Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № e-2(059)-541/2025 12.09.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı "alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq hazırlıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı "alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi və ona dəqiqləşdirilməyə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İşin məhkəmə hazırlıq iclası 15 iyul 2025-ci il tarixə təyin edilmiş, məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Siyəzən Rayon Məhkəməsinin bütün hakimlərinə etiraz etdiyini, etirazını yazılı təqdim etmək üçün ona vaxt verilməsini xahiş etmiş, hazırlıq iclası 31 iyul 2025-ci il tarixə təxirə salınmışdır. İddiaçının nümayəndəsivəkili ərizə ilə məhkəməyə müraciət edərək iddiaçının nümayəndəsi Nümayəndə yazılı etiraz ərizəsinin baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmiş, yazılı etirazı ərizəyə əlavə etməmiş, məhkəmə iclasında iştirak etməmiş, məhkəmə hazırlıq iclası tərəflərin iştirakının təmin olunması məqsədilə 28 avqust 2025-ci il tarixə təxirə salınmışdır. 28 avqust 2025-ci il tarixdə hakim məzuniyyətdə olduğu üçün hazırlıq iclası 12 sentyabr 2025-ci il tarixə təxirə salınmış, bu barədə iddiaçının nümayəndəsinə və cavabdehə məhkəmə bildirişi təqdim edilmişdir. Lakin, tərəflər məhkəmə iclaslarına gəlməmiş (səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmiş) və gəlməmə (nümayəndələrinin iştirakını təmin etməmə) səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onların (nümayəndələrinin) iştirakları olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 31 mart 2011-ci il tarixli, 3 nömrəli qərarının 2-ci bəndinin İ cümləsində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə iddia ərizəsi baxılmamış saxlanmalıdır. Məhkəmə hesab edir ki, tərəflər göstərilən tarixdə məhkəməyə gəlmədiklərindən və işə onların iştirakları olmadan baxılmasını məhkəmədən xahiş etmədiklərindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Bu Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ona geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 259.0.6, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh qarşı "alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Tərəflərə izah edilsin ki, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məlumat verməmələrinin üzrlü səbəbdən baş verməsi haqqında sübutlar təqdim edərlərsə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanılması barədə qərardad ləğv oluna bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Siyəzən Rayon Məhkəməsinə elektron qaydada şikayət verilə bilər. Sədrlik edən: Günel Quluzadə
Məhkəmə qərarları › İş №e-2(059)-541/2025
Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №e-2(059)-541/2025
12.09.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver