Məhkəmə qərarları › İş №e-2(057)-2498/2024

Salyan Rayon Məhkəməsi Qərardad — İş №e-2(057)-2498/2024

27.12.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № e-2(057)-2498/2024 27.12.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2 Ağababa oğlunun iştirakı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Şirvan-Salyan Regional Təhsil İdarəsi və Cavabdeh2nə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işə buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı nümayəndəsi vəkil Nümayəndə1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək müqaviləsinə xitam verilməsi haqqında Salyan rayonu Arxarası kənd ümumi orta məktəbin direktoru Elvin Dadaşlının 27 iyun 2024-cü il tarixli, 29 nömrəli əmrinin ləğv edilməsi, xx.xx.2024-cü il tarixindən məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə ona əvvəlki vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (əri) Nümayəndə2 bildirmişdir ki, əvvəllər Salyan Rayon Məhkəməsinin icraatında İddiaçı hazırki iş üzrə cavabdehlərə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işə buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş olmuşdur. Məhkəmə baxışının gedişində onu və yoldaşını aldatmışlar ki, əmr ləğv edilərək Günel işə bərpa ediləcəkdir. Ona görə də, vəkil mülki işin baxılmamış saxlanılması barədə məhkəməyə ərizə vermişdir. Məhkəmənin qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Həmin qərardaddan şikayət verilsə də, şikayət təmin edilməmişdir. İş üzrə cavabdehlərə məhkəmə hazırlıq iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə, həmçinin “AZEMİS” sistemi vasitəsi ilə SMS bildiriş göndərilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırda məhkəmənin icraatında eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə mülki iş var. Həmin mülki iş üzrə mübahisə davam edir. Belə olan halda hazırki mülki işə baxılması mümkün deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 259.0.4-cü maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa, məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun hüquqi mövqeyi nəzərə alınmaqla, MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. MPM-in 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. MPM-in 260.6-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 259.0.4, 263, 264 və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Şirvan-Salyan Regional Təhsil İdarəsi və Salyan rayon Arxarası kənd umumi orta məktəbinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işə buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılmamış saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar