Məhkəmə qərarları › İş №e-2(058)-798/2024

Samux Rayon Məhkəməsi Qətnamə — İş №e-2(058)-798/2024

23.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № e-2(058)-798/2024 23.12.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, İddiaçı İlyas oğlu və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) X1 və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı İlyas oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı İlyas oğlu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia qaldıraraq сavabdehlərdən müştərək qaydada 21500 manat və həmin məbləgin 5%i, yəni 1075 manat, cəmi 22575 manat, həmçinin Cavabdeh2 6800 manat və həmin məbləgin 5%-i 340 manat pulun, həmçinin cavabdehlərdən müştərək qaydada 179 manat dövlət rüsumunun, 320 manat hüququ yardıma görə vəkilə ödənilən xərcin əvəzinin tutlaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 arasında **-NP-*** (hazırda **-BH-***) dövlət qeydiyyat nişanlı “Mercedes-Benz” yük markalı və **- ZD-*** (hazırda **-ZA-***) dövlət qeydiyyat nişanlı, “SKO24” markalı yarımqoşqu soyuducu furqon avtonəqliyyat vasitələrinin alğı-satqısına dair bağlanmış xx.xx.2022-ci il tarixli alğı-satqı müqavilələrinin etibarsız sayılması, **-NP-*** (hazırda **-BH-***) dövlət qeydiyyat nişanlı “Mercedes-Benz” yük markalı və **-ZD-*** (hazırda **-ZA-***) dövlət qeydiyyat nişanlı, “SKO24” markalı yarımqoşqu soyuducu furqon avtonəqliyyat vasitələrinin Cavabdeh1 və digər şəxslərin qanunsuz sahibliyindən alınaraq ona təhvil verilməsi barədə qətnamə çıxaırlmasını xahiş etmişdi. Goranboy Rayon Məhkəməsinin 2(045)-865/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı İlyas oğlunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilmişdi. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 25500 (iyirmi beş min beş yüz) manat məbləğində pulun hər ay 500 (beş yüz) manatdan az olmamaqla şərtilə, İddiaçı İlyas oğluna ödəməyi öhdəsinə götürməlidirlər. Sazişin 1-ci bəndində nəzərdə tutulmuş 25500 manat məbləğində vəsaitin ilkin olaraq 2000 manat hissəsini bu saziş imzalandığı anda Cavabdeh1 ödəyir, qalıq 23500 manat məbləğində pulu Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada hər ay 500 manatdan az olmamaqla şərtilə, İddiaçı İlyas oğluna ödəməyi öhdəsinə götürməlidir. Sazişin imzalandığı andan tərəflər Goranboy Rayon Məhkəməsinin icraatında olan 2(045)-865/2023 nömrəli mülki iş üzrə xx.xx.2023-cü il tarixə, saat 11:30-a təyin olunmuş məhkəmə iclasında “icraata xitam verilməsi və barışıq sazişinin təsdiq olunması” barədə məhkəməyə ərizə vermək öhdəliyini üzərinə götürməlidirlər. Bu sazişin imzalandığı andan iddiaçı Mamedov X3 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə üzərinə həbs qoyulmuş 51-BH[1]353 (**- NP-***) dövlət qeydiyyat nişanlı, “Mercedes- Benz” yük markalı və **-ZA-*** (**-ZD-***) dövlət qeydiyyat nişanlı, “SKO 24” markalı yarımqoşqu furqon “avtonəqliyyat vasitələrinin üzərindən həbsin götürülməsi” barədə məhkəməyə ərizə vermək öhdəliyini özərinə götürməlidir. İddiaçı İlyas oğluna sazişin 1-ci bəndində göstərilən ödənişlərin həyata keçirildiyi halda, gələcəkdə Cavabdeh1 mülkiyyətində olan 51- BH-353 (**-NP-***) dövlət qeydiyyat nişanlı, “Mercedes-Benz” yük markalı və **-ZA-*** (**-ZD-***) dövlət qeydiyyat nişanlı, “SKO 24” markalı yarımqoşqu furqon avtonəqliyyat vasitələrinə qarşı hər hansı iddia tələbi ilə məhkəməyə müraciət etməyəcəyini öz öhdəsinə götürməlidir. Sazişin 1-ci bəndində göstərilən ödənişlərdən əlavə Cavabdeh2 6800 manat məbləğində vəsaitin hər ay 150 manatdan az olmamaq şərtilə, İddiaçı İlyas oğluna ödəməyi öz öhdəsinə götürməlidir. Barışıq sazişinin şərtləri pozulduğu halda, iddiaçının borcun ümumi qaydada tutulması ilə bağlı məhkəməyə müraciət etmək hüququnu cavabdehlər qəbul etməlidirlər; Qeyd edilən həm barışıq sazişinin tutulmuş 2-ci bəndidə göstərilən kimi 25500 manat məbləğində vəsaitin ilkin olaraq 2000 manat hissəsini bu saziş imzalandığı anda Cavabdeh1 ödəyir, qalıq 23500 manat məbləğində pulu Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada hər ay 500 manatdan az olmamaqla şərtilə, İddiaçı İlyas oğluna ödəməyi öhdəsinə götürmüş, həmcinin sazişin 6-cı bəndinə əsasən bəndində göstərilən ödənişlərdən əlavə Cavabdeh2 6800 manat məbləğində vəsaitin hər ay 150 manatdan az olmamaq şərtilə, İddiaçı İlyas oğluna ödəməyi öz öhdəsinə götürmüşdü. Lakin buna baxmayaraq cavabdehlərdən Cavabdeh1 bu 1 il ərzində cəmi 4 dəfə 500 manatdan ödəniş etmiş, Cavabdeh2 isə ümumiyətlə ödəniş etməmişdi. Cavabdehlər müştərərk qaydada iddiaçıya cəmi 23500 manat ödənişdən 2000 manat ödəniş etmişlər, hazırda onların 21500 manat borcları var. Eyni zamanda Cavabdeh2 cəmi 6800 manat borcu vardı. Həmçinin 21500+6800=28300 manatın 5% 1415 manat edir. Belə olan halda onlar göstərilən məbləğdə pulu ödəməlidirlər. Tələblərinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edi. Məhkəmə iclasında iştirak edən İddiaçı İlyas oğlu iddianın müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi, həmçinin bildirdi ki, onun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqavilələrin etibarsız sayılması, avtonəqliyyat vasitələrinin qanunsuz istifadədən geri alınması tələbinə” dair Goranboy Rayon Məhkəməsində qaldırdığı iddia tələbinə dair mülki iş üzrə Goranboy Rayon Məhkəməsinin 2(045)-865/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən cavabdehlərlə onun arasında bağlanmış barışıq sazişi təsdiq edilərək icraata xitam verilmişdir. Barışıq sazişinin şərtlərində həmin sazişin şərtlərinə cavabdehlər tərəfindən əməl olunmayacağı təqdirdə onun pul tələbinə dair iddia ərizəsi ilə ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun cavabdehlər tərəfindən qəbul olunduğu qeyd olunmuşdur. Cavabdehlər barışıq sazişinin şərtlərinə əməl etməmişlər, buna görə də o, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tələbinin təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı İlyas oğlunun etibarnamə üzrə nümayəndəsi (vəkil) X2 iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 bildirdi ki, iddiaçının ona və digər Cavabdeh1 qarşı “alqı-satqı müqavilələrin etibarsız sayılması, avtonəqliyyat vasitələrinin qanunsuz istifadədən geri alınması tələbinə” dair Goranboy Rayon Məhkəməsində qaldırdığı iddia tələbinə dair mülki iş üzrə Goranboy Rayon Məhkəməsinin 2(045)-865/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən iddiaçı ilə cavabdehlər arasında bağlanmış barışıq sazişi təsdiq edilərək icraata xitam verilmişdir. Barışıq sazişinin şərtlərinə əsasən o və digər Cavabdeh1 tərəfindən müştərək qaydada 25500 məbləğində pulun hər ay 500 manatdan az olmamaq şərtilə, həmçinin sazişin 1-ci bəndində göstərilən ödənişlərdən əlavə onun tərəfindən 6800 manat məbləğində vəsaitin hər ay 150 manatdan az olmamaq şərtilə İddiaçı İlyas oğluna ödəyəcəklərinə dair öhdəlik götürmüşlər. Barışıq sazişinin şərtlərində həmçinin həmin sazişin şərtlərinə cavabdehlər tərəfindən əməl olunmayacağı təqdirdə iddiaçının pul tələbinə dair iddia ərizəsi ilə ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun cavabdehlər tərəfindən qəbul olunduğu qeyd olunmuşdur. O, barışıq sazişinin şərtlərinə əməl etməkdən boyun qaçırmır, lakin ödəniş edə bilməməsinin səbəbi ödəniş etməsi üçün iddiaçının ona bank hesab nömrəsini təqdim etməməsi olmuşdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 bildirdi ki, iddiaçının ona və digər Cavabdeh2 qarşı “alqı-satqı müqavilələrin etibarsız sayılması, avtonəqliyyat vasitələrinin qanunsuz istifadədən geri alınması tələbinə” dair Goranboy Rayon Məhkəməsində qaldırdığı iddia tələbinə dair mülki iş üzrə Goranboy Rayon Məhkəməsinin 2(045)-865/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən iddiaçı ilə cavabdehlər arasında bağlanmış barışıq sazişi təsdiq edilərək icraata xitam verilmişdir. Barışıq sazişinin şərtlərinə əsasən o və digər Cavabdeh2 tərəfindən müştərək qaydada 25500 məbləğində pulun hər ay 500 manatdan az olmamaq şərtilə, həmçinin sazişin 1-ci bəndində göstərilən ödənişlərdən əlavə Cavabdeh2 tərəfindən 6800 manat məbləğində vəsaitin hər ay 150 manatdan az olmamaq şərtilə İddiaçı İlyas oğluna ödəyəcəklərinə dair öhdəlik götürmüşlər. Barışıq sazişinin şərtlərində həmçinin həmin sazişin şərtlərinə cavabdehlər tərəfindən əməl olunmayacağı təqdirdə iddiaçının pul tələbinə dair iddia ərizəsi ilə ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun cavabdehlər tərəfindən qəbul olunduğu qeyd olunmuşdur. O, barışıq sazişinin şərtlərinə əməl etməkdən boyun qaçırmır, lakin ödəniş edə bilməməsinin səbəbi ödəniş etməsi üçün iddiaçının ona bank hesab nömrəsini təqdim etməməsi olmuşdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarına əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: Goranboy Rayon Məhkəməsinin 2(045)-865/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı İlyas oğlunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “alqı-satqı müqavilələrin etibarsız sayılması, avtonəqliyyat vasitələrinin qanunsuz istifadədən geri alınması tələbinə” dair mülki iş üzrə tərəflər arasında bağlanmış barışıq sazişio qərardadda göstərilən məzmunda təsdiq edilmiş və həmin əsasla mülki iş üzrə icraata xitam verilmişdir. İşin faktiki hallarından göründüyü kimi İddiaçı İlyas oğlu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Goranboy Rayon Məhkəməsində qaldırdığı “alqı-satqı müqavilələrin etibarsız sayılması, avtonəqliyyat vasitələrinin qanunsuz istifadədən geri alınması” tələbinə dair mülki iş üzrə icraata Goranboy Rayon Məhkəməsinin 2(045)-865/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən cavabdehlərlə iddiaçı arasında bağlanmış barışıq sazişi təsdiq edilərək xitam verilmişdir. Barışıq sazişinin şərtlərinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 25500 məbləğində pulu hər ay 500 manatdan az olmamaq şərtilə, həmçinin Cavabdeh2 6800 manat məbləğində pulu hər ay 150 manatdan az olmamaq şərtilə İddiaçı İlyas oğluna ödəyəcəklərinə dair öhdəlik götürmüşlər. Barışıq sazişinin şərtlərində həmçinin həmin sazişin şərtlərinə cavabdehlər tərəfindən əməl olunmayacağı təqdirdə iddiaçının pul tələbinə dair iddia ərizəsi ilə ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun cavabdehlər tərəfindən qəbul olunduğu qeyd olunmuşdur. Məhkəmə qeyd edir ki, İddiaçı İlyas oğlu ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış barışıq sazişinə əsasən cavabdehlərin həmin sazişdə göstərilən şərtlərə uyğun öhdəlikləri yaranmışdır. Hazırki məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehlər həmin öhdəliklərini lazımınca icra etməmişlər, bu hal onların məhkəmə iclasında verdiləri izahatları ilə də öz təsdiqini tapmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərdən öhdəliklərinin icrasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Beləliklə məhkəmə hesab edir ki, сavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 21500 manat pul, həmçinin Cavabdeh2 6800 manat pul tutularaq İddiaçı İlyas oğluna verilməlidir. Məhkəmə, iddia tələbinin cavabdehlərin iddiaçıya ödəməli olduqları pul məbləğinin 5 faizi həddində pul tələbi hissəsinə münasibətdə isə qeyd edir ki, iddia tələbi o hissədə əsaslı olmadığından həmin hissədə təmin olunmamalıdır. Məhkəmə qeyd edir ki, iş üzrə məhkəmə məsrəfləri iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödəmiş olduğu dövlət rüsumundan və onun vəkilə xidmət haqqı ilə bağlı ödədiyi xərcdən ibarətdir. Azərbaycan Respublikası MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 179 manat dövlət rüsumunun və vəkilə xidmət haqqı ilə bağlı ödənilmiş 320 manat xərcin əvəzinin də cavabdehlərdən müştərək qaydada tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 21500 manat pul, həmçinin Cavabdeh2 6800 manat pul tutularaq İddiaçı İlyas oğluna verilsin. İddiaçı tərəfindən ödənilmiş 179 manat dövlət rüsumunun və vəkilə xidmət haqqı ilə bağlı ödənilmiş 320 manat xərcin əvəzi də cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı İlyas oğluna verilsin İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qüvvəyə minir. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar