Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-677/2025 29.04.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Yüzbaşıyev Ramil Vahid oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə2, İddiaçı etibarnamə üzrə nümayəndəsi vəkil Nümayəndə1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı evə köçürülmə və maneələrin aradan qaldırılması tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı etibarnamə üzrə nümayəndəsi vəkil Nümayəndə1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ailə üzvləri ilə birlikdə ünvan 1vanda yerləşən mənzilə köçürülməyini və ünvan 1vanda yerləşən mənzilə reyestr çıxarışının hazırlanması, həmin mənzilə dair mənzil kirayə müqaviləsi və çıxarışın verilməsi üçün zəruri sənədlərin verilməsi üçün Salyan RİH, Salyan MİTTİB MMC və DƏDKR PHŞ 13 saylı Şirvan Ərazi İdarəsinin əməkdaşlarına yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi vəkil Nümayəndə1 iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı, Cavabdeh və üçüncü şəxs Maraqlı şəxs3 atası X12 xx.xx.2023-cü ildə və anaları X4 xx.xx.2024-cü ildə vəfat etmişlər. Salyan şəhəri Yusif Qasımov küçəsi 4 saylı evin 34 saylı mənzili mərhum ata X7 Salyan XDS İK xx.xx.1985-cı il tarixli 150 saylı orderlə 5 nəfər ailə üzvünə verilmişdir. X12 vəfat etdiyi üçün birgə mülkiyyətdə olan evə reyestr çıxarışı alınması üçün Salyan Mənzil İstismar Təmir Tikinti İstehsalat Birliyi MMC-yə, Maraqlı şəxs1nə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi idarəsinə müraciət olunmuş və orderdən də göründüyü kimi üç vərəsənin adı var və üçüdə qanun üzrə vərəsə hesab edilmişdir. Evin sənədləşdirilməsi üçün Salyan RİH rəsmi ərizə verilməsinə baxmayaraq sənədləşmə üçün cavabdeh X12 vəfat etdiyi üçün mülkiyyət və vərəsəlik hüququ məhdudlaşdırılmışdır. X15 Xidmət Mərkəzində notariat ofisinə müraciət etmiş və X12 xx.xx.2023-cü ildə və anaları X4 xx.xx.2024-cü ildə vəfat etdikləri və vərəsələr könüllü gəlmədiklərindən vərəsəlik haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Həmçinin Salyan RİH-də müraciət etmiş və həmin mənzilə reyestr çıxarışı almaq istəmiş lakin vərəsələr arasında mübahisə olduğundan notariat ofisi vərəsəlik haqqında şəhadətnamə verilməsindən imtina etmişdir. Həmin evin reyestr çıxarışı verilməsi üçün mənzilə dair kirayə müqaviləsi bağlanılması üçün mərhum atası X12 və mərhum anası X2 vərəsələrinə Salyan MİTTİB MMC-yə təqdim edilməsindən ötrü məktub verilməsini, müraciət həll edilmədiyi halda bu barədə müvafiq imtina məktubu verilməsi xahiş olunmuşdur. Həmçinin DƏDKR 13 saylı Şirvan ərazi idarəsində də xahiş edilmiş lakin hər iki müraciətə cavab verilməmişdir. Odur ki, iddianın təmin olunmasını və İddiaçı ailə üzvləri ilə birlikdə ünvan 1vanda yerləşən mənzilə köçürülməyini və həmin mənzilə reystr çıxarışının hazırlanması, həmin mənzilə dair mənzil kirayə müqaviləsi və çıxarışın verilməsi üçün zəruri sənədlərin verilməsi üçün Salyan RİH, Salyan MİTTİB MMC və DƏDKR PHŞ 13 saylı Şirvan Ərazi İdarəsinin əməkdaşlarına yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, İddiaçı onun həyat yoldaşıdır. Həmin evdə qaynı Cavabdeh öz ailəsi ilə birlikdə qalır, onları evə buraxmır. Uşaqları ilə küçələrdə qalır, sığınacaq yeri yoxdur. Cavabdehə dəfələrlə deməsinə baxmayaraq, razılıq verməmiş və mənzilin sənədləşdirilməsinə maneəçilik törətmişdir. Odur ki, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı etibarnamə üzrə nümayəndəsi vəkil Nümayəndə1 da Nümayəndə2 dediklərini bir daha təsdiq edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə maraqlı şəxslər Maraqlı şəxs1, Salyan Mənzil İstismar Təmir Tikinti İstehsalat Birliyi MMC və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxslərin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Ona görə də, məhkəmə işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs3 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1983-cü il tarixdə doğulmuş, ata qrafasında ata adı X12, ana qrafasında ana adı X1 qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Nümayəndə2 xx.xx.2011-ci il tarixdə Salyan rayonu Qeydiyyat şöbəsində rəsmi nikaha daxil və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 135 nömrəli qeydiyyat aparılmışdır. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2022-ci il tarixdə doğulmuş, ata qrafasında ata adı İddiaçı ana qrafasında ana adı Nümayəndə2 qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2011-ci il tarixdə doğulmuş, ata qrafasında ata adı İddiaçı ana qrafasında ana adı X8 qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2015-ci il tarixdə doğulmuş, ata qrafasında ata adı İddiaçı ana qrafasında ana adı Nümayəndə2 qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Salyan rayon Qeydiyyat şöbəsinin rəisi R.Hüseynov tərəfindən verilmiş 04 may 2023-cü il tarixli arayışdan görünür ki, nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X12 12 aprel 2023-cü il tarixdə ölmüşdür. İş materiallarına əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2024-cü il tarixdə ölmüşdür. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Salyan Regional “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən Salyan rayon Vəkil bürosunun vəkili Nümayəndə1 sorğusuna cavab olaraq 22 yanvar 2025-ci il tarixdə verilmiş məktubda qeyd olunmuşdur ki, "Vətəndaşlıq vəziyyəti aktları” Avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X12 və X3 dair yoxlama 22 yanvar 2025-ci ilədək aparılmış, ər X12 və arvad X4 vəfat etdiyini və onların ailə üzvləri İddiaçı, Maraqlı şəxs3 və Cavabdeh adlı övladları olduğu barədə məlumatlar aşkar edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Salyan Regional Asan Xidmət Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X11 İddiaçı ünvanladığı 28 dekabr 2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.2023-cü ildə vəfat etmiş mərhum atası X5 miras qalan əmlaka dair vərəsəlik şəhadətnaməsi verilməsi ilə bağlı olunmuş müraciətdə mirasın qəbulu üçün vərəsələr arasında mübahisə olması səbəbindən vərəsəlik şəhadətnaməsi verilməsində imtina edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Maraqlı şəxs1, Salyan Mənzil İstismar Təmir Tikinti İstehsalat Birliyi MMC tərəfindən Salyan rayon Vəkil bürosuna vəkil Nümayəndə1 sorğusuna cavab olaraq 08 noyabr 2024-cü il tarixdə verilmiş məktubda qeyd olunmuşdur ki, ünvan 2 "xxxx" MMC-nin balansındadır. Bu mənzil Salyan rayon XDSİK-si tərəfindən 12 fevral 1985-ci il 150 saylı order ilə vətəndaş X7 4 nəfərdən ibarət ailəsi ilə birlikdə yaşamaq hüququ verilmişdir. X12 xx.xx.2023-cü il tarixdə X4 2024cü il tarixdə vəfat etmişdir. Mənzil 3 otaqdan ibarətdir. 35.72 kv metrdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında verilmiş 20 fevral 2025-ci il tarixli arayışdan görünür ki, 12 avqust 2006-cı il tarixdən ünvan 2 ünvanında xx.xx.2022-ci il təvəllüdlü X14, xx.xx.1981-ci il təvəllüdlü Cavabdeh, xx.xx.2015-ci il təvəllüdlü X10 və xx.xx.2011-ci il təvəllüdlü X9 qeydiyyatdadırlar. İş materiallarına əlavə olunmuş Salyan "xxxx" MMC tərəfindən verilmiş 14 avqust 2023-cü il tarixli arayışdan görünür ki, ünvan 2 ünvanında İddiaçı qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Maraqlı şəxs1, Salyan Mənzil İstismar Təmir Tikinti İstehsalat Birliyi MMC tərəfindən vətəndaş İddiaçı verilmiş 24 aprel 2024-cü il tarixli arayışdan görünür ki, ünvan 2№-li mənzil mərhum X6 adınadır. Həmin mənzildə ailə üzvləri İddiaçı, Nümayəndə2, X14, Cavabdeh, X10 və X9 pasport qeydiyatındadırlar. Tədqiq edilmiş iş materialları ilə məhkəmə tərəfindən müəyyən edildi ki, Salyan şəhəri Yusif Qasımov küçəsi 4 saylı evin 34 saylı mənzil mərhum X7 Salyan XDS İK xx.xx.1985-cı il tarixli 150 saylı orderlə 5 nəfər ailə üzvünə verilmişdir. X12 xx.xx.2023-cü ildə və X4 xx.xx.2024-cü ildə vəfat etmişlər və onların İddiaçı, Maraqlı şəxs3 və Cavabdeh adlı vərəsələri qalmışdır. X12 vəfat etdiyi üçün birgə mülkiyyətdə olan evə reyestr çıxarışı alınması üçün Salyan Mənzil İstismar Təmir Tikinti İstehsalat Birliyi MMC-yə, Maraqlı şəxs1nə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi idarəsinə müraciət olunmuşdur. Orderdən göründüyü kimi, mənzil Salyan rayon XDSİK-si tərəfindən 12 fevral 1985-ci il 150 saylı order ilə vətəndaş X7 4 nəfərdən ibarət ailəsi ilə birlikdə yaşamaq hüququ verilmiş və üçü də qanun üzrə vərəsə hesab edilmişdir. Evin sənədləşdirilməsi üçün Salyan RİH rəsmi ərizə verilməsinə baxmayaraq, sənədləşmə üçün X12 vəfat etdiyi üçün mülkiyyət və vərəsəlik hüquqları məhdudlaşmışdır. Bu barədə X15 Xidmət Mərkəzində notariat ofisinə müraciət etmiş və X12 xx.xx.2023-cü ildə və anaları X4 xx.xx.2024-cü ildə vəfat etdikləri və vərəsələr könüllü gəlmədiklərindən vərəsəlik haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Salyan RİH-ə müraciət edilmiş, həmin mənzilə reyestr çıxarışı almaq istəmiş, lakin vərəsələr arasında mübahisə olduğundan notariat ofisi vərəsəlik haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Hazırda iddiaçı ailə üzvləri ilə birlikdə ünvan 1vanda yerləşən mənzilə köçürülməyini və ünvan 1vanda yerləşən mənzilə reystr çıxarışının hazırlanması, həmin mənzilə dair mənzil kirayə müqaviləsi və çıxarışın verilməsi üçün zəruri sənədlərin verilməsi üçün Salyan RİH, Salyan MİTTİB MMC və DƏDKR PHŞ 13 saylı Şirvan Ərazi İdarəsinin əməkdaşlarına yaradılan maneələrin aradan qaldırılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Maraqlı şəxs1, Salyan Mənzil İstismar Təmir Tikinti İstehsalat Birliyi MMC tərəfindən vətəndaş İddiaçı verilmiş 24 aprel 2024-cü il tarixli arayışdan görünür ki, ünvan 2 mərhum X6 adınadır. Həmin mənzildə ailə üzvləri İddiaçı, Nümayəndə2, X14, Cavabdeh, X10 və X9 pasport qeydiyatındadırlar. Məhkəmə hesab edir ki, İddiaçı və ailəsinin hazırda mübahisəli mənzilə Cavabdeh tərəfindən buraxılmamaları nəticəsində ünvan 3 ünvanda yerləşən mənzilədə yaşamaq, mənzilə dair sənədlərin hazırlanması, yəni mənzil kirayə müqaviləsi və çıxarışın verilməsinə yaratdığı maneələr səbəbindən onların hüquqları pozulmuşdur. Odur ki, iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. 08 iyul 1982-ci il tarixli (01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş) Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra - Mənzil Məcəlləsi) 4-cü maddəsində Azərbaycan vətəndaşlarının mənzil hüququnun olmasını təsbit edilmişdir. Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən, dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən, yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinə icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Hazırda qüvvədə olan (2009-cu ildən) Mənzil Məcəlləsinin 2.2-ci maddəsinə görə Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla olan şəxslər mülkiyyətçi, kirayəçi qismində və qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslarla yaşamaq üçün yaşayış sahəsini sərbəst seçmək hüququna malikdirlər. Mənzil Məcəlləsinin 3.2-ci maddəsinə əsasən, vətəndaşların yaşamaq üçün sərbəst yaşayış sahəsini seçmək hüququnun məhdudlaşdırılmasına yalnız bu Məcəllə, digər qanun əsasında yol verilir. Mənzil Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı ailə üzvləri ilə birlikdə ünvan 4 ünvanda yerləşən mənzilə köçürülməli, Cavabdeh tərəfindən ünvan 3 ünvanda yerləşən mənzilə reyestr çıxarışının hazırlanması, həmin mənzilə dair mənzil kirayə müqaviləsi və çıxarışın verilməsi, həmçinin zəruri sənədlərin verilməsi üçün Maraqlı şəxs1, Maraqlı şəxs1 "xxxx" MMC-nin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR PHŞ 13 saylı Şirvan Ərazi İdarəsinin əməkdaşlarına yaradılan maneələr aradan qaldırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı ailə üzvləri ilə birlikdə ünvan 3 ünvanda yerləşən mənzilə köçürülsünlər. Cavabdeh tərəfindən ünvan 3 ünvanda yerləşən mənzilə reyestr çıxarışının hazırlanması, həmin mənzilə dair mənzil kirayə müqaviləsi və çıxarışın verilməsi, həmçinin zəruri sənədlərin verilməsi üçün Maraqlı şəxs1, Maraqlı şəxs1 "xxxx" MMC-nin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR PHŞ 13 saylı Şirvan Ərazi İdarəsinin əməkdaşlarına yaradılan maneələr aradan qaldırılsın. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №e-2(057)-677/2025
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-677/2025
29.04.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver