Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-232/2025 06.08.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Kələntərov Şahəddin Əhməd oğlunun sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" ASC) Cavabdeh qarşı “müqavilə üzrə yaranmış borcun ölmüş şəxsin mirası qəbul etmiş vərəsələrindən tutulması” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “müqavilə üzrə yaranmış borcun ölmüş şəxsin mirası qəbul etmiş vərəsələrindən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X7 vərəsəsi Cavabdeh "xxxx" ASC-nin xeyrinə xx.xx.2023cü il tarixli BPM**********72 saylı kredit müqaviləsinə əsasən nağd kredit üzrə 15198.48 manat əsas, 119.65 manat faiz borcu olmaqla cəmi 15318.13 manat borc, xx.xx.2023-cü il tarixli BPM**********72 saylı kredit müqaviləsinə əsasən kart kredit limiti üzrə 91.22 manat əsas borc, 0.3 manat faiz borcu olmaqla cəmi 91.52 manat kart kredit borcu, ümumilikdə cəmi 15409.65 (on beş min dörd yüz doqquz tamyüzdə otuz bir) manat və ödənilmiş 136.23 manat dövlət rüsumunun və 0.8 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə X16 arasında bağlanılmış xx.xx.2023-cü il tarixli BPM**********72 saylı Kredit müqaviləsinə əsasən ona illik 13.9 %-lə, 48 ay müddətinə 15700 manat nağd kredit və xx.xx.2023-cü il tarixli BPM**********72 saylı Kredit müqaviləsinə əsasən 24 %-lə, 35 ay müddətinə 300 AZN məbləğində kart kredit limiti verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqavilələri ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilələr ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Lakin xx.xx.2024-cü il tarixdə borclu X16 vəfat etmiş və bundan sonra ödənişlər ödəniş qrafiki üzrə aparılmamışdır. Bunun nəticəsində "xxxx" ASC ilə cavabdehX16arasında bağlanmış xx.xx.2023-cü il tarixli BPM**********72 saylı kredit müqaviləsinə əsasən nağd kredit üzrə 15198.48 manat əsas, 119.65 manat faiz borcu olmaqla cəmi 15318.13 manat borc, xx.xx.2023-cü il tarixli BPM**********72 saylı kredit müqaviləsinə əsasənkart kredit limiti üzrə 91.22 manat əsas borc, 0.3 manat faiz borcu olmaqla cəmi 91.52 manat kart kredit borcu olmaqla ümumilikdə cəmi 15409.65 manat borcu yaranmışdır. Salyan rayon Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli AZ-İİ № 407029saylı ölüm haqqında şəhadətnaməsindən görünür ki, X16 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Salyan regional ASAN xidmət mərkəzində notariat ofisinin xx.xx.2024-cü il tarixli 8V-140saylı vərəsəlik işi materiallarından görünür ki, X6 qalmış mirası Cavabdeh qəbul etmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə borclu X3 vərəsəsi Cavabdeh xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdehlər tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Qeyd olunan əməliyyatlardan sonra yaranmış borclarla bağlı mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə3 məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə iddiaçının iştirakı olmadan baxılmasını, iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli iclaslarında iştirak edən Cavabdeh iddianı qəbul etmədiyini bildirərək qeyd etmişdir ki, onun kreditin götürülməsindən xəbəri olmamış, kredit mərhum anası tərəfindən götürülmüş, anasından da ona miras olaraq yalnız bir ədəd qızıl-zinət əşyası olan sep qalmış, həmin sep də anası tərəfində lombarda qoyularaq pul götürlümüş, hazırda həmin sep lombardadır. Bundan başqa anasından ona heç nə miras qalmamışdır, odur ki, iddianən təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə cavabdehi dinləyib, iddia ərizəsini və ona əlavə olunmuş iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş; İddiaçı "xxxx" ASC ilə X16 arasında bağlanmış xx.xx.2023-cü il tarixli BPM**********72 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 13.9 %-lə, 48 ay müddətinə 15700 manat nağd kredit və xx.xx.2023-cü il tarixli BPM**********72 saylı Kredit müqaviləsinə əsasən 24 %-lə, 35 ay müddətinə 300 AZN məbləğində kart kredit limiti verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqavilələri ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilələr ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. xx.xx.2023-cü il tarixli məxaric orderlərindən görünür ki, X16 həmin tarixə 3700 və 12000 manat olmaqla ümumilikdə 15700 manat pulu ABB-dən götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixdə X10 300 manat məbləğində kredit kartı verilərək kredit xətti açılmışdır. xx.xx.2024-cü ilədək həmin kredit xəddi üzrə cavabdeh 490.35 manat istifadə etmiş, istifadə etdiyi puldan 399.13 manat ödəniş etmiş, 91.22 manat borcu qalmışdır. İş materiallarında olan digər maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixdə X7 ümumilikdə 15318.13 manat əsas borcu, 119.65 manat faiz borcu vardır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli bildirşlərdən görünür ki, X7 xx.xx.2023cü il tarixli kredit xəttinə görə 91.22 manat əsas, 0.3 manat faiz, ümumilikdə 91.52 manat borcu, həmin tarixdə bağlanmış digər kredit müqaviləsinə görə isə 15198.48 manat əsas, 119.56 manat faiz olmaqla ümumilikdə 15318.13 manat borcu qalmış, həmin borcların ödənilməsi haqqında qeyd olunan bildirişlər Cavabdeh ünvanlanmışdır. İş materiallaırnda olan poçt bildirişlərindən görünr ki, Cavabdeh yuxarıda qeyd olunan bildirişləri qəbul edərək imza etmişdir. İş materiallarında olan Salyan regional Asan Xidmət Mərkəzinin notariat ofisinin xüsusi notariusu X4 tərəfindən “Yusif Allahveridyev və partnyorları” Vəkil Bürosuna ünvanlanmış 8V-140 reyestrli vərəsəlik işindən görünür ki, X6 Cavabdeh qızıl-zinyət əşyası miras qalmış, sonuncu həmin mirası qəbul etmişdir. Salyan regional Asan Xidmət Mərkəzinin Qeydiyyat şöbəsindən verilmiş arayışdan görünür ki, X7 ailə tərkibində yalnız Cavabdeh var. Salyan rayon İcra Hakimiyyəti başçısının Arbatan kənd İnzibati ərazi nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, Səncut X2 Afilə Adil qızının daimi yaşadığı Arbatan kəndində onunla yaşamış, X14 Viktoriyadan başqa vərəsəsi olmamışdır. İş materiallarında olan "xxxx" Lombard MMC-nin Salyan filialının direktoru X5 tərəfindən Salyan regional Asan Xidmət Mərkəzinin notariat ofisinin xüsusi notariusu X1 ünvanlanmış məktubdan görünür ki, X16 xx.xx.2024-cü il tarixdə həmin lombarda 1 ədəd 585 əyarlı 15.9 qram qızıl-zinət əşyasını girov qoyaraq 930 manat pulu kredit götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X16 20 mart 2024-cü ildə vəfat etmişdir. İş materiallarında olan xx.xx.1997-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.1997-ci ildə vəfat etmişdir. İş materiallarında olan xx.xx.1992-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X17 xx.xx.1992-ci ildə vəfat etmişdir. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə X11 arasında nikah 27 aprel 1992-ci ildə pozulmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli AE 06-001/25 saylı ekspert rəyindən görünür ki, 1 ədəd 585 əyarlı 15.9 qram qızıl-zinət əşyasının dəyəri 1350 manat dəyərində qiymətləndirilmişdir. Məhkəmə istinad edilən mübahisə üzrə tətbiq edilməli maddi hüquq norması ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında mövcud olan mübahisəli hüquq münasibəti xx.xx.2024-cü il tarixdə yarandığından bu münasibətlərə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2023-cü il oktyabrın 1-dən sonra qüvvədə olan maddi hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1257.1-ci maddəsinə əsasən, hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Həmin Məcəllənin 1306.1-ci maddəsdinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1306.2-ci maddəsdinə əsasən, əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1307-ci maddəsdinə əsasən, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən, məhkəmə hesab edir ki, X16 müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. X16 öldüyündən, onun miras əmlakını qəbul etmiş vərəsəsi Cavabdeh kredit müqaviləsi üzrə borclu olan X7 qanun üzrə vərəsəsi kimi bank qarşısında məsuliyyət daşıyır. Cavabdeh vərəsə kimi məsuliyyətinin həcmi barədə isə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunmuş qərarında göstərdiyi hüquqi mövqeyə uyğun olaraq miras açıldığı gündən ona çatan miras payı həcmində miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdır. Qeyd olunan hüquqi mövqeyin əksinə olaraq vərəsənin üzərinə ona çatan miras payı həcmindən yuxarı həddə maddi məsuliyyətin qoyulması vərəsənin qanunvericilikdə nəzərdə tutulmuş əmlak hüquqularının pozulmasına gətirib çıxaracaq. Miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməklə bağlı sübutetmə yükünün vərəsənin üzərinə qoyulması ilə əlaqədar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1307-ci maddəsində göstərilən xüsusatla bağlı isə məhkəmə qeyd edir ki, hazırki iş materiallarında olan vərəsəlik işindən də göründüyü kimi Cavabdeh vərəsəlik qaydasında yalnız 1 ədəd qızıl-zinət əşyası keçmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1257.1-ci maddəsində göstərildiyi kimi hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilməməsini nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki işdə Cavabdeh tərəfindən qəbul edilmiş miras tam şəkildə olmuşdur, yəni 1 ədəd qızıl-zinət əşyasının vərəsə tərəfindən qəbul edilmiş tam miras olması sübuta yetirilmişdir, həmin xüsusatla bağlı əlavə sübut toplanmasına zərurət qalmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən, məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Hazırki işdə iddia tələbinin ödənilmiş hissəsi 1350 manat olduğundan məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, 33.50 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, X7 vərəsəsi Cavabdeh 1350 manat və iddia tələbinin ödənilmiş hissəsinə uyğun ödənilmiş 33.50 manat pul tutularaq iddiaçı Azərbaycan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 284-1- 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. X7 vərəsəsi Cavabdeh 1350 manat borc və iddia tələbinin ödənilmiş hissəsinə uyğun dövlət rüsumu kimi ödənilmiş 33.50 manat pul tutularaq iddiaçı Azərbaycan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şahəddin Kələntərov
Məhkəmə qərarları › İş №e-2(057)-232/2025
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-232/2025
06.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver