Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № e-2(057)-2510/2024 20.11.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Məmmədli Ənnağı Əbdül oğlu, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X1 vərəsəsi Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında “müqavilə üzrə yaranmış borcun ölmüş şəxsin mirası qəbul etmiş vərəsəsindən tutulması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M ÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra-"xxxx" ASC və ya iddiaçı) sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 vərəsəsi Cavabdeh "xxxx" ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli BPM**********72 saylı Kredit müqaviləsinə əsasən nağd kredit üzrə 15198.48 manat əsas, 119.65 manat faiz borcu olmaqla, cəmi 15318.13 manat borc, xx.xx.2023-cü il tarixli BPM**********72 saylı kredit müqaviləsinə əsasən kart kredit limiti üzrə 91.22 manat əsas borc, 0.3 manat faiz borcu olmaqla, cəmi 91.52 manat kart kredit borcu olmaqla, ümumilikdə cəmi 15409.65 manat və ödənilmiş 136.23 manat dövlət rüsumunun və 0.8 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- MPM) 284-4.1.2-ci maddəsinə əsasən verilmiş tələb bu Məcəllənin 284-1-ci maddəsinə uyğun deyildirsə iddia ərizəsi geri qaytarılır. MPM-in 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İddia ərizəsindən görünür ki, İddiaçı Cavabdeh cəmi 15409.65 manat və ödənilmiş 136.23 manat dövlət rüsumunun və 0.8 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki Prosessual qanunvericiliyin tələblərinə əsasən iddia ərizəsi verilərkən MPMin tələblərinə riayət edilmədiyi üçün onun məhkəmə icraatı qeyri-mümkündür. Göstərilənlərə əsasən hesab edirəm ki, iddia ərizəsi MPM-in müəyyən edilmiş tələblərə riayət etməklə məhkəməyə verilmədiyindən iddiaçının ərizəsinin qəbulundan imtina olunmalıdır. MPM-in 284-4.2-ci maddəsinə əsasən bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Şərh olunanlara əsaslanaraq və MPM-in 263-264, 266-268 və 284-1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı "xxxx" ASC-nin cavabdeh X1 vərəsəsi Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında “müqavilə üzrə yaranmış borcun ölmüş şəxsin mirası qəbul etmiş vərəsəsindən tutulması” tələbinə dair iddia ərizəsinin qəbulundan imtina olunsun. Qərardaddan şikayət verilə bilməz. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №e-2(057)-2510/2024
Salyan Rayon Məhkəməsi Qərardad — İş №e-2(057)-2510/2024
20.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver