12 ay müddətinə nisyə məbləği 408 manat olan Playstation 3 slim 320gb və 2 pult kabellər satılmışdır. İş materiallarında olan № ******* saylı, xx.xx.2021-ci il tarixli Nisyə Alğı-satqı müqaviləs və ona əlavə edilmiş həmin tarixli Əlavə 1-dən görünür ki, İddiaçı tərəfindən Cavabdeh aylıq 34 manat ödəmək şərti ilə 12 ay müddətinə nisyə məbləği 408 manat olan Ps slim satılmışdır. İş materiallarında olan dövlət rüsumunun ödənilməsi barədə mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən dövlət nəfinə 30 manat pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. MPM-in 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-in 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. MPM-in 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 820 (səkkiz yüz iyirmi) manat məbləğində əsas borcun və 30 (otuz) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 820 (səkkiz yüz iyirmi) manat məbləğində əsas borcun və 30 (otuz) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet istifadə edilməklə Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №e-2(057)-1229/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-1229/2024
08.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver