Məhkəmə qərarları › İş №e-2(057)-1967/2025

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-1967/2025

12.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-1967/2025 12.11.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Alıyev Rüstəm Böyükağa oğlunun sədrliyi, Rzayev Azər Azad oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 42000 (qırx iki min) manat məbləğində pulun və iddiaçı tərəfindən ödənilmiş 216 manat məbləğində dövlət rüsumunun alınıb İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, “İddiaçı ev almaq məqsədilə vasitəçi (makler) Fərhad adlı şəxslə əlaqə yaratmış və ona ev almaq istədiyini bildirib. Fərhad ona ünvan 2ndə yerləşən 15 saylı evi gösərmişdir. Evi göstərməzdən öncə yalandan evdə kiçik təmir işləri aparmış və iddiaçını sözügedən evi almağa razı salmışdır. İddiaçıya sözügedən evin Cavabdeh məxus olması bildirilib. Lakin həqiqətdə, ünvan 2ndə yerləşən 15 saylı evə dair hər hansı bir rəsmi sənəd mövcud deyildir, özbaşına tikilidir. İddiaçı bir müddət düşündükdən sonra evi almağa qərar vermiş və iddiaçı ilə cavabdeh arasında xx.xx.2017-ci il tarixdə mübahisəli evlə bağlı qeyri rəsmi müqavilə bağlandıqdan sonra iddiaçı bütün əmlaklarını götürərək mübahisə prtedmeti olan sənədsiz fərdi yaşayış evini tərk etmiş və həmin vaxtdan da mübahisə prtedmeti olan sənədsiz fərdi yaşayış evi İddiaçı faktiki istifadəsindədir. Tərəflər arasında olan razılaşmaya əsasən, Cavabdeh qiyməti 70000 manat olan ünvan 2ndə yerləşən 15 saylı evi 10000 manat beh almaqla İddiaçı satmış, İddiaçı isə qalan 60000 manatın müqabilində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, məhəllə 30 ünvanında yerləşən “Kristal ünvan 2k 1, 2-ci mərtəbədə yerləşən 8 saylı mənzilin pulunu özü ödəməyi öhdəsinə götürərək Cavabdeh vermişdir. İş materiallarında olan 3 tərəfli kredit müqaviləsindən göründüyü kimi İddiaçı 70000 manat məbləğində puldan 10000 manat beh ödəmişdir. Göründüyü kimi, tərəflər arasında bağlanmış qeyri-rəsmi müqaviləyə əsasən iddiaçı öz öhdəliklərini yerinə yetirdiyi halda, cavabdeh müqavilənin şərtlərini pozmuşdur. Onun sözügedən mənzilə dair heç bir hüququ yoxdur. Cavabdeh özü müqavilənin şərtlərini pozmuşdur. Əldə olunmuş razılığa əsasən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, məhəllə 30 ünvanında yerləşən “Kristal ünvan 2k 1, 2-ci mərtəbədə yerləşən 8 saylı mənzilin pulunun bir qismini iddiaçı, digər qismini isə cavabdeh ödəməli idi. Cavabdeh özü sözügedən mənzilin ödənişlərini ödəmədiyinə görə mənzil ondan alınmışdır. Yalnız bundan sonra cavabdeh iddiaçıya satmış olduğu mənzilə dair iddia qaldırmağa başlamışdır. Buna baxmayaraq, cavabdeh sonradan məhkəmədə iddia qaldıraraq, sözügedən yaşayış evinə dair mənzilə köçürülmə, mənzildən çıxarılma kimi müxtəlif iddialar qaldırmışdır. İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativi cavabdeh İddiaçı qarşı tərəflər arasında bağlanmış payçı, müqavilələrinin ləğv edilməsi, mənzilin boşaldılması və iddiaçıya qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış ********* saylı 28 iyul 2017-cı il tarixli Payçı müqaviləsinin ləğv edilməsi, cavabdeh İddiaçı ailə üzvləri ilə birlikdə Xırdalan şəhəri, H.Əİiyev pr. 30-cu məhəllə, 8-ci bina, 8 saylı mənzildən çıxarılması və həmin mənzilin boşaldılaraq iddiaçı "xxxx" MTK-ya qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)- 3759/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddia qismən təmin edilmiş, İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativi ilə cavabdeh İddiaçı arasında bağlanmış 28 iyul 2017-ci il tarixli 00008077 nömrəli payçı müqaviləsi ləğv edilsin. Cavabdeh İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinə məxsus Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə, 8-ci bina, 8 nömrəli mənzilindən çıxarılsın və həmin mənzil boşaldılaraq iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinə təhvil verilməsi qət edilmişdir. İddiaçı Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1018/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli qətnaməsi ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi qət edilmişdir. İddia tələbi təmin edilmiş və İddiaçı Cavabdeh ünvan 2ndə yerləşən 15 saylı evə köçürülməsi qət edilmişdir. Cavabdeh (vəkil Ceyhun Qulamov) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1018/2023 nömrəli iş üzrə 02 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Sonradan İddiaçı Cavabdeh İddiaçı qarşı cavabdehin evdə yaşamasının qanunsuz hesab edilməsi, evdən çıxarılma və evin iddiaçıya təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, iddia tələbinin təmin edilməsi, cavabdeh İddiaçı ünvan 2ndə yerləşən 15 saylı evdə yaşamasının qanunsuz hesab edilməsi, cavabdeh İddiaçı ünvan 2ndə yerləşən 15 saylı evdən çıxarılması, ünvan 2ndə yerləşən 15 saylı evin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)- 820/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, Cavabdeh İddiaçı ünvan 2ndə yerləşən 15 saylı evdən çıxarılsın, həmin ev iddiaçı Cavabdeh təhvil verilsin. İddia ərizəsi qalan hissədə təmin edilməməsi qət edilmişdir. Göründüyü kimi, cavabdeh tərəflər arasında bağlanmış müqavilənin şərtlərini kobud şəkildə pozmuşdur. İddiaçı tərəfindən razılaşdırılmış Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat: pul məbləğinin böyük hissəsinin ödənilməsinə baxmayaraq, cavabdeh müqavilənin şərtlərinə sadiq qalmamışdır. Bu səbəblə də hesab edirik ki, tərəflər arasında bağlanmış müqavilənin şərtləri pozulduğundan iddiaçı tərəfindən ödənilmiş 42000 (qırx iki min) manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir”. İddiaçı nümayəndəsi Vəkil1 məhkəməyə xx.xx.2025-ci il tarixli elektron ərizə ünvanlayaraq, təyin olunmuş məhkəmə iclasında iştirakının mümkün olmadığını, iddia tələbini müdafiə etdiklərini, işin iştirakları olmadan keçirilərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi Vəkil2 məhkəməyə xx.xx.2025-ci il tarixli elektron ərizə ünvanlayaraq, “hazırki iş üzrə xx.xx.2025-ci il tarixə saat 14:40-a təyin edilmiş məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilmirik. Cavabdeh iddia tələbini qəbul etmir və tələbin tam rədd edilməsini xahiş edir. İddia tələbinə dair mövqeyimizi iddia tələbinə qarşı tərəfimdən verilmiş etirazda göstərmişik və həmin etirazda göstərilən mövqenin nəzərə alınmasını xahiş edirik. Həmçinin qeyd edirəm ki, əvvəlki məhkəmə iclasında İddiaçı verdiyi izahatında onunla Cavabdeh arasında Abşeron rayonu, Masazır qəsəbəsində olan evin alınıb-satılması ilə bağlı tərtib edilmiş xx.xx.2017-ci il tarixli beh müqaviləsində və xx.xx.2017-ci il tarixli kredit müqaviləsində göstərilən və Cavabdeh beh qismində ödənildiyi və ayrıca olaraq borc qismində verildiyi göstərilən ayrı-ayrılıqda olmaqla 10.000 manat pul məbləğlərinin əslində Cavabdeh beh qismində ödənilmədiyini və ayrıca olaraq borc verilmədiyini, beh qismində Cavabdeh ödənildiyi və borc qismində verildiyi göstərilən həmin məbləğlərin eyni bir məbləğ olmaqla həmin məbləği öz adına “Kristal ünvan 2k 1, 2-ci mərtəbədə yerləşən 8 saylı mənzilin alınması zamanı ilkin ödəniş qismində həmin MTK-ya ödədiyini etiraf etmişdir. Göründüyü kimi İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş hazırki iddia tələbinin qismən və ya tam təmin edilməsi üçün heç bir qanuni əsas mövcud olmamaqla, iddia tələbini təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyinə görə iddianın tam rədd edilməsi qanunvericiliyin tələblərinə uyğundur. Ona görə hazırki məhkəmə iclasının bizim iştirakımız olmadan keçirilməsini və iddia tələbinin tam rədd edilməsini xahiş edirik”. Məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin keçirilən cari iclaslarında iştirak etmiş Cavabdeh bildirmişdir ki, iddiaçının iddia etdiyi borc tələbinin hüquqi əsası mövcud deyil və onun iddiaçıya borcu yoxdur. Əksinə iddiaçının ona borcu var. Belə ki, iddiaçı 2017-ci il tarixində İddiaçı ev alqı-satqısı ilə məşğul olan X12 ilə birlikdə onun Masazər qəsəbəsi, Sarı Aşıq küçəsində yerləşən mənzilini almaq istədiyini bildirmişdir. Bununla bağlı onlar arasında daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olan Əliyev Fərhadın ofisində beh müqaviləsi bağlanmışdır. Həmin tarixdə verilən behin təsdiqi üçün onunla İddiaçı arasında formal xarakterli notarial qaydada borc müqaviləsi də bağlanmışdır. Qeyd olunan beh və borc müqavilələrində qeyd olunan 10000 manat məbləğində pul vəsaiti eynilik təşkil etməklə bərabər, həmin pul vəsaiti İddiaçı tərəfindən ona deyil, "xxxx" MTK-ya ödənilmişdir. Həmçinin "xxxx" MTK-ya ümumilikdə ilkin ödəniş olaaq, 12000 manat pul ödənişi olunmuşdur və digər 2000 manat pul vəsaiti də məhz onun tərəfindən İddiaçıya verilmişdir. Bunun nəticəsində ona məxsus Masazır qəsəbəsində yerləşən mənzil İddiaçı verilmiş və "xxxx" MTK-da yerləşən mənzilə isə o, köçmüşdür. "xxxx" MTK-ya ödənişlər İddiaçı tərəfindən lazımi qaydada edilmədiyindən onlar arasında olan müqavilə münasibətləri məhkəmə qaydasında pozulmuşdur. Bundan sonra "xxxx" MTK tərəfindən onun həmin mənzildən çıxarılması barədə iddia qaldırılmış və həmin iddia tələbi təmin olunmuşdur. Daha sonra onun tərəfindən İddiaçı qarşı Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində yerləşən mənzilə köçürülmə haqqında iddia qaldırmış və iddia tələbi Abşeron Rayon Məhkəməsi tərəfindən təmin olunmuşdur. Hazırda iddiaçı tərəfindən tələb olunan pul məbləği onun tərəfindən müqavilə tərəfi kimi "xxxx" MTK-ya ödənilən pul məbləğləridir. Hansı o İddiaçı ilə "xxxx" MTK arasında bağlanmış müqavilənin tərəfi olmamışdır. Həmin müqavilə öhdəlikləri məhz İddiaçı tərəfindən lazımınca yerinə-yetirilmədiyindən həmin müqavilə ləğv olunub və hazırda həmin ödənişərin iddiaçı tərəfindən ondan istənilməsi əsassızdır. İddiaçı digər iddia tələbləri ilə bağlı keçirilən bütün məhkəmə proseslərini uduzduğundan uzatmaq məqsədilə bu məzmunda iddialarla məhkəməyə müraciət edir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin keçirilən iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, Cavabdeh ilə aralarında alqı-satqı münasibətləri olmuşdur. Belə ki, cavabdehə məxsus olan Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində yerləşən qanunsuz tikili ilə bağlı 2017-ci ilin yay aylarında ilkin olaraq beh müqaviləsi bağlanmış və həmin müqavilə əsasında onun tərəfindən Cavabdeh razılaşdırılmış 70000 manat məbləğdən 10000 manat pul məbləğinin ilkin ödəniş olaraq, borc məbləğinin 60000 manat olan digər hissəsini isə tərəflər arsında olan razılaşmaya uyğun olaraq, hər ay 400 manat olmaq şərtilə 150 ay müddətinə ödəməyi öz öhdəmizə götürmüşdük. Həmin zaman Cavabdeh qalmağa yeri olmadığından və mənzil almaq istədiyindən onunla "xxxx" MTK arasında bağlanan müqavilə əsasında əldə olunan mənzilə İddiaçı köçmüşdür və yaşamışdır. Həmin müddət ərzində "xxxx" MTK-ya ödənişlər məhz onun tərəfindən həyata keçirilmişdir. Lakin Cavabdeh tərəfindən razılaşmaya uyğun olaraq, kredit məbləğinin digər hissəsini ödəmədiyindən "xxxx" MTK ilə onun arasında bağlanmış müqavilə ləğv edilmiş və Cavabdeh həmin mənzildən çıxarılmışdır. Daha sonra Cavabdeh tərəfindən Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində yerləşən mənzilə köçürülmə iddiası qaldırılmış və təmin olunmuşdur. Daha sonra isə Cavabdeh tərəfindən yeni iddia tələbi qaldırılaraq, onun həmin mənzidlən çıxarılması xahiş olunmuş və birinci instansiya tərəfindən iddia tələbi təmin olunmuşdur. Hazırda həmin mülki mübahisə apellyasiya instansiyasında araşdırılır. Qeyd olunanlara əsasın məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilmsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ona ünvanlanan suallara cavab olaraq, bildirmişdir ki, beh müqaviləsi ilə notarial bağlanmış borc müqavilələrində göstərilən 10000 manat məbləğində pul vəsaitləri eynilik təşkil edir. Notarial bağlanan borc müqaviləsi beh müqaviləsinin təsdiqi məqsədilə bağlanmışdır. Həmçinin ona ünvanlanan digər suala cavab olaraq qeyd etmişdir ki, qeyd olunan müqavilələrdə göstərilmiş 10000 manat məbləğində pul vəsaiti Cavabdeh verilməmişdir və həmin pul vəsaiti "xxxx" MTK ilə onun arasında bağlanmış alqı-satqı müqaviləsinə münasibətdə ilkin ödəniş olaraq, "xxxx" MTK-nın bank hesabına köçürülmüşdür. "xxxx" MTK-ya ödənilən ödənişlərin hamısı onun tərəfindən icra olunmuşdur. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil1 izahatında bildirmişdir ki, tərəflərindən verilmiş iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, tərəflər arasında olan mülki hüquqi münasibətlər qarışıq xarakterli olmaqla, həm özlüyündə alqı-satqı həm də əsassız varlanma ilə bağlı müddəların təsir dairəsinə düşür. İddiaçının "xxxx" MTK ilə alqı-satqı müqaviləsini bağlamasına səbəb məhz Cavabdeh ilə aralarında alqısatqı olduqdan sonra ona kömək məqsədi ilə bağlanmışdır və ümumilikdə həmin müqavilə üzrə öhdəliklər tam icra olunduqdan sonra həmin mənzil İddiaçı mülkiyyətinə verildikdən sonra həmin mənzil Cavabdeh adına rəsmiləşdiriləcək idi. Həmçinin "xxxx" MTK-ya ödənişlərlə bağlı bildirmişdir ki, həmin ödənişlərin hamısı İddiaçı tərəfindən icra olunmuşdur, lakin sonradan ödəniləcək məbləğin miqdarının bir hissəsinin Cavabdeh tərəfindən icra olunmalı olmasına baxmayaraq, onun tərəfindən icra edilməməsi səbəbindən "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsi məhkəmə qaydasında ləğv edilmiş, həmin mənzil "xxxx" MTKnın mülkiyyətinə geri qaytarılmışdır. Bununla bağlı məhkəmə qətnaməsi qanuni qüvvəsini almışdır. Ödənişlərin məbləği də məhz həmin qətnamədə əsk olunmuşdur. Daha sonra hazırkı mülki iş üzrə cavabdeh olan Cavabdeh tərəfindən İddiaçı satılmış mənzilə dair iddialar qaldırılmışdır. İlkin olaraq Masazır qəsəbəsi Sarı Aşıq küçəsində yerləşən mənzilə köüçürülmə tələbi təmin olunmuş, daha sonra isə İddiaçı həmin mənzildən çıxarılması ilə bağlı iddia tələbi ilə məhkəməyə müraciət edilmişdir. Hazırda İddiaçı həmin mənzidlən çıxarılması ilə bağlı mülki işin apellyasiya instansiyasında araşdırılması davam edir. Qeyd olunanlara məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Keçirilən məhkəmə iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirmişdir ki, hazırki iddia tələbinin əsasını təşkil edən beh və nortarial qaydada bağlanmış müqavilələrdə göstərilən məbləğlər eynilik təşkil etməklə bərabər, həmin pul vəsaitləri ümumiyyətlə Cavabdeh qızına verilməmişdir. Həmin 10000 manat miqdarında pul İddiaçı ilə "xxxx" MTK arasında bağlanmış müqaviləyə münasibətdə ilkin ödəniş kimi icra edilmişdir. Hazırda iddiaçı tərəfindən tələb olunan bu tələbinin əsasını təşkil edən hüquqi əsas digər yekun məhkəmə aktları ilə münasibət bildirilmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin e-2(012)-820/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, iddia ərizəsi qismən təmin edilərək, cavabdeh İddiaçı ünvan 2ndə yerləşən 15 saylı evdən çıxarılmaqla, həmin evin iddiaçı Cavabdeh təhvil verilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu X5 tərəfindən notarial qaydada təsdiq edilmiş xx.xx.2017-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında müqavilə bağlanmış, müqaviləyə əsasən İddiaçı Cavabdeh 10000 manat məbləğində pul borc vermiş, Cavabdeh krediti xx.xx.2029-cu il tarixədək İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-150/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1018/2023 nömrəli iş üzrə 02 avqust 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-1480/2022 saylı, xx.xx.2022ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı və üçüncü şəxs "xxxx" MTK-ya qarşı onun ünvan 2ndə yerləşən 15 saylı evə köçürülməsi barədə iddianın rədd edilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)- 1018/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh apellyasiya şikayətinin təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi qət edilmişdir. İş materiallarında olan Abşeron rayon 1 saylı notariat ofisinin xüsusi notariusu X6 tərəfindən təsdiq edilmiş X2, X7 və X4 iştirakları ilə tərtib olunmuş ərizədən görünür ki, İddiaçı həqiqətən də öz ailəsi ilə birlikdə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatsız yaşayır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Beh müqaviləsindən görünür ki, Cavabdeh qiyməti 70000 manat olan ünvan 2ndə yerləşən 15 saylı evi 10000 manat beh almaqla İddiaçı satmış, İddiaçı isə qalan 60000 manatın müqabilində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, məhəllə 30 ünvanında yerləşən “Kristal ünvan 2k 1, 2-ci mərtəbədə yerləşən 8 saylı mənzilin pulunu özü ödəməyi öhdəsinə götürərək Cavabdeh vermişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-3759/2021 saylı, xx.xx.2021ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilməsi, iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativi ilə cavabdeh İddiaçı arasında bağlanmış 28 iyul 2017-ci il tarixli 00008077 nömrəli payçı müqaviləsi ləğv edilməsi, cavabdeh İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinə məxsus Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə, 8-ci bina, 8 nömrəli mənzilindən çıxarılması və həmin mənzilin boşaldılaraq iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinə təhvil verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1 maddəsinə əsasən, Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 144.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.1-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 163.1-ci maddəsinə əsasən, sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. 164.1-ci maddəsinə əsasən, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 164.2-ci maddəsinə əsasən, sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3-ci maddəsinə əsasən, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 328.2-ci maddəsinə əsasən, bu Məcəllənin müəyyənləşdirdiyi tələblərə zidd olan, yaxud icrası mümkün olmayan şərt etibarsızdır. Belə şərtdən asılı olan əqd tamamilə etibarsızdır. 329.1-ci maddəsinə əsasən, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər. 337.1-ci maddəsinə əsasən, Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-ci maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 340.1-ci maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.[364] 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2-ci maddəsinə əsasən, öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 491.1-ci maddəsinə əsasən, beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. 491.2-ci maddəsinə əsasən, behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. 427.3-cü maddəsinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 492.2-ci maddəsinə əsasən, əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2022ci il tarixli Qərarı: Yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir. Beləliklə, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: 1. görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; 2. gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; 3. yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur. Mülki Məcəllənin 340.2-ci maddəsinə uyğun olaraq, yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Pərdələnən müqavilədə tərəflərin həqiqi iradəsi ifadə olunduğundan, bu əqd mülki qanunvericiliklə nəzərdə tutulmuş forma şərti də daxil olmaqla etibarlılıq tələblərinə cavab verdikdə, etibarlı əqd kimi arzu olunan hüquqi nəticələrə səbəb ola bilər. Belə ki, Mülki Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Başqa şəxslər arasında bağlanmış həqiqi razılaşmanın pərdələnməsi niyyəti ilə görünüş üçün bağlanmış əqd əhəmiyyətsizdir və bu halda hüquqi nəticələr əslində bağlanmış müqavilə tərəfləri arasında yaranmış hesab olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin və 29-cu maddəsinin İ və İİ hissələrinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329, 340.2 və 661-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2025-ci il tarixli Qərarı: Müraciətdə şərh edilməsi xahiş olunan Mülki Məcəllənin 340.2-ci maddəsinə uyğun olaraq yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqd aşağıda sadalanan əlamətlərə malikdir: - pərdələyən (yalan) əqd üzrə hər hansı hüquqi nəticə yaratmaq niyyəti və məqsədi mövcud olmur, tərəflərin hüquqi niyyəti əsl iradələrini gizlətməklə pərdələnən (gizlədilən) müqavilə üzrə mülki hüquq münasibətlərinin əmələ gəlməsinə yönəlir; - pərdələmə əqdin hər iki tərəfinin birbaşa qəsdi ilə əhatə olunur; pərdələyən və pərdələnən əqdlərdə tərəf kimi eyni subyektlərin iştirakı ilə yanaşı, bu əqdlərin subyekt tərkibinin fərqli olması da mümkündür. Belə ki, bəzi hallarda pərdələnən əqdin tərəfi pərdələyən əqddə iştirak etməsə də, sonuncu əqd ilə gizlədilən məqsəddən məlumatlı olur və onun bağlanmasına yardım edir. subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətilə bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir. “Üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq” dedikdə isə yalan əqd tərəflərinin üçüncü şəxslərdə sanki görüntüdə göstərilən əqdin bağlandığı təəssüratını yaratmağa istiqamətlənmiş hüquqazidd davranışı başa düşülür. Görüntüdə bağlanan əqdin yalan əqd hesab edildiyi halda məhkəmənin öz təşəbbüsü ilə pərdələnən əqddən irəli gələn qaydaları tətbiq etməsinin mümkünlüyü ilə bağlı göstərilməlidir ki, Mülki Məcəllənin 340.2-ci maddəsinə uyğun olaraq, yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Göründüyü kimi, qanunverici görüntü üçün bağlanan müqavilə tərəflərinin həqiqi iradə ifadəsi olan digər bir müqaviləni pərdələdiyi halda (yalan əqd halında), pərdələnən əqdə aid qaydaların tətbiqini mümkün hesab etmişdir. Həqiqi niyyət, əsl iradə ifadəsi isə müqavilənin bağlanmasına əsas olmuş şərait və motivin, müqaviləyə qədərki danışıqların, tərəflər arasındakı gerçək münasibətlərin araşdırılması əsasında təsbit edilə bilər. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır . Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlarında da qeyd edilmişdir ki, yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqazidd bir hərəkətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarı: İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olubolmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Qanunvericilikdə bütün əqdlər üçün tələb olunan etibarlılıq şərtləri ilə yanaşı, yalnız müəyyən növ əqdlər baxımından tələb olunan xüsusi etibarlılıq şərtləri də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarı: Eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Mülki hüquqda faktlar dedikdə, mülki-hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi mülki qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. Başqa sözlə faktlar mülki-hüquqi nəticələrin baş verməsi ilə mülki qanunvericiliyin əlaqələndirdiyi və bağladığı həyati hallardır. Bu faktlar olmadan hər hansı bir mülki-hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam olunması mümkün deyildir. Yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Mülki prosessual qanunvericiliyə görə isə məhkəmə tərəfindən faktların, halların müəyyən edilməsi, yoxlanılması və qiymətləndirilməsi yalnız məhkəmə aktının əsaslandırıcı hissəsində öz əksini tapmalıdır. Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Bununla yanaşı, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunla müəyyən edilmiş hədlərə malikdir. Məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. Məhkəmə araşdırması zamanı sübutların tədqiqi nəticəsində müəyyən olunmuşdur ki, ünvan 2ndə yerləşən 15 saylı evin lazımi icazələr almadan və tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində inşa edilməklə, hüquqi vəziyyətinə görə özbaşına tikili olması işin mübahisəsiz halıdır. Həmin evə dair Cavabdehyla İddiaçı arasında razılaşma olmuş və həmin razılaşmaya əsasən ilkin olaraq İddiaçı X1 10000 manat beh ödəməklə, qalan 60000 manatını 12 ilə hər ay 400 manat olmaqla ödənilməsi barədə xx.xx.2017-ci il tarixli beh müqaviləsi tərtib edərək, tərəflər o cümlədən vasitəçi kimi iştirak etmiş Fərhad Əliyev tərəfindən imzalanmışdır.Həmçinin həmin tarixə İddiaçı ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən İddiaçı 10000 manat miqdarında pul vəsaitini Cavabdeh borc vermişdir. Tərəflər arasında olan bu müqavilə Sumqayıt “ASAN Xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu X5 tərəfindən təsdiq olunmuşdur. İddiaçı isə qalan 60000 manatın müqabilində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, məhəllə 30 ünvanında yerləşən "Kristal ünvan 3k 1, 2-ci mərtəbədə yerləşən 8 saylı mənzilin pulunu özü ödəməyi öhdəsinə götürərək Cavabdeh vermişdir. İddiaçı Cavabdeh onlarla razılaşmış, Abşeron rayonu, Masazır qəsəbəsi, San Aşıq küçəsində yerləşən 15 saylı evi İddiaçı təhvil vermiş, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, məhəllə 30 ünvanında yerləşən "Kristal ünvan 3k 1, 2-ci mərtəbədə yerləşən 8 saylı mənzilə köçmüş və orada yaşamağa başlamışdır. Lakin bir müddət sonra ona məlum olmuşdur ki, "xxxx" MTK-nın müqavilə tərəfi olan İddiaçı qarşı iddia qaldıraraq, tərəflər arasında bağlanmış payçı müqaviləsinin ləğv edilməsi, mənzilin boşaldılması və iddiaçıya qaytarılması” barədə iddia tələbi Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə qismən təmin olunmuşdur. Bununla da iddiaçı Cavabdeh məlum olmuşdur ki, cavabdeh İddiaçı onu aldatmış, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, ona məxsus olan ünvan 2ndə yerləşən 15 saylı evi ələ keçirmək niyyətində olmuş və bu səbəbdən Abşeron Rayon Məhkəməsinə evinə köçürülmə iddiası ilə müraciət etmiş, Abşeron Rayon Məhkəməsi qətnaməsi ilə iddiası rədd etmiş, qətnamədən verilmiş apelyasiya şikayətinə əsasən Sumqayıt Apellyasiya Məhkəməsi Cavabdeh apellyasiya şikayətini təmin etmiş, Abşeron Rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş Cavabdeh iddiası təmin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə İddiaçı ünvan 2ndə yerləşən 15 saylı evdən çıxarılması, həmin evin Cavabdeh verilməsi qərara alınmışdır. Hazırda mülki iş üzrə İddiaçı Cavabdeh qarşı “Pul tələbi” ilə məhkəməyə müraciət edərək, onun tərəfindən ümumilikdə ödənilmiş 42000 manat miqdarında pul vəsaitinin Cavabdeh alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia tələbinə münasibət bildirmədən öncə mülki işin yuxarıda qeyd olunan faktiki hallarına dair iddia tələbinin hüquqi əsasını müəyyən etməyim zəruriliyini qeyd edir. Hüquq normalarının birbaşa tətbiqi ilə məşğul olan məhkəmələr hüquq münasibətlərinin subyektləri arasındakı mübahisələri ədalətli şəkildə tənzimlədikdə məhkəməyə və hüquq sisteminə olan etimad artır, əks halda, inamsızlıq, hüquqi nihilizmin geniş vüsət almasına səbəb olmaqla hüquqi dəyərlərin aşınması ilə nəticələnir. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. İş materiallarında olan sənədlərlə, müvafiq məhkəmə aktları ilə və tərəflərin izahatları müəyyən olunur ki, tərəflər arasında müqavilə münasibətləri mövcud olmuşdur. Qeyd olunan bu hal İddiaçı ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixli “beh müqaviləsi” adlı müqavilənin və həmin tarixli notarial qayda təsdiq olunmuş “kredit müqavilə”si bağlanması ilə öz təsdiqini tapır. Həmçinin iddiaçının tələb etdiyi pul məbləğinin 10000 manata dair hissəsinin hüquqi əsasını bu müqavilələr təşkil edir. Məhkəmə qeyd olunan bu hala münasibətdə ilkin olaraq, tərəflər arasında olan müqavilə münasibətlərinə dair qanunvericilik normalarından çıxış edərək, həmin hissə ilə bağlı araşdırmanın aparılmasını zəruri hesab edir. Belə ki, məhkəmə araşdırması zaman müəyyən olunmuşdur ki, tərəflər arasında hərfi mənada ad olaraq “beh müqavilə”sinin qeyd olunmasına baxmayaraq, həmin müqavilə şərtlərini təfsir edərkən müəyyən etmişdir ki, əslində tərəflər arasında olan münasibət daşınmaz əmlakın hissə-hissə ödənilməklə alqı-satqısı münasibətləridir. Məhkəmə təkcə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alınmalı olduğu ilə bağlı formalaşan hüquqi mövqeyi əsas götürür. Bunun üçün isə tərəflər arasında olan bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki və ondan sonrakı davranışlarını, həmçinin onlar arasında mövcud olan qarşılıqlı münasibətləri alır. Tərəflər arasında bağlanmış “beh müqavilə”sində qeyd olunan 10000 manat məbləğində pul vəsaitinin verilməsinin rəsmiləşdirilməsi üçün tərəflər arsında kredit müqaviləsi bağlanmışdır. Məhkəmə iclaslarında iştirak edən İddiaçı və Cavabdeh onlara ünvanlanan suallarında cavab olaraq bildirmişlər ki, beh müqaviləsində qeyd olunan məbləğlə kredit müqaviləsində qeyd olunan 10000 manat məbləğindəki pul vəsaiti eynilik təşkil edir. Lakin hər iki müqavilə də qeyd olunan 10000 manat məbləğində pul vəsaiti iddiaçının da bildirdiyinə görə Cavabdeh verilməmişdir. Qeyd olunan 10000 manat məbləğində pul vəsaiti İddiaçı tərəfindən "xxxx" MTK arasında bağlanan müqaviləyə münasibətdə ilkin ödəniş olaraq "xxxx" MTK-nın hesabına köçürülmüşdür. Bu özlüyündə tərəflər arasında olan hər iki müqavilə üzrə pul vəsaitinin Cavabdeh verilməməsini təsdiq edir. Həmçinin məhkəmə “kredit müqaviləsi”nin tərəflər arasında olan “beh müqavilə”sini pərdələmək məqsədilə bağlanmasının təsdiqi kimi çıxış edir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqedən çıxış edən məhkəmə qeyd olunan kredit müqaviləsinə münasibət bildirməyi zəruri hesab edərək, qeyd edir ki, yalan əqd əhəmiyyətsizdir. Çünki yalan əqdi bağlayan tərəflərin hüquqi nəticə yaratmaq niyyəti və məqsədi mövcud olmur, hər iki tərəfinin birbaşa qəsdində ifadə olunan hərəkətlərinin əsas məqsədi hüquqi niyyəti əsl iradələrini gizlətməklə pərdələnən (gizlədilən) müqavilə üzrə mülki hüquq münasibətlərinin əmələ gəlməsinə yönəlir. Əksər hallarda hər iki müqavilə üzrə subyekt dairəsi eynilik təşkil edir. Hazırki mülki iş üzrə tərəflər arasında bağlanan kredit müqaviləsində də tərəflərin əsl niyyəti kredit müqaviləsindən irəli gələn hüquqi nəticələrin yaranması olmamışdır. Yalnızca tərəflər arasında beh müqaviləsi adlandırdıqları alqı-satqı müqaviləsi üzrə ödənilməsi nəzərdə tutulan 10000 manat məbləğində pul vəsaitinin təsdiqi forması kimi çıxış etmişdir. Tərəflər arasında bağlanan “kredit müqaviləsi” yalan əqd olmaqla, tərəflərinin üçüncü şəxslərdə sanki görüntüdə göstərilən əqdin bağlandığı təəssüratını yaratmağa istiqamətlənmiş hüquqazidd davranışı kimi başa düşülməlidir. Məhkəmə həmçinin etibarsız əqd olan yalan əqdlə bağlı Mülki Məcəllənin 337.4-cü maddəsinin tələbini əsas tutur. Həmin normanın məzmununda qeyd olunur ki, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə tərəflər arasında bağlanan beh müqaviləsi ilə bağlı hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi özlüyündə yalan əqd olmaqla iddiaçı və cavabdeh arasında bağlanmış beh müqaviləsini pərdələmək niyyəti ilə bağlanmışdır. Tərəflər arasında bağlanmış beh müqaviləsinə tərəflər arasında daha öncə olan məhkəmə çəkişmələrində etibarsız əqd kimi müvafiq hüquqi qiymət verilmişdir. Belə ki, iş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1018/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsində ünvan 2ndə yerləşən 15 saylı evin satılması ilə bağlı hüquqi mövqe belə olmuşdur ki, tərəflər arasında evin (özbaşına tikilinin) satılması barədə razılaşdıqları şərt məhz cavabdeh tərəfindən yerinə yetirilmədiyindən, iddiaçı faktiki olaraq sahibliyində olmuş mənzildən məhrum olmuşdur. Bunun hüquqi əsasını isə Mülki Məcəllənin 180-ci maddəsində qeyd olunan və sahiblik hüququ ilə bağlı müddəalar olmuşdur. Belə ki, həmin MM 180-cı maddənin mənasına görə özbaşına tikinti hesab edilən yaşayış sahəsindən istifadəni qadağan etmir, yəni həmin maddədə bunu qadağan edən müddəalar göstərilməmişdir. Hazırkı işdə mübahisə predmeti olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsə də, bir iqtisadi dəyər - yaşayış ehtiyacını qarşılayan tikili kimi mövcud olmaqla ona vəsait qoyan şəxsin əmlak hüquqlarının bir hissəsidir. Başqa sözlə, həmin şəxsin ev üzərində mülkiyyət haqqı yaranmasa da, onun həmin evlə bağlı sahib olduğu əmlak hüquqları mülkiyyət kimi qiymətləndirilə bilər. Həmin qərarda qeyd olunur ki, mülki-hüquqi mənada əşyaya faktiki olaraq nail olmaq, yiyələnmək və onu özündə saxlamaq kimi anlaşılır. Sahiblik konkret əmlakın real olaraq konkret şəxsdə olmasını əks etdirən hüquqi kateqoriyadır. Sahiblik mülkiyyət hüququna, İstifadə hüququna, idarəetmə hüququna və təsərrüfatçılıq hüququna əsaslana bilər. Başqa sözlə sahiblik əşyanın müəyyən bir şəxsdə olması haqqında gerçəklikdir. Mülahizəyə asaslanan sahiblik qanuni yolla tanınmasa və mübahisəli əmlak faktiki olaraq şəxsə verilməsə hüquqi əhəmiyyətə malik deyil. Sahiblik hüququ yalnız şəxsin özündə real olaraq mövcud olan əşya üzərində yaranır. əşyaya sahiblik hüququ onun mülkiyyətçisinə, eləcə də əşyanın mülkiyyətçisi olmayan şəxsə də mənsub ola bilər. Qeyd olunanların yekununda Həmçinin tərəflər arsında olan ünvan 4 ünvanında yerləşən evin (özbaşına tikilinin) satılması ilə bağlı fakt Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-150/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarında da etibarsız əqd kimi qiymət verilmişdir. Belə ki, həmin qərarda qeyd olunur ki, mübahisəli yaşayış sahəsi özbaşına tikili olduğundan Mülki Məcəllənin 180.2-ci maddəsinə əsasən belə tikilini inşa etmiş şəxsin həmin tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı olmamışdır. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən tərəflər arasında mübahisəli tikilinin ayrıca daşınmaz əmlak kimi alqı-satqısına dair bağlanmış müqavilə bağlandığı andan etibarsızdır (əhəmiyyətsizdir). Eyni zamanda cavabdeh özü kasasiya şikayətində tikilinin dəyəri kimi razılaşdıqları məbləği iddiaçıya ödəmədiyini təsdiq etmişdir. Belə ki, cavabdehin özünün dediklərinə görə, o, mübahisəli tikiliyə görə iddiaçıya cəmi 10000 manat ödəmiş, 60000 manata yaxın məbləği isə üçüncü şəxslə bağladığı müqavilə üzrə öz adına alınmış Mənzilin dəyəri qismində ödəmişdir. Qeyd olunan Mənzilə dair müqavilə cavabdehlə bağlandığından həmin müqavilədən irəli gələn öhdəliklərin icrası və ya müqavilə tərəflərinin biri-birlərinə qarşı zərər tələbləri iddiaçı və cavabdeh arasında deyil, cavabdehlə üçüncü şəxs arasında mübahisənin predmetidir. İstinad olunan qərarlarda müəyyən olunan hüquqi mövqedən və məhkəmə araşdırması zamanı müəyyən olunan hallardan çıxış edən məhkəmə qeyd edir ki, tərəflər arasında beh müqaviləsi kimi bağlanmış amma hüquqi məzmununa görə alqı-satqı müqavviləsi olan müqavilə etibarsız əqd kimi hər hansı hüquqi nəticələr səbəb olmamışdır. Əhəmiyyətsiz əqd üzrə yalnız əvəz edilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər. Lakin hazırki mülki iş üzrə isə müəyyən olunmuşdur ki, beh müqaviləsində qeyd olunan və bu əqdi pərdələmək üçün bağlanmış yalan əqd olan kredit müqaviləsində göstərilən 10000 manat məbləğində pul vəsaiti Cavabdeh verilməmişdir. Həmin məbləğin "xxxx" MTK ilə bağlanmış müqavilə üzrə ilkin ödəniş kimi İddiaçı tərəfindən ödənilməsi iddiaçıya məhkəmə iclaslarında ünvanlanan suallara cavabı ilə də təsdiq olunur. Bu hal isə onu deməyə dəlalət edir ki, tərəflər arasında olan etibarsız əqdin nəticəsində Cavabdeh əsassız varlanmamışdır. Həmin məbləğ ona verildiyi halda yalnız onun əsassız varlanmasını müəyyən etmək mümkün olardı. İddiaçı tərəfindən iddia tələbində qeyd etdiyi 32000 manata münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı "xxxx" MTK ilə aralarında bağladıqları müqavilə üzrə müqavilə tərəfinə ödədiyi ödənişləri müqavilə tərəfi olmayan Cavabdeh tələb etməsinin hüquqi əsası ümumiyyətlə yoxdur. Belə ki, İddiaçı "xxxx" MTK ilə aralarında bağladıqları müqavilə ilə bağlı qanuni qüvvəsini almış Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)- 3759/2025 saylı qətnaməsi ilə münasibət bildirişmişdir. Həmin qərarda cavabdeh İddiaçı tərəfindən müqavilə öhdəliyinin vaxtında icra edilməməsi səbəbindən tərəflər arasında bağlanan "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli ********* nömrəli payçı müqaviləsinin 4.2.7-ci maddəsinə əsasən payçı müqaviləsinin ləğv edilməsi, İddiaçı "xxxx" MTK-ya məxsis Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 30-cu məhəllə, 8-ci bina, 8 nömrəli mənzildən çıxarılması və həmin mənzilin boşaldılaraq iddiaçı "xxxx" MTK-ya təhvil verilməsi qərara alınmışdır. Həmçinin "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış müqavilə ilə bağlı digər hüquqi münasibət Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-150/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarında da bildirilmişdir. Həmin qərarda qeyd olunur ki, cavabdeh İddiaçı özü kasasiya şikayətində tikilinin dəyəri kimi razılaşdıqları məbləği iddiaçıya ödəmədiyini təsdiq etmişdir. Belə ki, cavabdehin özünün dediklərinə görə, o, mübahisəli tikiliyə görə iddiaçıya cəmi 10000 manat ödəmiş, 60000 manata yaxın məbləği isə üçüncü şəxslə bağladığı müqavilə üzrə öz adına alınmış Mənzilin dəyəri qismində ödəmişdir. Qeyd olunan Mənzilə dair müqavilə cavabdehlə bağlandığından həmin müqavilədən irəli gələn öhdəliklərin icrası və ya müqavilə tərəflərinin biri-birlərinə qarşı zərər tələbləri iddiaçı və cavabdeh arasında deyil, cavabdehlə üçüncü şəxs arasında mübahisənin predmetidir. Qeyd olunan bu hüquqi mövqedən çıxış edən məhkəmə hesab edir ki, İddiaçı tərəfindən "xxxx" MTK ilə aralarında bağlanmış və sonradan məhkəmə qaydasında ləğv edilmiş müqavilə üzrə ödədikləri məbləği hazırki mülki iş üzrə cavabdeh olan Cavabdehdan deyil, müqavilə tərəfindən mübahisələndirib tələb edə bilər. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir, mülki prosesdə “formal həqiqət”in müəyyən edilməsi prinsipi ilə ziddiyyət təşkil edir. Məhkəmə isə qərar qəbul edərkən yalnız qanuna tabedir və sübutlardan asılıdır. Ədaləti isə qanunun çərçivəsində təmin etmək mümkündür. Qanunun konkret tələblərini nəzərə almadan və mülki iş üzrə sübutlardan kənara çıxmaqla ədalətin təmin edilməsi qanunçuluq və çəkişmə prinsipinə uyğun deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasn, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh 42000 (qırx iki min) manat məbləğində pulun və ödənilmiş 216 manat məbləğində dövlət rüsumunun alınıb İddiaçı verilməsi tələbinə dair iddia tələbi təmin edilməməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi rədd olunduğundan iddiaçı tərəfindən ödənilmiş 216 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rüstəm Alıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar