Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1017/2023 26.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X6 Fikrət qızının sədrliyi, Məhkəmə iclas katibi X2 İddiaçı nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “təbii qazdan istifadə qaydaları üzrə istehlakçının təqsirli hərəkəti nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üçün 1176,72 (bir min yüz yetmiş altı manat 72 qəpik) manat borcun və 31,77 manat dövlət rüsumunun, ümumilikdə cəmi 1208,49 manat tutularaq Birliyin hesabına ödənilməsi barədə qətnamə çıxarmağı xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2022-ci il tarixli 09/6623 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə” (bundan sonra Müqavilə) əsasında Cavabdeh məxsus mənzilini təbii qazla təchiz edir. Həmin ünvana İddiaçı İB-nin Sumqayıt QİS-i tərəfindən **********00740 nömrəli abonent kodu verilmişdir Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları"nın 1.3 bəndinə uyğun olaraq bağlanmış qazın alqı-satqısı barədə müqavilənin 2.2.5-ci bəndinin (istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi),habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək) tələblərini pozaraq, təbii qazı talamışdır. Belə ki, ünvan 2 ünvanına əməkdaşlarımız tərəfindən baxış keçirilmiş və mənzil sahibinin təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar edilmişdir. Birliyin əməkdaşları tərəfindən yerində ******* saylı xx.xx.2022-ci il tarixli, ******* saylı xx.xx.2022-ci il tarixli, ******* saylı xx.xx.2022- ci il tarixli və ******* saylı xx.xx.2022-ci il tarixli aktlar tərtib edilmiş və aktlarda qeyd olunan nöqsan “sayğacdan kənar qeyri-qanuni xətt vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkarlandı” qeyd olunmuşdur. Abonentin fərdi yaşayış evinə baxış keçirərək istifadə olunan avadanlıqların siyahısını tutaraq akt tərtib edilmişdi. Dövlətə vurduğu ziyan müəyyən edilmiş və xx.xx.2022-ci il tarixli akta əsasən qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2m /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün olmaqla, həmçinin,1kub qazın dəyəri 0,12 qəpik hesablanmaqla itirilmiş qazın bərpası üçün 311,04 (üç yüz on bir manat, 04 qəpik) manat, xx.xx.2022-ci il tarixli akta əsasən, qaz işlədicilərindən PQ2-nin maksimal saatlıq qaz sərfi 0,6 m /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 56 gün olmaqla, ASQ-nin maksimal saatlıq qaz sərfi 1,5 m /saat, orta günlük iş rejimi 24 saat və hesablama müddəti 56 gün olmaqla, həmçinin,1m qazın dəyəri 0,12 qəpik hesablanmaqla itirilmiş qazın bərpası üçün 338,64 (üç yüz otuz səkkiz manat 64 qəpik) manat, xx.xx.2022-ci il tarixli akta əsasən qaz işlədicilərindən PQ2-nin maksimal saatlıq qaz sərfi 0,6 m /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, həmçinin,1m qazın dəyəri 0,12 qəpik, ASQ-nin maksimal saatlıq qaz sərfi 1,5 m /saat, orta günlük iş rejimi 24 saat və hesablama müddəti 30 gün olmaqla,həmçinin,1m qazın dəyəri 0,12 qəpik hesablanmaqla itirilmiş qazın bərpası üçün 181,44 (bir yüz səksən bir manat 44 qəpik) manat v ə xx.xx.2022-ci il tarixli aktla qaz sayğacının nominal qaz sərfi 4m /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün olmaqla, həmçinin,1m qazın dəyəri 0,12 qəpik hesablanmaqla itirilmiş qazın bərpası üçün 345,60 (üç yüz qırx beş manat 60 qəpik) manat, cəmi isə: 1176,72 (bir min yüz yetmiş altı manat 72 qəpik) manat borc hesablanmışdır. Dövlət təşkilatı kimi X3 məqsədi səlahiyyəti daxilində dövlətin əmlakını qorumaq və ona vurulmuş zərərin əvəzini ödətdirmək üçün tədbirlər görməkdir. İddiaçının nümayəndəsi eyni məzmunlu izahat verərək iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, o, hazırda yataqxanada yaşayır. Himayəsində xəstə övladı var. O, yataqxananın ümumi hamamından istifadə edə bilmir. Buna görədə o, qaz sayğacının quraşdırılması ilə bağlı İddiaçınə müraciət etmişdir. Şamil adlı şəxs ondan 250 manat alaraq sayğacı quraşdırdı. Lakin bir müddət sonra başqa bir şəxs gəlib onun qazını kəsmişdir. O, bu səbəbdən kənar xəttdən istifadə etmişdir. Lakin hazırda онун мадди вязиййяти аьыр олдуьу цчцн боръу юдяйя билмир. Bu səbəbdən iddia tələbini əsassız hesab edir və təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək, sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında əlavə edilmiş qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında 19 dekabr 2022-ci il tarixdə bağlanmış qazın alqı-satqısı barədə 09/6623 saylı müqavilənin surətindən görünür ki, İddiaçı İB ilə Cavabdeh arasında qazdan istifadə qaydalarına dair müqavilə bağlamışlar. İşdə olan İddiaçı Sumqayıt QİS tərəfindən Cavabdeh ünvanladığı xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, Birliyin əməkdaşları tərəfindən abonentin qaz xəttinə baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni qaz xətti tərəflərindən aşkar edilərək 0309809, 0309580, ******* və ******* nömrəli aktlarla rəsmiləşdirilmiş və qazın dəyəri müəyyən edilərək dəymiş ziyan hesablanmışdır. Bu səbəbdən də itirilmiş qazın dəyərinə görə ümumilikdə 1176,72 manat borcu yaranmışdır. Hesablanmış 1176,72 manat borcun 5 gün müddətinə ödənilmədiyi halda məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli abonentin saldosundan görünür ki, Cavabdeh məxsus Sumqayıt, 15-ci məhəllə, ev 1/2, mənzil 74-ə aktlara görə 1176,72 manat cərimə hesablanmışdır. İşə əlavə olan İddiaçı İB Dəymiş ziyanın bərpası üzrə tələbnaməsi”nin surətindən görünür ki, ******* №li xx.xx.2022-ci il tarixli akta əsasən itirilmiş qazın bərpası üzrə aşağıda qeyd olunanlar tələb olunmuşdur: Qaz sayğacının nominal qaz sərfi 4 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. Cəmi 2880 m3 İş materiallarına əlavə edilmiş 28 iyul 2022-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktın surətindən məlum olur ki, Cavabdeh yaşadığı Sumqayıt, 15-ci məhəllə, yataqxana ½ ünvanına aid qaz sayğacına baxış zamanı qeydiyyatsız kənar xətt aşkar olunmuşdur. İşə əlavə olan İddiaçı İB Dəymiş ziyanın bərpası üzrə tələbnaməsi”nin surətindən görünür ki, ******* №li xx.xx.2022-ci il tarixli akta əsasən itirilmiş qazın bərpası üzrə aşağıda qeyd olunanlar tələb olunmuşdur: Qaz işlədicilərindən PQ2-ün maksimal saatlıq qaz sərfi 0.6 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, ASQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün dəymiş ziyan hesablansın və hesablanmış məbləğ ödənilsin. Cəmi 1512 m3. İş materiallarına əlavə edilmiş 28 iyun 2022-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktın surətindən məlum olur ki, Cavabdeh yaşadığı Sumqayıt, 15-ci məhəllə, yataqxana ½ ünvanına aid qaz sayğacına baxış zamanı qeydiyyatsız kənar xətt aşkar olunmuşdur. İşə əlavə olan İddiaçı İB Dəymiş ziyanın bərpası üzrə tələbnaməsi”nin surətindən görünür ki, ******* №li xx.xx.2022-ci il tarixli akta əsasən itirilmiş qazın bərpası üzrə aşağıda qeyd olunanlar tələb olunmuşdur: Qaz işlədicilərindən PQ2-ün maksimal saatlıq qaz sərfi 0.6 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 56 gün, ASQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 56 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün dəymiş ziyan hesablansın və hesablanmış məbləğ ödənilsin. Cəmi 2822 m3. İş materiallarına əlavə edilmiş 27 may 2022-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktın surətindən məlum olur ki, Cavabdeh yaşadığı Sumqayıt, 15-ci məhəllə, yataqxana ½ ünvanına aid qaz sayğacına baxış zamanı qeydiyyatsız kənar xətt aşkar olunmuşdur. İşə əlavə olan İddiaçı İB Dəymiş ziyanın bərpası üzrə tələbnaməsi”nin surətindən görünür ki, ******* №li xx.xx.2022-ci il tarixli akta əsasən itirilmiş qazın bərpası üzrə aşağıda qeyd olunanlar tələb olunmuşdur: Qaz işlədicilərindən PQ 4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün dəymiş ziyan hesablansın və hesablanmış məbləğ ödənilsin. Cəmi 2592 m3. İş materiallarına əlavə edilmiş 30 mart 2022-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktın surətindən məlum olur ki, Cavabdeh yaşadığı Sumqayıt, 15-ci məhəllə, yataqxana ½ ünvanına aid qaz sayğacına baxış zamanı qeydiyyatsız kənar xətt aşkar olunmuşdur. İşə əlavə olan İddiaçı İB Dəymiş ziyanın bərpası üzrə tələbnaməsi”nin surətindən görünür ki, ******* №li xx.xx.2023-cü il tarixli akta əsasən itirilmiş qazın bərpası üzrə aşağıda qeyd olunanlar tələb olunmuşdur: Qaz sayğacının nominal qaz sərfi 4 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün dəymiş ziyan hesablansın və hesablanmış məbləğ ödənilsin. Cəmi 2880 m3. İş materiallarına əlavə edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktın surətindən məlum olur ki, Cavabdeh yaşadığı ünvan 4 ünvanına aid qaz sayğacına baxış zamanı qazdan qeyri-qanuni kənar xətt aşkar olunmuşdur. İşə əlavə olan İddiaçı İB Dəymiş ziyanın bərpası üzrə tələbnaməsi”nin surətindən görünür ki, ******* №li xx.xx.2023-cü il tarixli akta əsasən itirilmiş qazın bərpası üzrə aşağıda qeyd olunanlar tələb olunmuşdur: Qaz sayğacının nominal qaz sərfi 4 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün dəymiş ziyan hesablansın və hesablanmış məbləğ ödənilsin. Cəmi 2880 m3. İş materiallarına əlavə edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktın surətindən məlum olur ki, Cavabdeh yaşadığı ünvan 4 ünvanına aid qaz sayğacına baxış zamanı qazdan qeyri-qanuni kənar xətt aşkar olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində göstərilmişdir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Məhkəmə prosesi zamanı müəyyən edildi ki, Cavabdeh qanunsuz olaraq yaşadıgı ünvanda qaz xəttinə qoşulmuş və bununlada öz üzərinə müqavilə ilə götürdüyü öhdəliyi pozmuşdur vəhazırda da qazdan qanunsuz istifadə edir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməklə Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üçün 1176,72 (bir min yüz yetmiş altı manat 72 qəpik) manat borcun, 31 (otuz bir) manat 77 (yetmiş yeddi) qəpik dövlət rüsumunun, ümumilikdə cəmi 1208,49 (iki min iki yüz səkkiz manat 49 qəpik) manat pul tutularaq İddiaçı hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üçün 1176,72 (bir min yüz yetmiş altı) manat 72 (yetmiş iki) qəpik borcun, 31 (otuz bir) manat 77 (yetmiş yeddi) qəpik dövlət rüsumunun, ümumilikdə cəmi 1208,49 (iki min iki yüz səkkiz) manat 49 (qırx doqquz) qəpik pul tutularaq İddiaçı hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №e-2(060)-1017/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1017/2023
26.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver