Məhkəmə qərarları › İş №e-2(057)-169/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-169/2024

13.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-169/2024 13.03.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 1550 manat məbləğində pulun və 35,50 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2022-ci ildə oktyabr ayının 17-də Cavabdeh ümumilikdə 1970 (bir min doqquz yüz yetmiş ) manat dəyərində qızıl-zinət əşyası satmışdır. Həmin qızılların pulunu hər ay əvvəllər qaytardığı üçün yeni qızıllar satırdı. Qalan qızıllar isə tərtib etdiyi dəftərdə qeyd edilmişdir. Amma bu günə kimi 1550 (bir min beş yüz əlli) manat pulu qaytarmamışdır. xx.xx.2022-ci ildə qızıl komplekti 9.94 qramlıq və 3.08 qramlıq 1700 manat dəyərində ayda 200 manat, tac üzük 2.08 qramlıq 270 manat dəyərində aylıq 50 manat olmaqla bu qızılları Cavabdeh Rəzzaq qızına Şahid vasitəçiliyi ilə 1950 manata satmışdır. xx.xx.2022-ci ildə 50, xx.xx.2022-ci ildə 170. xx.xx.2022-ci ildə 30. xx.xx.2022-ci ildə 50, xx.xx.2022-ci ildə 50, xx.xx.2023-cü ildə 50 manat ödəniş etmişdir. 1550 manatı sə ödəməmişdir. Cavabdeh Rəzzaq qızına məxsus ********** mobil nömrə ilə aralarında whatsapp vasitəsilə mütəmadi əlaqə saxlanılmış və bu barədə sübutlar ərizəyə əlavə edilmişdir. Həmin 1550 (bir min beş yüz əlli) manat pul Cavabdeh alınaraq ona verilməlidir. Eyni zamanda ödədiyi 35,50 ( otuz beş manat əlli qəpik ) manat dövlət rüsumuda Cavabdeh tutularaq ona ödənilməlidir. Odur ki, Cavabdeh 1550 manat pul, 35,50 manat dövlət rüsumu tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qismən qəbul edərək bildirmişdir ki, o və qudası Şahid 17 oktyabr 2022-ci il tarixdə ümumilikdə 1970 manat dəyərində olan qızılları (1700 manat qızıl dəst və 270 manat tac üzük) İddiaçı nisyə almışdırlar. Aralarında borcun ödənilməsinə dair müəyyən razılaşma olmuşdur. Lakin o, bildirmişdir ki, qızıllardan 1700 manat dəyərində olan qızıl dəsti Şahid almışdır. Onun özü iddiaçıdan 270 manat dəyərində olan tac üzük almışdır və onun pulunu da iddiaçıya qaytarmışdır. Odur ki, iddianın özünə aid olan hissəsində təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şahid bildirmişdir ki, İddiaçı təxmini dəyəri 1970 manat olan qızılları Cavabdeh satmışdır. O, satışdan sonra qızılların bir qismini Səidədən götürərək özünün ödəyəcəyini bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İddiaçı aid olan “borc dəftərçəsi”nin surətindən görünür ki, Cavabdeh 1700 manat dəyərində olan qızıl dəst və 270 manat dəyərində olan tac üzük verilmişdir. Cavabdeh tərəfindən 20 manat məbləğində ilkin ödəniş, daha sonra isə xx.xx.2022-ci il tarixdə 50 manat, xx.xx.2022-ci il tarixdə 170 manat, xx.xx.2022-ci il tarixdə 30 manat, xx.xx.2022-ci il tarixdə 50 manat, xx.xx.2022-ci il tarixdə 50 manat, xx.xx.2023-cü il tarixdə isə 50 manat ödəniş edilmişdir. İş matetriallarına əlavə olunmuş 01 ədəd “CD” diskdən və fotoşəkillərdən görünür ki, İddiaçı ilə Cavabdeh arasında borc barəsində mütəmadi danışıqlar aparılmış, cavabdeh borclu olduğunu, borcunu qaytaracağını, qızılları götürdüyünü etiraf etmiş, lakin onu qudası Şahid verdiyini bildirmişdir. xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən mülki işin Salyan Rayon Məhkəməsində baxılması üçün 35,50 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, tədqiq edilmiş iş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı 17 oktyabr 2022-ci il tarixdə ümumilikdə 1970 manat dəyərində olan qızılları (1700 manat qızıl dəst və 270 manat tac üzük) Cavabdeh satmış, cavabdeh həmin qızılların pulundan müəyyən vaxtlarda 420 manatını qaytarmış, hazırda isə iddiaçıya ümumilikdə 1550 manat borcu qalmışdır. Cavabdeh satılan qızılların müəyyən qisminin Şahid tərəfindən alındığını bildirsə də, bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş, bu fakt məhkəmədə öz təsdiqini tapmamışdır. Belə ki, Şahid qızılları məhz Cavabdeh aldığını bildirmişdir. Həmçinin, məhkəmə qeyd edir ki, 1970 manat dəyərində olan qizıllar, əgər, ayrı-ayrılıqda tərəflərə satılmış olsaydı, Cavabdeh tərəfindən borcdan ümumillikdə 420 manat məbləğində pul ödənilmiş olmazdı. Belə olan halda, Cavabdeh tərəfindən özünə aid olmayan borcun ödənilməsi məhkəmədə şübhə doğurur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, qızılların dəyərini təşkil edən 1550 manat məbləğində pulun iddiaçıya cavabdeh tərəfindən qaytarılmamasının heç bir hüquqi və ya müqavilə əsası olmadığından, cavabdeh əsassız varlanmış şəxs kimi həmin pul məbləğini iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır; 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrində iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. İddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün ödənilmiş cəmi 35,50 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1550 (bir min beş yüz əlli manat) manat məbləğində pul və 35,50 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 1550 (bir min beş yüz əlli manat) manat məbləğində pul və 35,50 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar