Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-102/2024 15.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı Bank "xxxx" ASC-nin etibarnamə səlahiyyətli nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı “BANK "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “BANK "xxxx" ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, RPZ-00003-17/21A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn xx.xx.2023-cü il tarixinə olan 150960.34 manat əsas borc, 36804.82 manat faiz borcu, 7357.76 manat dəbbə borcu, ümumilikdə 195122.92 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 485.12 manat dövlət rüsumu, 0.40 manat bank xidməti haqqının və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti tərəfindən bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun Cavabdeh2 Bank "xxxx" ASC-nin xeyrinə tutulması, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ilə bağlanan xx.xx.2021-ci il tarixdə iddiaçıyla bağlanan DENG-00003-17/21A saylı sonrakı ipoteka müqaviləsi üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə tutmanın yönəldilməsi, mənzilin açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin Cavabdeh2 tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı BANK "xxxx" ASC məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bank BTB ASC ilə Cavabdeh2 arasında bağlanmış, xx.xx.2021ci il tarixli RPZ-0000-17/21A saylı kredit müqaviləsindən irəli gələn xx.xx.2023-cü il tarixinə hesablanmış və ödənilməmiş 150960.34 manat əsas borcun, 36804.82 manat faiz borcunun, 7357.76 manat dəbbə borcunun ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 485.12 manatın və 0.40 manat bank xidmət haqqının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada tutulması, tutmanın X4 məxsus ünvan 2 ünvanında 0.03 ha torpaq sahəsində yerləşən 194.80 kv metr sahədən ibarət olan fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərrac vasitəsilə satılması, satışdan əldə olunan gəlir hesabına Cavabdeh2 BANK BTB ASCyə olan borcuna ödənilməsi, satışdan əldə olunan vəsait kreditin ödənilməsinə bəs etmədikdə qalıq məbləğin birgə qaydada cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “BANK "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixli DEN-00003-17/21Asaylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən, Bank "xxxx" ASC 211098 manat məbləğində krediti illik 35 faizlə 72 ay müddətinə Cavabdeh2 mülkiyyətinə vermiş, Cavabdeh2 isə həmin kreditdən şəxsi istifadə məqsədi ilə istifadə etməyi və krediti xx.xx.2027-ci il tarixinədək faizi ilə birlikdə Bank "xxxx" ASC-yə qaytarmağı öhdəsinə götürmüşdür. Kreditin təminatı qismində cavabdehlər Cavabdeh2 və Cavabdeh1 xx.xx.2021-ci il tarixdə iddiaçı ilə DENG-00003- 17/21A saylı sonrakı ipoteka müqaviləsi bağlayaraq ünvan 1 ünvanlı fərdi yaşayış evini Sumqayıt şəhərində bağlanmış xx.xx.2021-ci il tarixli, DEN-00003-17/21A saylı kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasının təmin edilməsi üçün Bank "xxxx" ASC-nin cavabdehlər X8 və X10 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, DENG-00003-17/21A saylı sonrakı ipoteka müqaviləsinə əsasən Bank "xxxx" ASC-də ipotekaya qoyulmuşdur. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək gecikməyə səbəb olmuşdur. Nəticədə iddiaçı cavabdehlə arasında olan kredit müqaviləsinin 2.11-ci və ipoteka müqaviləsinin 8.2-ci bəndlərinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehin xx.xx.2023-cü il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 150960.34 manat, faizlərin məbləği 36804.82 manat, dəbbə borcu 7357.76 manat təşkil edir. Beləliklə cavabdehin xx.xx.2023-cü il tarixinə ümumi borcu 195122.92 manat təşkil edir. Yuxarıda qeyd etdiklərinə əsasən, iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Bank "xxxx" ASC-nin etibarnamə səlahiyyətli nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (sənədin elektron kabinetə yerləşdirilməsinə dair çıxarışa və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişlərə əsasən) xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan Bank "xxxx" ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli DEN-00003-17/21A saylı əsas kredit müqaviləsindən görünür ki, Bank tərəfindən cavabdehə 72 ay müddətinə illik 35 faiz ödəmək şərti ilə 500000 (beş yüz min) manat məbləğində kredit xətti açılmışdır.. İş materiallarında olan Bank "xxxx" ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli RPS 00003-17/21A saylı əlavə kredit müqaviləsindən görünür ki, Bank tərəfindən cavabdehə illik 23 faizlə 36 ay müddətinə 211098 manat məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli DENG-0003417/20A saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 məxsus ünvan 1 ünvanlı fərdi yaşayış evi "xxxx" ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli DEN -00034-17/20A saylı kredit müqaviləsi üzrə ipoteka qoyanın öhdəliklərinin icrasının təmin edilməsi üçün evi "xxxx" ASC-nin “Sumqayıt” filialı və Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli DEN - 00034-17/20A saylı ipoteka müqaviləsinə əsasən "xxxx" ASC-nin “Sumqayıt” filialının xeyrinə ipotekaya qoyulmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli DENG-0003417/21A saylı sonrakı ipoteka müqaviləsinin 2.1-ci bəndindən görünür ki, Bank "xxxx" ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli DEN-00003-17/21A saylı əsas kredit müqaviləsi ilə əlaqədar tərəflər arasında sonrakı ipoteka müqaviləsi bağlanmış, kredit müqaviləsinin şərtləri orada qeyd edilmişdir. İş materiallarında olan çıxarışın surətindən görünür ki, Şəhəri, 16-cı mikrorayon, ev 23B ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə qeydə alınmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin Bank "xxxx" ASC-nin Sumqayıt filialına ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Cavabdeh2 məxsus ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi üzərində ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatı aparılmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/9149 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan ödənişləri əks etdirən hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli DEN-00003-17/21A saylı saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh2 Bank "xxxx" ASC-yə olan sual üzrə xx.xx.2023-cü il tarixə olan borcu üzrə 184429.71 manat məbləğində müəyyən edilir: əsas borc üzrə 157945.84 manat və faiz borcu üzrə 31483.87 manat təşkil edir. İşdə olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 01/298 nömrəli 22 avqust 2019-cu il tarixli məktubundan görünür ki, Cavabdeh2 məxsus ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin xx.xx.2023-cü il tarixə olan bazar dəyəri 185000 manat, likvid dəyəri 156000 manat məbləğində qiymətləndirilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli, AİD-2023/1956 saylı xəbərdarlıq məktubundan görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh2 və Cavabdeh1 yazılı bildirişlər ünvanlanmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli, **********056 nömrəli, xx.xx.2020ci il tarixli, **********062 nömrəli, xx.xx.2020-ci il tarixli, **********063 nömrəli, xx.xx.2020-ci il tarixli, **********064 nömrəli, xx.xx.2020-ci il tarixli, **********065 nömrəli ərizələrin surətlərindən görünür ki, X5, X6, X9, X1 Bəhruz Mahir oğlu qeydiyyatda olduğu Cavabdeh2 məxsus ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin Bank "xxxx" ASC-yə ipotekaya (girov) qoyulmasına etiraz etməmişdirlər. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2021-ci il tarixli əsas və xx.xx.2021-ci il tarixli əlavə kredit müqavilələri və həmin müqavilələrdən irəli gələn öhdəliklərin təmini üsulu kimi ipoteka müqaviləsi imzalanmışdır. İddiaçı Bank sözügedən müqavilələr üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu Cavabdeh2 öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə banka borcu yaranmışdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər (743.1). Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir (743.2). Məcəllənin 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Beləliklə, Cavabdeh2 kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməməklə kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində cavabdehdən 150960.34 manat əsas borc, 36804.82 manat faiz borcunun tutulmasını xahiş etsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/9149 saylı rəyi ilə tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə cavabdehin 157945.84 manat əsas və 31483.87 manat faiz borcunun olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 206-cı maddəsinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Həmin Məcəllənin 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1). Məhkəmə qeyd edir ki, ekspert rəyi məhkəmə üçün məcburi və qabaqcadan heç bir qüvvəsi olmamaqla onun mötəbərliyinə inam kifayət qədər yüksəkdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 150960.34 manat əsas (iddia tələbi həddində) və 31483.87 manat faiz borcu iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə onu da qeyd edir ki, iddia ərizəsində ipoteka predmetinin satılmasından sonra əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etməzsə qalan borcun cavabdehlərdən birgə qaydada tutulması xahiş edilsə də, məhkəmə hesab edir ki, həmin hissədə iddia tələbi Cavabdeh1 münasibətdə təmin edilməməlidir. Belə ki, ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpotekanın aksessor xarakteri ondan ibarətdir ki, öhdəliyin icrasının təmini üsulu olaraq ipoteka müqaviləsinin bağlanması əsas öhdəliyin mövcudluğu ilə şərtlənir. İpotekanın (girovun) məqsədi əsas öhdəliyin icrasının ipoteka (girov) predmeti hesabına təmin edilməsindən ibarətdir. Məhdud əşya hüququ olaraq ipoteka bu hüquq sahibinə (ipoteka saxlayana) borclu öhdəliyini icra etmədikdə və ya layiqincə icra etmədikdə ipoteka predmeti olan əşyanı satdıraraq əldə olunmuş vəsait hesabına tələbini təmin etmə imkanını verir. Beləliklə ipoteka qoyanın – hazırki halda Cavabdeh1 məsuliyyəti qoyduğu ipoteka predmetinin dəyəri ilə məhdudlaşır. Bu səbəbdən ipoteka predmetinin satılmasından sonra əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etməzsə qalan borcun Cavabdeh1 tutulması hissəsində iddia tələbinin təmin edilməsi üçün heç bir hüquqi əsas yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsinə görə hesablanmış 7357.76 manat məbləğində cərimə tənasübsüz surətdə yüksəkdir. Bu səbəbdən iddia həmin hissədə qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu qismində 500 manat məbləğində pul tutulmalıdır. Məhkəmə onu da qeyd edir ki, Cavabdeh2 kredit müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün iddiaçının tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmeti olan mənzilin açıq hərracdan satılmasını tələb etmək hüququ da vardır. Belə ki, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan tələbin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.1-ci maddəsinə əsasən öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.5-ci maddəsinə əsasən, girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 36.1-cı maddəsinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra edilməməsi, əsas öhdəlik üzrə faizlərin ödənilməməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əmlakın satılmasını tələb edə bilər. Beləliklə də, borclu tərəfindən əsas öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə iddiaçının - ipoteka saxlayanın borcun ödənilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsini tələb etmək hüququ yaranmışdır. Buna görə də, iddiaçı bankın ipoteka predmetinə tələbin yönəldilməsi barədə iddia tələbi əsaslıdır və tələb ipotekaya qoyulmuş 0,0316 ha torpaq sahəsi və Sumqayıt şəhəri, Kotec qəsəbəsi, Əcəmi Naxçıvani küçəsi, 42 A ərazisində yerləşən fərdi yaşayış evinə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalıdır. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. İpoteka predmetinin ilkin satış qiyməti ilə bağlı tərəflər razılaşmalarını təqdim etmədiklərindən məhkəmə baxışı zamanı qiymətləndirilmə təyin edilmiş və ipoteka predmetinin bazar qiymətinin 185000 manat, likvid dəyərinin isə 156000 manat olması müəyyən olunmuşdur. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia əsas hissədə təmin edildiyindən iddiaçı tərəfindən 485.12 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqı da Cavabdeh2 alınmalı və iddiaçı banka ödənilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddia tələbi əsas hissədə təmin olunduğundan iş üzrə keçirilmiş ekspertiza xərci də Cavabdeh2 aid edilməlidir. İş materiallarında olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, hazırki iş üzrə ekspertiza xərci 100 manat təşkil etmişdir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 "xxxx" ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli, RPZ-00003-17/21A saylı kredit müqaviləsi üzrə 150960,34 (bir yüz əlli min doqquz yüz altmış manat otuz dörd qəpik) manat əsas və 31483,87 (otuz bir min dörd yüz səksən üç manat səksən yeddi qəpik) manat faiz borcu, 500 (beş yüz) manat dəbbə borcu olmaqla, ümumilikdə 182944,21 (bir yüz səksən iki min doqquz yüz qırx dörd manat iyirmi bir qəpik) manat məbləğində borc və iddia qaldırılması üçün ödənilmiş 485,12 (dörd yüz səksən beş manat on iki qəpik) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidməti haqqı tutulsun. Tutma ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilsin. Cavabdeh1 mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi açıq hərracdan satılsın və borc mənzilin satışından əldə olunacaq vəsait hesabına Bank "xxxx" ASC-yə ödənilsin. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğ Cavabdeh2 tutulsun. İpoteka predmeti olan ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 185.000 (bir yüz səksən beş min) manat, likvid qiyməti 156.000 (bir yüz əlli altı min) manat müəyyən edilsin. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərci olaraq Cavabdeh2 100 (bir yüz) manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin AZ41NABZ******************** saylı bank hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №e-2(060)-102/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-102/2024
15.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver