Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № e-2(059)-752/2024 02.12.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə Rüfət oğlunun iştirakı ilə İddiaçı Cavabdeh qarşı “cavabdehin ona məxsus torpaq sahələrindən çıxarılması və həmin torpaq sahələrində yerləşən quş sexindən istifadənin qadağan olunması, eləcə də, əmlaklarından istifadəsinə yaradılmış maneələrin aradan qaldırılması” tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq,, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “cavabdehin ona məxsus torpaq sahələrindən çıxarılması və həmin torpaq sahələrində yerləşən quş sexindən istifadənin qadağan olunması, eləcə də, əmlaklarından istifadəsinə yaradılmış maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən 30 noyabr 2022-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli və 23 may 2023-cü il tarixdə verilmiş ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əsasən İddiaçı mülkiyyətinə verilmiş Siyəzən şəhərində yerləşən müvafiq olaraq **********95 və **********11 reyestr nömrəli, ölçüləri 0,08 ha və 0,08 olan torpaq sahələrindən Cavabdeh çıxarılaraq, onun həmin torpaq sahələrində yerləşən quş sexindən istifadə etməsinin qadağan olunmaqla, sonuncu tərəfindən sözügedən ərazilərdən istifadəsinə yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi iddiaçı tərəfindən ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə alqı-satqı müqaviləsi əsasında iki yanaşı torpaq sahəsi almış və həmin torpaq sahələrinə dair onun adına 30 noyabr 2022-ci il tarixli, ********** və 23 may 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilmişdir. Həmin torpaq sahələri bir-birinə bitişik formadadır. O, sözügedən torpaq sahələrini cavabdehdən alarkən ərazinin daxilində kiçik quş sexi olmuş və bu sex sözügedən torpaq sahəsi ilə birlikdə ona satılmışdır. Ancaq artıq 3 aydan çox müddət keçməsinə baxmayaraq, Cavabdeh ona məxsus torpaq sahəsindən çıxmamaqla, qanunsuz olaraq həmin ərazidəki özbaşına tikilidə quşçuluq fəaliyyəti ilə məşğul olur. Bununla bağlı polis və prokurorluq orqanlarına şikayət etməsinə baxmayaraq, müraciətinin həlli mümkün olmamış və ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Beləliklə, Cavabdeh qanunlara hörmət etməyərək, ona məxsus torpaq sahəsindən çıxmamaqla, mülkiyyətindən qanunsuz şəkildə istifadə edir. Hətta Cavabdeh hazırda sözügedən ərazidə tikinti işləri də aparır. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə Rüfət oğlu müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, hazırda da Cavabdeh evinin qarşısında olan sözügedən torpaq sahələrinə girib-çıxmaqla, oradakı quşçuluq fermasından istifadə etməkdə davam edir. Hətta, Siyəzən Rayon Məhkəməsinin müvəqqəti təminat tədbirlərinin tətbiqinə dair 10 oktyabr 2024-cü il tarixli qərardadına əsasən, cavabdehin torpaq sahəsinə giriş-çıxışına, istifadəsinə qadağan qoyulmasına baxmayaraq, icra məmurlarının gördüyü tədbirlərə məhəl qoymayan Cavabdeh sexin qıfılını dəyişməklə, hazırda da oradan istifadə etməkdədir. Məhkəmə qətnaməsi qəbul edilməzsə, Cavabdeh ərazidən çıxarılması mümkün olmayacaqdır. Odur ki, göstərilən halların nəzərə alınaraq, iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən 30 noyabr 2022-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Siyəzən şəhərində yerləşən 0,08 ha torpaq sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində **********95 nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən 23 may 2023-cü il tarixdə verilmiş ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Siyəzən şəhərində yerləşən 0,08 ha torpaq sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində **********11 nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan 08 sentyabr 2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəf hazırkı tələblə məhkəməyə müraciət edərkən 100 (bir yüz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəlləni 146-cı maddəsinin İ və İİ hissələrinə əsasən 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Yenə, Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49-cu maddəsinin İ və İİ hissələrinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Bu Məcəllənin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Bu Məcəllənin 84-cü maddəsinin İ və İİİ hissələrinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Bu Məcəllənin 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Beləliklə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Siyəzən şəhərində yerləşən hər birinin ölçüsü 0,08 ha təşkil edən iki yanaşı torpaq sahəsi müvafiq çıxarışlara əsasən İddiaçı tam mülkiyyətinə verilmişdir. Bununla belə, İddiaçı ona məxsus qeyd edilən torpaq sahələrindən və həmin torpaq sahələrində yerləşən quş sexindən istifadə edən Cavabdeh sözügedən ərazilərdən çıxmasını tələb etməsinə baxmayaraq, sonuncu bundan imtina etmişdir. Belə ki, cavabdeh mübahisəli torpaq sahələrindən və bu torpaq sahələrinin üzərində yerləşən quş sexindən istifadə etsə də, hazırda həmin torpaq sahələrinə və onun üzərində olan tikiliyə hər hansı bir formada əmlak hüquqlarına malik deyildir. Buna baxmayaraq, İddiaçı həmin torpaq sahələrinə yuxarıda qeyd edilən normativ hüquqi aktların tələblərinə müvafiq olaraq mülkiyyət hüququ mövcuddur və onun bu hüququ mülki və torpaq qanunvericiliyinin tələblərinə müvafiq olaraq qorunmalı və müdafiə olunmalıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara tətbiq olunmalı hüquq normalarına uyğun qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən 30 noyabr 2022-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli və 23 may 2023-cü il tarixdə verilmiş ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əsasən İddiaçı mülkiyyətinə verilmiş Siyəzən şəhərində yerləşən müvafiq olaraq **********95 və **********11 reyestr nömrəli, ölçüləri 0,08 ha və 0,08 olan torpaq sahələrindən Cavabdeh çıxarılaraq, onun həmin torpaq sahələrində yerləşən quş sexindən istifadə etməsi qadağan olunmaqla, sonuncu tərəfindən İddiaçı sözügedən ərazilərdən istifadəsinə yaradılmış maneələr aradan qaldırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbi üzrə ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq, İddiaçı xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233.1, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən 30 noyabr 2022-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli və 23 may 2023-cü il tarixdə verilmiş ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əsasən İddiaçı mülkiyyətinə verilmiş Siyəzən şəhərində yerləşən müvafiq olaraq **********95 və **********11 reyestr nömrəli, ölçüləri 0,08 ha və 0,08 olan torpaq sahələrindən Cavabdeh çıxarılaraq, onun həmin torpaq sahələrində yerləşən quş sexindən istifadə etməsi qadağan olunmaqla, sonuncu tərəfindən İddiaçı sözügedən ərazilərdən istifadəsinə yaradılmış maneələr aradan qaldırılsın. İddia tələbi üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq, İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №e-2(059)-752/2024
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(059)-752/2024
02.12.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver