Məhkəmə qərarları › İş №e-2(057)-150/2025

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-150/2025

12.02.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-150/2025 12.02.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi vəkil Nümayəndə iştirakıarı ilə, İddiaçı cavabdeh Salyan regional «ASAN xidmət» mərkəzinə qarşı “qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Salyan regional «ASAN xidmət» mərkəzinə qarşı “qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X12 və anası X15 ilə xx.xx.1975-ci il tarixdə 55 nömrəli rəsmi qeydə alınmışdır. Onların birgə nikahlarından xx.xx.1980-ci il tarixdə Salyan rayonunda Qaraçala qəsəbəsində anadan olmuş, bu barədə xx.xx.1980-ci il tarixdə Salyan rayon Qaraçala qəsəbə icra nümayəndəliyində 166 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Mərhum Atası X1 QSC Salyan fihalmda cari və əmanət hesabında vəsait qalmışdır. Həmin vəsaitin götürülməsi üçün qanun üzrə vərəsəlik şəhadətnamə verilməsi üçün Salyan Regional “ASAN Xidmət” mərkəzində Notariat ofisinə müraciət etmişdir. Salyan Regional “ASAN Xidmət” mərkəzində Notariat ofisində ona rəsmi qaydada imtina məktubu verərək bildirmişlər ki, Access Bank QSC Salyan filialında X6 ata adı Nurbala kimi göstərilmişdir. Ata adında eynilik olmadığına görə bu barədə məhkəməyə, müraciət etməlidir. O, da Salyan rayon Məhkəməsinə ərizə ilə müraciət etdi. AZ63ACAB******************** saylı cari hesab üzrə 2131,55 manat, AZ05ACAB******************** saylı əmanət hesabı üzrə 10000 manat miras qalmış əmlakı bu səbəbdən əldə edə bilmir. X5, qardaşı X14 və bacısı X17 da həmin miras qalmış pulun götürülməsinə razıdırlar. Salyan Regional “ASAN Xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan da görünür ki, XX.XX.1950-ci ildə anadan olmuş və xx.xx.2024-cü ildə vəfat etmiş X6 аtа adı səhv olduğu və digər sənədlərlə uyğun gəlmədiyi üçün Nurbaladan Nuhbalaya dəyişdirilmişdir. Həmin məsələ indi yenidən uyğunsuszluq yaradır. Bununda həll yolu məhkəmə qətnaməsi ilə qanun üzrə vərəsəlik hüququnun tanınmasıdır. Salyan Regional “ASAN Xidmət” mərkəzində Notariat ofisi tərəfindən bu halın sonradan dəyişməsini bildiyi halda əsassız olaraq imtina etmişdir. Halbuki bu tamamilə əsassızdır və ona bu miras qalmış, əmlaka qanun üzrə vərəsə kimi mülkiyyət hüququ tanınmalı və vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi vəkil Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh Salyan regional «ASAN xidmət» mərkəzinə xəbərdarlıq edilməsinə baxmayaraq, həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Salyan regional «ASAN xidmət» mərkəzinin notariat ofisinin xüsusi notariusu X25 məhkəməyə ərizə ünvanlayaraq, iş yükünün çox olması ilə əlaqədar olaraq təyin olunmuş məhkəmə prosesinin onların iştirakı olmadan keçirilməsini və işə baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-cı maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını və onun nümayəndəsini dinləyib, iddia ərizəsini və ona əlavə olunmuş iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş; Salyan rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 17 iyul 2024-cü il tarixli arayışın surətindın görünür ki, X12 1950-ci ildə Salyan rayon Qaraçala qəsəbəsində anadan olmuşdur. X2r. Salyan rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 17 iyul 2024-cü il tarixli arayışın surətindın görünür ki, X12 və X10 nikahı haqqında 30 iyun 1975-ci il tarixdə 55 №-li akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə “Bayramov”, arvada “Bayramova” soyadı verilmişdir. 15 aprel 2024-cü il tarixdə tərtib edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2024-cü ildə Salyan şəhərində ölmüşdür. Salyan regional “ASAN Xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən tərtib olunmuş 07 iyun 2024-cü il tarixli arayışdan görünür ki, XX.XX.1950-ci ildə doğulmuş, xx.xx.2024-cü il tarixdə ölmüş X7 ata adı səhv olduğu və digər sənədləri ilə uyğun gəlmədiyi üçün (arvadı X11 ərizəsinə əsasən) “Nurbala”-dan “Nuhbala”-ya dəyişdirilmişdir. "xxxx" QSC tərəfindən Salyan regional “ASAN Xidmət” mərkəzinə ünvanlanmış 19 iyun 2024-cü il tarixli məktubun surətindən görünür ki, X7 "xxxx" QSC-də cari və əmanət hesabları mövcuddur və müvafiq olaraq 2315,35 (iki min üç yüz on beş manat 35 qəpik) manat və 10000,00 (on min) manat məbləğində vəsaiti var. Salyan regional “ASAN Xidmət” mərkəzində Notariat ofisi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, X3ndan miras qalmış əmlaka dair vərəsəlik şəhadətnaməsi verilməsi ilə bağlı etdiyi müraciətə cavab olaraq bildirilmişdir ki, mirasın qəbulu üçün mərhum X6 ata adında uyğunsuzluq olması səbəbindən vərəsəlik şəhadətnaməsi verilməsindən imtina edilmişdir. Tədqiq edilmiş iş materialları ilə məhkəmə tərəfindən müəyyən edildi ki, "xxxx" QSC tərəfindən verilmiş rəsmi bank arayışında X7 bank hesablarında 2315.35 AZN və 10,000.00 AZN vəsaitin olduğu təsdiqlənmişdir X7 ata adı rəsmi sənədlərdə “Nurbala” kimi qeyd olunsa da, sonradan bu ad arvadı X11 ərizəsinə əsasən Qeydiyyat Şöbəsi tərəfindən dəyişdirilərək “Nuhbala” formasına salınmış və bu dəyişiklik rəsmiləşdirilmişdir. Bu ad dəyişikliyi səbəbindən notariat orqanı vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Notariat haqqında Azərbaycan Respublikasinin Qanununun 40-cı maddəsinə əsasən, notarius və notariat hərəkətlərini aparan digər vəzifəli şəxslər aşağıdakı hallarda notariat hərəkətlərini aparmaqdan imtina etməlidirlər: 1) hərəkətin aparılması qanuna zidd olduqda; 2) hərəkəti başqa notarius və ya digər vəzifəli şəxs aparmalı olduqda; 3) hərəkətin aparılması barədə fəaliyyət qabiliyyəti olmayan şəxs və ya lazımi səlahiyyəti olmayan nümayəndə müraciət etdikdə; 4) hüquqi şəxsin adından bağlanan əqd onun nizamnamə və ya əsasnaməsində göstərilən məqsədlərə zidd olduqda; 5) qanunun tələblərinə uyğun olmayan əqd bağlandıqda; 6) notariat hərəkətinin aparılması üçün təqdim olunan sənədlər qanunvericiliyin tələblərinə zidd olduqda və ya həmin sənədlərdə ayrı-ayrı şəxslərin şərəf və ləyaqətini ləkələyən məlumatlar olduqda; 7) əqdin məzmunu tərəflərin həqiqi niyyətinə uyğun olmadıqda. Həmin Qanunun 41-ci maddəsinə əsasən, aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən maraqlı şəxs bu barədə dövlət notariat ofisinin, xüsusi notariusun, müvafiq icra hakimiyyəti orqanının, bu Qanunun 39-cu maddəsinin birinci hissəsində sadalanan vəzifəli şəxslərin iş və ya qulluq yerinin, yaxud gəminin qeydiyyat limanının yerləşdiyi yerin məhkəməsinə şikayət verə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 1.4-cü bəndində qeyd edilmişdir ki, Qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi (bundan sonra – Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemi) vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Yuxarıda qeyd olunan qanunvericilik normalarından da göründüyü kimi, notarius yalnız qanunla nəzərdə tutulmuş hallarda notariat hərəkətlərini aparmaqdan imtina etməlidir. Qeydiyyat şöbəsi tərəfindən təqdim edilmiş arayış hüquqi qüvvəyə malik olduğu üçün dövlət orqanları, o cümlədən notariat orqanı bu sənədə əsaslanaraq vərəsəlik şəhadətnaməsi təqdim etməli idi. Lakin notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etmiş və bunu mərhumun ad dəyişikliyi ilə əsaslandırmışdır ki, bu da hüquqi cəhətdən əsassızdır. Notarius orqanının vərəsəlik şəhadətnaməsini verməkdən imtina etməsi vərəsənin qanunla nəzərdə tutulmuş miras hüququnun pozulması ilə nəticələnmiş, onun bank hesablarındakı vəsaiti miras yolu ilə almaq hüququnu əsassız şəkildə məhdudlaşdırmışdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia təmin edilməli, Salyan regional «ASAN xidmət» mərkəzinin notariat ofisinin vərəsəlik şəhadətnaməsi verməkdən imtinası qanunsuz hesab edilməklə, notariat ofisinin üzərinə İddiaçı mərhum X9 dair vərəsəlik şəhadətnaməsi vermək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 284-1- 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Salyan regional «ASAN xidmət» mərkəzinin notariat ofisinin vərəsəlik şəhadətnaməsi verməkdən imtinası qanunsuz hesab edilməklə, notariat ofisinin üzərinə İddiaçı mərhum X9 dair vərəsəlik şəhadətnaməsi vermək vəzifəsi qoyulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar