Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-1564/2024 04.11.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İmanova Aytac Mirzəbaba qızının katibliyi, İddiaçı X5 iştirakı ilə, İddiaçı X5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və maraqlı şəxslər Maraqlı şəxs4 Abış qızı, Maraqlı şəxs3, Maraqlı şəxs1 və Maraqlı şəxs2 qarşı mirasın qəbul edilmə faktının müəyyən edilməsi və qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi barədə tələbinə dair iddia ərizəsi üzrə mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X14 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və maraqlı şəxslər Maraqlı şəxs4 Abış qızı, Maraqlı şəxs3, Maraqlı şəxs1 və Maraqlı şəxs2 qarşı qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası Maraqlı şəxs2 Əbülfəz oğlunun xüsusi mülkiyyətində olan Salyan şəhəri, H.Z.Tağıyev küçəsi ev 29, Yeni qaydalarla Salyan şəhəri X25 küçəsi 39 ünvanda qeydiyyat nömrəsi ********** olan xx.xx.2022-ci ildə qeydiyyata alınmış **********54-10301 reystr nömrəsi olan 0.112 ha olan torpaq sahəsi və 453,3 kvm xüsusi mülkiyyətdə olan fərdi yaşayış evi, cəmi tikinti altı sahə olan 0.05416 ha sahəyə onun payına düşən hissəyə qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum atası Maraqlı şəxs2 Əbülfəz oğlunun mülkiyyətində Salyan şəhəri, H.Z.Tağıyev küçəsiev 29, Yeni qaydalarla Salyan şəhəri X25 küçəsi 39 ünvanda qeydiyyat nömrəsi ********** olan xx.xx.2022-ci ildə qeydiyyata alınmış **********54-10301 reystr nömrəsi olan 0.112 ha olan torpaq sahəsi və 453,3 kvm xüsusi mülkiyyətdə olan fərdi yaşayış evi, cəmi tikintialtı sahə olan 0.05416 ha miras əmlak vardır. Atası Maraqlı şəxs2 Əbülfəz oğlu xx.xx.1993-cü ildə və anası X12 xx.xx.1979-cu ildə vəfat etmişlər. X1 və X15 rəhmətə getmişdir. Qəfərli X11 Sevda Abış qızının, Maraqlı şəxs2 X6 vərəsələridir. Atası Maraqlı şəxs2 Əbülfəz oğlu ilə, anası X3 7 uşağı olmuşdur. X35, X28, Maraqlı şəxs4, X15, İddiaçı, Cavabdeh1, Altay(Ələkbərova) Lalə Abış qızı. X16 və X28 adlı vərəsə isə rəhmətə getmişdir. Bu barədə Salyan RİHB Salyan ŞİƏDÜN-dən arayış alınması üçün müraciət edilsədə sorğuya cavab verilməmişdir. Miras əmlakın qəbulu barədə X38 Xidmət Mərkəzindəki Notariat ofisinə müraciət etmiş və mirasın qəbulu üçün müddət ötürüldüyündən vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. Notariat ofisi müraciəti qeydə alımış və 1012G saylı xx.xx.2024-cü ildə məktub vermişdir. Özü faktiki mirası qəbul etmiş, lakin bugünə qədər vərəsələr arasında narazılıq olduğundan, mirasın qəbulu üçün qanunla müəyyən edilmiş vaxtda müraciət etməmişdir. İndiki vaxtda artıq miras payının sənədləşdirilməsini istəyir. Göstərilənləri nəzərə alaraq, mərhum atası X7 xüsusi mülkiyyətində olan Salyan şəhəri, H.Z.Tağıyev küçəsi ev 29, Yeni qaydalarla Salyan şəhəri X25 küçəsi 39 ünvanda qeydiyyat nömrəsi ********** olan xx.xx.2022-ci ildə qeydiyyata alınmış **********54-10301 reystr nömrəsi olan 0.112 ha olan torpaq sahəsi və 453,3 kvm xssusi mülkiyyətdə olan fərdi yaşayış evi, cəmi tikinti altı sahə olan 0.05416 ha sahəyə onun payına düşən hissəyə qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X14 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmış cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və maraqlı şəxslər Maraqlı şəxs4 Abış qızı, Maraqlı şəxs3, Maraqlı şəxs1 və Maraqlı şəxs2 məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də, məhkəmə onların iştirakı olmadan işə Azərbaycan Respublikası MPM-nin 185.5ci maddəsinə əsasən baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; AZ-T 265800 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X21 xx.xx.1974-cü ildə Salyan rayonunda anadan olmuşdur. Atası Maraqlı şəxs2 Əbülfəz oğlu, anası X4r. V-ЖГ 440475 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X17 ilə X21 07 oktyabr 1994-cü ildə nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra arvada “Adışirinova” soyadı verilmişdir. AZ-İ № 677538 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1979-cü ildə ölmüşdür. AZ-İİ № 355086 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs2 Əbülfəz oğlu xx.xx.1993-cü ildə ölmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Salyan Regional “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinin vəkil sorğusuna cavab olaraq ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda X5 vərəsəlik işi ilə bağlı xx.xx.2024-cü il tarixli müraciətinə Salyan Regional “Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsində baxılmış və müvafiq arayışın verilməsi barədə tələbin icrasından imtina olunaraq, müraciətə baxılmasının nəticəsində subordinasiya və məhkəmə qaydasında şikayət etmək hüququ izah olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X38 Xidmət Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X8 vəkil sorğusuna cavab olaraq vermiş olduğu 03 iyul 2024-cü il tarixli arayışından görünür ki, xx.xx.1993-cü ildə vəfat etmiş mərhum atası Maraqlı şəxs2 Əbülfəz oğlundan miras qalan əmlaka dair vərəsəlik şəhadətnaməsi verilməsi ilə bağlı olunmuş müraciətdə mirasın qəbulu üçün vərəsələr arasında mübahisə olması səbəbindən vərəsəlik şəhadətnaməsi verilməsində imtina edilmişdir. Salyan RİH Başçısının Salyan Şəhər İƏN-nin verdiyi 15 iyul 2024-cü il tarixli arayışda qeyd edilmişdir ki, verilir Salyan şəhəri, H.Z.Tağıyev küçəsi, ev 23 ünvanında yaşayan İddiaçı ondan ötəri ki, onun atası Maraqlı şəxs2 Əbülfəz oğlu xx.xx.1993-cü il tarixdə, anası X12 xx.xx.1979-cü il tarixdə, bacısı X27 xx.xx.2018-ci il tarixdə, qardaşı X15 xx.xx.2001-ci il tarixdə vəfat etmişlər. Mərhumun daimi yaşayış yeri ünvan 3 ünvan olmuş, ölənədək onlarla birlikdə yaşamış və hazırda həmin evdə yaşayan ailə üzvü yoxdur. Mərhumun Adışirinova (Ələkbərova) Gülşən Abış qızı, Miriyeva (Ələkbərova) Əzizə Abış qızı, Əhmədova (Ələkbərova) Mərcan Abış qızı, Altay (Ələkbərova) Lalə Abış qızı və Cavabdeh1 Abış oğlu adlı vərəsələri qalmışdır. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışdan görünür ki, Salyan şəhəri, H.Z.Tağıyev küçəsi ev 29, Yeni qaydalarla AZ 5200, ünvan 4 ünvanda qeydiyyat nömrəsi ********** olan xx.xx.2022-ci ildə qeydiyyata alınmış **********54-10301 reystr nömrəsi olan 453.3 kvm xüsusi mülkiyyət, 0.112 ha olan torpaq sahəsi Maraqlı şəxs2 Əbülfəz oğlunun xüsusi mülkiyyətindədir. “Atalığı müəyyən etmək haqqında” akt qeydinin surətindən görünür ki, X9 xx.xx.1996-cı il təvəllüdlü X23 adlı uşağı vardır. “Doğum haqqında” akt qeydinin surətindən görünür ki, X18 xx.xx.1986-cı il təvəllüdlü X10 adlı uşağı vardır. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, iddiaçının mərhum atası Maraqlı şəxs2 Əbülfəz oğlunun mülkiyyətində Salyan şəhəri, H.Z.Tağıyev küçəsi ev 29, Yeni qaydalarla Salyan şəhəri X25 küçəsi 39 ünvanda qeydiyyat nömrəsi ********** olan xx.xx.2022-ci ildə qeydiyyata alınmış **********54-10301 reystr nömrəsi olan 0.112 ha olan torpaq sahəsi və 453,3 kvm xüsusi mülkiyyətdə olan fərdi yaşayış evi, cəmi tikintialtı sahə olan 0.05416 ha miras əmlak vardır. Atası Maraqlı şəxs2 Əbülfəz oğlu xx.xx.1993-cü ildə və anası X12 xx.xx.1979-cu ildə vəfat etmişlər. Atası Maraqlı şəxs2 Əbülfəz oğlu ilə, anası X3 7 uşağı olmuşdur. X35, X28, Maraqlı şəxs4, X15, İddiaçı, Cavabdeh1, Altay(Ələkbərova) Lalə Abış qızı. X1 və X15 rəhmətə getmişdir. X18 xx.xx.1986-cı il təvəllüdlü X10 adlı uşağı, X9 isə xx.xx.1996-cı il təvəllüdlü X23 adlı uşağı vardır. İddiaçı miras əmlakın qəbulu barədə X38 Xidmət Mərkəzindəki Notariat ofisinə müraciət etmiş və mirasın qəbulu üçün müddət ötürüldüyündən vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. Vərəsələr mirasın qəbul olunması üçün notariat kontoruna ərizə ilə müraciət etməmişlər. Məhkəmə hesab edir ki, mübahisənin mahiyyəti üzrə həll edilməsi üçün ilk növbədə, vərəsəlik hüququnun ümumi müddəaları, qanun üzrə vərəsəlik, mirasın qəbul edilməsi anlayışları ilə bağlı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin normaları nəzərdən keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1247. Əgər miras almaq hüququ digər vərəsələrin mirası qəbul etmədikləri halda yaranırsa, miras onun qəbulu üçün müəyyənləşdirilmiş müddətin qalan hissəsi ərzində qəbul edilməli, bu müddət altı həftədən az olduqda isə altı həftəyədək uzadılmalıdır. 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. 1248.2. bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir. Göründüyü kimi, ölmüş şəxsin (miras qoyanın) əmlakının başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçməsi müəyyən edilmişdir. Hazırkı işdə mərhum Maraqlı şəxs2 Əbülfəz oğlu ölümündən əvvəl mülkiyyətində olan əmlakla bağlı heç bir vəsiyyətnamə tərtib etmədiyindən ondan qalmış miras əmlakla bağlı yalnız qanun üzrə vərəsəlik qüvvədədir. Məhkəmə hesab edir ki, mərhum Maraqlı şəxs2 Əbülfəz oğlundan miras qalmış əmlaka iddiaçı kimi digər vərəsələrin də pay hüququ tanınmalıdır. Belə ki, vərəsə kimi pay almaq hüququna malik olan X16 və X13 deyildir. Ona görə də, onlara çatası pay onların sağ olan övladları X23 və X2 çatmalıdır. Hazırda iddiaçının atasından qalan miras üzrə məcburi pay hüququ vardır və o, mirasdakı məcburi payını tələb edir. İddiaçı ilə birlikdə başqa birinci dərəcəli vərəsələr də olduğundan (bacı və qardaşlar) və digər birinci dərəcəli vərəsələrin də məcburi payı nəzərə alınmalı və iddiaçının miras əmlakda 1/7 hissədə məcburi payı müəyyən edilməlidir. Digər vərəsələr də məhkəməyə müraciət edərək öz paylarını müəyyən edə bilərlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Belə olan halda iddiaçı X14 qanun üzrə vərəsə kimi mirası vaxtında qəbul edə bilməmişdir. Qeyd edilməlidir ki, qanunvericiliklə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətinin məhkəmə tərəfindən uzadılması nəzərdə tutulsa da bu uzatma yalnız məhkəmənin üzrlü saydığı hallarla məhdudlaşdırılmışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Qeyd olunan mübahisə ilə bağlı Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin mövqeyi vardır. Belə ki, Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. Göründüyü kimi, artıq Konstitutsiya Məhkəməsi miras əmlakın qəbul olunması üçün qanunda nəzərdə tutulmuş müddətin ötürülməsinin vacibliyinin olmaması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı atası Maraqlı şəxs2 Əbülfəz oğlundan miras qalmış Salyan şəhəri, X25 küçəsi, ev 29 (yeni qaydalarla Salyan şəhəri, X25 küçəsi, ev 39) ünvanında yerləşən miras əmlak üzərində qanun üzrə vərəsə kimi 1/7 hissədə payı müəyyən edilməlidir. Bundan başqa, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216- 220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı atası Maraqlı şəxs2 Əbülfəz oğlundan miras qalmış Salyan şəhəri, X25 küçəsi, ev 29 (yeni qaydalarla Salyan şəhəri, X25 küçəsi, ev 39) ünvanında yerləşən miras əmlak üzərində qanun üzrə vərəsə kimi 1/7 hissədə payı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 (bir) ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №e-2(057)-1564/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-1564/2024
04.11.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver