Məhkəmə qərarları › İş №e-2(060)-1030/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1030/2024

26.02.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1030/2024 26.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, Cavabdeh2, Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Cavabdeh6 və Cavabdeh5 qarşı mənzildən çıxarılma tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Cavabdeh6 və Cavabdeh5 qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh5, Cavabdeh2, Cavabdeh6, Cavabdeh1, Cavabdeh4 Sumqayıt şəhəri, məhəllə 47, ev 14-də yaşayış sahəsi 39.60 kv.m olan 3 otaqlı 13 nömrəli mənzildən çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhər mənzillərin qeydiyyatı, bölüşdürülməsi, dəyişdirilməsi və mənzil-tikinti kooperativlərində mənzilləri bölüşdürülməsi komissiyasının protokolunun təsdiq olunması haqqında Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısının 31 avqust 1995-ci il tarixli, 540 №-li Sərəncam vermişdir. Belə ki, Sərəncama əsasən yeni istifadəyə verilmiş və boşalmış mənzillərin bölünməsi üzrə Sumqayıt şəhəri mənzillərin qeydiyyatı, bölüşdürülməsi, dəyişdirilməsi və mənzil – tikinti kooperativlərində mənzil bölünməsi komissiyasının rəyinə və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 36, 38 və 39-cu maddələri rəhbər tutularaq – komissiyanın təzə və boşalmış mənzillərin bölünməsinə dair 23 iyun 1995- ci il tarixli 33 №-li protokolu təsdiq edilmişdir. 23 iyun 1995-ci il tarixli 33 №-li protokolundan çıxarışa əsasən Sumqayıt şəhəri, məh.47, ev 14-də yaşayış sahəsi 39.60 kv.m olan 3 otaqlı 13 nömrəli mənzil onun 4 nəfərdən – İddiaçı Butaib oğlu, Əlibəyova Kifayətxanım, X12 və X4 ibarət ailə tərkibinə verilmişdir. 1985-ci ildən mənzil növbəsində olan İddiaçı Butaib oğluna Sumqayıt şəhəri, məh.47, ev 14-də yaşayış sahəsi 39.60 kv.m olan 3 otaqlı 13 nömrəli mənzil verildikdən sonra o mənzil növbəsindən çıxarılmışdır. Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı aparatının mənzillərin qeydiyyatı, dəyişdirilməsi və bölüşdürülməsi şöbəsi tərəfindən 20 sentyabr 1995-ci il tarixində Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısının 31 avqust 1995-ci il tarixli, 540№-li Sərəncam əsasında ona 4 nəfər ailə üzvü olaraq Sumqayıt şəhəri, məh.47, ev 14-də yaşayış sahəsi 39.60 kv.m olan 3 otaqlı 13 nömrəli mənzildə yaşamaq üçün 12/12 nömrəli order verilmişdir. Bildirir ki, Sumqayıt şəhəri, məh.47, ev 14-də yaşayış sahəsi 39.60 kv.m olan 3 otaqlı 13 nömrəli mənzil üzərində hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi idarəsinə 07 aprel 2023-cü il tarixində müraciət etmişdir. Müraciətinə cavab olaraq 03 may 2023-cü il tarixli, 3- 21-3-31/2- 1427/202 nömrəli məktubda bildirilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən sözügedən daşınmaz əmlaka baxış keçirilməsinə şərait yaradılmamışdır. Bununla da 2 saylı Sumqayıt Ərazi idarəsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə əsasən ərizənin icrasından imtina edilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin 20 saylı Mənzil Kommunal Sahəsindən alınan 05 iyun 2023- cü il tarixli arayışdan məlum olmuşdur ki, qeyd edilən mənzildə Qubadlı rayonundan məcburi köçkün ailəsi olan Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, X2 və X1 məskunlaşmışlar. Məcburi köçkün ailəsi 2 saylı Sumqayıt Ərazi idarəsinin mütəxəssisləri tərəfindən Sumqayıt şəhəri, məh.47, ev 14də yaşayış sahəsi 39.60 kv.m olan 3 otaqlı 13 nömrəli mənzilə baxış keçirilmələri üçün onları mənzilə buraxmamışlar. O, iddia ərizəsi ilə Sumqayıt şəhər məhkəməsinə müraciət edərək Cavabdeh3, Cavabdeh5, Cavabdeh2, Cavabdeh6, Cavabdeh1, Cavabdeh4 mənzilə baxış keçirilməsinə şərait yaratmalarını xahiş etmişdir. Sumqayıt şəhər məhkəməsi e-2(060)-5189/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnamə qəbul edərək Cavabdeh3, Cavabdeh5, Cavabdeh2, Cavabdeh6, Cavabdeh1, Cavabdeh4 tərəfindən Sumqayıt şəhəri, məhəllə 47, ev 14-də yaşayış sahəsi 39.60 kv.m olan 3 otaqlı 13 nömrəli mənzil üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün mənzilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi idarəsinin mütəxəssisləri tərəfindən baxış keçirilməsinə şərait yaradılması qət edilmişdir. Qətnamə icraya yönəlsə də icra olunmamışdır. Bununla da cavabdehlər Cavabdeh3, Cavabdeh5, Cavabdeh2, Cavabdeh6, Cavabdeh1, Cavabdeh4 Sumqayıt şəhəri, məhəllə 47, ev 14-də yaşayış sahəsi 39.60 kv.m olan 3 otaqlı 13 nömrəli mənzildən çıxarılmaları zərurəti yaranmışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbinə dair izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. Məlum hadisələrlə əlaqədar 1993-cü ildə Sumqayıta gəlmişdirlər və hazırkı mübahisəli evdə yaşamğa başlamışdırlar. Hazırda yaşadıqları həmin ev o vaxt yarımçıq tikili idi. Aydın adlı şəxsdən xəbərləri olmayıb. Cənab prezident İlham Əliyevin 298 nömrəli sərəncamına əsasən məcburi köçkünlər dövlət tərəfindən məskunlaşdırılana kimi yaşadığı ünvandan çıxarılmamalıdır. Məskunlaşma prosesi bitənə qədər həmin evdə qalmaq istəyir. Məhkəmənin nəzərinə çatdırır ki, hazırda həmin evdə o, yoldaşı Tamilə, oğlu Elməddin və qızı Fərqanə yaşayır. Qızı Gültəkin 2013-cü ildə ailə qurmuş və həmin vaxtdan onlarla yaşamır. Eyni zamanda qızı da Yeganə də onlarla qalmır. Əlavə olaraq qeyd edir ki, yoldaşı ürək xəstəsidir. O, bu hadisələrlə əlaqadar stres yaşayır. Cavabdeh qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 Cavabdeh2 izahatı ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (məhkəmə bildirişinə imza etməklə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişə əsasən) xəbərdar edilməsinə baxmayaraq İddiaçı, cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh6 və Cavabdeh5 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci və 185.6-cı maddələrinə əsasən işə İddiaçı, cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh6 və Cavabdeh5 iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi Vəkil iddia tələbi ilə bağlı bildirmişdir ki, cavabdehlər hazırda qeyd edilən mənzildə məskunlaşdıqları üçün İddiaçı uzun müddət Qusarda qalmağa məcbur olmuşdur. İddiaçının özünün ailə tərkibi böyükdür. İddiaçı sənədləşmə ilə bağlı Reyestr İdarəsinə müraciət etmişdir. Lakin cavabdehlər mənzilə baxış keçirilməsinə şərait yaratmadıqları üçün bununla bağlı məhkəməyə də müraciət etmişdirlər. Bundan başqa iddiaçı Cavabdeh2lə məhkəmədən kənar razılığa gələ bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda iddiaçı ona məxsus əmlakından istifadə edə bilmir. İddiaçı hətta cavabdehlərə evindən köçmələri üçün vaxt da verməyə hazırdır. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan Sumqayıt şəhər Məhkəməsinin 2(060)-5189/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia tələbi təmin edilmiş, cavabdehlər Cavabdeh3, Cavabdeh5, Cavabdeh2, Cavabdeh6, Cavabdeh1, Cavabdeh4 tərəfindən Sumqayıt şəhəri, məhəllə 47, ev 14-də yaşayış sahəsi 39.60 kv.m olan 3 otaqlı 13 nömrəli mənzil üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün mənzilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi idarəsinin mütəxəssisləri tərəfindən baxış keçirilməsinə şərait yaradılması qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Qubadlı rayonunun Padar kəndindən məcburi köçkün X6 və onun ailə üzvləri Sumqayıt şəhəri, 47-ci məhəllədə yerləşən 14 saylı binanın 13 nömrəli mənzilində məskunlaşmış və məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış məntəqələrində mənzillə təmin olunmamışlar. 44 günlük Vətən müharibəsində qazanılmış qələbə nəticəsində ölkədə məcburi köçkünlərlə iş sahəsində yeni bir mərhələ başlamışdır, işğaldan azad olunmuş ərazilərin bərpası, eləcə də orada yaşayış üçün təhlükəsizlik şəraitinin yaradılması, infrastrukturun və daimi yaşayış yerlərinin inşa etməklə məcbüri köçkün ailələrinin mərhələli şəkildə daimi əsaslarla yeni yaşayış sahələri ilə təmin edilərək, yaşadıqları mənzilləri və ictimai binaları tərk edərək həmin ərazilərə köçürülməsi nəzərdə tutulmuşdur. Odur ki, bölgələrdə, Bakı şəhəri və ətraf rayonlarda məcburi köçkünlər üçün mənzil tikintisi dayandırılmışdır. Komitənin boş mənzil fondu olmadığından sıx məskunlaşma obyektində müvəqqəti meskunlaşan məcburi köçkün ailəsinin başqa yaşayış sahəsi ilə təmin olunması mümkün deyil. Qeyd edilir ki, hal-hazırda Komitə tərəfindən işğaldan azad edilmiş ərazilərə köçürüləcək məcburi köçkün ailələrinin siyahısı üzrə işlər aparılmaqdadır. Həmin siyahı üzrə X3 adı da ailə üzvləri ilə birgə məskunlaşdığı mənzil üzrə qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışla bağlı Qubadlı rayonunun şəhər və kəndlərindən olan məcburi köçkün ailələrinin mərhələli şəkildə köçürülməsi zamanı sözügedən ailənin də öz doğma yurduna köçürülməsi həyata keçiriləcək. İşdə olan xx.xx.2023-cü il tarixli arxiv çıxarışından görünür ki, Sumqayıt şəhəri İcra Hakimiyyəti başçısı aparatının mənzillərin qeydiyyatı, bölüşdürülməsi, dəyişdirilməsi və mənzil-tikinti kooperativlərində mənzilləri bölüşdürülməsi komissiyasının protokolunun təsdiq olunması haqqında Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısının 31 avqust 1995ci il tarixli, 540 №-li Sərəncamı ilə komissiyanın təzə və boşalmış mənzillərin bölünməsinə dair 23 iyun 1995- ci il tarixli 33 №-li protokolu təsdiq edilmiş və həmin protokoldan çıxarışa əsasən Sumqayıt şəhəri, məhəllə 47, ev 14-də yaşayış sahəsi 39.60 kv.m olan 3 otaqlı 13 nömrəli mənzil İddiaçı Butaib oğluna və onun ailə üzvlərinə ayrılmışdır. İşdə olan xx.xx.1995-ci il tarixli 12/12 nömrəli orderin surətindən görünür ki, Sumqayıt şəhəri İcra Hakimiyyəti başçısı aparatının mənzillərin qeydiyyatı, dəyişdirilməsi və bölüşdürülməsi şöbəsi tərəfindən İddiaçı Butaib oğluna və onun ailə üzvlərinə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısının 31 avqust 1995-ci il tarixli, 540 №-li Sərəncamı əsasında Sumqayıt şəhəri, məhəllə 47, ev 14-də yaşayış sahəsi 39.60 kv.m olan 3 otaqlı 13 nömrəli mənzilinə dair order verilmişdir. İşdə olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalı Birliyinin 20 saylı Mənzil Kommunal Sahəsinin 41 nömrəli, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh2 və onun ailə üzvləri (Cavabdeh3, Cavabdeh1, Cavabdeh4) ilə birlikdə 1993-cü ildən Sumqayıt şəhəri, məhəllə 47, ev 14, mənzil 13-də məskunlaşmışdırlar. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, Sumqayıt şəhəri İcra Hakimiyyəti başçısı aparatının mənzillərin qeydiyyatı, dəyişdirilməsi və bölüşdürülməsi şöbəsinin 23 iyun 1995ci il tarixli 33 №-li protokol qərarı ilə Sumqayıt şəhəri, məhəllə 47, ev 14, mənzil 13 İddiaçı Butaib oğlunun və onun ailə üzvlərinin istifadəsinə verilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının mübahisəli yaşayış sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, iddiaçının həmin mənzilə gözlənilən mülkiyyət hüququ vardır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “X13rşı” məhkəmə işində Avropa Məhkəməsi vurğulamışdır ki, ərizəçinin torpağa istifadə hüququ və gələcəkdə ondan fayda götürməsi barədə gözləntiləri də 5 mülkiyyət hüququnu təşkil edir və bu hüquq Avropa Konvensiyasının 1 saylı protokolunun 1- ci maddəsinin (mülkiyyət hüququ) müdafiə dairəsinə düşür. Həmin məhkəmə “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və X8 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilibedilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Avropa Məhkəməsinin qeyd olunan hüquqi mövqeyini nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5ci maddəsinə müvafiq olaraq ərizəçi mənzilin özəlləşdirilməsindən ümumi mülkiyyət payı almaq barədə əsaslı və “qanuni gözləntiyə” malik olduğu üçün onun bu marağı “İnsan Hüquqlarının və X8 Haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin mənasına görə “mülkiyyət” anlayışına daxildir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2003-cü ildə “Qarrax Çexiyaya qarşı” iş üzrə qəbul etdiyi Qərarında isə nümayiş etdirdiyi mövqeyə görə “real mövcud olan əmlakı əldə etməyi gələcəkdə qanuni olaraq gözləmək hüququ” mülkiyyət hüququ kimi qiymətləndirilir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı Butaib oğlunun istifadəsinə verilmiş Sumqayıt şəhəri, məhəllə 47, ev 14, mənzil 13 Qubadlı rayonundan məcburi köçkün olan Cavabdeh2 və onun ailə üzvləri tərəfindən zəbt edilmişdir. Halbuki, cavabdehlərin iddiaçıya məxsus mənzildə yaşamaları üçün heç bir hüquqi əsası yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın 33-cü maddəsinin tələbinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-mülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. «İnsan Hüquqlarının və X8 Haqqında» Konvensiyaya dair 1 saylı protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin «Akimova Azərbaycana qarşı» iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında hətta orderli mənzilin hüquqi əsas olmadan tutulması mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirilmişdir Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən Məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir (Nazirlər Kabineti, Qaçqınların və X9 üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyətləri orqanları öz səlahiyyətləri daxilində). Məskunlaşdırma məqsədi ilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. Qanunun mənasından aydın müəyyən olunur ki, məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına digər şəxslərin hüquqlarının və qanuni maraqlarının pozulmadığı halda yol verilir. Akimovanın Azərbaycana qarşı işində “İnsan hüquqlarının və X8 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən edən Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı olmamaqla əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Avropa Məhkəməsi istinad edilən işində bir daha xatırlatmışdır ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində 4 təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi Marckx Belçikaya qarşı xx.xx.1979-cu il tarixli qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir. Məhkəmə hesab edir ki, Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 12, 70 saylı mənzilinə hər hansı bir hüququ mövcud olmayan cavabdehlərin bu mənzildə yaşamaları həmin mənzilə gözlənilən mülkiyyət hüququ mövcud olan iddiaçının hüquqlarını məhdudlaşdıran haldır. Məhkəmə onu da qeyd edir ki, iş üzrə cavabdehlər Cavabdeh5 və Cavabdeh6 halhazırda mübahisəli mənzildə yaşamır. Bu hal cavabdehlərin məhkəmədə verdikləri izahatları, Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalı Birliyinin 20 saylı Mənzil Kommunal Sahəsinin 41 nömrəli, xx.xx.2024-cü il tarixli arayışı və digər iş materialları ilə öz təsdiqini tapır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 Sumqayıt şəhəri, məhəllə 47, ev 14-də yaşayış sahəsi 39.60 kv.m olan 3 otaqlı 13 nömrəli mənzildən çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır (217.4). Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 Sumqayıt şəhəri, məhəllə 47, ev 14-də yaşayış sahəsi 39.60 kv.m olan 3 otaqlı 13 nömrəli mənzildən çıxarılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar