Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № e-2(057)-154/2024 09.01.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İddiaçı İK-nin nümayəndəsi Nümayəndə, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 iştirakı ilə, İddiaçı İK-nın pul tələbinə dair mülki işə məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İK məhkəməyə müraciət edərək Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 kooperativə vurulan 5000 manat xərcinin və müqavilə öhdəliyinin pozulmasına görə 1000 manat və ödənilmiş dövlət rüsumunun tutularaq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə məhkəməyə ərizə verərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 2920 manat torpaq sahəsinin məhsuldarlığını artırmaq üçün çəkiliş xərcin tutularaq onlara ödənilməsinə, cavabdehlərin İddiaçı İK-nə üzvlüyə verilmiş torpaq sahələrindən istifadəyə müdaxilə hərəkətlərinə qadağa qoyulmasına və sonunculardan MKT İK MMC-nin MKT Salyan filialı müqavilə bağlamasından imtina etdiyinə görə 1000 manat müqavilə öhdəliyinin pozulmasına görə maddi ziyan və 1000 manat mənəvi ziyanın onlara ödənilməsinə dair iddia qaldırmışdır. Həmin iddia tələbi üzrə iddianın baxılmamış saxlanılmasını, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iddianın baxılmamış saxlanılmasına heç bir etirazlarının olmadığını bildirmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəblərini məhkəməyə bildirməmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddiaçı ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdiyindən ərizə baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 114, 259, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı İK-nın cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı vermiş olduğu iddia ərizəsi baxılmamış saxlanılsın. Ərizə və ərizəyə əlavə olunmuş sənədlər İddiaçı İK-ya qaytarılsın. İddiaçı İK-nın ödədiyi 80 manat dövlət rüsumu Dövlət büdcəsi (Maliyyə Nazirliyinin Salyan Rayonu üzrə Maliyyə Şöbəsi) tərəfindən ona qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №e-2(057)-154/2024
Salyan Rayon Məhkəməsi Qərardad — İş №e-2(057)-154/2024
09.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver