Məhkəmə qərarları › İş №e-2(057)-1899/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-1899/2024

18.12.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-1899/2024 18.12.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi vəkil Nümayəndə, Cavabdeh “Salyan Rayon Mərkəzi Xəsatəxanası” PHŞ-nin nümayəndəsi X4, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası ƏƏSMN X16 Xidmətinin Şirvan Salyan Regional şöbəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh “Salyan Rayon Mərkəzi Xəsatəxanası” PHŞ-yə qarşı intizam tənbehləri barədə əmrlərin ləğv edilməsi tələbi barədə iddiasına dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə cavabdeh “Salyan Rayon Mərkəzi Xəsatəxanası” PHŞ-yə qarşı intizam tənbehləri barədə əmrlərin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, "Salyan Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli Əmək və intizam qaydalarını pozduğuna görə "Salyan Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsinin Terapiya şöbəsinin Şöbə müdiri İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin üçüncü hissəsinə uyğun olaraq yazılı xəbərdarlıq elan edilməsi və xx.xx.2024-cü il tarixli Əmək vəzifələrini düzgün yerinə yetirmədiyinə və hüquqlarından sui-istifadə etdiyinə görə “Salyan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin Terapiya şöbəsinin Şöbə müdiri İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi barədə əmrləri əsassız olduğundan ləğv edilməsi, ona vurulan 10000 manat mənəvi ziyan, 300 manat vəkilə ödənilən xərc və 60 manat mediasiya xərci cavabdeh “Salyan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsindən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Salyan rayon X17 Hüquqi şəxsin terapiya şöbəsinin müdiri Salyan şəhəri E.İmanov küçəsiev 67 ünvanda qeydiyyatda olan İddiaçı barəsində Salyan rayon X17 Hüquqi şəxsin direktoru tərəfindən verilmiş 2 əmr vardır. Daha əvvəl 3 dəfə işdən çıxma barədə ərizə yazsada qanunsuz olaraq onu 4 ayda əmrini imzalamamaqla işdə saxlamışlar. Son olaraq mediasiyaya müraciət etmiş və yenidən işdən azad edilməyi barədə ərizə yazmışdır. Bunları tələb etdikdə ona qarşı qərəzli hərəkətlər balanılmış və intizam tənbehləri tətbiq etməyə başlamışlar. Barəsində olan xx.xx.2024-cü il tarixli Əmək və intizam qaydalarını pozduğuna görə "Salyan Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsinin Terapiya şöbəsinin Şöbə müdiri İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin üçüncü hissəsinə uyğun olaraq yazılı xəbərdarlıq elan edilməsi və xx.xx.2024-cü il tarixli Əmək vəzifələrini düzgün yerinə yetirmədiyinə və hüquqlarından sui-istifadə etdiyinə görə “Salyan Rayon MərkəziXəstəxanası” publik hüquqi şəxsinin Terapiya şöbəsinin Şöbə müdiri İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi təmamilə əsassızdır və Əmək qanunvericiliyinin tələbləri pozulmaqla bu əmrlər verilmişdir. Həmin əmrlər üzrə müraciəti ciddi araşdırılmamış, Azərbaycan Respublikası Qanunvericiliyinin Əmək müfəttişliyinə vermiş olduğu geniş səlahiyyətlərdən istifadə etməklə müvafiq tədbir görülməsini AR ƏƏSMN X16 Xidmətinin Şirvan Salyan Regional darəsindən xahiş etmişdir. Müfəttişliyə bu günə qədər öz qanunsuz əmrlərinin əsasını təşkiledən sənədləri təqdim etməmişlər. Mediasiyada müraciəti araşdırılmış və müvafiq olaraq arayış təqdim edilmiş və cavabdeh tərəf mediaisyada iştirak etməmişdir. Qeyd oluanan əmrlər təmamilə qərəzlidir, onun məruzələrindən sonra bu addımları atmağa başlaladıqları üçün heç bir hüquqi əsası yoxdur. Bu əmrlərdən məlumatı yoxdur və izahatı alınmadan və heç bir araşdırılma aparılmadan AR Əmək Məcəlləsinin tələbləri kobud surətdə pozulmaqla ona qarşı bu addımları atmaqla mənəviziyan vuraraq işgüzar nüfuzumu aşağı salmağa çalışılmışdır. cavabdeh “Salyan Rayon Mərkəzi Xəsatəxanası” PHŞ-yə qarşı intizam tənbehləri barədə əmrlərin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, "Salyan Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli Əmək və intizam qaydalarını pozduğuna görə "Salyan Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsinin Terapiya şöbəsinin Şöbə müdiri İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin üçüncü hissəsinə uyğun olaraq yazılı xəbərdarlıq elan edilməsi və xx.xx.2024-cü il tarixli Əmək vəzifələrini düzgün yerinə yetirmədiyinə və hüquqlarından sui-istifadə etdiyinə görə “Salyan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin Terapiya şöbəsinin Şöbə müdiri İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi barədə əmrləri əsassız olduğundan ləğv edilməsi, ona vurulan 10000 manat mənəvi ziyan, 300 manat vəkilə ödənilən xərc və 60 manat mediasiya xərci cavabdeh “Salyan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsindən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi vəkil Nümayəndə iddia ərizəsində qeyd olunanları bir daha təsdiq edərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh təşkilatın nümayəndəsi X9 iddianı qəbul etməyərək bildirmişdir ki, xəstəxananın terapiya şöbəsinə baxış keçirilərkən şöbə müdiri İddiaçı göstərişi əsasında şöbədə xəstəxana rəhbərliyinin məlumatı olmadan xüsusi kameraların quraşdırılması, yanğından mühafizə detektorunun daxilində quraşdırılmış, istifadəsinə icazə verilməyən görüntü və səs qeyd edən kameraların olduğu, şöbə daxilində səsgücləndirici cihazlardan istifadə edildiyi aşkarlanmışdır. İşə götürənin məlumatı və razılığı olmadan şöbə müdiri İddiaçı terapiya şöbəsinin işçilərinə icazələr vermiş, ayın əvvəlində təsdiq edilmiş növbə qrafiklərinə ay ərzində xəstəxana rəhbərliyinin xəbəri olmadan dəyişiklər etmişdir. İşəgötürənin məlumatı və razılığı olmadan terapiya şöbəsində çalışan bəzi işçilər İddiaçı təşəbbüsü ilə əmək funksiyasına aid olmayan işlərə cəlb edilmişlər. Terapiya şöbəsinin müdiri İddiaçı həkim-kardioloq kimi xəstələrə ambulator tibbi xidmət göstərən zaman onların qeydiyyatdan keçirilməsi prosesində sui-istifadə hallarına yol vermək istəməsinə təşəbbüs göstərdiyi məlum olmuşdur. Eyni zamanda xəstəxananın rəhbəri tərəfindən terapiya şöbəsində yatan xəstələrin 2024-cü ilin İV-V-Vİ ayları üzrə xəstəlik tarixlərinə seçmə üsulu ilə baxış keçirilərkən məlum olmuşdur ki, İddiaçı həkimkardioloq kimi müayinə və müalicə etdiyi xəstələrin xəstəlik tarixçələrinə sonradan düzəlişlər etmiş (epikrizlərlə həkim təyinatları üst-üstə düşmür), xəstələrə qoyulmuş diaqnozlarla dərman təyinatlarında nöqsanlara yol vermiş, nəticədə stasionar şöbədə dərman vasitələrinin israfına səbəb olmuşdur. Şöbə müdiri kimi vəzifəsindən suiistifadə etdiyinə, əmək vəzifələrini kobud şəkildə pozduğuna görə İddiaçı sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Odur ki, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası ƏƏSMN X16 Xidmətinin Şirvan Salyan Regional şöbəsinin nümayəndəsi X5 bildirmişdir ki, İddiaçı “Salyan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdə (bundan sonra-Xəstəxana) hüquqlarının - pozulması barədə” Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Şirvan-Salyan regional şöbəsinə etdiyi müraciətə baxılmış, İddiaçı Xəstəxana rəhbərliyi tərəfindən barəsində tətbiq edilmiş xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli intizam tənbehlərini qanunsuz və əsassız hesab edərək onların tətbiqi barədə əmrlərin ləğv edilməsini tələb etdiyini bildirmişdir. Məsələ ilə bağlı Xəstəxanadan təqdim olunan sənədlər nəzərdən keçirilməklə müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2009-cü il tarixdsn xx.xx.2024-cü il tarixədək sonuncu vəzifəsi Terapiya şöbəsinin müdiri olmaqla, Xəstəxanada çalışmış, xx.xx.2024cü il tarixdə onun əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan sonra-Əmək Məcəlləsi) 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən xitam verilmişdir. Xəstəxana direktorunun 18-1- 68/3-1-1541/2024 nömrəli xx.xx.2024-cü il tarixli əmri ilə İddiaçı Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Araşdırmaya təqdim olunmuş aktlara, yazılı məlumatlara əsasən həmin intizam tənbehinin tətbiq edilməsinə, İddiaçı tərəfindən rəhbərliyin xəbəri olmadan iş yerində videoqeydiyyat funksiyalarına malik olan gizli kameraların quraşdırılması, rəhbərliyə məlumat vermədən öz təşəbbüsüylə rəhbəri olduğu şöbənin işçilərinə işdən icazələrin verilməsi, həmçinin onların əmək funksiyalarına aid olmayan işlərə cəlb olunması, xəstələrin qeydiyyatı prosesi zamanı sui-istifadə hallarına yol verilməsi, rəhbəri olduğu Terapiya şöbəsində müayinə (müalicə) etdiyi xəstələrin xəstəlik tarixçələrində sonradan düzəlişlərin edilməsi halları əsas olmuşdur. Araşdırma materialında olan, xəstəxananın hüquqşünası A.Məmmədyarovun məlumatında, İddiaçı xx.xx.2024-cü il tarixdə izahat verməsi üçün məlumat verildiyi, lakin İddiaçı izahat verməkdən imtina etdiyi qeyd olunmuşdur. Araşdırma materiallarına əsasən, intizam hüquqpozmalarına yol verdiyi halların aşkar edildiyi gündən bir ay keçməmiş İddiaçı barəsində intizam tənbehi tədbirinin tətbiq edildiyi müəyyən olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirmişdir ki, xəstəxanada tibb bacısı vəzifəsində çalışır. Müşviq Abdullayev tərəfindən onlara qarşı çox haqsızlıqlar edilmişdir. Qanunsuz olaraq artıq iş saatı ilə işləmişlər. İş növbəsindən çıxıb evə getməli olduqları halda onları əlavə olaraq işdə saxlayıb işlədirmiş. Bununla bağlı rəhbərliyə şikayət etsələr də, heç bir nəticəsi olmamışdır. İşçilərdən bəziləri işdə olmadıqları halda onların adı işdə getmişdir. Kameraların quraşdırılmasından xəbərləri olmuş, bu barədə rəhbərliyə bildirsələr də, şikayətə baxılmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirmişdir ki, xəstəxanada tibb bacısı vəzifəsində çalışır. Müşviq Abdullayevlə çoxdan işləsə də, əvvəllər onlara qarşı pis hərəkətləri olmamışdır. Baş tibb bacısı Ağanənə gələndən sonra onlara qarşı davranışları dəyişmişdir. Xəstənin halı palatada pisləşən zaman tibb bacılarının müdaxilə etməyə ixtiyarları olmamışdır. Bu barədə ilk öncə baş tibb bacısı Ağanənəyə məlumat verməli olmuşlar. Ağanənə də öz növbəsində Müşviq həkimə məlumat verməli olmuşdur. Müşviq Abdullayev salahiyyətlərinə aid olmayan işləri görməyə onları məcbur etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 da iş üzrə digər şahidlər X6 və X1 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X12 izahatında bildirmişdir ki, terapiya şöbəsində qeydiyyatla bağlı xəstəni görmədiyi halda gün sonunda Müşviq Abdullayev tərəfindən siyahı şəklində gətirilib xəstə adına talon alınması halı olmuş və o, buna etiraz etmişdir. Rəhbərliyə bu barədə məlumat verdikdən sonra yaşanmış hal aradan qaldırılmışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; xx.xx.2024-cü il tarixli əmrdən görünür ki, Əmək və intizam qaydalarını pozduğuna görə "Salyan Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsinin Terapiya şöbəsinin Şöbə müdiri İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin üçüncü hissəsinə uyğun olaraq yazılı xəbərdarlıq elan edilmişdir. xx.xx.2024-cü il tarixli əmrdən görünür ki, Əmək vəzifələrini düzgün yerinə yetirmədiyinə və hüquqlarından sui-istifadə etdiyinə görə “Salyan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin Terapiya şöbəsinin Şöbə müdiri İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. MŞS/MT-028/2024/0482Ə saylı xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə Salyan 1 saylı Mediasiya Təşkilatının arayışından görünür ki, tərəflər könüllü olaraq nikahın pozulması üçün təşkilata müraciət etmiş, barışığa və ya razılığa gəlmək mümkün olmadığı üçün mediasiya prosesi davam etdirilə bilməmişdir. “Salyan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 30 iyul 2024-cü il tarixli AR ƏƏSMN X16 Xidmətinin Şirvan Salyan Regional şöbəsinə ünvanladığı məktubdan görünür ki, xəstəxananın terapiya şöbəsinə baxış keçirilərkən şöbə müdiri İddiaçı göstərişi əsasında şöbədə xəstəxana rəhbərliyinin məlumatı olmadan xüsusi kameraların quraşdırılması, yanğından mühafizə detektorunun daxilində quraşdırılmış, istifadəsinə icazə verilməyən görüntü və səs qeyd edən kameraların olduğu,şöbə daxilində səsgücləndirici cihazlardan istifadə edildiyi aşkarlanmışdır. İşəgötürənin məlumatı və razılığı olmadan şöbə müdiri İddiaçı terapiya şöbəsinin işçilərinə icazələr vermiş, ayın əvvəlində təsdiq edilmiş növbə qrafiklərinə ay ərzində xəstəxana rəhbərliyinin xəbəri olmadan dəyişiklər etmişdir. İşəgötürənin məlumatı və razılığı olmadan terapiya şöbəsində çalışan bəzi işçilər İddiaçı təşəbbüsü ilə əmək funksiyasına aid olmayan işlərə cəlb edilmiş həmçinin Terapiya şöbəsinin müdiri İddiaçı həkim-kardioloq kimi xəstələrə ambulator tibbi xidmət göstərən zaman onların qeydiyyatdan keçirilməsi prosesində sui-istifadə hallarına yol vermək istəməsinə təşəbbüs göstərdiyi məlum olmuşdur. Eyni zamanda xəstəxananın rəhbəri tərəfindən terapiya şöbəsində yatan xəstələrin 2024-cü ilin İV-V-Vİ ayları üzrə xəstəlik tarixlərinə seçmə üsulu ilə baxış keçirilərkən məlum olmuşdur ki, İddiaçı həkimkardioloq kimi müayinə və müalicə etdiyi xəstələrin xəstəlik tarixçələrinə sonradan düzəlişlər etmiş (epikrizlərlə həkim təyinatları üst-üstə düşmür), xəstələrə qoyulmuş diaqnozlarla dərman təyinatlarında nöqsanlara yol vermiş, nəticədə stasionar şöbədə dərman vasitələrinin israfına səbəb olmuşdur. Şöbə müdiri kimi vəzifəsindən sui-istifadə etdiyinə, əmək vəzifələrini kobud şəkildə pozduğuna görə İddiaçı sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi qeyd olunmuşdur. xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, “Salyan Rayon Mərkəzi Xəstəxanasının” terapiya şöbəsinin müdiri vəzifəsində işləmiş İddiaçı qanunsuz hərəkətləri ilə bağlı toplanmış material üzrə cinayət işinin başlanması cinayət hadisəsinin olmamasına görə rədd edilmişdir. Salyan RMX-nın direktorunun köməkçisi R. Ağabəyov, dəstək xidmətləri şöbəsinin müdiri Z.Əsgərov, texniki dəstək bölməsinin mühəndisi N.Məmmədyarov, informasiya texnologiyaları üzrə texnik B.Abdullayev, Salyan RMX-nın hüquqşünası X9 tərəfindən tərtib edilmiş 21 iyun 2024-cü il tarixli təhvil-təslim aktının surətindən görünür ki, terapiya şöbəsindəki kameralara baxış keçirilərkən məlum olmuşdur ki, baş mənbəyə qoşulu olmayan və icazəsiz quraşdırılmış 4 ədəd kamera və 1 ədəd səsgücləndirici vasitə aşkarlanmışdır. Adları qeyd olunan avadanlıqlar terapiya şöbəsinin müdiri İddiaçı təhvil verilmişdir. Beləliklə, işin həqiqi halları, işdə iştirak edən şəxslərin izahatları və işin materialları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, xəstəxananın terapiya şöbəsinə baxış keçirilərkən şöbə müdiri İddiaçı göstərişi əsasında şöbədə xəstəxana rəhbərliyinin məlumatı olmadan xüsusi kameraların quraşdırılması, yanğından mühafizə detektorunun daxilində quraşdırılmış, istifadəsinə icazə verilməyən görüntü və səs qeyd edən kameraların olduğu, şöbə daxilində səsgücləndirici cihazlardan istifadə edildiyi aşkarlanmışdır. İşə götürənin məlumatı və razılığı olmadan şöbə müdiri İddiaçı terapiya şöbəsinin işçilərinə icazələr vermiş, ayın əvvəlində təsdiq edilmiş növbə qrafiklərinə ay ərzində xəstəxana rəhbərliyinin xəbəri olmadan dəyişiklər etmişdir. İşəgötürənin məlumatı və razılığı olmadan terapiya şöbəsində çalışan bəzi işçilər İddiaçı təşəbbüsü ilə əmək funksiyasına aid olmayan işlərə cəlb edilmişlər. Terapiya şöbəsinin müdiri İddiaçı həkimkardioloq kimi xəstələrə ambulator tibbi xidmət göstərən zaman onların qeydiyyatdan keçirilməsi prosesində sui-istifadə hallarına yol vermək istəməsinə təşəbbüs göstərdiyi məlum olmuşdur. Eyni zamanda xəstəxananın rəhbəri tərəfindən terapiya şöbəsində yatan xəstələrin 2024-cü ilin İV-V-Vİ ayları üzrə xəstəlik tarixlərinə seçmə üsulu ilə baxış keçirilərkən məlum olmuşdur ki, İddiaçı həkimkardioloq kimi müayinə və müalicə etdiyi xəstələrin xəstəlik tarixçələrinə sonradan düzəlişlər etmiş (epikrizlərlə həkim təyinatları üstüstə düşmür), xəstələrə qoyulmuş diaqnozlarla dərman təyinatlarında nöqsanlara yol vermiş, nəticədə stasionar şöbədə dərman vasitələrinin israfına səbəb olmuşdur. Şöbə müdiri kimi vəzifəsindən sui-istifadə etdiyinə, əmək vəzifələrini kobud şəkildə pozduğuna görə İddiaçı sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən, işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. Həmin Məcəllənin 187-ci maddəsinə əsasən, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Həmin Məcəllənin 188-ci maddəsinə əsasən, intizam tənbehi, yalnız işçi ilə əmək müqaviləsi bağlamaq, onun şərtlərini dəyişdirmək və ona xitam vermək səlahiyyətinə malik olan işəgötürən tərəfindən verilə bilər. Bu maddənin birinci və ikinci hissələrində göstərilən vəzifəli şəxslərdən savayı başqa vəzifəli şəxslərin işçilərə intizam tənbehi verməyə ixtiyarı yoxdur. Əgər bu qaydaların əksinə olaraq işçiyə intizam tənbehi vermək səlahiyyəti olmayan vəzifəli şəxs tərəfindən verilibsə, onun əmri hüquqi qüvvəsi olmayan puç (əhəmiyyətsiz) əmr hesab edilir. Sadalanan qanunvericilik normalarına əsasən, məhkəmə qeyd edir ki, təqdim olunmuş sənədlərdən məlum olmuşdur ki, İddiaçı əmək müqaviləsi üzrə vəzifələrini yerinə yetirmədiyi iş materialları ilə tam sübut olunmuş, işçinin əməli əmək intizamını pozmaqla iş şəraitinə mənfi təsir göstərmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, işəgötürən tərəfindən intizam qaydalarını pozan işçiyə yazılı xəbərdarlıq və ya töhmət Əmək Məcəlləsinə uyğun şəkildə, qanuni, prosedur qaydalarına uyğun və əsaslı şəkildə həyata keçirilmişdir. Bu tədbirlər qanuni əsaslarla həyata keçirildiyindən, intizam tədbirlərinin ləğvi barədə iddia təmin edilə bilməz. Məhkəmə, eyni zamanda iddianın maddi və mənəvi ziyanın (vəkilə ödənilən 300 (üç yüz) manat vəkil xərci, 10000 (on min) manat mənəvi ziyan və 60 manat mediasiya xərci) ödənilməsinə dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də əsassızdır və rədd edilməlidir. Belə ki, iddiaçı vəkilə ödənilən 300 (üç yüz) manat vəkil xərcinin cavabdehdən tutulmasını xahiş etsə də, bunu təsdiq edən hər hansı sənədi məhkəməyə təqdim etməmişdir. Məhkəmə, həmçinin iddiaçının ona vurulmuş mənəvi ziyanın ödənilməsinə dair iddia tələbi ilə bağlı qeyd edir ki, o tələbinin cavabdeh tərəfindən mənəvi ziyanın vurulmasına dair istinad etdiyi hallarını sübut edə bilməmiş, bu barədə müvafiq sübutları məhkəməyə təqdim etməmiş, işin tədqiq olunan hallarına əsasən iddia tələbi həmin hissədə öz təsdiqini tapmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dairə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixololi reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mənəvi ziyanla bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri - inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi cKoinq Almaniyaya qarşış işdə ərizəçiyə cmənəvi narahatlıq yetirilməsinəə, cArtiko İtaliyaya qarşıp işdə ctənhalıq və kimsəsizlik hisslərinəə, cYounq, Cames və X7rşış işdə calçaldıcı və təhqiredici hərəkətlərəə görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Göründüyü kimi, İnsan Hüquqlarının və X8 haqqından Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından mənəvi zərərə anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdeh tərəfindən ona maddi və mənəvi zərər vurulmasını təsdiq edən kifayət qədər mötəbər sübutları məhkəməyə təqdim edə bilməmiş, iddia tələbi həmin hissədə də öz təsdiqini tapmamışdır. Məhkəmə, həmçinin hesab edir ki, iddia təmin edilmədiyinə görə, mediasiya xərcləri iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia rədd edilsin. Ödənilmiş 50 (əlli) manat məbləğində mediasiya xərci iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar