Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-425/2025 07.02.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İddiaçı Hənı̇ fəyeva Ləman Nadı̇ r qızının nümayəndəsi vəkil Nümayəndə oğlunun, Cavabdeh Azərbaycan Respublı̇ kası Təhsı̇ l Nazı̇ rlı̇ yı̇ nin Şı̇ rvan-Salyan Regı̇ onal Təhsı̇ l İdarəsinin nümayəndəsi X6 iştirakları ilə İddiaçı Hənı̇ fəyeva Ləman Nadı̇ r qızının cavabdehlər Salyan şəhər Əliağa Kürçaylı adına 7 nömrəli texniki fənlər təmayüllü məktəb-liseyə və Azərbaycan Respublı̇ kası Təhsı̇ l Nazı̇ rlı̇ yı̇ nin Şı̇ rvan-Salyan Regı̇ onal Təhsı̇ l İdarəsinə qarşı “işə bərpa, əmrin ləğv edilməsi, məcburi iş buraxmaya görə əmək haqqı ödənilməsi, maddi və mənəvi ziyan” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Hənı̇ fəyeva Ləman Nadı̇ r qızının (bundan sonra - iddiaçı) nümayəndəsi vəkil Nümayəndə “işə bərpa, əmrin ləğv edilməsi, məcburi iş buraxmaya görə əmək haqqı ödənilməsi, maddi və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, Salyan şəhər Ə.Kürçaylı adına 7 saylı texniki fənlər təmayüllü məktəb-liseyi tərəfindən qanunsuz olaraq onun tutduğu vəzifəsindən azad edilməsi barədə xx.xx.2024-cü il tarixli 144/1 saylı “əmək müqaviləsinə xitam verilmə” barədə əmrin ləğv edilməsi və onun əvvəlki işinə bərpa olunması, qanunsuz olaraq onun məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqı və 50 manat mediasiya rüsumu cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Şirvan-Salyan Regional Təhsil İdarəsinin əməkdaşı X14 barəsində kobud surətdə əmək qanunvericiliyin tələblərini pozduğu üçün xüsusi qərardad çıxarılması və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə tədbir görülməsi üçün göndərilməsi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Şirvan-Salyan Regional Təhsil İdarəsindən 10000 manat, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Şirvan- Salyan Regional Təhsil İdarəsinin X1 5000 manat mənəvi ziyan alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2012-ci il tarixdə adı çəkilən tam orta məktəbə işə qəbul edilmiş, xx.xx.2024-cü il tarixədək həmin məktəbdə işləmişdir. xx.xx.2024-cü il tarixli 144/1 nömrəli əmrlə onu aldadaraq ərizəsi alınaraq tutduğu vəzifədən azad edilmişdir. xx.xx.2024-cü il tarixdə ona məktəbin direktoru X2 və Təhsil Nazirliyi Şirvan-Salyan Regional idarəsinin yoxlama müfəttişi Aqil Cəbiyevin tapşırığına əsasən ərizə yazmaqla işinə xitam verilməli olduğu bildirilmişdir. Bildirir ki, xx.xx.2024- cü il tarixdə Şirvan-Salyan Regional Təhsil İdarəsi Ə.Kürçaylı adına 7 saylı texniki fənlər təmayüllü məktəb-liseydə yoxlama keçirmişdir. O, məktəbin rəhbəri X3 ona verdiyi əmri yerinə yetirdiyi üçün yoxlama keçirən Şirvan-Salyan Regional Təhsil İdarəsinin əməkdaşı Aqil Bəşirov onu çağırıb səbəbi izah etmədən dərhal işdən azad olunması üçün ərizəsini tələb etmişdir. O səbəbi soruşduğu halda ona izah etmədən təhqir edib ərizə yazmasını tələb etmiş və bunu gün sonu saat 20:00 qədər gözləmişdir. O, bununla razılaşmamış və ərizə yazmamışdır. xx.xx.2024-cü ildə yenə ona təzyiq göstərib heç bir xəbərdarlıq və töhmət olmadan işdən azad olunma üçün ərizəsini tələb etmişdir. O, razılaşmadığı halda Əmək Məcəlləsinin 70/C bəndi ilə əmr verilmişdir. Məktəbdə bu yoxlama ilə əlaqədar edilmiş özbaşınalıqlar barədə məhkəmə iclasında kifayət qədər sübutlar təqdim edəcəkdir. Yoxlama zamanı Aqil Bəşirov məktəbin işçilərinə qarşı kobudluq edərək təhsil işçisinə yaraşmayan hərəkətlər etmiş və o daxil olmaqla təzyiqlər göstərmiş və bir çox işçilərin işdən azad olunmasına nail olmuşdur. Hətta bəzi işçiləri o həddə çatdırmışdır ki, təcili tibbi yardım da məktəbə çağırılmış və polisə qədər müdaxilə edilmişdir. Bütün bunların video görüntüləri və səs yazıları məhkəməyə təqdim olunacaqdır. Aqil Bəşirovun özbaşına hərəkətləri ilə bağlı xüsusi qərardad çıxarılmalı və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə aidiyyatı üzrə göndərilməli və onun şərəf və ləyaqətini, işgüzar nüfuzunu aşağı saldığı üçün mənəvi ziyan ödəməlidir. Bu özbaşına hərəkətlkərə göz yumulması ən azından ədalətsizlikdir. Şirvan-Salyan Regional Təhsil İdarəsi nəzarət edən orqan olaraq bu əmrin verilməsində birbaşa tapşırıq verən orqan olmuşdur. Əmrdən də göründüyü kimi hüquqi ünvan AZ5200, ünvan 1lməsi üçün birbaşa tapşırıq regional idarə tərəfindən verilmişdir. Eyni zamanda əmrdə ona təqdim edilməmiş yalnız əmək kitabçası təqdim edilmişdir. Əmək Məcəlləsinin 83.2-ci maddəsi: Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işə götürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Əmək Məcəlləsinin 84.2. bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həlledən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Qeyd olunan normaların hamısı cavabdeh tərəfindən kobud şəkildə pozulmuşdur. Bununlada ona mənəvi ziyan dəymişdir. O bu hərəkətlərə görə stres keçirmiş və işgüzar nüfuzuna böyük ziyan vurulmuşdur. Həyat yoldaşı X7 da xəstəlik tapmışdır. Bu stres ona və ərinə çox pis təsir etmişdir ki, artıq xəstəxanalara müraciət etməli olmuşdur. Əmr ona rəsmi verilməmişdir. Ona isə bugünə qədər əmrin surəti göndərilməmişdir. İddiaçının nümayəndəsi vəkil Nümayəndə xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsi ilə məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə ünvanlayaraq göstərmişdir ki, “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Şirvan-Salyan Regional Təhsil İdarəsi və Salyan şəhər Ə.Kürçaylı adına 7 saylı texniki fənlər təmayüllü məktəbə qarşı Salyan şəhəri, Ə.Kürçaylı adına 7 saylı texniki fənlər təmayüllü məktəb liseyi tərəfindən qanunsuz olaraq mənim tutduğum vəzifəmdən azad edilməyim barədə xx.xx.2024-cü il tarixli 144/1 saylı “əmək müqaviləsinə xitam verilmə” barədə əmr ləğv edilsin və mənim əvvəlki işimə bərpa olunmağım barədə qətnamə qəbul edilməsi, qanunsuz olaraq mənim məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqı və 50 manat mediasiya rüsumu cavabdehdən tutularaq mənim xeyrimə ödənilməsi, Şirvan- Salyan Regional Təhsil İdarəsindən 10000 manat, Şirvan-Salyan Regional Təhsil İdarəsinin X1 5000 manat mənəvi ziyan alınaraq mənə verilməsi iddiası hazırda icraatdadır. Bu tələblərdən Şirvan-Salyan Regional Təhsil İdarəsinin əməkdaşı X14 barəsində kobud surətdə əmək qanunvericiliyin tələblərini pozduğu üçün xüsusi qərardad çıxarılması və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə tədbir görülməsi üçün göndərilməsi hissəsini iddia tələbindən çıxarmaqla iddia tələbinin həcmini azaldılmasını istəyirəm. Həmin tələblə bağlı əlavə vəsatət təqdim ediləcəkdir. Odur ki iddia tələbinin həcminin azaldılması ərizəsini qəbul etməklə Məhkəmədən Cavabdeh2 tərəfindən qanunsuz olaraq mənim tutduğum vəzifəmdən azad edilməyim barədə xx.xx.2024-cü il tarixli 144/1 saylı “əmək müqaviləsinə xitam verilmə” barədə əmr ləğv edilsin və mənim əvvəlki işimə bərpa olunmağım barədə qətnamə qəbul edilsin, qanunsuz olaraq mənim məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqı və 50 manat mediasiya rüsumu cavabdehdən tutularaq mənim xeyrimə ödənilməsi barədə qətnamə çıxarılsın Şirvan-Salyan Regional Təhsil İdarəsindən 10000 manat, Şirvan-Salyan Regional Təhsil İdarəsinin X1 5000 manat mənəvi ziyan alınaraq mənə verilməsini xahiş edirəm”. Məhkəmə iddiaçının nümayəndəsi vəkil Nümayəndə iddianın həcminin azaldılması barədə ərizəsini əsaslı hesab etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçının nümayəndəsi vəkil Nümayəndə xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsi ilə məhkəməyə vəsatət ünvanlayaraq göstərmişdir ki, “İddia ərizəsində bildirdiyim kimi xx.xx.2024-cü il tarixdə Şirvan-Salyan Regional Təhsil İdarəsi Ə.Kürçaylı adına 7 saylı texniki fənlər təmayüllü məktəb liseydə yoxlama keçirmiş, məktəbin direktoru X3 mənə verdiyi əmri yerinə yetirdiyim zaman yoxlama keçirən Şirvan-Salyan Regional Təhsil İdarəsinin əməkdaşı Aqil Bəşirov məni çağırıb səbəbi izah etmədən dərhal işdən azad olunmam üçün ərizəmi tələb etdi. Mən səbəbi soruşduğum halda mənə izah etmədən təhqir edib ərizə yazmağı tələb etdi və bunu gün sonu xx.xx.2024-cü il saat 20:00 qədər gözlədi. Dayanmadan mənə zənglər etdirərək məcburi şəkildə ərizə yazmağımı tələb etdi və əks halda maddə tətbiq etməklə işdən çıxaracağı hədələrini göndərməyə başladı. Mən bununla razılaşmadım və ərizə yazmadım. xx.xx.2024-cü ildə yenə mənə təzyiq göstərib heç bir xəbərdarlığım və töhmətim olmadan işdən azad olunma üçün ərizəmi tələb etdi. Mən razılaşmadığım halda AR ƏM 70/C bəndi ilə əmr verildi. Məktəbdə bu yoxlama ilə əlaqədar edilmiş özbaşınalıqlar barədə məhkəmə iclasında kifayət qədər sübutlar videolar diskə əlavə edilmiş və məhkəməyə təqdim edilmişdir. Yoxlama zamanı Aqil Bəşirov məktəbin işçilərinə qarşı kobudluq edərək təhsil işçisinə yaraşmayan hərəkətlər etmiş və mən daxil olmaqla təzyiqlər göstərmiş və bir çox işçilərin işdən azad olunmasına nail olmuşdur. Hətta bəzi işçiləri o həddə çatdırmışdır ki, təcili tibbi yardım da məktəbə çağırılmış və polisə qədər müdaxilə edilmişdir. Bütün bunların video görüntüləri və səs yazıları məhkəməyə təqdim olunmuşdur. Bütün bunlara görə Aqil Bəşirovun özbaşına hərəkətləri ilə bağlı cavabdeh kimi işə cəlb edilməli və bu xüsusatlar da araşdırılmalıdır. Bundan sonra isə sonda məhkəmə qətnamə qəbul edərkən Aqil Bəşirovun əməlində qanun pozuntuları müəyyən etdiyi halda xüsusi qərardad çıxarılmalı və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə aidiyyatı üzrə göndərilməlidir. Odur ki məhkəmədən xahiş edirəm: 1. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Şirvan-Salyan Regional Təhsil İdarəsinin əməkdaşı X14 cavabdeh kimi işə cəlb edilsin. 2. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Şirvan-Salyan Regional Təhsil İdarəsinin əməkdaşı X14 barəsində kobud surətdə əmək qanunvericiliyin tələblərini pozduğu üçün xüsusi qərardad çıxarılsın və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə tədbir görülməsi üçün göndərilsin. 3. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Şirvan- Salyan Regional Təhsil İdarəsi Tərəfindən Ə.Kürçaylı adına 7 saylı texniki fənlər təmayüllü məktəbdə yoxlamanın keçirilməsi üçün qəbul edilmiş qərarın və bu yoxlama ilə bağlı toplanmış sənədlərin surəti növbəti baxış iclası keçirilənə qədər məhkəməyə təqdim edilsin”. Cavabdeh Azərbaycan Respublı̇ kası Təhsı̇ l Nazı̇ rlı̇ yı̇ nin Şı̇ rvan-Salyan Regı̇ onal Təhsı̇ l İdarəsinin nümayəndəsi X11 məhkəməyə vəsatətə etiraz ərizəsi ünvanlayaraq, iddiaçı tərəfindən verilmiş video yazı şəklində olan sübutların məhkəmə tərəfindən rədd edilməsini, yeni cavabdehin cəlb olunmasının işin mahiyyətinə zidd olduğu üçün mümkün hesab edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil Nümayəndə iddianı müdafiə edərək, bildirmişdir ki, Şirvan-Salyan Regional İdarəsinə sorğu verilmişdir. İddiaçı qanunsuz olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən işdən çıxarılmışdır. Sorğularına cavab verilməmişdir. Sübut olaraq çəkilişləri əks etdirən “CD” disk əlavə etmişdir. Eyni zamanda işçiyə mənəvi ziyan dəymişdir. Ona görə də, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh Azərbaycan Respublı̇ kası Təhsı̇ l Nazı̇ rlı̇ yı̇ nin Şı̇ rvan-Salyan Regı̇ onal Təhsı̇ l İdarəsinin nümayəndəsi X11 bildirmişdir ki, çəkilişin harada aparıldığı bəlli deyildir. İşdən çıxarılma məktəbdə aparılan yoxlamaya əsaslanmır. İddiaçının əmək müqaviləsinə əsasən işləməli olduğu vəzifəni icra etmədiyi müəyyən edilmişdir. İşdən çıxarılmada səlahiyyətli tərəf məktəbdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli hazırlıq iclasında iştirak etmiş Salyan şəhər Ə.Kürçaylı adına 7 nömrəli texniki fənlər təmayüllü məktəb-liseyin direktor əvəzi X10 bildirmişdir ki, məktəbdə 30 ildir ki, informatika müəllimi işləyir. 27 dekabr 2024-cü il tarixdən direktor vəzifəsini müvəqqəti icra edir. İşdən çıxarılma ilə bağlı yaxından uzaqdan əlaqəsi yoxdur. Direktor Arzu müəllimədən sonra təxminən 20 gün müddətinə direktor vəzifəsini Yeganə müəllimə müvəqqəti icra etmiş, daha sonra o bu vəzifəni icra etməyə başlamışdır. Ləman xanım işində məsuliyyətli biridir. Ləman xanımın işə bərpa olunması və əmrin ləğv edilməsinə heç bir etirazı yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 52.2-ci maddəsinin tələbinə əsasən cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. MPM-in 191.1-ci maddəsinin tələbinə görə iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. MPM-in 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə İddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. MPM-in 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə cavabdeh Salyan şəhər Ə.Kürçaylı adına 7 nömrəli texniki fənlər təmayüllü məktəb-liseyin nümayəndəsi (direktor əvəzi) X4 iddianı qismən etiraf etməsinin qanuna zidd olmadığını və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli, 144/1 nömrəli əmrdən görünür ki, Salyan şəhər Ə.Kürçaylı adına 7 saylı texniki fənlər təmayüllü məktəb-liseydə xadimə vəzifəsində işləyən İddiaçı ilə bağlanmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə - peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə” maddəsinə əsasən xx.xx.2024-cü il tarixindən xitam verilmişdir. İş materiallarında olan Salyan 1 saylı Mediasiya Təşkilatının vermiş olduğu X5 iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixində ilkin mediasiya sessiyası üçün ərizə ilə müraciət etmişdir. xx.xx.2024-cü il tarixində sessiya keçirilmiş və cavabdeh Salyan şəhər Ə.Kürçaylı adına 7 saylı texniki fənlər təmayüllü məktəb-lisey və Şirvan-Salyan Regional Təhsil İdarəsinin nümayəndələrinin iştirak etməmələri əsasında müvafiq arayış verilmişdir. İş materiallarında olan Arzu Daşpoladova tərəfindən verilmiş izahatdan görünür ki, Ə.Kürçaylı adına 7 saylı texniki təmayüllü məktəb-liseyin xadiməsi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə texniki xəta nəticəsində əmək məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin yerinə “c” bəndinə əsaslanaraq xitam verilmişdir. Bununla əlaqədar tərəfindən Əmək Müfəttişliyinə və digər qurumlara müraciət ünvanlanaraq texniki xətanın düzəldilməsini üçün xahiş ediləcəkdir. İş materiallarında olan 04/1 nömrəli, xx.xx.2025-ci il tarixli əmrdən çıxarışdan görünür ki, “Salyan şəhər Ə.Kürçaylı adına 7 saylı texniki fənlər təmayüllü məktəb-liseydə vakant olan direktor vəzifəsinin Y.Cəfərovaya həvala edilməsi haqqında” Şirvan-Salyan Regional Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-29-34/3-1-466K/2024 nömrəli əmri xx.xx.2024-cü il tarixdə qüvvədən düşmüş hesab edilərək, Salyan şəhər Ə.Kürçaylı adına 7 saylı texniki və təbiət fənləri təmayüllü liseydə vakant olan direktor vəzifəsi üzrə əmək funksiyalarının icrası xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək həmin liseyin informatika müəllimi İradə Babayevaya həvalə olunmuşdur. 03 may 1996-cı il tarixli Dəyişdirilmiş Avropa Sosial Xartiyasının tələbinə əsasən, işçilərin əmək münasibətlərinə xitam verilməsi hallarında müdafiə hüququnun səmərəli həyata keçirilməsini təmin etmək məqsədilə Tərəflər aşağıdakıları tanımaq öhdəliyini götürürlər: a) bütün işçilərin, onların vəzifəsi və ya davranışı, yaxud müəssisənin, idarənin və ya xidmətin istehsal tələbləri əsasında əmək münasibətlərinə xitam verilməsi üçün qanuni səbəblər olmadan əmək münasibətlərinə xitam verilməməsi hüququ; b) qanuni səbəblər olmadan əmək münasibətlərinə xitam verilmiş işçilərin adekvat kompensasiya və ya digər müvafiq müavinətlər almaq hüququ. Bu məqsədlə Tərəflər əmək münasibətlərinə əsassız xitam verildiyini hesab edən işçinin qərəzsiz orqana şikayət etmək hüququnu təmin etmək öhdəliyini götürürlər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan sonra - Əmək Məcəlləsi) 68.1-ci maddəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək Məcəlləsinin 74-cü maddəsinə əsasən tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsinin əsasları müəyyən olunmuşdur. Həmin əsaslardan bir də (c) qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə əmək müqaviləsinə xitam verilə bilər. Əmək Məcəlləsinin 300.1-ci maddəsinin tələbinə əsasən, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tələbinə əsasən, əmək müqaviləsi işəgötürən tərəfindən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda ləğv edilə bilər. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, İddiaçı xx.xx.2012-ci il tarixdən məktəb-liseydə işə qəbul edilmiş, işlədiyi dövrdə heç bir intizam məsuliyyətinə cəlb edilməmişdir (əvvəllər mövcud olmuş intizam məsuliyyətilə bağlı heç bir sübut təqdim edilməmişdir). xx.xx.2024-cü il tarixdə ona məktəbin direktoru X9 ərizə yazmaqla işinə xitam verilməli olduğunu bildirmişdir. Həmçinin müəyyən edilmişdir ki, işə götürən iddiaçının əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2024-cü il tarixli, № 144/1 saylı əmrdə əsas kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsaslanmaqla “peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə” müqaviləyə xitam verilmişdir. İşə götürən sonradan yanlışlığa yol verdiyini görmüş, bu yanlışlıq müqaviləyə xitam verilməsi üçün əsas kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tələbinə əsasən deyil “c” bəndinin tələbinə əsasən xitam verilməsi kimi izah olunmuşdur. Məhkəmə iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddiaçının tələbi əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının, mediasiya xərcinin ödənilməsi, 10000 manat maddi və 5000 manat mənəvi ziyanın ödənilməsindən ibarətdir. Məhkəmə İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsinin iddiaçının yol verdiyi iddia olunan pozuntunun, yəni icra etməli olduğu xadiməçi vəzifəsi əvəzinə direktor köməkçisi (loborant) vəzifəsini icra etməsinə görə adekvat olmayan hesab edir. Beləliklə, məhkəmə şərh edilənlərə əsasən belə qənaətə gəlir ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə ləğv edilməsinə səbəb olan hallar “peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə” cavabehlər tərəfindən sübuta yetirilmədiyindən, habelə cavabdeh Salyan şəhər Əliağa Kürçaylı adına 7 nömrəli texniki fənlər təmayüllü məktəb-lisey tərəfindən iddia tələbi qismən, əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının ödənilməsi hissəsində qəbul edildiyindən, cavabdeh Salyan şəhər Əliağa Kürçaylı adına 7 nömrəli texniki fənlər təmayüllü məktəb-liseyin xx.xx.2024-cü il tarixli, № 144/1 saylı əmri ləğv edilməlidir. Həmçinin iddiaçıya xx.xx.2024-cü il tarixdən işə bərpa olunduğu günədək buraxdığı məcburi iş müddəti üçün əmək haqqı verilməlidir. İddia tələbinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Şirvan-Salyan Regional Təhsil İdarəsindən 10000 manat ziyan hissəsi ilə bağlı məhkəmə bildirir ki, iddiaçı tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən həmin hissədə iddia tələbi təmin edilməməlidir. Həmçinin iddia tələbinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Şirvan- Salyan Regional Təhsil İdarəsinin X1 5000 manat mənəvi ziyan alınaraq ona verilməsi hissəsi ilə bağlı məhkəmə bildirir ki, Aqil Bəşirov iş üzrə cavabdeh olmadığından ona qarşı hər hansı bir tələbin təmin olunması mümkün deyildir. İddiaçıya izah olunur ki, X12 qarşı iddia tələbi ilə mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ var. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, 50 manat mediasiya rüsumu cavabdeh Salyan şəhər Əliağa Kürçaylı adına 7 nömrəli texniki fənlər təmayüllü məktəb-liseyindən tutularaq Hənı̇ fəyeva Ləman Nadı̇ r qızına verilməlidir. Salyan şəhər Əliağa Kürçaylı adına 7 nömrəli texniki fənlər təmayüllü məktəbliseydən 50 manat məbləğində dövlət rüsumu tutularaq Dövlət nəfinə keçirilməlidir. Beləliklə, məhkəmə şərh edilənlərə əsasən belə qənaətə gəlir ki, Salyan şəhər Əliağa Kürçaylı adına 7 nömrəli texniki fənlər təmayüllü məktəb-liseyi tərəfindən iddiaçı Hənı̇ fəyeva Ləman Nadı̇ r qızının tutduğu vəzifəsindən azad edilməsi barədə xx.xx.2024cü il tarixli, № 144/1 saylı əmri ləğv edilməli, Hənı̇ fəyeva Ləman Nadı̇ r qızı əvvəlki işinə bərpa olunaraq, onun məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqı və 50 manat mediasiya rüsumu cavabdeh Salyan şəhər Əliağa Kürçaylı adına 7 nömrəli texniki fənləri təmayüllü məktəb-liseyindən tutularaq Hənı̇ fəyeva Ləman Nadı̇ r qızının xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Salyan şəhər Əliağa Kürçaylı adına 7 nömrəli texniki fənlər təmayüllü məktəb-liseyin xx.xx.2024-cü il tarixli, № 144/1 saylı əmri ləğv edilsin və Hənı̇ fəyeva Ləman Nadı̇ r qızı əvvəlki işinə bərpa edilsin. xx.xx.2024-cü il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı Hənı̇ fəyeva Ləman Nadı̇ r qızına ödənilsin. İddiaçının çəkdiyi mediasiya xərcinə görə 50 manat məbləğində pul vəsaiti cavabdeh Salyan şəhər Əliağa Kürçaylı adına 7 nömrəli texniki fənlər təmayüllü məktəb-liseydən tutularaq Hənı̇ fəyeva Ləman Nadı̇ r qızına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Salyan şəhər Əliağa Kürçaylı adına 7 nömrəli texniki fənləri təmayüllü məktəbliseydən 50 manat məbləğində dövlət rüsumu tutularaq Dövlət nəfinə keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №e-2(057)-425/2025
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-425/2025
07.02.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver