Məhkəmə qərarları › İş №e-2(060)-1028/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-1028/2023

08.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-1028/2023 08.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı İB-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İB-nin Cavabdeh qarşı “istehlakçının təqsirli hərəkəti nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı İB Cavabdeh qarşı “istehlakçının təqsirli hərəkəti nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üçün 544.32 manat borcun və 30 manat dövlət rüsumunun, ümumillikdə cəmi 574 manat 32 qəpiyin tutularaq İddiaçı İByə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı İB-nin nümayəndəsi X2 məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizəsinə əlavə edilmiş sənədlərin və onlar tərəfindən ödənilmiş dövlət rüsumunun geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı İB-nin nümayəndəsi və vəkili X2 izahatında müəyyən araşdırmaların aparılması üçün iddia ərizəsinə əlavə edilmiş sənədlərin və dövlət rüsumunun geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməli, İddiaçı İB-nin Cavabdeh qarşı “istehlakçının təqsirli hərəkəti nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, ********** nömrəli dövlət rüsumunun qəbzindən görünür ki, İddiaçı İB tərəfindən 30 manat rüsum ödənilmişdir. İddia ərizəsi baxılmamış saxlanıldığından iş üzrə İddiaçı İB tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 259-260-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı İB-nin Cavabdeh qarşı “istehlakçının təqsirli hərəkəti nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı İB-nə geri qaytarılsın. xx.xx.2022-ci il tarixli, ********** nömrəli dövlət rüsumu qəbzinə əsasən ödənilmiş 30 (otuz) manat İddiaçı İB-nə qaytarılsın. Qərardadın “rüsumun qaytarılması hissədə” icrası Sumqayıt Şəhəri üzrə Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar