Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № e-2(058)-584/2025 01.07.2025 SAMUX RAYON MƏHKƏMƏSİ X1 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi, əmlakın saxlanca verilməsi və pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC-ti Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi, əmlakın saxlanca verilməsi və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə "xxxx" ASC-ti arasında bağlanmış xx.xx.2021-ci il tarixli BPM**********30 nömrəli “Depozit seyfinin icarəyə verilməsi haqqında müqavilə”nin ləğv edilməsi, 501 saylı depozit seyfinin açılaraq orada olan əmlakın "xxxx" ASC-nin saxlancına verilməsi, Cavabdeh "xxxx" ASCnin xeyrinə 600 (altı yüz) manat depozit seyfinin icarə haqqının, 30 (otuz) manat dövlət rüsumunun və 0.40 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-ti və Cavabdeh arasında xx.xx.2021-ci il tarixli BPM**********30 nömrəli depozit seyfinin icarəyə verilməsi haqqında müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən Bank 501 saylı depozit seyfini və həmin seyfin açarını müqavilə imzalandığı tarixdən etibarən 3 (üç) ay müddətinə müvəqqəti istifadə üçün Cavabdeh icarəyə vermişdir. Müqavilədən irəli gələrək xx.xx.2021-ci il tarixli balansdan kənar məxaric orderinə (No BPM**********30) əsasən 501 saylı depozit seyfinin açılması üçün zəruri olan hər 2 (iki) açar da bank tərəfindən Cavabdeh təhvil verilmişdir. xx.xx.2021-ci il tarixli memorial orderə əsasən xx.xx.2021-ci il tarixdə Cavabdeh depozit seyfinin icarəsi üzrə xx.xx.2022-ci il tarixə qədər olan müddət üçün 30 (otuz) manat məbləğində komisyon haqqını (icarə haqqını) Banka qabaqcadan tam həcmdə ödəmişdir. xx.xx.2021-ci il tarixdən sonrakı müddət üçün isə Cavabdeh tərəfindən banka ödəniş olunmamışdır. xx.xx.2021-ci il tarixdən sonra Cavabdeh tərəfindən müqaviləyə xitam verilmədiyi və müvəqqəti istifadəyə götürülən depozit seyfi açarları ilə birgə banka təhvil verilmədiyinə görə müqavilənin 2.4-cü maddəsinə əsasən müqavilə Cavabdeh depozit seyfindən istifadə hüququ ilə birlikdə avtomatik olaraq 1 (bir) ay müddətinə uzadılmış və bundan sonra da hər növbəti uzadılma müddəti müvafiq olaraq 1 (bir) ay olmuşdur. xx.xx.2025-ci il tarixli, 116 nömrəli maliyyə arayışına əsasən Cavabdeh ilə Bank arasında xx.xx.2021-ci il tarixdə 501 saylı depozit seyfinin icarəyə verilməsi haqqında xx.xx.2021-ci il tarixli, BPM**********30 nömrəli müqavilə bağlanmış, Cavabdeh həmin müqaviləyə əsasən 501 saylı seyfin icarəsi üçün ilk dəfə xx.xx.2021-ci il tarixdə 30 manat məbləğində ödəniş etmişdir və həmin ödəniş xx.xx.2022-ci il tarixə qədər olan dövr üçün nəzərdə tutulmuş, sözügedən ödəniş Cavabdehnın etdiyi son ödəniş olmuş, sonrada tərəfindən banka hər-hansısa ödənişlər edilməmiş, xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək Cavabdeh 501 saylı depozit seyfinin icarəsi üçün 600 manat (altı yüz) manat məbləğində borcu yaranmışdır. Cavabdeh tərəfindən depozit seyfinə qoyulmuş əmlakın hələ də depozit seyfində saxlanılması, depozit seyfinin boşaldılmaması, açarların Banka təhvil verilməməsi, tərəflərin müqavilə üzrə öhdəliklərinə hazırki günə qədər xitam verilməməsinə səbəb olmuşdur. Beləliklə, müqavilənin ləğv edilməməsi və öhdəliklərə xitam verilməməsinin səbəbi məhz Cavabdeh tərəfindən müqavilə üzrə üzərinə düşən öhdəliklərini lazımi qaydada yerinə yetirməməsi olmuşdur. İddiaçı "xxxx" ASC-ti məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq, mülki işə nümayəndənin iştirakı olmadan baxılması və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçı "xxxx" ASC-ti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli depozit seyfinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən 501 saylı depozit seyfi 03 ay müddətinə müvəqqəti istifadəyə verilmişdir İş materiallarında olan xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, iddiaçı "xxxx" ASC-ti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli BPM**********30 nömrəli müqaviləyə əsasən 501 saylı depozit seyfinin icarəsi üçün ilk dəfə xx.xx.2021-ci il tarixdə Cavabdeh tərəfindən 30 manat məbləğində ödəniş edilmiş və həmin ödəniş xx.xx.2022-ci il tarixə qədər olan dövr üçün nəzərdə tutulmuşdur. Sözügedən ödəniş Cavabdeh etdiyi son ödəniş olmuşdur və sonrada Cavabdeh tərəfindən "xxxx" ASC-yə hər-hansısa ödənişlər edilməmişdir. xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək Cavabdeh 501 saylı depozit seyfinin icarəsi üçün 600 manat məbləğində borcu yaranmışdır. xx.xx.2025-ci il tarixli "xxxx" ASC-ti tərəfindən Cavabdeh ünvanlanmış bildirişdən görünür ki, Cavabdeh borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə qanunvericiliyə əsasən iddia tələbi ilə məhkəməyə müraciət edəcəyi bildirilmişdir. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 944.1-ci maddəsinə əsasən bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 946.1-ci maddəsainə əsasən bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin olunmalı, belə ki, iddiaçı tərəfindən təqdim olunmuş arayışdan da görünür ki, "xxxx" ASC-ti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə üzrə cavabdehin borcu 600 manat təşkil edir. Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış depozit seyfinin icarə müqaviləsi ləğv edilməli, cavabdehdən də məhz tələb olunan məbləğ tutulmalıdır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidmət haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ilə "xxxx" ASC-ti arasında bağlanılmış xx.xx.2021-ci il tarixli BPM**********30 nömrəli depozit seyfinin icarəyə verilməsi haqqında müqavilə ləğv edilsin. 501 saylı depozit seyfi açılaraq, orada olan əmlak "xxxx" ASC-nin saxlancına verilsin. Cavabdeh "xxxx" ASC-nin xeyrinə 600 (altı yüz) manat depozit seyfinin icarə haqqı, 30 (otuz) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat bank xidmət haqqı tutulsun. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №e-2(058)-584/2025
Samux Rayon Məhkəməsi Qətnamə — İş №e-2(058)-584/2025
01.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver