Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-1973/2024 07.10.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızı, "xxxx" Açıq Səhimdar Cəmiyyətinin Cavabdeh qarşı “borc pul” tələbinə dair mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhimdar Cəmiyyətinin Cavabdeh qarşı “borc pul” tələbi dair kiçik iddialara iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli, CO0156274 saylı kredit müqaviləsinə əsasən ödənilməmiş qalan 386,08 manat pul vəsaiti, ödənilmiş 30 manat dövlət rüsumunun və 0.4 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, Bankın “Salyan” filialı ilə Cavabdeh arasında bağlanmış CO0156274 saylı, xx.xx.2023-cü il tarixli Tam kart üzrə kart hesabının açılması və ödəniş kartından istifadəyə dair müqaviləyə əsasən Bank tərəfindən müştəri üçün ikitərəfli ödəniş kartı buraxılmış, hesablaşmaların aparılması üçün bank hesabları açılmış, kredit limiti ayrılmışdır. Həmin müqavilə ilə tərəflərin hüquq və vəzifələri müəyyən edilmişdir.Həmin Müqavilənin 6.4-cü bəndinə əsasən müştəri bu Müqaviləni imzalamaqla ABB-nin rəsmi internet səhifəsində (abb-bank.az) yerləşdirilmiş sonuncu tarixli Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair Standart Şərtlərlə (bundan sonra - Standart Şərtlər), habelə Standart Şərtlərin 27-ci bəndində əks olunan Tam kart bölməsinin Tam kartın debet hissəsinə şamil edilən müvafiq müddəalarla tanışdır və ona aşağıda sadalanan məsələlər barədə ABB tərəfindən məlumat verilmişdir: Tam kartdan istifadə qaydası və şərtləri (debet funksiyaları üzrə), o cümlədən cashback əməliyyatları, xidmət haqqı və tariflər, Müştərinin sərəncamı olmadan (akseptsiz qaydada) hesablardan vəsaitin silinməsi şərtləri, Tam kartla aparılan əməliyyatlar üzrə limitlər, onların dəyişdirilməsi/ləğvi, habelə texniki overdraftların kredit xətti kimi nəzərə alınması/rəsmiləşdirilməsi. Həmin müqavilənin 6.5-ci bəndinə əsasən Müştəri bu müqaviləni imzalamaqla Tam karta dair bu müqavilənin 6.4-cü bəndində östərilən məsələlərdən əlavə olaraq Standart Şərtlərin digər şərtləri ilə tanış olduğunu və onun müvafiq şərtlərini qəbul etdiyini, habelə ona məxsus məlumatların Standart Şərtlərdə əks olunmuş mənbələrdən əldə edilməsinə və ötürülməsinə razılıq verdiyini, o cümlədən, bu razılığın Standari Şərtlərdə əks olunmuş mətni, əldə olunan məlumatların dairəsi, istifadə məqsədi, müddəti və geri götürülmə şərtləri ilə tanış olduğunu təsdiq edir. Standart Şərtlər bu Müqavilənin ayrılmaz tərkib hissəsidir.X1 1.11-ci bəndinə əsasən müştəriyə Overdraftın təqdim edilməsi barədə Müştərinin müraciəti və Tərəflər arasında razılaşma olmadığı halda Ödəniş kart/Əlavə kart vasitəsilə Kart hesabının qalığından artıq məbləğdə əməliyyatların, o cümlədən aksepisiz və ya təkrar silinmə, valyuta məzənnəsinin dəyişdirilməsi və ya digər texniki əməliyyatların aparılması və bunun nəticəsində hesabda yaranan mənfi qalıq, borc və digər öhdəliklər “Texniki overdraft" adlandırılmışdır.X1 18.5.20-ci bəndinə əsasən ABB, habelə digər şəxslər tərəfindən Hesaba/Kart hesabına səhv olaraq daxil edilmiş və ya silinmiş pul vəsaitini müvafiq araşdırma apararaq yanlış əməliyyatın nəticəsi olduğunu dəqiqləşdirdikdən sonra Müştəriyə xəbər vermədən akseptsiz qaydada silmək və ya bərpa etmək Bankın müştəri qarşısında hüquqlarından biridir.X1 18.9.14-cü bəndinə əsasən Ödəniş kartından istifadə üzrə xidmət haqqını və ABB-nin Tariflərində nəzərdə tutulmuş halda digər məbləğləri (sığorta depoziti və s.), Ödəniş kartı vasitəsilə apardığı əməliyyatların məbləğlərini, ABB-nin Tariflərinə uyğun olaraq komisyon haqları və cərimə faizlərini, eləcə də Ödəniş kartından istifadə ilə bağlı ABB-nin çəkdiyi digər xərclərin əvəzini, Kart hesabından istifadə nəticəsində ABB-ə dəyən zərəri, sui-istifadə halları nəticəsində əldə edilmiş əlavə qazanc məbləğlərini ABB-ə ödəmək ABB-ə ödəmək müştərinin Bank qarşısında vəzifələrindən biridir.Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq kart hesabının qalığından artıq məbləğlərdə əməliyyatlar aparmaqla (texniki overdraft), hesabında olmayan vəsaitdən istifadə etmiş və bununla da hüquqi əsası olmadan Bankın vəsaiti hesabına əsassız varlanmışdır. Daha sonrasında müxtəlif tarixlərdə müştəri tərəfindən karta mədaxillər olsa da, overdraft məbləği bağlanmamış, sonuncu olaraq xx.xx.2023-cü il tarixində müştəri əməliyyat aparmaqla 359 AZN overdraft yaratmışdır.Cavabdehə əsassız varlanma nəticəsində əldə edilmiş vəsaitin qaytarılması haqqında tərəfimizdən xx.xx.2024-cü il tarixli bildiriş göndərilərək xəbərdarlıq edilsə də, vəsait Banka geri qaytarılmamışdır.Hazırda iddia ərizəsinə əlavə edilən maliyyə arayışından da göründüyü kimi, xx.xx.2024-cü il tarixə cavabdeh tərəfindən Banka 386.08 manat məbləğində vəsait qaytarılmalıdır.Beləliklə, əsassız varlanma nəticəsində əldə edilən vəsait cavabdeh tərəfindən könüllü qaytarılmadığından həmin vəsaitin məhkəmə qaydasında tələb edilməsi zərurəti yaranmışdır.Bundan başqa, hazırkı mübahisə üzrə iddia qiyməti 386.08 manat olduğundan, tərəfin 30.00 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı ödənilmişdir. Göründüyü kimi cavabdeh yaranmış borcun ödənilməsi barədə məlumatlandırılmasına baxmayaraq bu günə kimi kredit borcunun və kreditə hesablanmış faizlərin ödənilməsi üçün hər hansı tədbir görməmiş, müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. Odur ki, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli, CO0156274 saylı kredit müqaviləsinə əsasən ödənilməmiş qalan 386,08 manat pul vəsaiti, ödənilmiş 30 manat dövlət rüsumunun və 0.4 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, cavabdeh həmin bildirişi qəbul etmiş, lakin cavabdeh tərəf bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı etirazlarını göndərməməklə iddiaçının tələbinə dair hər hansı münasibət bildirməmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan CO0156274 saylı xx.xx.2023-cü il tarixli “Tam kart Müqaviləsi”ndən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh 5 il müddətinə 359 manat məbləğdə kredit verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh banka ödənilməmiş əsas borc 359 manat, 27,08 manat faiz borcu olmaqla, cəmi 386,08 manat borcu vardır. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, cavabdehlər Cavabdeh banka gecikdirilmiş borcunun olması, ödənilməyəcəyi təqdirdə aidiyyatı orqanlara müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, iddiaçı mülki işin Salyan Rayon Məhkəməsində baxılması üçün 30,40 manat dövlət rüsümu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh CO0156274 saylı, xx.xx.2023-cü il tarixli Tam kart müqaviləsinə əsasən ödənilməmiş əsas borc 359 manat, 27,08 manat faiz borcu olmaqla, cəmi 386,08 manat məbləğində borc və dövlət rüsumu kimi ödənilmiş 30,40 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 344-1-344-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh CO0156274 saylı, xx.xx.2023-cü il tarixli Tam kart müqaviləsinə əsasən 386,08 manat pul vəsaiti, ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumumu tutularaq "xxxx" ASC-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №e-2(057)-1973/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-1973/2024
07.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver