Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № e-2(057)-2228/2024 07.10.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Məmmədli Ənnağı Əbdül oğlu, İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin İnfrastruktur Departamentinə qarşı “əmək haqqına əlavələrin hesablanması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı nümayəndəsi vəkil Nümayəndə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən əmək stajına görə əmək haqqına edilən əlavələrin ödənilmədiyi tarixdən, yəni 2023-cü ilin yanvar ayından hesablanaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər latın qrafikalı Azərbaycan əlifbasında tərtib (tam) edilmədiyindən İddiaçı geri qaytarılmalıdır. Məhkəmə hesab edir ki, iddia ərizəsinin forması Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 149-cu maddəsinin tələblərinə riayət edilməməklə məhkəməyə verilmişdir. Mülki-prosessual qanunvericilikdə məhkəməyə müraciətin müxtəlif prosessual formalarını (iddia ərizəsi, ərizə, vəsatət, apellyasiya şikayəti və s.) nəzərdə tutulur. İddia icraatı qaydasında məhkəməyə müraciətin prosessual forması kimi isə iddia ərizəsi ilə müraciət göstərilmişdir. Digər tərəfdən MPM-nin 11.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı Azərbaycan Respublikasının dövlət dilində - Azərbaycan dilində və ya müəyyən ərazi əhalisinin əksəriyyətinin dilində aparılır. MPM-nin 11.3-cü maddəsinə əsasən məhkəmə sənədləri işdə iştirak edən şəxslərə məhkəmə icraatının aparıldığı dildə verilir. MPM-in 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə ki, MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Beləliklə, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verilmədiyindən icraata qəbul olunaraq baxılması mümkün deyildir. Məhkəmə həmçinin iddiaçının nəzərinə çatdırır ki, qərardadın təsviri hissəsində göstərilən çatışmazlıq aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etdiyi zaman iddia ərizəsinə sənədlərin əslini və ya notarial qaydada təsdiq olunmuş surətlərini əlavə etməlidir. MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 11, 152, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin İnfrastruktur Departamentinə qarşı “əmək haqqına əlavələrin hesablanması” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı qərardadın təsviri hissəsində göstərilən çatışmazlıq aradan qaldırıldıqdan sonra məhkəməyə ikinci dəfə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində elektron kabinet istifadə edilməklə Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №e-2(057)-2228/2024
Salyan Rayon Məhkəməsi Qərardad — İş №e-2(057)-2228/2024
07.10.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver