Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № e-2(059)-295/2023 13.04.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Bəylər Ramiz oğlu Ələkbərov, iddiaçı xxxxnın cavabdehlər Cavabdeh4, Cavabdeh6, Cavabdeh8, Cavabdeh7, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı "kredit müqaviləsi üzrə borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan yaşayış sahəsindən çıxarılma" tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyənetdim: İddiaçı xxxx cavabdehlər Cavabdeh4, Cavabdeh6, Cavabdeh8, Cavabdeh7, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı "kredit müqaviləsi üzrə borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan yaşayış sahəsindən çıxarılma" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24 dekabr 2019-cıı il tarixli, **********75219/SİM nömrəli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Cavabdeh8 və Cavabdeh3 1/25 hissədə, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh6 6/25 hissədə, Cavabdeh7 isə 5/25 hissədə məxsus olan Siyəzən şəhərinin Babək küçəsində yerləşən, kateqoriyasına görə yaşayış məntəqələrinin torpaqlarına aid olan 0,06 ha torpaq sahəsinə, həmin torpaq sahəsində yerləşməklə, Cavabdeh8, Cavabdeh1, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh3 hər birinə 1/5 hissədə məxsus olan 68 nömrəli, 94.5 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə tutmanın yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və həmin əmlakın satışından əldə olunan vəsait hesabına borcalan Cavabdeh6 24 dekabr 2019-cu il tarixli, **********75219 nömrəli kredit müqaviləsi üzrə iddiaçı Bank qarşısındakı 9 263,03 manat məbləğində əsas borc, kreditdən istifadəyə görə hesablanmış 41,91 manat məbləğində adi faizlər üzrə borc məbləği, 11 mart 2023-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 0,02 % (sıfır tam yüzdə iki faiz) dərəcəsi ilə hesablanmış 2,40 manat məbləğində penya olmaqla, cəmi 9 307,34 manat və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 40 manat məbləğində pul vəsaitinin iddiaçı Bankın xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 113,08 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin birgə qaydada cavabdehlər Cavabdeh8, Cavabdeh1, Cavabdeh4, Cavabdeh6, Cavabdeh3 və Cavabdeh7 iddiaçının xeyrinə tutulması, ipoteka predmetinin ilkin satış qiymətinin (likvid qiymətini) tərəflərin qarşılıqlı razılıqla seçərək, ipoteka müqavilələrində təsbit etdikləri müstəqil qiymətləndiricilərdən ("Roveks Konmark” MMC, "xxxx" MMC, “MBA LTD" MMC) birinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilməsi, ipoteka predmeti satıldıqdan sonra cavabdehlər, onların ailə üzvləri və digər şəxslər fərdi yaşayış evini 1 (bir) ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xxxxnın ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə yolverilməzliyinə görə qəbul edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, tərəflər arasında kredit müqaviləsinin təminatı olaraq bağlanmış ipoteka müqaviləsi 24 dekabr 2019-cu il tarixdə imzalanmış və həmin tarixdə notarial qaydada təsdiq edildiyi andan hüquqi qüvvəyə minmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 28 dekabr 2018-ci il tarixli, 1439-VQD nömrəli Qanunu ilə ipoteka predmetinə tutma yönəldilməsinin yeni qaydası və tutmanın notariusun icra qeydi əsasında aparılması müəyyən edilmişdir. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinin İ, İİ və Vİ hissələrinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş təlimatın 169-1-ci bəndinə əsasən ipoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər ipoteka müqaviləsində nəzərdə tutulduqda, ipoteka saxlayanın hüquqları ipoteka kağızı ilə təsdiq edildikdə, ipoteka müqaviləsi dövlət qeydiyyatına və Qanunda nəzərdə tutulmuş hallarda əlavə dövlət qeydiyyatına alındıqda, ipoteka kağızı qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına, ipoteka kağızı üzrə hüquqlar başqa şəxsə verildikdə isə verilmə qeydi ipoteka kağızının dövlət qeydiyyatına alındığı müvafiq reyestrdə əlavə dövlət qeydiyyatına alındıqda, ipoteka saxlayan tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildiriş ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surəti isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərildikdə və bildiriş müvafiq reyestrdə qeydə alındıqda, ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanları və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət etmədikdə, ipoteka qoyan bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində əsas öhdəliyi icra etmədikdə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2000-ci il tarixli, 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nın 1-1-ci bəndinin b) yarımbəndində göstərilmişdir ki, icra qeydi almaq üçün ipoteka saxlayanın “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən və ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına göndərilmiş, habelə, müvafiq reyestrdə qeydə alınmış bildirişinin əsli; bildirişin surətinin isə ipoteka saxlayana məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilməsi barədə sənədin əsli” təqdim olunur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallar ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardır. Bu Qanunun 36-cı maddəsinin İ hissəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci və 38-ci maddələrinin İ hissələrinə əsasən ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. Bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir. Məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı Bank ipotekaya tutma yönəldilməklə, kredit müqaviləsi üzrə borc məbləğinin tutulması ilə əlaqədar borclunun olduğu yer üzrə notariusa icra qeydinin verilməsi barədə müraciət etməmiş, habelə bunun mümkünsüz olmasını təsdiq edən mötəbər sənəd və ya sübutu iş materiallarına əlavə etməmişdir. Halbuki, 24 dekabr 2019-cu il tarixli ipoteka müqaviləsinin 6.2-ci bəndinə əsasən ipoteka predmetinə tutma, onun hərracda satılması yolu ilə notariusun icra qeydi əsasında, bu mümkün olmadıqda isə məhkəmə qaydasında yönəldildiyi göstərilmişdir. Beləliklə, iddiaçı Bank “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun yuxarıda göstərilən normalarına əsasən ipoteka predmetinə tutma yönəldilməsi üçün borclunun olduğu yer üzrə notariusa müraciət etməli olduğu halda, məhkəməyə müraciət etmişdir ki, bu tələbə də mülki məhkəmə icraatı qaydasında baxılması mümkün deyildir. Bununla da, hesab edirəm ki, iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından ərizənin qəbul edilməsindən ərizənin yolverilməzliyinə görə imtina edilməli və ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Eyni zamanda iddiaçı tərəfə izah olunmalıdır ki, qeyd olunan tələblə bağlı borclunun olduğu yer üzrə notariusa müraciət edə bilər. Azərbaycan Respublikası MPM-nin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X1 şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 07 iyul 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli Qərarında əks edilmiş hüquqi mövqeyinə əsasən “.... iş məhkəmədə baxılmalı olmadıqda iddia tələbinin tam və ya qismən yolverilməzliyini nəzərdə tutan bu vacib institut bir sıra mühüm məqsədlərə xidmət edir. Belə ki, məhkəmədə baxılmalı olmayan iddia ərizələrinin yolverilməzliyi və ya artıq icraata qəbul edilmiş işlərə xitam verilməsi faktiki olaraq mübahisəli hüquq münasibətinin hələ yaranmadığı və məhkəmədən kənar baxılmalı olan işlərlə məhkəmələrin lüzumsuz yüklənməsinin qarşısını alır. Bu institut, eyni zamanda, tərəflərin öz aralarında olan mübahisəli məsələləri həll etmək üçün malik olduqları daha geniş imkanlardan səmərəli istifadə etməsinə şərait yaradır.” Bundan əlavə, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Belə ki, iddia ərizəsinə əlavə olunmuş 10 aprel 2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərkən 113,08 manat dövlət rüsumu ödəmişdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153-cü maddəsini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı xxxxnın cavabdehlər Cavabdeh4, Cavabdeh6, Cavabdeh8, Cavabdeh7, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı "kredit müqaviləsi üzrə borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan yaşayış sahəsindən çıxarılma" tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən ərizənin yolverilməzliyinə görə imtina edilsin və ərizə ona əlavə olunmuş sənədlərlə, eləcə də ödənilmiş 113,08 (bir yüz on üç manat 08 qəpik) manat dövlət rüsumu ilə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçı tərəfə qeyd olunan tələblə bağlı borclunun olduğu yer üzrə notariusa müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Siyəzən Rayon Məhkəməsinə elektron qaydada şikayət verilə bilər. Hakim: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №e-2(059)-295/2023
Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №e-2(059)-295/2023
13.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver