Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1018/2023 20.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi ilə, İddiaçı İB-nin nümayəndəsi Nümayəndə3, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı İB məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üçün 953,76 (doqquz yüz əlli üç manat 76 qəpik) manat borcun və 30 manat dövlət rüsumunun əvəzinin ümumilikdə cəmi 983,76 manatın tutularaq Birliyin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı“Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə” (bundan sonra Müqavilə) əsasında Cavabdeh məxsus mənzilini təbii qazla təchiz edir. Həmin ünvana İddiaçı İB-nin Sumqayıt QİS-i tərəfindən **********00370 nömrəli abonent kodu verilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları"nın 1.3 bəndinə uyğun olaraq bağlanmış qazın alqısatqısı barədə müqavilənin 2.2.5-ci bəndinin (istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək) tələblərini pozaraq, təbii qazı talamışdır. Belə ki, ünvan 2 ünvanına əməkdaşlar tərəfindən baxış keçirilmiş və mənzil sahibinin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar edilmişdir. Birliyin əməkdaşları tərəfindən yerində ******* saylı xx.xx.2022-ci il tarixli, ******* saylı xx.xx.2022-ci il tarixli, ******* saylı xx.xx.2022-ci tarixli, ******* saylı xx.xx.2022-ci il tarixli aktlar tərtib edilmiş və bu aktlarda qeyd olunan nöqsan “sayğacdan kənar qeyri-qanuni xətt vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkarlandı” qeyd olunmuşdur. Abonentin fərdi yaşayış evinə baxış keçirərək istifadə olunan avadanlıqların siyahısını tutaraq akt tərtib edilmişdi. Dövlətə vurduğu ziyan müəyyən edilmiş və xx.xx.2022-ci il tarixli akta əsasən qaz işlədicilərindən aktla qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 m /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, həmçinin, 1m qazın dəyəri 0,12 qəpik hesablanmaqla, 311,04 manat, xx.xx.2022-ci il tarixli akta əsasən PQ4ün maksimal saatlıq qaz sərfi 1,2 m /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 56 gün, həmçinin,1m qazın dəyəri 0,12 qəpik hesablanmaqla, 193,44 manat, xx.xx.2022-ci tarixli akta əsasən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 m /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, həmçinin,1m qazın dəyəri 0,12 qəpik hesablanmaqla,103,68 manat, xx.xx.2022-ci il tarixli akta əsasən qaz sayğacının nominal saatlıq qaz sərfi 4m /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, həmçinin,1m qazın dəyəri 0,12 qəpik hesablanmaqla, 345,60 manat, cəmi: 953,76 (doqquz yüz əlli üç manat 76 qəpik) manat hesablanmaqla itirilmiş qazın bərpası üçün borc hesablanmışdır. Dövlət təşkilatı kimi İddiaçı məqsədi səlahiyyəti daxilində dövlətin əmlakını qorumaq və ona vurulmuş zərərin əvəzini ödətdirmək üçün tədbirlər görməkdir. Məhkəmə iclasında İddiaçı İB-nin nümayəndəsi Nümayəndə3 iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdeh sayğacdan kənar qanunsuz qoşulduğu üçün Sumqayıt Qaz İstismar Sahəsinin əməkdaşları tərəfindən 4 akt tərtib olunmuş və həmin aktlar əsasında cəmi 953,76 manat borc hesablanmışdır. Dəfələrlə cavabdehə borcu ödəməsi barədə xəbərdarlıq edilsə də, cavabdeh borcu ödəməmişdir. Bundan əlavə, ünvana sayğac quraşdırıldıqdan sonra da qanunsuz qoşulma olmuşdur. Cavabdeh 2022-ci ildə noyabr və dekabr aylarında ödəniş etmişdir. Odur ki, qeyd edilənlər əsasında iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, yaşadığı mənzildə qaz xətti olmadığına görə təxmini 4 ay qeyri-qanuni qoşulmuşdur. Onun mənzili yataqxana tiplidir və cəmi bir balaca otaqdan ibarətdir, həmin otaqda isə iki gözlü mətbəx plitəsi işlətmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: - xx.xx.2022-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, xx.xx.2022-ci il tarixdə ünvan 3 ünvanına baxış zamanı kənar xətt aşkar olunmuşdur. - xx.xx.2022-ci il tarixli dəymiş ziyanın ödənilməsi barədə tələbnamədən görünür ki, qaz işlədicilərindən PQ 4-ün maksimal saatlıq qaz sərfi 1.2/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın həcmi 2592 m3 müəyyən olunmuşdur. - xx.xx.2022-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, xx.xx.2022-ci il tarixdə ünvan 3 ünvanına baxış zamanı kənar xətt aşkar olunmuşdur. - xx.xx.2022-ci il tarixli dəymiş ziyanın ödənilməsi barədə tələbnamədən görünür ki, qaz işlədicilərindən PQ 4-ün maksimal saatlıq qaz sərfi 1.2/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 56 gün qəbul edilməklə itirilmiş qazın həcmi 1612 m3 müəyyən olunmuşdur. - xx.xx.2022-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, xx.xx.2022-ci il tarixdə ünvan 3 ünvanına baxış zamanı kənar xətt aşkar olunmuşdur. - xx.xx.2022-ci il tarixli dəymiş ziyanın ödənilməsi barədə tələbnamədən görünür ki, qaz işlədicilərindən PQ 4-ün maksimal saatlıq qaz sərfi 1.2/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın həcmi 864 m3 müəyyən olunmuşdur. - xx.xx.2022-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, xx.xx.2022-ci il tarixdə ünvan 3 ünvanına baxış zamanı kənar xətt aşkar olunmuşdur. - xx.xx.2022-ci il tarixli dəymiş ziyanın ödənilməsi barədə tələbnamədən görünür ki, qaz işlədicilərindən PQ 4-ün maksimal saatlıq qaz sərfi 4 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın həcmi 2880 m3 müəyyən olunmuşdur. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı“ Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə” əsasında Cavabdeh məxsus mənzilini təbii qazla təchiz edir. Həmin ünvana İddiaçı İB-nin Sumqayıt QİS-i tərəfindən **********00370 nömrəli abonent kodu verilmişdir. ünvan 2 ünvanına əməkdaşlar tərəfindən baxış keçirilmiş və mənzil sahibinin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar edilmişdir. Birliyin əməkdaşları tərəfindən yerində ******* saylı xx.xx.2022-ci il tarixli, ******* saylı xx.xx.2022-ci il tarixli, ******* saylı xx.xx.2022-ci tarixli, ******* saylı xx.xx.2022-ci il tarixli aktlar tərtib edilmiş və bu aktlarda qeyd olunan nöqsan “sayğacdan kənar qeyri-qanuni xətt vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkarlandı” qeyd olunmuşdur. Abonentin fərdi yaşayış evinə baxış keçirərək istifadə olunan avadanlıqların siyahısını tutaraq akt tərtib edilmişdir. Dövlətə vurduğu ziyan müəyyən edilmiş və xx.xx.2022-ci il tarixli akta əsasən qaz işlədicilərindən aktla qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 m /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, həmçinin, 1m qazın dəyəri 0,12 qəpik hesablanmaqla, 311,04 manat, xx.xx.2022-ci il tarixli akta əsasən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 m /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 56 gün, həmçinin,1m qazın dəyəri 0,12 qəpik hesablanmaqla, 193,44 manat, xx.xx.2022-ci tarixli akta əsasən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 m /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, həmçinin,1m qazın dəyəri 0,12 qəpik hesablanmaqla,103,68 manat, xx.xx.2022-ci il tarixli akta əsasən qaz sayğacının nominal saatlıq qaz sərfi 4m /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, həmçinin,1m qazın dəyəri 0,12 qəpik hesablanmaqla, 345,60 manat, cəmi: 953,76 (doqquz yüz əlli üç manat 76 qəpik) manat hesablanmaqla itirilmiş qazın bərpası üçün borc hesablanmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Beləliklə, məhkəmə tərəflərin izahatını, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq, həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən sayğacdan kənar qoşulma həyata keçirilmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, «Normativ-hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 1.0.6-cı maddəsinə əsasən normativ hüquqi aktın rəsmiləşdirilməsi – normativ hüquqi aktın səlahiyyətli şəxs tərəfindən imzalanması və Azərbaycan Respublikasının X3 Reyestrinə daxil edilməsidir. X1 85.1-ci maddəsinə əsasən qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda, onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir. Qanunun 85.2-ci maddəsinə əsasən bu Konstitusiya Qanununun 95.1-ci maddəsində göstərilən aktlar istisna olmaqla, digər normativ hüquqi aktlar, həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda, X3 Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şurasının 11 mart 2011-ci il tarixli 11 saylı qərarı X3 Reyestrinin elektron variantında dərc edilmədiyindən, həmin qərarın müddəaları istehlakçı kimi hazırkı iddiaçı X2 üçün məcburi xarakter daşımır. Bu səbəbdən də qeyd olunan qərar rəhbər tutulmaqla, ona təbii qazdan istifadəyə görə qərarla müəyyən edilmiş düsturla sərfiyyata uyğun məbləğin hesablanması qanuni sayıla bilməz. İddiadan və ona əlavə olunmuş sənədlərdən görünür ki, cavabdeh təşkilat tərəfindən itirilmiş qazın bərpası üçün 90 gün hesabat müddəti qəbul edilmiş və cavabdehdən həmin dövr ərzində vurulmuş ziyan tələb edilmişdir. Məhkəmə işin mübahisəsiz halları ilə müəyyən etmişdir ki, cavabdeh tərəfindən ödənişlər edilməmiş və cavabdeh tərəfindən kənar xətdən istifadə edimişdir. İddiaçı tərəf qanunsuz xətti aşkar etsə də, həmin xətti şəbəkədən ayırmayaraq, qazın verilişini dayandırmamış və dəymiş zərərin ödənilməsini tələb etməmiş, bunun əksinə olaraq isə müxtəlif tarixlərdə aktlar tərtib etmişdir. İddiaçı üzərinə düşən vəzifələri icra etmədən, öz imkanlarından və səlahiyyətlərindən istifadə etməklə abonent tərəfindən kənar xətdən istifadə etməyin qarşısını almadan, faktiki abonentə kənar üçün şərait yaratmaqla hər ay akt tərtib etməklə, hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Tərtib edilmiş aktlardan görünür ki, 4 aktdan 1-də itirilmiş qaz 90 gün müddətinə, 1-də 56 gün müddətinə, qalan ikisində isə 30 gün müddətinə hesablanmış, habelə, 3 aktda hesablamalar PQ-2 cihazının sərfiyyatı ilə, 1-də isə PQ-4 cihazı sərfiyyatı ilə hesablanmışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsininin 8-ci bəndinə əsasən istehlakçıya verilən qazın sərfiyyatı hər ay qaz paylayıcı tərəfindən qeydə alınmalıdır. Göstərilənlərə əssən məhkəmə hesab edir ki, 4 akt üzrə itirilmiş qazın sərfiyyatı hər akt üçün 30 gün və PQ-2 cihazına uyğun hesablanmalıdır. Belə olan halda, 4 dəfə qoşulma 30 gündən, hər gün 24 saatdan, hər saat 1,2 kb.m, hər kb.m 0,12 manat hesablanmaqla cərimə haseblanmalıdır. 4 akt x 30 gün x 24 saat x 1,2 kb.m x 0,12 azn = 414,72 manat təşkil edir. Məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan qaydada hesablanmaqla cavabdehin iddiaçıya vurduğu ziyan 414,72 manat təşkil edir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsinə dair iddia tələbi qismən təmin edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, dövlət rüsumu kimi ödənilmiş 30 manatın əvəzi Cavabdeh tutularaq İddiaçı İB-nə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üçün 414,72 (dörd yüz on dörd manat, yetmiş iki qəpik) manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı İB-nə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №e-2(060)-1018/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1018/2023
20.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver