Məhkəmə qərarları › İş №e-2(057)-1432/2025

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-1432/2025

14.08.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-1432/2025 14.08.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Alıyev Rüstəm Böyükağa oğlunun sədrliyi, Rzayev Azər Azad oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə oğlunun iştirakları ilə İddiaçı cavabdeh X5, Cavabdeh1 və Cavabdeh3 qarşı “istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbi dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Salyan rayon 2 saylı Notariat Kontorunun xüsusi notariusu X1 tərəfindən 3M-192 nömrəsi ilə qeyd edilərək 14 noyabr 2016-cı il tarixində təsdiq edilmiş “Mövcud kreditin (borcun) etirafı haqqında” müqavilədən görünür ki, müqavilə tərəfi İddiaçı ilə Cavabdeh2 əvəzinə Cavabdeh1 arasında müqavilə bağlanmış, müqavilənin predmetini Cavabdeh2 2015-ci ilin may-iyun aylarından başlayaraq həmin ilin dekabr ayınadək olan müddətdə ticarətlə məşğul olmaq məqsədi ilə İddiaçı 90000 (doxsan min) manat pul borcu təşkil etmiş, borc alan Cavabdeh2 etiraf etmişdir ki, 2015-ci ilin may-iyun aylarından başlayaraq həmin ilin dekabr ayınadək olan müddətdə ticarətlə məşğul olmaq məqsədi ilə İddiaçı 90000 (doxsan min) manat borc pul aldığını, həmin 90000 (doxsan min) manat pul borcunu son tarix xx.xx.2021-ci il olmaqla, hər ay 500 (beş yüz) manatdan az olmamaq şərti ilə 5 (beş) il müddətinə tam qaytaracağını, borc verən İddiaçı, borcalan Cavabdeh2 ondan aldığı 2015-ci ilin may-iyun aylarından başlayaraq, həmin ilin dekabr ayınadək olan müddətə ticarətlə məşğul olmaq məqsədi ilə 90000 manat borc lmasını və nəticədə ona 90000 (doxsan min) manat pul borculu olması barədə etirafını qbul etmiş və təsdiq etmişdir. Həmin borcun müqavilədə göstərilən müddətə və şərtlərlə ödənilməsinə razılığını bildirmişdir. Bu müqavilə müddətində Cavabdeh2 "xxxx" ASC-nin Şirvan filialına olan borcunu ona ödənilən pul məbləğinə müvafiq olaraq İddiaçı tərəfindən ödənilməsi barədə razılığa gəlinmişdir. Bu müqavilənin təminatı olaraq Cavabdeh2, Salyan şəhəri, M.Dadaşov küçəsi, 15 saylı ünvanda yerləşən fərdi yaşayış evini qabaqcadan İddiaçı adına rəsmiləşdirir. Əgər Cavabdeh2 pul borcunu müqavilədə göstərilən müddətə və şərtlərlə ödəməzsə və ya ödəməni mütəmadi olaraq gecikdirərsə, həmin fərdi yaşayış evini tərk etməklə ailə üzvləri ilə birlikdə qeydiyyatdan çıxmağı barədə öz üzrəinə öhdəlik götürmüşdür. Borc alan Cavabdeh2 aldığı borc pulu vaxtında qaytarmazsa və həmin fərdi yaşayış evini ailə üzvləri ilə bilrikdə qeydiyyatdan çıxarmaqla tərk etməzsə, borc verən İddiaçı, qanunla müəyyən edilmiş qaydada borclunun qeydiyyatda olduğu yer üzrə məhkəməyə və ya icra şöbəsinə müraciət edə bilər.

2. Salyan rayon 2 saylı Notariat Kontorunun xüsusi notariusu X1 tərəfindən 7E- 10467 nömrəsi ilə qeyd edilərək 14 noyabr 2016-cı il tarixində təsdiq edilmiş ərizədən görünür ki, Cavabdeh1 Salyan rayon 2 saylı Notariat Kontorunun xüsusi notariat kontorunda 14 noyabr 2016-cı il tarixində təsdiq edilmiş 3M-192 reyestrli “Mövcud kreditin (borcun) etirafı haqqında” müqavilə ilə tanış olmuş, əri X5 tərəfindən həmin müqavilədə göstərilən 90000 (doxsan min) manat pul borcu ödənilməzsə və ya vaxtında ödənilməzsə, onun mülkiyyətində olan və qeydiyyatda olduğu Salyan şəhəri, M.Dadaşov küçəsi, 15 saylı ünvanda yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxmağı və qeyd şərtsiz həmin fərdi yaşayış evini tərk etməyi öhdəsinə götürmüşdür.

3. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Salyan şəhəri, M.Dadaşov küçəsi, 15 saylı ünvanda yerləşən fərdi yaşayış evi X6 tam pay hüququ olmaqla xüsusi mülkiyyəti kimi xx.xx.2018 - ci il tarixdə ********** saylı qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 10 nömrəli reyestr kitabının 89 nömrəli vərəqində qeydiyyata alınmışdır. 4.Salyan Rayon Məhkəməsinin 2(057)-1083/2023 saylı, 22 sentyabr 2023-cü il tarixli qətnaməsindən görünür ki, iddia tələbi təmin edilmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Salyan şəhəri, M.Dadaşov küçəsi, 15 saylı ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması,100 manat dövlət rüsumunun cavabdehlər X5 və Cavabdeh1 birgə tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

5. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1510-2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh2 qarşı “evdən çıxarılma” tələbinə dair Salyan Rayon Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli qətnaməsindən qətnamənin hüququ və mənafeyinə toxunduğunu iddia edən X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Salyan Rayon Məhkəməsinin 2(057) -1083/2023 saylı, 22 sentyabr 2023-cü il tarixli qətnaməsi – Cavabdeh1 Salyan şəhəri, M.Dadaşov küçəsi, 15 saylı ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması və dövlət rüsumunun əvəzinin ondan tutulmasına dair hissəsində ləğv edilmişdir.

6. AZEMİS vasitəsi ilə şəxsin şəxsi məlumatlar bölməsindən əldə edilmiş çıxarışdan görünür ki, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 Salyan şəhəri, M.Dadaşov küçəsi, ev 15 ünvanında qeydiyyatdadırlar.

İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları

a) iddia tələbi

7. İddiaçı cavabdehlər X5, Cavabdeh1 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların Salyan şəhəri, M.Dadaşov küçəsi, 15 saylı ünvanda olan fərdi yaşayış evindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1 və Cavabdeh3 Salyan şəhəri, M.Dadaşov küçəsi, 15 saylı ünvanda olan fərdi yaşayış evindən çıxarılması və evin tamamilə boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. (İddia tələbinin həcmi artırılmışdır)

8. İddianın əsaslarına görə, 15 mart 2018-ci il tarixiindən Salyan şəhəri, M.Dadaşov küçəsi, 15 saylı ünvanda olan fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir. Əmlak xx.xx.2016-cı il tarixli Salyan rayon 2 saylı Notariat Kontorunun xüsusi notariusu X1 tərəfindən təsdiqlənmiş mövcud kreditin (borcun) etirafı müqaviləsi əsasında onun mülkiyyətinə keçmişdir. Lakin cavabdehlər müqavilə əsasında öz üzərilərinə götürdükləri öhdəlikləri icra etmir cavabdeh tərəfindən dəfələrlə müraciətlər olsa da buna məhəl qoymamışlar. Qeyd olunan ünvanda yerləşən mənzildən çıxmamaqla onun mülkiyyətindən istifadəsinə qanuna zidd şəkildə maneələr yaradırlar. Həmçinin hazırki iş üzrə cavabdeh X2 qeyd olunan mübahisəli mənzildən çıxarılması ilə bağlı qanuni qüvvəyə minmiş qətnamə mövcuddur. Hazırki mülki iş üzrə digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 da həmin mənzildən çıxarılmalarını və hər 3 cavabdehə münasibətdə mövcudluğu məhkəmə tərəfindən müəyyən olunduğu təqdirdə onların istifadə hüquqlarına xitam verilməsi ilə balı məhkəməyə müraciət etmişlər. cavabdehlər a) iddiaya etiraz

9. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.

b) məhkəmə icraat iştiakçılarının izahatları

10. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə bildirmişdir ki, iddianı müdafiə edir. Həmçinin qeyd etmişdir ki, cavabdehlər X5, Cavabdeh1 və Cavabdeh3 Salyan şəhəri, M.Dadaşov küçəsi, 15 saylı ünvanda olan fərdi yaşayış evindən çıxmamaqla mülki iş üzrə təmsil etdiyi və hüquqlarını müdafiə etdiyi iddiaçının mülkiyyət hüquqlarını həyata keçirməsinə maneələr törədirlər. Belə ki, xx.xx.2018-ci il tarixdən qeyd olunan mənzilə iddiaçının tam hüquqlu mülkiyyət hüququ dövlət reystrində qeydə alınmaqla və müvafiq Reyestrdən çıxarış verilməklə tanınmışdır. Cavabdeh2 münasibətdə qanuni qüvvəyə minmiş qətnamə mövcud olduğundan hazırki iddia ərizəsinin yalnız istifadə hüququna xitam verilməsi hissəsində ona qarşı iddia tələbimiz mövcuddur. Qeyd olunan qətnamədə sadəcə digər ailə üzvlərinin dairəsinin qeyri-müəyyən formada iddia ərizəsi ilə tələb olunması və birinci instansiya məhkəməsində onların iştirakının təmin olunmaması səbəbəi ilə onlara aid hissədə ləğv olunmuş, lakin cavahdeh Cavabdeh2 münasibətdə isə dəyişdirilmədən saxlanılmış və həmin qətnamə hazırda qüvvədədir. Qeyd olunan bu hallara əsaslanaraq, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

11. Cavabdehlər X5, Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir.

12. Məhkəmə aparatının əməkdaşı tərəfindən cavabdehlərin istifadəsində olan mobil nömrələrlə əlaqə yaradılmış (telefonoqram) və məhkəmə iclasının keçirilmə yeri və vaxtı barədə müvafiq məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclsında iştirak etməmişlər.

13. Azərbaycan Respunlikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin (cavabdehlərin) gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

14. Məhkəmə işə cavabdehlər X5, Cavabdeh1 və Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Konstitusiyasının :

13-cü maddəsinin İ-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 13-cü maddəsinin İİİ-ci maddəsinə əsasən,mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin :

152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

17. “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikası Qanununun:

2-ci maddəsinə əsasən, Şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer - onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 may 2008-ci il tarixli Qərarı:

“Əgər Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsi yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvlərinin evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüquqlarını onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməməsi halından asılı edirdisə, 2000-ci ilin sentyabrın 1-dən qüvvəyə minmiş MM-in 228.1-ci maddəsi müəyyən etmişdir ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış olsun. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. MM-in 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: - mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; - həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; - istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Belə qaydaların müəyyən edilməsi ondan irəli gəlir ki, «mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.MM-in 228.5-ci maddəsində təsbit olunmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Həmin müddəanın mənasına görə mülkiyyətçi ilə birgə yaşayan əri, arvadı, valideynləri və uşaqlarının onunla bərabər yaşayış sahəsindən istifadə hüququ onların mülkiyyətçinin icazəsi ilə yaşayış binasının tərkib hissəsinə köçərək orada daimi yaşamaqdan asılıdır. Bu mənada, nəzərə alınmalıdır ki, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri ilə bağlı MM-in 228.5-ci maddəsinə nisbətdə həmin Məcəllənin 228.1-ci maddəsi daha geniş xarakter daşıyır. Belə ki, MM-in 228.1-ci maddəsində mülkiyyətçinin ailə üzvlərindən bəhs edildiyi təqdirdə, həmin Məcəllənin 228.5-ci maddəsi yalnız mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinə aiddir. Göründüyü kimi mülkiyyətçi ilə birgə yaşamayan onun ailə üzvləri MM-in 228.5-ci maddəsinin dairəsinə düşmür.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunun əvəzinin ödənilməsini tələb etmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə baxışının hədləri

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi

21. Məhkəmə hazırki mülki iş üzrə qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyini və mövcud məhkəmə təcrübəsini əsas götürür.

22. Məhkəmə iddiaçı və cavabdehin mövqeyini nəzərə almaqla, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

23. Məhkəmə araşdırması ilə müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh2 (onun əvəzinə arvadı Cavabdeh1 iştirak etmişdir) arasında 14 noyabr 2016-cı il tarixli “Mövcud kreditin (borcun) etirafı haqqında” müqavilə bağlanmış, Salyan rayon 2 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmişdir. Salyan şəhəri, M.Dadaşov küçəsi, 15 saylı ünvanda yerləşən fərdi yaşayış evi xx.xx.2018-ci il tarixdə X6 tam pay hüququ olmaqla xüsusi mülkiyyəti kimi AR ƏMDK DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ********** saylı qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 10 nömrəli reyestr kitabının 89 nömrəli vərəqində qeydiyyata alınmışdır. X2 Salyan şəhəri, M.Dadaşov küçəsi, 15 saylı ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması ilə bağlı qanuni qüvvəyə minmiş qətnamənin də hüquqi əsasını məhz onun İddiaçı mülkiyyətində olan mənzildən huquqauyğun əsaslar olmadan qalması təşkil etmişdir. Hazırki mülki iş üzrə Cavabdeh1 və Cavabdeh3 həmin mənzildən çıxmamaqla mülkiyyətçi İddiaçı mülkiyyət hüquqlarının həyata keçirilməsini qanunsuz olaraq məhdudlaşdırır. Mülki iş üzrə müəyyən edilmiş hallardan çıxış edərək, məhkəmə hesab edir ki, Cavabdeh1 və Cavabdeh3 Salyan şəhəri, M.Dadaşov küçəsi, 15 saylı ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmalı və həmin fərdi yaşayış evi İddiaçı təhvil verilməlidir.

24. Məhkəmə həmçinin cavabdehlərin həmin mənzilə qeydiyyatda olmaları əlaqədar istifadə hüququ ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, cavabdehlər uzun müddətdir faktiki olaraq mübahisə predmeti olan mənzildə qanunsuz şəkildə yaşayaraq, sadəcə mənzildə formal qeydiyyatdadırlar. Mənzilə qeydiyyat özlüyündə istifadə hüququnun yaranmasına səbəb olmur. Belə ki, mənzilə qeydiyyat formal xarakter də daşıya bilər. Mənzilə formal qeydiyyat isə özü-özlüyündə istifadə hüquqlarının mövcud olmasına əsas olmadığından hazırki iddia tələbi üzrə cavabdehlərin istifadə hüququnun itirilməsi mövcud olmayan hüququn itirilməsi hüquqi və məntiqi baxımından yolverilən hal kimi qiymətləndirilə bilməz. Bundan əlavə, cavabdehlərin iradəsinə zidd şəkildə mənzildən istifadə hüquqlarının məhdudlaşdırılması xüsusatları müəyyən edilmir. Belə ki, mülki qanunvericilikdə istifadə hüququnun yaranması əsasları ilə bağlı qaydalar aydın şəkildə göstərilmişdir və hazırki mülki iş üzrə cavabdehlərin mülkiyyətçi ilə nə yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi, nə də istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması kimi hallar müəyyən edilmir. Mülkiyyətçinin mülkiyyət hüquqlarının əsassız olaraq məhdudlaşdırılması yolverilməzdir. Qeyd olunan bu hallar iddia tələbinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 Salyan şəhəri, M.Dadaşov küçəsi, 15 saylı ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi hissəsində təmin edilməməlidir.

25. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclaslarında iştirak etməmiş, üzərinə düşən sübutetmə (təkzibetmə) funskiyasını təşkil etməmişdir.

26. Odur ki, İddiaçı mülkiyyət hüquqlarından maneəsiz istifadəsi məqsədi ilə iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 Salyan şəhəri, M.Dadaşov küçəsi, 15 saylı ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmalı və həmin fərdi yaşayış evi boşaldılaraq iddiaçıya təhvil verilməlidir. İddia tələbi Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 Salyan şəhəri, M.Dadaşov küçəsi, 15 saylı ünvanında yerləşən fərdi yaşayış evinə dair istifadə hüququnun itirilməsi hissəsində təmin edilməməlidir.

27. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi, mənzildən çıxarılma” barədə iddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 Salyan şəhəri, M.Dadaşov küçəsi, 15 saylı ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılaraq, fərdi yaşayış evi iddiaçı İddiaçı təhvil verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Rüstəm Alıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar