Məhkəmə qərarları › İş №e-2(057)-999/2025

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(057)-999/2025

10.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № e-2(057)-999/2025 10.04.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X2 vərəsəsi Cavabdeh qarşı “müqavilə üzrə yaranmış borcun ölmüş şəxsin mirası qəbul etmiş vərəsəsindən tutulması” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - "xxxx" ASC və ya iddiaçı) cavabdeh X2 vərəsəsi Cavabdeh (bundan sonra - cavabdeh) qarşı “müqavilə üzrə yaranmış borcun ölmüş şəxsin mirası qəbul etmiş vərəsəsindən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 vərəsəsi Cavabdeh "xxxx" ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli BPM**********62 saylı X9 əsasən kart kredit limiti üzrə 2301.87 manat əsas, 8.53 manat faiz borcu olmaqla, cəmi 2310.4 manat, xx.xx.2022-ci il tarixli BPM**********72 saylı Kredit Müqaviləsinə əsasən nağd kredit üzrə cəmi 4909.67 manat əsas borcu olmaqla, ümumilikdə cəmi 7220.07 (yeddi min iki yüz iyirmi tam yüzdə yeddi) manat, 92.21 manat dövlət rüsumunun və 0.4 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2020-ci il tarixli BPM**********44 saylı X12 Müqaviləsinə əsasən ona 24 %-lə 36 ay müddətinə 500 manat məbləğində kart kredit limiti verilmişdir. Daha sonra onun müraciəti üzrə xx.xx.2022-ci il tarixli BPM**********62 saylı X9 əsasən ona verilən Tam karta xx.xx.2023-cü il tarixədək müddətə 4200 manat məbləğində kart kredit limiti təyin edilmişdir. Bundan əlavə "xxxx" ASC ilə X5 arasında bağlanılmış xx.xx.2022-ci il tarixli BPM**********72 saylı Kredit Müqaviləsinə əsasən ona 24 %-lə 55 ay müddətinə 10000 manat məbləğində kart kredit limiti verilmişdir. Tərəflər arasında bağlanmış Kredit Müqavilələri ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilələr ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Lakin xx.xx.2024-cü il tarixdə borclu X5 vəfat etmiş və bundan sonra ödənişlər ödəniş qrafiki üzrə aparılmamışdır. Bunun nəticəsində "xxxx" ASC ilə cavabdeh X5 arasında bağlanmış xx.xx.2022-ci il tarixli BPM**********62 saylı X9 əsasən kart kredit limiti üzrə 2301.87 manat əsas, 8.53 manat faiz borcu olmaqla cəmi 2310.4 manat borcu, xx.xx.2022-ci il tarixli BPM**********72 saylı Kredit Müqaviləsinə əsasən nağd kredit üzrə cəmi 4909.67 manat əsas borcu olmaqla ümumilikdə cəmi 7220.07 manat borcu yaranmışdır. Salyan rayon Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli AZ-İİ № 407051saylı ölüm haqqında şəhadətnaməsindən görünür ki, X8 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Salyan Regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin xx.xx.2024-cü il tarixli 2V-279 saylı və xx.xx.2024-cü il tarixli 2V-599 saylı qanun üzrə X6 şəhadətnamələrindən görünür ki, X1 qalmış mirası atası Cavabdeh qəbul etmişdir. Müqavilələr üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədən kənar qaydada həll edilməsi məqsədilə borclu X2 vərəsəsi Cavabdeh xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Qeyd olunan əməliyyatlardan sonra yaranmış borclarla bağlı mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. İddiaçının nümayəndəsi Nümayəndə3 məhkəməyə elektron kabinet vasitəsi ilə ərizə ünvanlayaraq, iddianı müdafiə edərək, məhkəmə baxış iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, təqaüdçüdür. İddianı qəbul edir. O, borcundan xx.xx.2025-ci il tarixdə 1000 manat ödəmişdir. Qalan borcu ödəyəcəkdir. Cavabdeh məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, iddianı qəbul edir. Heç bir etirazı yoxdur. Əlavə olaraq bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə 1000 manat iddiaçı bankın hesabına ödəmişdir. Nəzərə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. MPM-in 191.1-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. MPM-in 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə İddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. MPM-in 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə cavabdehin izahatını dinləyib, cavabdehin iddianı etiraf etməsinin qanuna zidd olmadığını və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, № BPM**********72 saylı kredit müqaviləsindən görünür ki, X4 illik 24 %-lə, 55 ay müddətinə 10000 manat kart kredit limiti verilmişdir. İş materiallarında olan X3 notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 xx.xx.2024-cü ildə ölmüşdür. İş materiallarında olan Salyan regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X7 tərəfindən təsdiq edilmiş 2V-599 nömrəli, xx.xx.2024-cü il tarixli Qanun üzrə X6 Şəhadətnamədən görünür ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş - X2 vərəsəsi, ünvan 1i ünvanında qeydiyyatda olan atası Cavabdehdur və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat Qeydiyyat və Reyestr Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 3-16- 5/2-10-3595/2/24 saylı məktubuna əsasən mərhum X2 vərəsələrinə ödəniləcək 450 manat müavinətdən ibarətdir. İş materiallarında olan Salyan regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X7 tərəfindən təsdiq edilmiş 2V-279 nömrəli, xx.xx.2024-cü il tarixli Qanun üzrə X6 Şəhadətnamədən görünür ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş - X2 vərəsəsi, ünvan 1i ünvanında qeydiyyatda olan atası Cavabdehdur və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin ədliyyə sahəsində xidmətlər baş idarəsinin xx.xx.2024-cü il tarixli 3-16- 5/2-10-3595/24 saylı məktubuna əsasən mərhum X2 5194.50 manat müavinətdən ibarətdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli cavabdehə ünvanlanmış bildirişdən görünür ki, ondan kredit müqaviləsi üzrə yaranmış öhdəliyini 3 gün müddətində tam yerinə yetirməsi xahiş edilmiş, əks halda tərəflərindən borcun qaytarılması üçün məhkəməyə müraciət olunacaqdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən xx.xx.2024-cü il tarixədək banka 2301.87 manat əsas borc, 8.53 manat faiz borcu olmaqla, cəmi 2310.4 manat borcu yaranmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən xx.xx.2025-ci il tarixədək banka 4909.67 manat əsas borc olmaqla, cəmi 4909.67 manat borcu yaranmışdır. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı mülki işin Salyan Rayon Məhkəməsində baxılması üçün 91.21 manat dövlət rüsumu, 0.40 manat bank xidmət haqqı olmaqla, cəmi 91.61 manat pul ödəmişdir. İş materiallarına əlavə edilmiş 23967 nömrəli, xx.xx.2025-ci il tarixli qəbzin surətindən görünür ki, X5 321UMML220190001 nömrəli müqavilə üzrə borcundan "xxxx" ASC-nin hesabına 1000 (bir min) manat ödəniş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 385.1-ci maddəsinin tələbinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 389.1-ci maddəsində verilmişdir. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isəaldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli qərar). Hazırki işin mübahisəsiz halından da görünür ki, cavabdeh vərəsə mərhum X2 birinci növbə vərəsə kimi oğlu vəfat etdikdən sonra mirasda payından imtina etməsi ilə bağlı hər hansı iradə ifadəsini göstərməmiş, bu barədə notarial qaydada ərizə verməmişdir. Ailə üzvlərinin mənafeyinin üstünlüyü vərəsəlik hüququnun əsasında duran ailə təminatı prinsipindən irəli gəlir. Bu prinsip vətəndaş cəmiyyətinin özəyini təşkil edən ailənin təminatı məqsədilə yaxın qohumluqla (uşaq, ər, arvad, valideynlər) miras qoyana bağlı olan şəxslərin mənafeyinin digər şəxslərin mənafeyindən üstün olmasını nəzərdə tutur. Ailə-təminat prinsipinin məntiqinə əsasən mülkiyyətçiyə yaşadığı dövrdə məxsus olan əmlak (əmlakın müəyyən hissəsi) üzərində sərəncam vermək hüququ onun vəfatından sonra yaxın ailə üzvlərinə məxsus olmalıdır. Bu prinsip qanun üzrə vərəsəlik zamanı növbəlik, irsi transmissiya qaydalarında özünü göstərir və mirasın daha yaxın şəxslər dairəsinə çatmasına xidmət edir. “Mirasdan imtina” anlayışı hüquqi məntiqə uyğun olaraq artıq yaranmış olan, mövcud bir hüququn rədd edilməsini ifadə edir. Miras açıldıqdan sonra vərəsə susmuşsa, yəni mirası qəbul və ya ondan imtina etməmişsə, qanunverici vərəsənin mirasdan imtina etmədiyini ehtimal etmiş və müvafiq olaraq mirasdan imtinanın nəticələrinin ona tətbiq edilməməsini nəzərdə tutmuşdur. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş X2 vərəsəsi: ünvan 1i ünvanında qeydiyyatda olan atası Cavabdehdur və o, miras əmlakdan tam hissədə pay almışdır. Məhkəmə baxışında cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən və xx.xx.2025-ci il tarixli 23967 nömrəli qəbzdən görünür ki, X2 № 321UMML220190001 nömrəli müqavilə üzrə borcundan "xxxx" ASC-nin hesabına 1000 (bir min) manat məbləğində pulu ödəniş etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, müqavilədə nəzərdə tutulan öhdəlik lazımınca yerinə yetirilmədiyindən iddia qismən təmin edilməlidir. Mülki Məcəllənin 739.2-ci maddəsinə görə, kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxsə aid edilir. Belə olan halda, iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün İddiaçı tərəfindən ödənilmiş 91.21 manat dövlət rüsumu, 0.40 manat bank xidmət haqqı olmaqla, cəmi 91.61 manat pul cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli Cavabdeh xx.xx.2022ci il tarixli № BPM**********62 saylı Tam Kart müqviləsinə əsasən kart kredit limiti üzrə 2301.87 (iki min üç yüz bir manat səksən yeddi qəpik) manat əsas, 8,53 (səkkiz manat əlli üç qəpik) manat faiz, № BPM**********72 saylı, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən nağd kredit üzrə 3909.67 (üç min doqquz yüz doqquz manat altmış yeddi qəpik) manat əsas borcu olmaqla, cəmi 6220.07 (altı min iki yüz iyirmi manat yeddi qəpik) manat və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 82.20 (səksən iki manat iyirmi qəpik) manat məbləğində pul tutularaq "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və MPM-nin 213, 214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh № BPM**********62 saylı, xx.xx.2022-ci il tarixli Tam Kart müqviləsinə əsasən kart kredit limiti üzrə 2301.87 (iki min üç yüz bir manat səksən yeddi qəpik) manat əsas, 8,53 (səkkiz manat əlli üç qəpik) manat faiz, xx.xx.2022-ci il tarixli BPM**********72 saylı kredit müqaviləsinə əsasən nağd kredit üzrə 3909.67 (üç min doqquz yüz doqquz manat altmış yeddi qəpik) manat əsas borcu olmaqla, cəmi 6220.07 (altı min iki yüz iyirmi manat yeddi qəpik) manat və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 82.20 (səksən iki manat iyirmi qəpik) manat məbləğində pul tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar