Məhkəmə qərarları › İş №e-2(057)-1607/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-1607/2024

20.09.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-1607/2024 20.09.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İmanova Aytac Mirzəbaba qızının katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi vəkil Nümayəndə1, Cavabdeh Nümayəndə2 və onun etibarnamə üzrə nümayəndəsi Vəkil2, Cavabdeh Şirvan-Salyan Regional Təhsil İdarəsinin nümayəndəsi X6 iştirakları ilə İddiaçı cavabdehlər Şirvan-Salyan Regional Təhsil İdarəsi və Nümayəndə2 qarşı “əmrlərin ləğv edilməsi, işə bərpa, məcburi buraxılan iş günlərinə görə əmək haqqının ödənilməsi və s.” tələbi barədə iddiasına dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə1 cavabdehlər Şirvan- Salyan Regional Təhsil İdarəsinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi buraxılan iş günlərinə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, 1. Salyan rayonu S.Cəfərov adına Yenikənd tam orta məktəbin direktoru vəzifəsini icra edən Nümayəndə2 tərəfindən qanunsuz olaraq onun “məktəbin təsərrüfat işləri üzrə direktor müavini” vəzifəsindən azad edilməsi barədə xx.xx.2024-cü il tarixli 73 saylı “əmək müqaviləsinə xitam verilmə” barədə əmrin ləğv edilməsi və onun əvvəlki işinə bərpa olunması barədə; 2. qanunsuz olaraq məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının hesablanaraq ona ödənilməsi və 60 manat mediasiya rüsumunun cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə; 3. Salyan rayonu S.Cəfərov adına Yenikənd tam orta məktəbin direktoru vəzifəsini icra edən Nümayəndə2 barəsində kobud surətdə əmək qanunvericiliyin tələblərini pozduğu üçün xüsusi qərardadın çıxarılması və Azərbaycan Respublikasının Təhsil Nazirliyinə tədbir görülməsi üçün göndərilməsi barədə; 4. Cavabdeh2n direktoru Nümayəndə2 10000 (on min) manat mənəvi ziyanın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2023-cü il tarixdə adı çəkilən tam orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə qəbul edilmiş, aprel ayında müvafiq vəzifə üçün nəzərdə tutulan test imtahanında iştirak edərək, yüksək bal toplayıb, vəzifəyə təyin edilmişəm. Vəzifə təlimatıma əsasən, məktəbin texniki kollektivinin işə davamiyyətinə nəzarət funksiyası onun üzərimdə olmuşdur. Texniki kollektiv həmin dövrdə 24 nəfərdən ibarət olmuşdur. Bu heyətdən 18 nəfəri əsasən işə gəlirdi, 6 nəfər isə ümumiyyətlə gəlmir, yaxud 1-2 saatlıq işə gəlib-gedirdilər. Həmin şəxslərə 2 laborant, 1 kitabxanaçı, 1 xadimə, 1 katibə və 1 usta daxil idi. Məhz onun tərtib və nəzarət etdiyi davamiyyət jurnalına əsasən həmin şəxslərə əmək haqqı hesablanmalı idi. Bununla bağlı dəfələrlə məktəbin direktoru Nümayəndə2 Eyyub oğlu ilə söhbət aparmışdır. Hər dəfəsində direktor ona həmin işçiləri “yola verməyimi”, bütün məsuliyyətin özünə aid olduğunu deyir və davamiyyət jurnalına guya həmin şəxslərin 100 faizlik davamiyyəti olması barədə onların özləri tərəfindən qeydlər etməyə şərait yaratmağını tələb edirdi. O, bu saxtakarlığa getməmiş və sadaladığı 6 nəfərin işə gəlməməsilə bağlı rəsmi qaydada təqdimat yazmışdır. Direktor həmin şəxsləri otağına çağırıb, onun işçilərə “pislik” etdiyini deyərək onlarə üz-üzə qoymuş və onunla bağlı saxta şikayət ərizələri yazılmasını təşkil etdi. Eyni zamanda direktor Nümayəndə2 regional təhsil idarəsinə onun guya psixi xəstə olması, işçilərə qarşı əxlaqsız hərəkətlər etməsi barədə absurd məlumatlar vermiş və himayə etdiyi işçilər də, öz maraqları naminə onun şər-böhtandan ibarət məlumatlarını təsdiq etmişlər. Bu barədə o, regional təhsil idarəsinin rəhbərliyinə məlumat vermişdir. Qeyd etdikləri ilə bağlı məktəbə komissiya göndərildi, lakin nəticədə qanunsuzluq edənlər kənarda qaldı, əksinə o, xx.xx.2023-cü il tarixdə işdən çıxarıldı. Bundan sonra o, müraciəti nəticəsində xx.xx.2024-cü il tarixdə (həftənin şənbə günü) həmin vəzifəyə bərpa edildi. Bərpa edildikdən sonra görmüşdür ki, vəziyyət əvvəlkindən də betərdir. Əgər əvvəl 6-7 nəfər işə gəlmirdisə, indi 20 nəfər işə gəlmir. Təhsil sahəsində bu tip işçilərə “ölü canlar” deyilir. Hazırda nəinki texniki kollektiv, həmçinin pedaqoji kollektivdə də “ölü canlar” kifayət qədərdir. O, işə bərpa olunduğu günün növbəti iş günü – xx.xx.2024-cü il tarixdə direktor Nümayəndə2 texniki kollektivdən 11 nəfər, 4 nəfər isə müəllim olmaqla təşkil edərək, ondan Regional təhsil idarəsinə şikayətə göndərmişdir. Azərbaycan Respublikasi Təhsil Nazirliyi Şirnvan-Salyan Regional Təhsil İdarəsi nəzarərtedici orqan olaraq bu əmrin verilməsində birbaşa tapşırıq verən orqan olmuşdir. Əmrdən də göründüyü kimi hüquqi ünvan AZ5200, ünvan 1əsi üçün birbaşa tapşırıq regional idarə tərəfindən verilmişdir. Eyni zamanda əmrdə Əmək Məcəlləsinin 2 maddəsinə istinad edilmişdir. AR Əmək Məcəlləsinin 71.2 . maddəsi:Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. AR Əmək Məcəlləsinin 76.2. maddəsi: Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. AR Əmək Məcəlləsinin 80.1. maddəsi: Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən X5nın qabaqcadan razılığı alınmaqla ləğv edilir. 2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin X5na əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. X5 bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. AR Əmək Məcəlləsinin 83.2. maddəsi: Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. AR Əmək Məcəlləsinin 84.2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Qeyd olunan normaların hamısı cavabdeh tərəfindən kobud şəkildə pozulmuşdur. Bununla da, ona mənəvi ziyan dəymişdir. O, bu hərəkətlərə görə stres keçirmişdir və işgüzar nüfuzuna böyük ziyan vurulmuşdur. Əmr ona rəsmi verilməmiş və Nümayəndə2 tərəfindən “whatsapp” tətbiqində öz profilində yerləşdirmişdir. Ona isə bu günə qədər əmrin surəti göndərilməmişdir. Daha sonra isə feyk səhifələrdən istifadə edərək əleyhinə sosial şəbəkələrdə paylaşımlar edilmişdir. Bu barədə Salyan rayon Prokurorluğuna və X16 Xidmətinə şikayət etmişdir. Araşdırmalar aparılır. AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən azad olunması barədə cavabdeh əsassız əmr vermişdir. Tərəfindən mediasiya təklifi cavabdehə göndərilmiş və mediasiya prosesi keçirilmişdir. xx.xx.2024-cü il tarixdə ona İMS-də iştirak edilməməsi barədə arayış təqdim edildi. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 300.1-ci maddəsində göstərilmişdir ki, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. İstinad olunan maddənin məzmunundan da görünür ki, iddia tələbindən asılı olmayaraq, əmək münasibətləri ilə bağlıməsələlərdə məhkəmə, iddiaçının hüquqlarının pozulduğunu müəyyən etdikdə, işçinin pozulmuş əmək hüquqlarını bərpa etməyə, hətta tələb olmadığı halda belə məcburi iş buraxmaya görə əmək haqqını tutmaqla, onu vəzifəsinə bərpa etməli, işçiyə iddiası üzrə dəymiş zərərin məbləği işəgötürən tərəfindən ödənilməlidir. Eyni zamanda həmin normanın məzmunundan da aydın olur ki, həmin normada nəzərdə tutulmuş tələb məhkəmənin vəzifəsi kimi müəyyən edilmiş və imperativ xarakter daşıyır. Qeyd olulanlara əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 57, 59-cu və MPM-nin 35,149,150-ci maddələrinin tələblərinə uyğun olaraq 1. Salyan rayonu S.Cəfərov adına Yenikənd tam orta məktəbin direktoru vəzifəsini icra edən Nümayəndə2 tərəfindən qanunsuz olaraq onun “məktəbin təsərrüfat işləri üzrə direktor müavini” vəzifəsindən azad edilməsi barədə xx.xx.2024-cü il tarixli 73 saylı “əmək müqaviləsinə xitam verilmə” barədə əmrin ləğv edilməsi və onun əvvəlki işinə bərpa olunması barədə; 2. qanunsuz olaraq məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının hesablanaraq ona ödənilməsi və 60 manat mediasiya rüsumunun cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə;

3. Salyan rayonu S.Cəfərov adına Yenikənd tam orta məktəbin direktoru vəzifəsini icra edən Nümayəndə2 barəsində kobud surətdə əmək qanunvericiliyin tələblərini pozduğu üçün xüsusi qərardadın çıxarılması və Azərbaycan Respublikasının Təhsil Nazirliyinə tədbir görülməsi üçün göndərilməsi barədə; 4. Cavabdeh2n direktoru Nümayəndə2 10000 (on min) manat mənəvi ziyanın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının etibarnamə üzrə nümayəndəsi vəkil Nümayəndə1 xx.xx.2024-cü il tarixdə “iddia tələbinin həcminin artırılması barədə” ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinə əlavə olaraq 1. vəkilə ödənilən 1000 ( bir min) manat vəkil xərcinin cavabdehlərdən müştərək qaydada tutularaq onun xeyrinə ödənilməsi, 2. X22 Təhsil şöbəsindən 10000 (on min) manat mənəvi ziyanın alınaraq ona verilməsi, 3. Cavabdeh2n direktoru Nümayəndə2 tərəfindən xx.xx.2024-cü il tarixdə “yazılı xəbərdarlıq edilməsi barədə” əmr və xx.xx.2024-cü il tarixdə “töhmət elan olunması barədə” əmrlərin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə adı çəkilən tam orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə qəbul edilmişdir. Vəzifə təlimatıma əsasən, məktəbin texniki kollektivinin işə davamiyyətinə nəzarət funksiyası onun üzərimdə olmuşdur. Texniki kollektiv həmin dövrdə 24 nəfərdən ibarət olmuşdur. Bu heyətdən 18 nəfəri əsasən işə gəlirdi, 6 nəfər isə ümumiyyətlə gəlmir, yaxud 1-2 saatlıq işə gəlib-gedirdilər. Həmin şəxslərə 2 laborant, 1 kitabxanaçı, 1 xadimə, 1 katibə və 1 usta daxil idi. Məhz onun tərtib və nəzarət etdiyi davamiyyət jurnalına əsasən həmin şəxslərə əmək haqqı hesablanmalı idi. Bununla bağlı dəfələrlə məktəbin direktoru Nümayəndə2 Eyyub oğlu ilə söhbət aparmışdır. Hər dəfəsində direktor ona həmin işçiləri “yola verməyini”, bütün məsuliyyətin özünə aid olduğunu deyir və davamiyyət jurnalına guya həmin şəxslərin 100 faizlik davamiyyəti olması barədə onların özləri tərəfindən qeydlər etməyə şərait yaratmağını tələb edirdi. O, bu saxtakarlığa razı olmamış və sadaladığı 6 nəfərin işə gəlməməsilə bağlı rəsmi qaydada təqdimat yazmışdır. Direktor həmin şəxsləri otağına çağırıb, onun işçilərə “pislik” etdiyini deyərək onlarə üz-üzə qoymuş və onunla bağlı saxta şikayət ərizələri yazılmasını təşkil etmişdir. Eyni zamanda, direktor Nümayəndə2 regional təhsil idarəsinə onun guya psixi xəstə olması, işçilərə qarşı əxlaqsız hərəkətlər etməsi barədə absurd məlumatlar vermiş və himayə etdiyi işçilər də öz maraqları naminə onun şər-böhtandan ibarət məlumatlarını təsdiq etmişlər. Bu barədə o, regional təhsil idarəsinin rəhbərliyinə məlumat vermişdir. Qeyd etdikləri ilə bağlı məktəbə komissiya göndərilmiş, lakin nəticədə qanunsuzluq edənlər kənarda qalmış, əksinə o, xx.xx.2023-cü il tarixdə işdən çıxarılmışdır. Bundan sonra o, müraciəti nəticəsində xx.xx.2024-cü il tarixdə (həftənin şənbə günü) həmin vəzifəyə bərpa edilmişdir. Bərpa edildikdən sonra görmüşdür ki, vəziyyət əvvəlkindən də betərdir. Əgər əvvəl 6-7 nəfər işə gəlmirdisə, indi 20 nəfər işə gəlmir. Hazırda, nəinki texniki kollektiv, həmçinin pedaqoji kollektiv də işə gəlmir. O, işə bərpa olunduğu günün növbəti iş günü – xx.xx.2024-cü il tarixdə direktor Nümayəndə2 texniki kollektivdən 11 nəfər, 4 nəfər isə müəllim olmaqla təşkil edərək, ondan regional təhsil idarəsinə şikayətə göndərmişdir. O, bu saxtakarlıqlar barəsində Şirvan- Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimliyə, həmçinin prokurorluğa məlumat vermişdir. Hazırda prokurorluqda bununla bağlı araşdırma aparılır. O, tabelin şəklini çəkmiş, işə gəlməyən bütün işçilərin imzalarının olmaması orada öz əksini tapmışdır. İş məhkəməyə verildikdən sonra bütün tabelə özləri imzaları çəkmişdir. O, bütün iş vaxtı ərzində işdə olmuş, heç bir işçini təhqir etməmiş, onlarla kobud rəftar etməmiş, əmək qanunvericiliyinə riayət etmiş, əksinə direktordan qanun pozuntusuna yol verən işçilərin işə gəlməsini tələb etmişdir. Onu həmkarlar ittifaqının iclasına dəvət etməmiş, töhmət verilərkən ondan heç bir yazılı izahat ümumiyyətlə tələb olunmamışdır. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçının etibarnamə üzrə nümayəndəsi vəkil Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, iddiaçı həmkarlar ittifaqının iclasına dəvət edilməmiş, töhmət verilərkən ondan heç bir yazılı izahat ümumiyyətlə tələb olunmamış, işdən çıxdıqdan sonra sənədlər formal olaraq hazırlanmışdır. Belə ki, X16 Xidməti Şirvan-Salyan regional şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan da göründüyü kimi, İddiaçı müraciətinin araşdırılmasına dair müvafiq sənədlərin təqdim olunması məqsədilə məktəbə xx.xx.2024-cü il tarixli məktub ünvanlanmış, məktubda sənədlərin müfəttişliyə təqdim edilməsi xahiş olunmuş, lakin araşdırmaya heç bir sənəd təqdim edilməmişdir. Bununla yanaşı, Nümayəndə2 araşdırmaya verdiyi xx.xx.2024-cü il tarixli izahatında ən geci 3 gün ərzində müvafiq sənədləri (özünün deməsinə görə, töhmət və xəbərdarlıq elan edilməsi barədə əmr, direktoryanı müşavirənin qərarı, həmkarlar təşkilatının iclas potokolu və s.) araşdırmaya təqdim edəcəyini, əks təqdirdə araşdırma tərəfindən “sözügedən sənədlərin olmaması” kimi qiymətləndirilməsi halından razı qalacağını bildirmişdir. Əmək müqaviləsinə xitam verilməsinə səbəb olmuş hallar, hüquqi faktlar işəgötürən tərəfindən hər hansı yetərli sübutla əsaslandırılmamış, İddiaçı vəzifə öhdəliklərindən irəli gələn intizam hüquqpozması, təqsirli olması sübuta yetirilməmişdir. Odur ki, sözügedən hüquq pozuntusuna yol verməklə, direktor müavini Nümayəndə2 barəsində Azərbaycan Respublikasının İXM-nin 192.6-cı maddəsinə əsasən Əmək Müfəttişliyi tərəfindən xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuş və iş üzrə icraata başlanılmışdır. Araşdırma aparılarkən tələb olunan sənədlərin müfəttişliyə təqdim olunmaması, sonradan bu sənədlərin formal olaraq tərtib olunmasının göstəricisidir. Nümayəndə2 barəsində X16 Xidməti Şirvan-Salyan regional şöbəsi tərəfindən qəbul olunmuş qərar hazırki vaxtadək mübahisələndirilməmiş və həmin qərar qüvvədədir. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Nümayəndə2 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı ilk dəfə xx.xx.2023-cü il tarixində müddətli əmək müqaviləsi əsasında 3 ay müddətlə olmaqla qəbul edilmişdir və həmin əmək müqaviləsinə xitam verilməsi də Azərbaycan Respublikasının Əmək Müqaviləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən, müqavilənin müddətinin qurtarmasına əsaslanılaraq olmuşdur. Daha sonra iddiaçı ilə xx.xx.2024-cü ildə yenidən əmək müqaviləsi bağlanmışdır. İddiaçı iddia ərizəsində Salyan rayonu Salman Cəfərov adına Yenikənd kənd tam orta məktəbində işə gəlməyən işçilərin mövcudluğunu və buna qarşı çıxdığı üçün işdən azad edildiyini bildirsə də, məktəbin xx.xx.2023-xx.xx.2024-cü illər aralığında işçilərin davamiyyətini özündə ehtiva edən tabel cədvəlindən görünür ki, belə bir hal yaşanmamışdır. Tabel cədvəlində işçilərin gündəlik işə gəldiyi və tabel cədvəlinə aidiyyəti üzrə imza atdıqları görünməkdədir. İddiaçı işə qəbul olunduğu vaxtdan etibarən digər əməkdaşlar ilə konfliktə girmiş, əməkdaşlarla pis rəftar etmək hallarına yol vermişdir, bununla da etik davranış normalarını pozmuşdur. Bu hallarla bağlı Salyan rayonu Salman Cəfərov adına Yenikənd kənd tam orta məktəbinin işçiləri tərəfindən ərizələr yazılmışdır. İddiaçının işdən çıxarılması qanuni olmuşdur, intizam tənbehinin tətbiq edilməsi, işçinin işdən çıxarılması prosessual qaydalara və normativ tələblərə əməl edilməklə, məktəbin X5 ilə razılaşdırılmış qaydada həyata keçirilmişdir. Odur ki, iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Nümayəndə2 etibarnamə üzrə nümayəndəsi Vəkil2 iddianı qəbul etməyərək bildirmişdir ki, Nümayəndə2 barəsində X16 Xidməti Şirvan-Salyan regional şöbəsi tərəfindən qəbul olunmuş qərar ilə bağlı məhkəməyə şikayət verilmiş, hazırda qərardan verilmiş şikayət məhkəmənin icraatındadır. Odur ki, iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Şirvan-Salyan Regional Təhsil İdarəsinin nümayəndəsi X14 cavabdeh Nümayəndə2 izahatına uyğun eyni məzmunlu izahat verərək, iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X18 izahatında bildirmişdir ki, o, 1997-ci ildən həmin məktəbdə gözətçi işləyir. Dəqiq xatırlamadığı bir gün saat 6 radələrində işə gəldikdən sonra İddiaçı görmüşdür. Azər ona direktorun onunla işi olduğunu bildirib müəllimlər otağına keçmişdir. Bir müddət sonra otaqdan bərk səs-küy gəldiyini, 5 nəfər müəllimin Azərə “səni bu saat pəncərədən atarıq, belə iş tələb edənsən, Təbrizin qızını işə gətir” dediklərini eşitmişdir. İşə gəlməyən həmin müəllimlər onu otaqda qısma-boğmaya salmışdırlar. Ümumiyyətlə məktəbdə bəzi müəllimlərin işə gəlmədiyini, ara-bir gəlib tabel cədvəlinə qol çəkdiklərini, İddiaçı isə, əksinə hər gün işdə olmaqla müəllimlərdən davamiyyətə riayət etmələrini tələb etməsini bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X8 izahatında bildirmişdir ki, o, İddiaçı dayısıdır. Elnur müəllim bu məsələlərlə bağlı onu ağsaqqal kimi “Ulduz” kafesinə söhbətə dəvət etmişdir ki, bir məxrəcə gəlsinlər. Elnur müəllim söhbət zamanı bildirdi ki, o, aylıq verir və buna görə də bu işi görməyə məcburdur. Azərin buna görə sakit dayanmasını, ona aylıq hörmət edəcəyini, bununla da söz-söhbətə son qoyacağını bildirmişdir. O isə ailəsinin haramdan uzaq olduğunu, Azərin anası öldükdən sonra uşaqlıqdan onun tərbiyəsi ilə böyüdüyünü bildirərərək buna razı olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X3 izahatında bildirmişdir ki, o, həmin məktəbdə kargüzar işləyir. İddiaçı ona qarşı qeyri-etik hərəkətlər etdiyini, lakin buna dair sübutu olmadığını bildirmişdir. O, məktəb kollektivinin hər gün vaxtı-vaxtında işdə olduğunu, heç kəsə pul vermədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X9 izahatında bildirmişdir ki, o, həmin məktəbdə kiçik xidmətçi işləyir. X3 onun arvadıdır. Azərin məktəbə gəldiyi gündən məktəbdə həmişə söz-söhbət olduğunu, onun arvadına qarşı qeyri-etik hərəkətlər etdiyini bildirmişdir. O, məktəb kollektivinin hər gün vaxtı-vaxtında işdə olduğunu, heç kəsə pul vermədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X19 izahatında bildirmişdir ki, o, həmin məktəbdə coğrafiya müəllimi olmaqla yanaşı, həm də X5nın sədridir. Azərin 2023-cü ildə işə gəldikdən etibarən işçilərdən işini tələb etməsini, sonradan işçilərin işə çıxmağı ilə bağlı ziddiyyətlər yarandığı üçün texniki işçilərin ərizə ilə müraciət etməsini, həmin ərizələrlə bağlı həmkarlar iclası keçirildiyini, iclasda Azərin iştirak etmədiyini bildirmişdir. Azərin həmişə vaxtı-vaxtında işində olduğunu, onun işdən çıxması işçilərlə arasında baş vermiş bu söhbətlərə görə olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X1 izahatında bildirmişdir ki, o, həmin məktəbdə filologiya müəllimi işləyir. Azərin direktor müavini olaraq texniki işçilərlə işlədiyini, onları işə gəlməklə bağlı incitdiyini, həmkarlar iclasında Azərin iştirak etmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X10 izahatında bildirmişdir ki, o, həmin məktəbdə rus dili müəllimi işləyir, həmçinin məktəbin pedaqoji şurasının üzvüdür. İddiaçı məktəbdə işçilərə qarşı qeyri-etik hərəkətlər etdiyini, lakin buna dair sübutu olmadığını bildirmişdir. O, məktəb kollektivinin hər gün vaxtı-vaxtında işdə olduğunu, heç kəsə pul vermədiyini bildirmişdir. Əlavə olaraq, məktəbdə baş verən bu qalmaqala görə prokurorluq orqanlarının araşdırma aparmasını bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X15 izahatında bildirmişdir ki, o, həmin məktəbdə fizika müəllimi işləyir. Azərin məktəbə gəldiyi gündən məktəbdə həmişə sözsöhbət olduğunu, bununla bağlı həmkarlar ittifaqı iclasının keçirildiyini, iclasda katib olduğunu, Azərin iclasda iştirak etmədiyini bildirmişdir. O, məktəb kollektivinin hər gün vaxtı-vaxtında işdə olduğunu, heç kəsə pul vermədiyini bildirmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Salyan 1 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli “ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə” arayışın surətindən görünür ki, Salyan rayon Yenikənd tam orta məktəbinin direktoru Nümayəndə2 mediasiya sessiyasında iştirak etmədiyindən tərəflər arasındakı mübahisə barəsində barışığa və ya razılığa gəlmək mümkün olmamışdır. Əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək 03 ay müddətinə Salyan rayon Salman Cəfərov adına Yenikənd tam orta məktəbinin təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə işə qəbul edilmişdir. Əmək kitabçasının surətindən görünür ki, İddiaçı ilə xx.xx.2023-cü il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə AR ƏM-nin 68.2 “b”- əmək müqaviləsinin müddətinin qurtarması maddəsinə əsasən xitam verilmişdir. Əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə Salyan rayon Salman Cəfərov adına Yenikənd tam orta məktəbinin təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarına əlavə olunmuş Salyan rayon Yenikənd tam orta məktəbinin kollektivi tərəfindən imzalanmış müxtəlif tarixli aktlardan görünür ki, onlar akt tərtib edərək göstərmişlər ki, İddiaçı məktəbin işçiləri ilə kobud rəftar edir, əmək qanunvericiliyin tələblərinə riayət etmir, öz vəzifə öhdəliklərini qismən yerinə yetirir, işini keyfiyyətsiz yerinə yetirir. Ondan izahat tələb olunmuş, o isə izahat verməkdən imtina etmişdir. xx.xx.2024-cü il tarixli, 59 №-li əmrdən çıxarışın surətindən görünür ki, İddiaçı etik davranış qaydalarını və AR Əmək Məcəlləsinin 10-cu maddəsinin “b” (əmək intizamı və müəssisədaxili intizam qaydalarına əməl etmək) bəndini kobud şəkildə pozduğuna görə AR ƏM-nin 186-cı maddəsinin 3-cü hissəsi rəhbər tutulmaqla ona “yazılı xəbərdarlıq” elan olunmuşdur. xx.xx.2024-cü il tarixli, 61 №-li əmrdən çıxarışın surətindən görünür ki, İddiaçı etik davranış qaydalarını və AR Əmək Məcəlləsinin 10-cu maddəsinin “b” (əmək intizamı və müəssisədaxili intizam qaydalarına əməl etmək) bəndini kobud şəkildə pozduğuna görə AR ƏM-nin 186-cı maddəsinin 2-ci hissəsi rəhbər tutulmaqla ona “töhmət” elan olunmuşdur. Salyan rayonu S.Cəfərov adına Yenikənd kənd tam orta məktəb üzrə Azad X5nın xx.xx.2024-cü il tarixli, 05 saylı iclas protokolunun çıxarışından görünür ki, İddiaçı əmək müqaviləsinə 70-ci maddənin “ç” bəndinə əsasən ləğv edilməsinə razılıq verilmişdir. xx.xx.2024-cü il tarixli, 73 №-li əmrin surətindən görünür ki, İddiaçı ilə bağlanmış xxxxxxx000400 nömrəli Əmək Müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əsası ilə həmin tarixdən xitam verilmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Salyan rayonu Yenikənd kəndində yaşayan İddiaçı müraciəti əsasında toplanmış materialda cinayət hadisəsi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanması rədd edilmişdir. X16 Xidməti Şirvan-Salyan regional şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı müraciətinin araşdırılmasına dair müvafiq sənədlərin təqdim olunması məqsədilə məktəbə xx.xx.2024-cü il tarixli məktub ünvanlanmış, məktubda sənədlərin müfəttişliyə təqdim edilməsi xahiş olunmuş, lakin araşdırmaya heç bir sənəd təqdim edilməmişdir. Bununla yanaşı, Nümayəndə2 araşdırmaya verdiyi xx.xx.2024-cü il tarixli izahatında ən geci 3 gün ərzində müvafiq sənədləri (özünün deməsinə görə, töhmət və xəbərdarlıq elan edilməsi barədə əmr, direktoryanı müşavirənin qərarı, həmkarlar təşkilatının iclas potokolu və s.) araşdırmaya təqdim edəcəyini, əks təqdirdə araşdırma tərəfindən “sözügedən sənədlərin olmaması” kimi qiymətləndirilməsi halından razı qalacağını bildirmişdir. Əmək müqaviləsinə xitam verilməsinə səbəb olmuş hallar, hüquqi faktlar işəgötürən tərəfindən hər hansı yetərli sübutla əsaslandırılmamış, İddiaçı vəzifə öhdəliklərindən irəli gələn intizam hüquqpozması, təqsirli olması sübuta yetirilməmişdir. Odur ki, sözügedən hüquq pozuntusuna yol verməklə, direktor vəzifəsini müvəqqəti icra edən, direktor müavini Nümayəndə2 barəsində Azərbaycan Respublikasının İXM-nin 192.6-cı maddəsinə əsasən Əmək Müfəttişliyi tərəfindən xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuş və inzibati xəta haqqında iş üzrə icraata başlanılmışdır. Salyan rayon Yenikənd kənd tam orta məktəbinin direktor vəzifəsini müvəqqəti icra edən Nümayəndə2 barəsində DƏMX-nin Şirvan-Salyan regional şöbəsinin baş əmək müfəttişi X2 tərəfindən tərtib olunmuş 18 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, direktor müavini İddiaçı xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə əsassız və qanunsuz xitam verilmişdir. Əmək Məcəlləsinin 71, 80, 186 ə 187-ci maddələrinin tələbləri pozulmuşdur. Nəticədə Nümayəndə2 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalara Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt toplanmış izahatlar, əmək müqaviləsinə xitam verilməsi barədə əmr ilə təsdiq edilmişdir. DƏMX-nin Şirvan-Salyan regional şöbəsinin rəisi X26 tərəfindən tərtib olunmuş “inzibati cərimənin şərti olaraq tətbiq edilməsi” haqqında xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarın surətindən görünür ki, Salyan rayon Yenikənd kənd tam orta məktəbinin direktor vəzifəsini müvəqqəti icra edən Nümayəndə2 Azərbaycan Respublikasının İnzibati Xətalara Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, onun barəsində 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimənin şərti olaraq tətbiq edilməsi və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 30 (otuz) gün müddət müəyyən edilməsi qərara alınmışdır. Beləliklə, işin həqiqi halları, işdə iştirak edən şəxslərin izahatları və işin materialları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2024-cü il tarixdə Salyan rayon Salman Cəfərov adına Yenikənd tam orta məktəbinin təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə işə qəbul edilmişdir. Onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əsası ilə xitam verilmişdir. Nümayəndə2 barəsində DƏMX-nin Şirvan-Salyan regional şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalara Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 18 iyul 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuş, “inzibati cərimənin şərti olaraq tətbiq edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərarla Nümayəndə2 Azərbaycan Respublikasının İnzibati Xətalara Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, onun barəsində 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimənin şərti olaraq tətbiq edilməsi və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 30 (otuz) gün müddət müəyyən edilməsi qərara alınmışdır. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə, ilk növbədə, iddia tələbinin Salyan rayonu S.Cəfərov adına Yenikənd tam orta məktəbin direktoru vəzifəsini icra edən Nümayəndə2 tərəfindən qanunsuz olaraq onun “məktəbin təsərrüfat işləri üzrə direktor müavini” vəzifəsindən azad edilməsi barədə xx.xx.2024-cü il tarixli 73 saylı “əmək müqaviləsinə xitam verilmə” barədə əmrin ləğv edilməsi və onun əvvəlki işinə bərpa olunması hissəsinə münasibətdə onu qeyd edir ki, iddia tələbi həmin hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, işəgötürən tərəfindən İddiaçıla bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əsası ilə xitam verilməsi qanunsuz və əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin birinci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Qeyd edilməlidir ki, əmək müqaviləsinə xitam verilməsi əsaslarından biri də tərəflərdən birinin təşəbbüsüdür (ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsi, “a” bəndi). Əmək münasibətləri üzrə tərəflərdən biri qismində işəgötürən çıxış edir və işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları ƏM-nin 70-ci maddəsində nəzərdə tutulur. ƏM-nin 70-ci maddəsinin “ç” bəndi özündə 3 əsası ehtiva edir: a) İşçi özünün əmək funksiyasını yerinə yetirmədikdə; b) İşçi əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə; c) ƏM-nin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilə bilər. Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır (maddə 71, bənd 2, 3). İşçinin özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir (maddə 72, bənd “a”, “e”, “ə”). ƏM-nin 71-ci maddəsinin 3-cü hissəsi işəgötürənin üzərinə vəzifə qoyur ki, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmçinin 70-ci maddənin “ç” bəndi ilə əmək müqaviləsini ləğv edərkən hansı əsasla ləğv etdiyini, hansı əmək vəzifələrinin pozulduğunu konkret göstərməlidir. ƏM-nin 80-ci maddəsinin 1-ci hissəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən X5nın qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin X5na əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. X5 bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Əmək Məcəlləsinin 187-ci maddəsinə əsasən, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Sadalanan qanunvericilik normalarına əsasən, məhkəmə qeyd edir ki, təqdim olunmuş sənədlərdən məlum olmuşdur ki, işçi ilə əmək müqaviləsinə xitam verilərkən qanunvericiliklə müəyyən olunmuş qaydaların tələblərinə əməl olunmamış, işəgötürən tərəfindən işçi ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində əsasən əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamış, işçinin hansı əmək vəzifələrini pozduğu göstərilməmiş, bununla bağlı X5na əsaslandırılmış yazılı təqdimatla müraciət olunmamışdır. Məhkəmə, həmçinin onu da qeyd edir ki, işəgötürən tərəfindən formal xarakterli sənədlər hazırlanmaqla işçi ilə əmək müqaviləsinə xitam verilmiş, bununla da qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, iş materiallarına əlavə olunmuş X16 Xidməti Şirvan-Salyan regional şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı müraciətinin araşdırılmasına dair müvafiq sənədlərin təqdim olunması məqsədilə məktəbə xx.xx.2024-cü il tarixli məktub ünvanlanmış, məktubda sənədlərin müfəttişliyə təqdim edilməsi xahiş olunmuş, lakin araşdırmaya heç bir sənəd təqdim edilməmişdir. Bununla yanaşı, Nümayəndə2 araşdırmaya verdiyi xx.xx.2024-cü il tarixli izahatında ən geci 3 gün ərzində müvafiq sənədləri (özünün deməsinə görə, töhmət və xəbərdarlıq elan edilməsi barədə əmr, direktoryanı müşavirənin qərarı, həmkarlar təşkilatının iclas potokolu və s.) araşdırmaya təqdim edəcəyini, əks təqdirdə araşdırma tərəfindən “sözügedən sənədlərin olmaması” kimi qiymətləndirilməsi halından razı qalacağını bildirmişdir. Əmək müqaviləsinə xitam verilməsinə səbəb olmuş hallar, hüquqi faktlar işəgötürən tərəfindən hər hansı yetərli sübutla əsaslandırılmamış, İddiaçı vəzifə öhdəliklərindən irəli gələn intizam hüquqpozması, təqsirli olması sübuta yetirilməmişdir. Odur ki, sözügedən hüquq pozuntusuna yol verməklə, direktor müavini Nümayəndə2 barəsində Azərbaycan Respublikasının İXM-nin 192.6-cı maddəsinə əsasən Əmək Müfəttişliyi tərəfindən xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuş və iş üzrə icraata başlanılmışdır. Məhkəmə qeyd edir ki, araşdırma aparılarkən tələb olunan sənədlərin müfəttişliyə təqdim olunmaması, Nümayəndə2 izahatında həmin sənədlərin təqdim olunmadığı halda “sözügedən sənədlərin olmaması” kimi qiymətləndirilməsi halından razı qalacağını bildirməsi, bu sənədlərin sonradan formal olaraq tərtib olunaraq məhkəməyə təqdim olunmasına dair əsaslı şübhələr yaratmışdır. Məhkəmə hesab edir ki, işəgötürən tərəfindən işçi ilə əmək müqaviləsinə qərəzli olaraq xitam verilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddia tələbinin qanunsuz olaraq məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının hesablanaraq ona ödənilməsi hissəsinə münasibətdə onu qeyd edir ki, həmin hissənin təmin edilməsi iddiaçının işə bərpa olunması ilə əlaqədar olduğundan iddia tələbi həmin hissədə də təmin edilməlidir. Məhkəmə iddia tələbinin 60 manat mediasiya rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq onun xeyrinə ödənilməsi hissəsinə münasibətdə isə qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən 50 manat məbləğində mediasiya rüsumu ödənilmişdir. Ona görə də, iddia bu hissədə qismən təmin edilməldir. Məhkəmə, eyni zamanda iddianın maddi və mənəvi ziyanın (vəkilə ödənilən 1000 (bir min) manat vəkil xərci, Cavabdeh2n direktoru Nümayəndə2 10000 (on min) manat, X22 Təhsil şöbəsindən 10000 (on min) manat məbləğində mənəvi ziyan) ödənilməsinə dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə əsassızdır və rədd edilməlidir. Belə ki, iddiaçı vəkilə ödənilən 1000 (bir min) manat vəkil xərcinin cavabdehlərdən tutulmasını xahiş etsə də, bunu təsdiq edən hər hansı sənədi məhkəməyə təqdim etməmişdir. Məhkəmə, həmçinin iddiaçının ona vurulmuş mənəvi ziyanın ödənilməsinə dair iddia tələbi ilə bağlı qeyd edir ki, o tələbinin cavabdehlər tərəfindən mənəvi ziyanın vurulmasına dair istinad etdiyi hallarını sübut edə bilməmiş, bu barədə müvafiq sübutları məhkəməyə təqdim etməmiş, işin tədqiq olunan hallarına əsasən iddia tələbi həmin hissədə öz təsdiqini tapmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dairə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixololi reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin emənəvi ziyanlap bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri — inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi cKoinq Almaniyaya qarşış işdə ərizəçiyə cmənəvi narahatlıq yetirilməsinəə, cArtiko İtaliyaya qarşıp işdə ctənhalıq və kimsəsizlik hisslərinəə, cYounq, Cames və X4rşış işdə calçaldıcı və təhqiredici hərəkətlərəə görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Göründüyü kimi, İnsan Hüquqlarının və X7 haqqından Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından mənəvi zərərə anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehlər tərəfindən ona maddi və mənəvi zərər vurulmasını təsdiq edən kifayət qədər mötəbər sübutları məhkəməyə təqdim edə bilməmiş, iddia tələbi həmin hissədə öz təsdiqini tapmamışdır. Ona görə də, məhkəmə yuxarıda qeyd olunanları ümumiləşdirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Salyan rayon Salman Cəfərov adına Yenikənd kənd tam orta məktəbin direktoru vəzifəsini müvəqqəqti icra edən Nümayəndə2 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 73 №-li “əmək müqaviləsinə xitam verilməsi barədə” əmri ləğv edilməli və İddiaçı Salyan rayonu Salman Cəfərov adına Yenikənd tam orta məktəbin “təsərrüfat işləri üzrə direktor müavini” vəzifəsinə bərpa edilməlidir. İddiaçı xx.xx.2024-cü il tarixdən işə çıxdığı günə qədər məcburi işburaxma müddəti üçün hesablanmış əmək haqqı ödənilməli, 50 (əlli) manat məbləğində mediasiya xərci cavabdeh Nümayəndə2 tutularaq iddiaçıya ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh Salyan rayon Salman Cəfərov adına Yenikənd kənd tam orta məktəbin direktoru vəzifəsini müvəqqəqti icra edən Nümayəndə2 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 73 №-li “əmək müqaviləsinə xitam verilməsi barədə” əmri ləğv edilsin və İddiaçı Salyan rayonu Salman Cəfərov adına Yenikənd tam orta məktəbin “təsərrüfat işləri üzrə direktor müavini” vəzifəsinə bərpa edilsin. İddiaçı xx.xx.2024-cü il tarixdən işə çıxdığı günə qədər məcburi işburaxma müddəti üçün hesablanmış əmək haqqı ödənilsin. 50 (əlli) manat məbləğində mediasiya xərci cavabdeh Nümayəndə2 tutularaq iddiaçıya ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar