Məhkəmə qərarları › İş №e-2(057)-184/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-184/2024

06.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-184/2024 06.02.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X22 qızının katibliyi, İddiaçı və onun vəkili və nümayəndəsi Nümayəndə Tahir oğlunun, Cavabdeh1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X15 və Cavabdeh4 qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X15 və Cavabdeh4 qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X8 ümumi birgə mülkiyyətində Salyan şəhəri, F.Zərgərli küçəsi, 7-ci döngə, ev 10 (Yeni qaydalarla ünvan 1 qeydiyyat nömrəsi ********** olan xx.xx.2018-ci ildə qeydiyyata alınmış **********58-10301 reyestr nömrəsi olan 0.06 ha həyətyanı torpaq sahəsi və xüsusi mülkiyyətində fərdi yaşayış evi özünün payına olan münasibətdə torpaq sahəsinə miras qəbulu üçün ötürülmüş müddət üzrlü hesab edilməklə tam olaraq cavabdehlər mirasdan məhrum edilməklə qanun üzrə vərəsə kimi onun mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, mərhum atası X8 ümumi birgə mülkiyyətində Salyan şəhəri, F.Zərgərli küçəsi, 7-ci döngə, ev-10 yeni qaydalarla Salyan şəhəri, Fikrət Zərgərli küçəsi, ev-205 qeydiyyat nömrəsi ********** olan xx.xx.2018-ci ildə qeydiyyata almmış **********58-10301 reyestr nömrəsi olan 0.06 ha həyətyanı torpaq sahəsi və xüsusi mülkiyyətində fərdi yaşayış evi vardır. X2 xx.xx.1986-cı ildə vəfat etmişdir, anaları X5 isə xx.xx.1989-cu ildə vəfat etmişdir. Mərhum atalarının X8 və mərhum analarının X3 birgə nikahdan doğulmuş 5 uşaqları İddiaçı, X13, X14, Cavabdeh1 və X4. Bu barədə Salyan RİHB Salyan şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsindən arayış alınmışdır. Miras əmlakın qəbulu barədə Salyan Regional ASAN xidmət Mərkəzində Notariat ofisə mirasın qəbulu üçün müraciət etmiş və mirasın qəbulu üçün müddət ötürüldüyündən vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. Salyan Regional ASAN xidmət Mərkəzində Notariat ofisi müraciətini qeydə almış və xx.xx.2023-cü ildə 366 g saylı məktub vermişdir. Atası rəhmətə gedəndən bütün kommunal xərclər işiq, qaz və su onun tərəfindən ödənilir. Təkcə özü faktiki mirası qəbul etmişdir. Bugünə qədər vərəsələr mirasın qəbulu üçün qanunla müəyyən edilmiş vaxtda müraciət etməmişlər. İndiki vaxtda artıq evin sənədləşdirilməsini istəyir. Qanunla müəyyən edilmiş vaxtı ötürsə də, mirası faktiki qəbul etdiyi və bugünə qədər də onun mirasdan istifadə etdiyi realdır. İddiaçı, X13, X14, Cavabdeh1 və X20 paylarını qəbuldan imtina edirlər və bütün bunlar nəzərə alınmaqla mərhum atalarının payına qanun üzrə tam vərəsəlik hüququnun tanımasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək göstərmişdir ki, atasından miras qalmış evdə yaşayır. İki oğlu var. Bir oğlu ailəlidir, bir müddət onunla yaşasa da hazırda ayrı yaşayır. İkinci oğlu nişanlıdır. Gəlinini həmin evə qeydiyyata salmaq fikrindədir. Həmçinin, göstərmişdir ki, ürək xəstəliyindən əziyyət çəkir, müalicə olunmaq üçün qonşusundan 14000 manat borc pul almışdır. Hər ay 300-400 manat dərmanlara pul verir. Oğluna gəlin gətirəndə evin öz adına olmasını istəyir. Əvvəlki məhkəmə iclasında iddiaçı göstərmişdir ki, ata və anası sağlığında evi ona bağışlamışdır. Ata və anası vəfat etdikdən sonra o evdə ailəsi ilə birlikdə yaşamışdır. Ata və anasının qəbir daşlarını süpürgə yığıb sataraq düzəltmişlər. Oğlu evlənəndən sonra bir il onunla yaşamışdır. Sonradan qaynanasının evində 120 manata kirayədə yaşamışdır. Oğlu istədiyi vaxt gəlib evdə yaşaya bilər. Oğlunun pasport qeydiyyatı var. Evi satmış olsa oğlunun razılığını alacaqdır. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Nümayəndə bildirmişdir ki, iddianı müdafiə edir. Cavabdehlər başqa ünvanlarda yaşayırlar. Mirası tək iddiaçı qəbul etmişdir. İddiaçının oğlu Əli ilə Ayşən arasında olan nikah pozulmuşdur. Bayramov Əli iddiaçının oğludur. Gələcəkdə ev satılarsa oğlunun haqqı veriləcəkdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 bildirmişdir ki, iddiaçı onun qardaşıdır. İddianı qəbul edir və iddia tələbinin təmin olunmasına etirazı yoxdur. 1993-cü ildən sözügedən evdən çıxaraq, Salyan şəhərində ev almış və hazırda orada yaşayır. Bacıları Cavabdeh2, X15 və Cavabdeh4 ailə quraraq ər evinə gəlin köçmüşlər. Bacıları atalarının harda dəfn olunduğunu belə bilmirlər. Qardaşı Rafət ürək xəstəliyindən əziyyət çəkir. Onun ürəyi açıq əməliyyat olunmalıdır. Cavabdehlər Cavabdeh2, X15 və Cavabdeh4 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə sonuncuların iştirakları olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının, onun vəkili və nümayəndəsinin, Cavabdeh1 izahatlarını dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış çıxarışdan görünür ki, Salyan şəhəri, F.Zərgərli küçəsi, 7-ci döngə, ev 10 (Yeni qaydalarla AZ 5202 ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X11 məxsusdur. İş materiallarında olan Salyan Regional ASAN xidmət Mərkəzində notariat ofisinin xüsusi notariusu X27 tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 366 g saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 1256-cı maddəsinə əsasən mirasın qəbulu üçün müəyyən edilmiş müddət ötürüldüyü üçün vərəsəlik şəhadətnaməsi verilməsindən imtina edilmişdir. İş materiallarında olan Salyan Rayon İcra Hakimiyyəti Başçısının Salyan şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 23 may 2023-cü il tarixli, 1200 saylı arayışın surətindən görünür ki, İddiaçı atası X16 xx.xx.1986-cı il tarixdə, anası X5 xx.xx.1989-cu il tarixdə vəfat etmişdir. Mərhumların daimi yaşayış yeri ünvan 2 ünvan olmuş və onların İddiaçı, X13, Cavabdeh1 və X20 adlı vərəsələri qalmışdır. İş materiallarında olan X10 ksero surətindən görünür ki, X5 xx.xx.1989-cu il tarixdə Salyan şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2018-ci ilin 08 ayının 27 günündə 193 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan “Elektron notariat” X1 vasitəsilə “X7” AQİS-dən çıxarışın surətindən görünür ki, X13 xx.xx.1949-cu il tarixdə Göyçay rayonunda doğulmuşdur. Bu barədə Göyçay rayon Qeydiyyat Şöbəsində doğum haqqında akt qeydləri kitabında xx.xx.1961-ci il tarixdə 230 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Salyan rayon Qeydiyyat Şöbəsinin vəzifəli şəxsi Famil Kazımov tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş X10 ksero surətindən görünür ki, X16 xx.xx.1986-cı ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 1986-cı ilin 04 ayının 21 günündə 58 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Salyan rayon Qeydiyyat Şöbəsinin rəisi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayışın ksero surətindən görünür ki, İddiaçı xx.xx.1968-ci ildə anadan olmuşdur. Bu barədə qeydiyyat kitabının 291 səhifəsində xx.xx.1968-ci ildə qeydiyyat aparılmışdır. İş materiallarında olan Salyan rayon Qeydiyyat Şöbəsinin rəisi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş arayışın ksero surətindən görünür ki, Cavabdeh1 xx.xx.1961-ci ildə Salyan rayonunda anadan olmuşdur. Bu barədə xx.xx.1961-ci il tarixdə Salyan qeydiyyat şöbəsində 67 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan Salyan rayon Qeydiyyat Şöbəsinin rəisi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş 351 saylı arayışdan görünür ki, X28 ilə X20 arasında nikah Salyan rayon Qeydiyyat Şöbəsində xx.xx.1987-ci ildə bağlanmış və bu barədə 134 nömrəli akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan Salyan Rayon Qeydiyyat Şöbəsinin rəisi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş 349 saylı arayışdan görünür ki, X21 ilə Cavabdeh2 arasında nikah Salyan rayon Kürqaraqaşlı kənd İnzibati Ərazi Nümayəndəliyində xx.xx.1965-ci ildə bağlanmış və bu barədə 08 nömrəli akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan Salyan Rayon Qeydiyyat Şöbəsinin rəisi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş 350 saylı arayışdan görünür ki, X18 ilə X14 arasında nikah Salyan rayon Qeydiyyat Şöbəsində xx.xx.1981-ci ildə bağlanmış və bu barədə 40 nömrəli akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan Salyan Rayon Qeydiyyat Şöbəsinin rəisi tərəfindən xx.xx.2018-ci ildə verilmiş arayışdan görünür ki, X20 xx.xx.1967-ci ildə Salyan rayonunda anadan olmuşdur. Bu barədə xx.xx.1967-ci il tarixdə Salyan Rayon Qeydiyyat Şöbəsində 43 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan Göyçay Rayon Qeydiyyat Şöbəsinin rəis əvəzi tərəfindən 23 may 2018-ci il tarixdə verilmiş 1343 saylı arayışdan görünür ki, X16 ilə X12 arasında nikah Göyçay Rayon Qeydiyyat Şöbəsində 20 noyabr 1958-ci il tarixdə bağlanmış və bu barədə 172 nömrəli akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan Salyan Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xəstəlik tarixindən çıxarışdan görünür ki, İddiaçı işemik kardiomiopatiya qulaqcıqların fibrillyasiyası, bununla yanaşı hipertoniya və xroniki xolesistit diaqnozu qoyulmuşdur. İş materiallarında olan Cavabdeh2 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, 1949-cu il iyun ayının 1-də Ermənistan Respublikasının Basarkeçər rayonunun Şişqaya kəndində anadan olmuşdur. 1950-ci ildə əvvəlcə Göyçay rayonuna, daha sonra isə Salyan rayonuna köçmüşlər. 1 yaşından anadan yetim qalmışdır. Nənəsinin himayəsində böyümüşdür. Onun 10 yaşı olarkən atası, İddiaçı anası X5 ilə ailə həyatı qurmuşdur. Həmin nikahdan da 3 oğlan və 2 qız olmaqla, 5 uşaq - Mehparə, Əliqismət, Əli (hərbi xidmətdə olarkən vəfat edib), Radə və Rafət dünyaya gəlmişdir. O 16 yaşı olarkən ailə həyatı quraraq Salyan rayonunun Kürqaraqaşlı kəndinə köçsə də, həmin uşaqların da böyüməsində zəhmət çəkmişdir. Evin böyük övladı olduğu üçün ailənin həm oğul, həm də qızı olmuşdur. Halbuki ailə həyatı quran zaman evlərini tərk etdikdə o zamankı vəziyyətə görə ona heç bir şey verilməmişdir. Onun həmin mal-mülkdə gözü yoxdur. Onu narahat edən məsələ odur ki, zərərli vərdişlərin qurbanı olan qardaşı İddiaçı vərəsələrin qanuni razılığı olmadığı halda həmin ata evlərini satmaq fikrinə düşmüşdür. Bunun üçün satacağı şəxsdən beh olaraq pul da almışdır. İndi də məhkəməyə müraciət etməkdə məqsədi odur ki, ümumi mülkiyyətləri üzərində dolayı yolla sərəncam vermək hüququ qazanaraq öz gizli niyyətinə çatsın. Qeyd edir ki, İddiaçı zərərli vərdişləri ucbatından onun ailə üzvləri - həyat yoldaşı Təhminə, oğlanları Əli və Dəyanət ailələri ilə birgə həmin evi uzun müddətdir ki, tərk edərək kirayələrdə ağır şəraitdə yaşayırlar. Bundan istifadə edən qardaşı İddiaçı isə ata yurdlarını sataraq ocaqlarını dağıtmaq fikrinə düşmüşdür. Qeyd edir ki, onun həmin evdən heç bir ehtiyacı yoxdur. Lakin qardaşı balalarının xəstə ataları ucbatından kirayə qapılarda qalaraq əziyyət çəkmələrinə razı ola bilmir. Ona görə də, öz miras payını iddiaçının böyük oğlu X19 bağışlayır və ata yurdu olan həmin mülkü onun adına sənədləşdirilməsini istəyir. Ona görə də, işə baxılarkən yazılı ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan X24 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, onun müraciət etməkdə məqsədi atası İddiaçı 40 ildən sonra əmisi və bibilərinə qarşı qaldırdığı mülki iddiaya münasibət bildirərək tərəfindən aydınlıq gətirməkdir. Məlumat üçün qeyd edir ki, atası zərərli vərdişlərdən əziyyət çəkən xəstə biridir. Onun yersiz davranışları nəticəsində o iki dəfə ailə həyatı qursa da, ailənin biri dağılmış, ikincisi də dağılmaq üzrədir. Belə ki, doğulub boyabaşa çatdığı evi atası İddiaçı əməlləri nəticəsində məcbur olub, bir ildir ki, tərk edərək az yaşlı körpəsi və həyat yoldaşı ilə kirayədə ağır şəraitdə yaşayırlar. Qardaşı (ailəli) Dəyanət Bayramovla anası Təhminə də Bakı şəhərində birgə kirayədə yaşayırlar. Bir ilə yaxındır ki, evləri boşdur. Onlar atasının onlara qarşı təhqirlərinə və təzyiqlərinə dözməyərək kirayələrdə yaşayırlar. Onların evdən məcbur olaraq getdiklərini görən atası İddiaçı qərara gəlmişdir ki, evi X9 29000 manata satsın. Əllərində faktlar var ki, bunun üçün üzərinə qeyri-rəsmi öhdəlik ərizəsi yazaraq 15000 manat beh almışdır. Uzun müddətdir ki, küsülü olduğu qardaşı, onun əmisi olan Cavabdeh1la o pulu aralarında bölüşərək, ailələrinin bədbəxtçiliyinin təməlini qoymuşlar. Evləri ola-ola niyə onlar kirayədə qalmalıdırlar?. 600 manat əmək haqqı alır. Bundan birinci ailəsinə aliment, kirayə haqqı və kommunal xərclər ödəyir. Buna görə ailəsi həftələrlə ac susuz qalırlar. Belə bir fərasətsiz ata və nəfsinə qul düşmüş əmisi Cavabdeh1 görə onlar həftələrlə ac susuz soyuqda, ağır şəraitdə kirayələrdə qalırlar. Möhtərəm hakim, dağılmaq üzrə olan ailəsinin aqibəti iddia predmeti olan mülkiyyət, evləri üzərində atası İddiaçı müstəqil sərəncam vermək hüququ əldə edibetməməsindən asılıdır. Odur ki, qərar verərkən ailəsinin indiki vəziyyəti ilə bağlı gələcəklərinin də nəzərə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1159.1.1-ci maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1159.1.3-cü maddəsinə əsasən, bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1261-ci maddəsinə əsasən, vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. 1247-ci maddəsinə əsasən, əgər miras almaq hüququ digər vərəsələrin mirası qəbul etmədikləri halda yaranırsa, miras onun qəbulu üçün müəyyənləşdirilmiş müddətin qalan hissəsi ərzində qəbul edilməli, bu müddət altı həftədən az olduqda isə altı həftəyədək uzadılmalıdır. 1300-cü maddəsinə əsasən, əgər vərəsələr arasında olduqları yer məlum olmayan şəxslər vardırsa, qalan vərəsələr onların olduqları yerin müəyyənləşdirilməsi və vərəsəliyə çağırılması üçün ağlabatan tədbirlər görməyə borcludurlar. Göründüyü kimi, ölmüş şəxsin (miras qoyanın) əmlakının başqa şəxslərə (vərəsələrə) qanun üzrə, vəsiyyət üzrə və ya hər iki əsasla keçməsi müəyyən edilmişdir. Hazırkı işdə mərhum X16 ölümündən əvvəl mülkiyyətində olan əmlakla bağlı heç bir vəsiyyətnamə tərtib etmədiyindən ondan qalmış miras əmlakla bağlı yalnız qanun üzrə vərəsəlik qüvvədədir. X16 xx.xx.1986-cı il tarixdə öldüyündən ondan qalmış miras əmlakın açıldığı tarix həmin tarixdir. Hazırkı iş üzrə tərəf olan iddiaçı, cavabdehlər miras qoyanın uşaqları olmaqla onun birinci növbədə vərəsələridir. İş üzrə İddiaçı atasının ölümündən sonra ondan miras qalmış fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşamağa davam etməklə atasından miras qalmış fərdi yaşayış evini faktiki olaraq qəbul etmişdir. Hazırk iş üzrə cavabdeh olan digər vərəsələr Cavabdeh2, İddiaçı, X14, Cavabdeh1 və X20 isə atasının vəfatından sonra mirasın qəbulu barədə ərizə ilə notariusa müraciət etməmişlər nə də ki, miras əmlak olan fərdi yaşayış evini faktiki yaşayaraq qəbul etməmişlər. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, miras qalan əmlakın müqəddəratının həll edilməsi məsələsi mühüm şəxsi və ictimai əhəmiyyətə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququnun təminatına konstitusion zəmanət verir. Konstitusiyanın bu maddəsi vəsiyyət etmə hüququnu geniş anlamda bəyan edərək, vərəsəlik hüququnun təminatı kimi miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilmək hüququnu, digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmaq hüququnu nəzərdə tutur. Vərəsəlik hüquq institutu ailə ilə əmlak hüquq normaları qrupu arasında mövcud olan mülki hüquq münasibətlərini tənzimləyir. Vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. Məhkəmə tərəfindən tərəflərin izahatları və təqdim olunmuş sənədlər ilə müəyyən olunmuşdur ki, X8 iki nikahı mövcud olmuş, birinci nikahından Cavabdeh2 doğulmuşdur. İkinci nikahdan (X5) isə 4 uşağı İddiaçı, X14, Cavabdeh1 və X20 doğulmuşdur. X16 xx.xx.1986-cı ildə, X5 isə xx.xx.1989-cu ildə vəfat etmişdir. X6 Salyan şəhəri, F.Zərgərli küçəsi, 7-ci döngə, ev 10 (Yeni qaydalarla ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsi miras qalmışdır. İddiaçı ailə üzvləri ilə birlikdə Salyan şəhəri, F.Zərgərli küçəsi, 7-ci döngə, ev 10 (Yeni qaydalarla ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində yaşayır. İddiaçı Salyan Regional ASAN xidmət Mərkəzində fəaliyyət göstərən notariat ofisinə müraciət etmişdir. İddiaçıya mirasın qəbulu üçün müəyyən edilmiş müddət ötürüldüyü üçün vərəsəlik şəhadətnaməsi verilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, İddiaçı atasından miras qalmış fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşamaqla, miras əmlakı faktiki qəbul etmişdir. Belə olan halda onun miras əmlak üzərində mülkiyyət hüququ tanınmalıdır. Çünki iş materiallarından görünür ki, mərhumun digər qanun üzrə vərəsəsi olan oğlu Cavabdeh1 iddia tələbini qəbul edir və iddia tələbinin təmin olunmasına etirazı yoxdur. Digər qanun üzrə vərəsə Cavabdeh2 miras əmlaka dair heç bir tələbi yoxdur, payını iddiaçının böyük oğlu X19 bağışladığını bildirir. Qalan bütün qanun üzrə vərəsələr iddia tələbinə dair heç bir münasibət bildirməmişlər. Cavabdehlərin mirasdan məhrum edilməsi ilə bağlı tələbə gəldikdə isə məhkəmə hesab edir ki, hazırki qətnamə ilə onsuz da iddiaçının mübahisəli mənzil üzərində hüququ tanındığından bu qətnamə iddiaçıya mülkiyyət hüququnun verilməsi üçün əsasdır. Belə olan halda cavabdehlərin mirasdan məhrum edilməsinə ehtiyac yoxdur. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.1986-cı ildə vəfat etmiş X6 qalmış miras əmlak Salyan şəhəri, F.Zərgərli küçəsi, 7-ci döngə, ev 10 (Yeni qaydalarla ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsi İddiaçı tərəfindən miras qəbulu üçün ötürülmüş müddət üzrlü hesab edilməklə mülkiyyət hüququ tanınmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbyacan Respublikası Mülki - Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4.-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxsə aid edilir. Belə olan halda, iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.1986-cı ildə vəfat etmiş X6 miras qalmış Salyan şəhəri, F.Zərgərli küçəsi, 7-ci döngə, ev 10 (Yeni qaydalarla ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsi İddiaçı tərəfindən miras qəbulu üçün ötürülmüş müddət üzrlü hesab edilməklə mülkiyyət hüququ tanınsın. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar