Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № e-2(057)-2342/2024 21.10.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlu İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və üçüncü şəxslər Salyan rayon notariat kontoru, Salyan rayon VVADQ Şöbəsi və Salyan rayon Daşınmaz Əmlakın Qeydiyyatı İdarəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və üçüncü şəxslər Salyan rayon notariat kontoru, Salyan rayon VVADQ Şöbəsi və Salyan rayon Daşınmaz Əmlakın Qeydiyyatı İdarəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X7 06 yanvar 1928-ci ildə X11 qızı ilə evlənməsi, onların birgə nikahından 30 iyun 1929-cu ildə övladları X10 anadan olması, X15 1939-cu ildə ölməsi faktının müəyyən edilməsi, ona İddiaçı Əlifağa qızına 15 mart 1978-ci ildə vəfat etmiş babası X5 qalmış, Salyan şəhəri, Səməd Vurğun küçəsi (yeni qaydalarla H.Əliyev küçəsi 10) 10-da kvadratmetr torpaq sahəsində yerləşən 2 otaqlı yaşayış evinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. İddianı nəzərdən keçirib müəyyən etdim ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin (bundan sonra - MPM) 149-150-ci maddələrinin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, mülki-prosessual qanunvericilikdə məhkəməyə müraciətin müxtəlif prosessual formalarını (iddia ərizəsi, ərizə, vəsatət, apellyasiya şikayəti və s.) nəzərdə tutulur. İddia icraatı qaydasında məhkəməyə müraciətin prosessual forması kimi isə iddia ərizəsi ilə müraciət göstərilmişdir. Hazırki ərizədən görünür ki, İddiaçı qismində cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və üçüncü şəxslər Salyan rayon notariat kontoru, Salyan rayon VVADQ Şöbəsi və Salyan rayon Daşınmaz Əmlakın Qeydiyyatı İdarəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək X7 06 yanvar 1928-ci ildə X11 qızı ilə evlənməsi, onların birgə nikahından 30 iyun 1929-cu ildə övladları X10 anadan olması, X15 1939-cu ildə ölməsi faktının müəyyən edilməsi, ona İddiaçı Əlifağa qızına 15 mart 1978-ci ildə vəfat etmiş babası X5 qalmış, Salyan şəhəri, Səməd Vurğun küçəsi (yeni qaydalarla H.Əliyev küçəsi 10) 10-da kvadratmetr torpaq sahəsində yerləşən 2 otaqlı yaşayış evinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Ərizə onunla əsaslandırılmışdır ki, “mən, İddiaçı Əlifağa qızı xx xxx 1965-ci ildə Bakı şəhərində anadan olmuşam. X6, anam isə X12 olmuşdur. X6 və anam Sadıqova- X13 vəfat etmişlər. X3 1899-cu ildə Salyan şəhərində anadan olmuşdur. O, 06 yanvar 1928-ci ildə X24 ilə evlənmişdir. Onların birgə nikahından 4 nəfər uşaqları olmuşdur. Atam Əlifağa 1929-cu ildə, bibim Rəfiqə 1933-cu ildə, bibim Zərifə 1935-ci ildə, bibim Arifə isə 1938-ci ildə anadan olmuşlarLakin onların heç birinin doğum haqqında şəhadətnamələrinin surətlərini əldə edə bilməmişəm. X3 15 mart 1978-ci ildə, X6 19 iyun 1997-ci ildə, anam X19 1999-cu ildə vəfat edib, bibim X1 06 may 2005-ci ildə, bibim X4 qızı 28 iyun 2009-cu ildə, bibim X8 qızı 04 iyul 2014-cü ildə, nənəm X24 isə 1939-cu ildə vəfat etmişlər. Babamın, anamın və bibilərimin hamısının ölümləri rəsmi qaydada qeydə alınmış və hamısı barədə ölüm şəhadətnaməsi verilmişdir. İddia ərizəmə əlavə edirəm. X3 ilə nənəm X15 1928-ci ildə evlənmələri barədə şəhadətnaməni və nənəm Mədinənin 1939-cu ildə vəfat etməsini təsdiq edən evlənmək haqqında şəhadətnamənin və ölüm şəhadətnaməsini təqdim edə bilmədiyim üçün mənə notariat kontorunda vərəsəlik hüququ haqqında şəhadətnamə vermirlər. X2 Salyan şəhəri Səməd Vurğun küçəsi (yeni qaydalarla ünvan 1 ünvanda 2 otaqlı yaşayış evi qalmışdır. Məndən əvvəl X6, atamın ölümündən sonra isə mən həmin evi idarə etməklə vərəsəliyi vaxtında qəbul etmişik. Bibilərimin üçüdə atalarının sağlığında ərə gedərkən həmin evdən ayrılmışlar. Onlar yerli adətə uyğun olaraq yeganə qardaşlarının xeyrinə ata evinə olan vərəsəlik hüququndan imtina etmişlər. Onlar atalarının 1978-ci ildə ölümündən sonra heç vaxt onlara vərəsəlik hüququ haqqında şəhadətnamə verilıməsi üçün nə notariat kontoruna, nədə məhkəməyə müraciət etməmişlər. Mənim iddia ərizəmdə cavabdeh qismində göstərdiyim qardaşlarımın heç biri də vərəsəliklə əlaqədar olaraq heç bir təşkilatamüraciət etməmiş və ümumiyyətlə vərəsəliklə maraqlanmamışlar. İstər bibilərim, istər onların ərləri və uşaqları, istərsə də mənim qardaşlarımın heç biri heç vaxt vərəsliyi qəbulun buraxılmış müddətini bərpa etmək üçün məhkəməyə müraciət etməmişlər. Mən 2011-ci ildə vərəsəlikşəhadətnaməsi almaq üçün Salyan rayon 1 saylı dövlət notariat kontoruna müraciət etdim. Orada mənə bildirdilərki, digər vərəsələr vərəsəlikdən imtina barədə ərziə ilə notariat kontoruna ərizə ilə müraciət etməlidirlər. Həmin vaxt sağ olan bibim X9 qızı, bibilərimin ailə üzvləri və qardaşlarım mənim xeyrimə vərəsəlikdən imtina etsələr də mənə vərəsəlik şəhadətnaməsi verilmədi. Mən bu ilin may ayının sonunda yenidən sənədləri toplayıb Salyan rayon notariat konturuna müraciət etdim. Salyan Regional “Asan Xidmət” mərkəzində notariat ofisinin 04 iyun 2024-cü il tarixli qərarı ilə mənə X2 miras qalmış,ünvan 2 ünvanda yerləşən 2 otaqlı yaşayış evinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməkdən imtina edildi. Notariat kontorunun qərarında göstərilir ki, İddiaçı Əlifağa qızının atası X10 qohumluq faktını müəyyən edən sənədləri (doğum haqqında şəhadətnamə), nənəsi X15 ölüm haqqında sənədini təqdim etməmişəm. Bundan əlavə mən digər vərəsələrin olub-olmaması barədə sənəd təqdim etməmişəm. Vərəsəliyin qəbuluna dair müddətin buraxılmasının üzürlü hesab edilməsi barədə heç bir sənəd təqdim etməmişəm. Bunlardan əlavə bildirirəm ki, babamın adına olan ev barədə mənən heç bir sənəd verməmişlər. Məndə yalnız evin babamın qanuni mülkiyyətində olması varədə Salyan rayon XDS-nin İcraiyyə Komitəsinin 24 dekabr 1987-ci il tarixli 26B saylı iclas protokolundan çıxarış vardır və həmin sənədi iddia ərizəmə əlavə etmişəm. Evə dair digər sənədlərin alınmasına köməklik göstərilməsini isə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmədən xahiş edirəm. Bu barədə vəsatətimi iddia ərizəmə əlavə edirəm. Hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 7.1-ci maddəsində göstərilir ki, “Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsində göstərilir ki, “Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır”. Həmin Məcəlləsinin 37-ci maddəsində göstərilir ki,“Tikintiyə, qurğuya, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır”. Həmin Məcəllənin 39.1-ci maddəsində göstərilir ki, “Tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanıması, tikilinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir”. Mənim X2 qalan 2 otaqlı yaşayış evi və torpaq sahəsi Salyan şəhərində yerləşir. Ona görə də hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi və mənə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün Salyan rayon məhkəməsinə müraciət edirəm. Atamın, mənim vərəsəlik hüquqlarımız və yaranan hüquqlarımızın hamısı Azərbaycan Respublikasının 01 mart 1965-ci ildən 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin maddələri və həmin dövrdə qüvvədə olmuş digər qanunvericilik aktları ilə tənzimlənməlidir. Həmin Məcəllənin 558-ci maddəsinin 2-ci və 3-cü bəndlərində göstərilir ki, “vərəsəlik əmlakının qəbulu varisin əmlakı faktiki idarə etməsindən və ya notariat kontoruna vərəsəliyi qəbul etmə barədə ərizə verməsindən başlayıy və bu 6 ay ərzində başa çatmalıdır.” Mənim bibilərim və qardaşlarım heç zaman babamdan miras qalan əmlakı idarə etməmişlər və notariat kontoruna ərizə verməmişlər. Həmin əmlakı babamın ölümündən sonra atam idarə etmişdir. Atamın ölümündən sonra isə həmin əmlakı mən idarə etmişəm. Həmin dövrdə qüvvədə olmuş Mülki Məsəllənin 73-cü maddəsində göstərilirdi ki, vətəndaşlar arasında iddia müddəti 3 ildir. Lakin həmin çaddədə 3 illik iddia müddətinni vərəsəlik işlərinə tətbiq olunub-olunmaması barədə heç bir göstəriş yox idi. Ona görə də Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumu özünün 29 oktaybr 1978-ci il tarixli “Vərəsəlik işlərinə dair məhkəmə təcrübəsi haqqında” Qərarının 14-cü bəndində göstərmişdir ki, “Məhkəmələr bilməlidir ki, vərəslik işlərinə üç illik iddia müddəti tətbiq olunmalıdır”. Mənim bibilərim və qardaşlarım buraxılmış müddətin və ya pozulmuş hüquqlarının bərpası ilə əlaqədar heç vaxt məhkəməyə müraciət etməmişlər. Həmin Məcəllənin 75,76,77 və 82-ci maddələrinə görə iddia müddətinin tərəflərin razılaşmasına əsasən dəyişdirilməsinə yol verilmirdi. İddia müddətinin keçməsindən asılı olmayaraq iddiaya baxılırdı və iddia üddəti tərəflərin bildirməsindən asılı olmayaraq məhkəmə tərəfindən tətbiq olunurdu. İddia müddətinın keçməsi iddianın rədd edilməsi üçün əsas idi. İddia müddətinin tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarlarında göstərilir ki, iddia müddətinin tətbiq edilməsi tərəfləri intizama dəvət edir və məhkəmələri müddətləri keçmiş baxılması mümkünsüz işlərə baxmaqdan azad edir. Mən vərəsəlik şəhadətnaməsi almaqüçün 2011-ci ildə Salyan rayon dövlət notariat kontoruna müraciət edəndə həmin vaxt sağ olan bibim X9 qızı, vəfat etmiş bibilərimin ərləri və uşaqları, mənim qardaşlarım notariat kontorunda imzaları təsdiq olunmuş ərizə yazaraq göstərdilər ki, X5 alan miras əmlakdan onlara çatası hissəni qəbul etməmişlər, onu qəbul etmək niyyətində deyillər və gələcəkdə bununla əlaqədar məhkəmədə iddia qaldırmayacaqlar. Həmin sənədlərin hamısını iddia ərizəmə əlavə edirəm. Göstərdiyim hüquqi faktların hamısı (babamın və nənəmim nikahlarının qeydə alınması) SSRİ X37 Heyətinin 08 iyul 1944-cü il tarixli Fərmanından əvvəl baş vermişdir və onların müəyyən edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi tələbinə dair” 16 may 1985-ci il tarixli və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2010-cu il tarixli qərarlarına uyğundur”. MPM-in 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Mülki-prosessual qanunvericiliyə əsasən isə tərəflər (iddiaçı və cavabdeh) iddia icraatında (MPM-in 12-23-cü fəsilləri) mövcuddurlar. Xüsusi icraart qaydasında baxılan işlər (MPM-in 30-40-1-ci fəsilləri) üzrə isə əsas iştirakçılar ərizəçi və maraqlı şəxslərdir. Göründüyü kimi, iddiaçı X7 06 yanvar 1928-ci ildə X11 qızı ilə evlənməsi, onların birgə nikahından 30 iyun 1929-cu ildə övladları X10 anadan olması, X15 1939-cu ildə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə bildirir ki, İddiaçı tələbinə məhkəmədə xüsusi icraat qaydasında baxılmalı olduğundan ərizədə iş üzrə tərəflər iddiaçı deyil ərizəçi, cavabdeh deyil maraqlı şəxs olaraq göstərilməlidir. Eyni zamanda tələbin ikinci hissəsinə münasibətdə məhkəmə bildirir ki, İddiaçı tələbinə məhkəmədə iddia icraatı qaydasında baxılmalı olduğundan ərizədə iş üzrə tərəflər iddiaçı və cavabdeh olaraq göstərilməlidir. Həmçinin iddia ərizəsində Cavabdeh2, üçüncü şəxs olaraq göstərilmiş Salyan rayon notariat kontoru, Salyan rayon VVADQ Şöbəsi və Salyan rayon Daşınmaz Əmlakın Qeydiyyatı İdarəsinin (üçüncü şəxslərin adları yanlış göstərilmiş) poçt ünvanları göstərilməmişdir. MPM-in 149.2.2-ci madəsinə əsasən işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları göstərilməlidir. Qeyd olunanlara əsasən hesab edirəm ki, iddiaçı tərəfindən ərizənin forma və məzmununa riayət olunmadığından ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Məhkəmə hesab edir ki, hazırki mülki iş icraata qəbul edilmədən geri qaytarıldığından iddia qaldırılması üçün ödənilmiş 100 (bir yüz) manat məbləğində pul büdcədən iddiaçıya geri qaytarılmalıdır. MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 152, 263, 264, 268 və 269-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və üçüncü şəxslər Salyan rayon notariat kontoru, Salyan rayon VVADQ Şöbəsi və Salyan rayon Daşınmaz Əmlakın Qeydiyyatı İdarəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbi barədə ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı izah edilsin ki, ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №e-2(057)-2342/2024
Salyan Rayon Məhkəməsi Qərardad — İş №e-2(057)-2342/2024
21.10.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver