Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № e-2(058)-389/2024 04.04.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçının hesabına əsassız varlanması nəticəsində əldə etdiyi 766.85 manat pul vəsaiti və iddia ərizəsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 32.15 manat pul vəsaitinin Cavabdeh tutulub İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə cavabdeh arasında fiziki şəxslərə ödəniş kartının verilməsi üzrə xidmətlərin göstərilməsinə dair 07 iyul 2021-ci il tarixli ******************** saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən bank ödəniş kartının verilməsi ilə bağlı müvafiq bank xidmətləri göstərməyi, müştəri isə müqavilə üzrə nəzərdə tutulmuş hallarda komissiya haqqlarını, xidmət haqqlarını, habelə digər ödənişlərin həyata keçirməyi öz öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinə əsasən bank tərəfindən müvafiq kart cavabdehə təhvil verilmiş və onun istifadəsində olmuşdur. xx.xx.2022 - xx.xx.2022-ci il tarixləri aralığında “magicoyo.com”a və “tr.yabophoto.com”a xidmət göstərən müvafiq banklar tərəfindən birbaşa silinmələr daxil olmuşdur. Bununla da Banka 766.85 ( yeddi yüz altmış altı manat, səksən beş qəpik) manat həcmində ziyan dəymişdir. Cavabdeh tərəfindən əsassız varlanma nəticəsinə əldə olunmuş vəsaitin və iddia ərizəsi ilə müraciət etmək üçün ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən tutulmasına dair tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan 15 noyabr 2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.2022 xx.xx.2022-ci il tarixləri aralığında “magicoyo.com”a və “tr.yabophoto.com”a xidmət göstərən müvafiq banklar tərəfindən birbaşa silinmələr daxil olmuşdur Bununla əlaqədar banka 766.85 ( yeddi yüz altmış altı manat, səksən beş qəpik) manat həcmində ziyan dəymişdir. İş materiallarında olan elektron çıxarışdan görünür ki, xx.xx.2022 -xx.xx.2022-ci il tarixləri aralığında “magicoyo.com”a və “tr.yabophoto.com”a xidmət göstərən müvafiq banklar tərəfindən müvafiq məbləğlərdə silinmələr olmuşdur. İş materiallarında olan İddiaçı ASC-nin 18 yanvar 2024-cü il pretenziya məktubundan görünür ki, bank tərəfindən Cavabdeh məxsus olmayan pulun 5 təqvim günü ərzində karta mədaxil edilməyəcəyi halda vəsaitin qaytarılması barədə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ASC tərəfindən Cavabdeh istifadəsinə plastik kart verilmiş, cavabdeh həmin kart üzrə aparmış olduğu əməliyyatlar zamanı ona məxsus olmayan 766.85 manat pulu bankın hesabına əsassız əldə etmişdir. İddiaçının iddia tələbinin əsaslı olması iş materialları ilə sübuta yetirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Mülki Məcəllənin 1091-ci maddəsində qeyd olunur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddiaçının məhkəməyə təqdim etdiyi sənədlərlə, cavabdeh tərəfindən iddiaçının hesabından 766.85 manat pulun əsassız məxaric edildiyi öz təsdiqini tapır. Tərəflər arasında həmin məbləğin məxaric edilməsinə dair heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, cavabdeh əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə həmin pul məbləğləri ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu da cavabdehdən alınaraq ona ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 766.85 (yeddi yüz altmış altı manat səksən beş qəpik) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 32.15 (otuz iki manat on beş qəpik) manat pul alınaraq İddiaçı ASCyə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №e-2(058)-389/2024
Samux Rayon Məhkəməsi Qətnamə — İş №e-2(058)-389/2024
04.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver