Məhkəmə qərarları › İş №e-2(058)-159/2024

Samux Rayon Məhkəməsi Qətnamə — İş №e-2(058)-159/2024

17.04.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № e-2(058)-159/2024 17.04.2024 SAMUX RAYON MƏHKƏMƏSİ X10 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçının nümayəndəsi – vəkil Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Məhkəmənin inzibatı binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh xx.xx.1984-cü il təvəllüdlü Cavabdeh Samux rayonu, Sərkar kəndində yerləşən, daşınmaz əmlakın reyestr nömrəsi **********96- 10301, qeydiyyat nömrəsi ********** olan 0.0939 ha həyətyanı torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evinə istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun bacısıdır. Cavabdeh 2006-cı ilə kimi, yəni ailə həyatı qurub köçənədək Samux rayonu, Sərkar kəndində yaşamış, Samux rayonu, Ziyadlı kənd sakini X7 ilə rəsmi nikaha girmiş və Samux rayonu, Ziyadlı kəndinə gəlin köçmüşdür. Cavabdehin 2006-cı ildən Samux rayonu, Sərkar kəndində daimi yaşamaması bir neçə faktla təsdiq edilir – 1. Samux Rayon İcra Hakimiyyəti Başçısının Sərkar Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin verdiyi xx.xx.2023-cü il tarixli, 1040 saylı arayışdan görünür ki, Samux rayonu, Sərkar kəndində yerləşən 0.0939 ha həyətyanı torpaq sahəsində İddiaçı məxsus mülkdə Ələsgərova X1 pasport qeydiyyatında olmasına baxmayaraq, 2006-cı ildən ailə quraraq həmin mülkdən Ziyadlı kəndinə köçmüş və hal-hazırda həmin kənddə yaşayır. 2. Cavabdeh ilə Natiq Qarayevin rəsmi nikahlarından doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2008-ci il təvəllüdlü X3 rayonu, Ziyadlı tam orta məktəbdə oxuyurlar. Cavabdehin mülkiyyət hüququ ilə ona məxsus olan evdə pasport qeydiyyatında qalması mülkiyyət hüququnu pozmaqla yanaşı əlavə kommunal xərclər ödəməyinə səbəb olur, mülkiyyətində olan mənzillə bağlı sərəncam vermək hüququ məhdudlaşır. Həmçinin, cavabdehə ünvanlanan poçt göndərişlərinin onun tərəfindən qəbul edilməsi səhhətinə mənfi təsir göstərir. Cavabdeh istifadə hüququ olmuş, lakin evi tərk edib daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə köçməklə evdən istifadə hüququnu itirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi – vəkil Nümayəndə iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, Cavabdeh 2006-cı ildən mübahisəli evdən köçüb getmiş, hazırda həmin evdə bağlılığı yoxdur, Həsən Qarayevlə rəsmi nikahda olmaqla, daimi olaraq Samux rayonu, Ziyadlı kəndində yaşayır. Məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixdə 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Notariat ofisində 4Ə-2443 reyerstr nömrəli “daşınmaz əmlakın bağışlanması” müqaviləsindən görünür ki, Samux rayonu, Sərkar kəndində yerləşən ümumi sahəsi 197.6 kv.m olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi mülkiyyətdə olan 0.0939 ha torpaq sahəsi tam mülkiyyət üzrə X2 tərəfindən qardaşı oğlu İddiaçı bağışlanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Samux rayonu, Sərkar kəndində yerləşən fərdi yaşayış evi İddiaçı adına qeyd edilmişdir. İş materiallarında olan Samux rayon Polis şöbəsi tərəfindən İddiaçı ünvanlanmış məktubdan görünür ki, Samux rayonu, Sərkar kəndində yerləşən fərdi yaşayış evində qeydiyyatda olan Cavabdeh pasport qeydiyyatından məcburi qaydada çıxarılması Polis şöbəsinin səlahiyyəti daxilində deyildir. İş materiallarında olan Samux rayon İcra Hakimiyyətinin Başçısının Sərkar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı məxsus olan reyestr nömrəsi **********96-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il tarixdə verilən Samux rayonu, Sərkar kənd ünvanında yerləşən 0.0939 ha həyətyanı torpaq sahəsində tikilmiş fərdi yaşayış evində İddiaçı 1983-cü ildən daimi pasport qeydiyyatındadır. Samux rayonu, Sərkar kəndində yerləşən 0.0939 ha həyətyanı torpaq sahəsində İddiaçı məxsus olan mülkdə Ələsgərova X1 qeydiyyatda olmasına baxmayaraq, 2006-cı ildən ailə quraraq həmin mülkdən Ziyadlı kəndinə köçmüş və halhazırda həmin kənddə yaşayır. Azərbaycan Respublikası Kontitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası 29.1-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinin tələbinə görə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə yaşayış yerindən istifadə hüququna xitam verildikdə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Samux rayonu, Sərkar kəndində yerləşən fərdi yaşayış evi əmisi X2 tərəfindən İddiaçı bağışlanmışdır. Hazırda iddiaçı mübahisəli evin mülkiyyətçisidir, həmin evdə qeydiyyatda olmaqla, yaşayır. Cavabdeh iddiaçıya məxsus Samux rayonu, Sərkar kəndində yerləşən evdə qeydiyyatda olmasına baxmayaraq, həmin ünvanda yaşamır. Hazırda cavabdeh mübahisəli evdən yaşayış sahəsi kimi istifadə etmir, daimi olaraq başqa ünvanda yaşayır və yaşayış sahəsindən istifadəyə görə üzərinə düşən vəzifəni yerinə yetirmir. Cavabdehin formal olaraq mübahisəli mənzildə qeydiyyatda qalması, iddiaçının ev üzərində hüquqlarını məhdudlaşdırır. Məhkəmə hesab edir ki, iddiaçının mülkiyyət hüququ müdafiə olunmalı, mülkiyyətindən maneəsiz istifadə etmək hüququ təmin olunmalı, Cavabdeh İddiaçı məxsus Samux rayonu, Sərkar kəndində yerləşən evə olan istifadə hüququ itirilmiş hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdeh İddiaçı məxsus Samux rayonu, Sərkar kəndində yerləşən evə olan istifadə hüququ itirilmiş hesab olunsun. İş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar