Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1122/2025 17.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt şəhər məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndələri X2 və X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilin boşaldılması və təhvil verilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə:
1. İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilin boşaldılması və təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 46 saylı mənzilin boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməsi, həmçinin iddia qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq İddiaçı ASC-yə ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən sonucuya 48 ay müddətinə, illik faiz dərəcəsi 22% olmaq şərti ilə 38200 manat kredit verilmişdir. xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 ünvan 1 ünvanında yerləşən 46 saylımənzili banka ipotekaya qoymuşdur. Cavabdeh öhdəliklərini yerinə yetirmədiyinə görə iddiaçı “kredit müqaviləsinin ləğv edilməsi, kredit borcunun tutulması, ipoteka predmetinə tutmanın yönəldilməsi, onun açıq hərracdan satılması, satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi, mənzil satıldıqdan sonra boşaldılması, satışdan əldə olunan məbləğ qətanmənin icrasına yetərli olmadığı təqdirdə tutmanın başqa əmlaklara yönəldilməsi” tələbinə dair iddia ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət etmişdir. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(060)-11837/2017 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi ləğv edilmiş, Cavabdeh1 bankın xeyrinə cəmi 42319.87 ABŞ dolları və 30 manat dövlət rüsumu tutulmuş, tutma Sumqayıt şəhəri 5-cimikrorayon,ev 138/24 ünvanında yerləşən 46 saylımənzilə yönəldilmiş, mənzil 56000 manat qiymətləndirilmiş, mənzilin açıq hərracdan satılması, satışdan əldə edilmiş vəsait hesabına borcun, faizlərin, penyanın və dövlət rüsumunun ödənilməsi, satışdan əldə olunan vəsait qətanmənin icrasına yetərli olmadığı halda tutmanın Cavabdeh1 məxsus başqa əmlaklara yönəldilməsi qət edilmiş, qalan hissədə iddia rədd edilmişdir. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(105)-437/2018 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(060)-11837/2017 saylı qətnaməsi isə dəyişdirilmiş, ünvan 1 ünvanında yerləşən 46 saylı mənzilin ilkin satış qiyməti 58000 manat müəyyən edilmiş, iddia tələbi “satışdan əldə olunan vəsait qətanmənin icrasına yetərli olmadığı halda tutmanın Cavabdeh1 məxsus başqa əmlaklara yönəldilməsi” hissəsində təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən Cavabdeh1 kassasiya şikayəti vermiş, Ali Məhkəmənin xx.xx.2018-ci il tarixli 2(102)-5359 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi qanuni qüvvəsini alımış, daha sonra icra üçün Sumqayıt şəhəri üzrə İcra İdarəsinə yönəldilmişdir. İpoteka predmeti olmuş ünvan 1 ünvanında yerləşən 46 saylı mənzil açıq hərraca çıxarılmış, sonda “İpoteka haqqında” qanunun müvafiq maddəsinə əsasən 36975 manat ipoteka saxlayan İddiaçı ASC-yə təklif edilmiş və sonuncu tərəfindən əldə edilmişdir. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş elektron çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 46 saylı mənzilin İddiaçı ASCnin xüsusi mülkiyyətindədir. Sonuncunun mülkiyyət hüquqlarına dair müvafiq qeydiyyatı reyestrdə xx.xx.2021-ci il tarixdə aparılmışdır. Daha sonra İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli ilkin alqı-satqı müqaviləsinə əsasən İddiaçı ASC mülkiyyətində olanünvan 1 ünvanında yerləşən 46 saylı mənzilini alıcı Cavabdeh1 mülkiyyətinə verməyi, sonuncu isə alqı-satqımüqaviləsi (əsas müqavilə) bağlamağı öhdəsinə götürmüşdür. Müqavilənin 2 və 3-cü bəndlərinə əsasən əmlakın alqı-satqı qiyməti 36975 manat müəyyən edilmiş, Alıcı bu müqavilənin bağlanması anında alqısatqı qiymətinin 27000 manat hissəsini satıcı – banka notariusun depozit hesabı vasitəsi ilə ödəməyi və qalan 9975 manat hissəsini isə hər ay 415.63 manat olmaqla 24 ay müddətində Satıcıya tam ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 6-cı bəndinə görə alıcının daşınmaz əmlak üzərində sərəncam vermək hüququ bu müqavilənin 3-cü bəndinə uyğun olaraq onun tərəfindən bütün ödənişlər həyata keçirildikdən və əsas müqavilə bağlandıqdan sonra müvafiq qaydada dövlət qeydiyyatına alındıqdan sonra əmələ gəlir. Həmin müqavilənin 7-ci bəndinə görə Alıcı bu müqavilənin 3-cü bəndində qeyd edilmiş ödənişlər vaxtında və tam şəkildə həyata keçirilmirsə Satıcı müqaviləni birtərəfli qaydada xitam verə bilər və müqavilənin xitam verilməsi anınadək həyata keçrilmiş ödənişlər əmlaka dair icraə haqqı kimi nəzərə alınacaq, geri qaytarılmayacaqdır. Müqavilə bağlandıqdan sonra 9975 manat pul vəsaiti hissə-hissə ödənilməsi ilə bağlı öhdəlik ümumiyyətlə icra edilməmişdir. Dəfələrlə pul vəsaitinin ödənilməsi tələb edilsə də, bunun heç bir müsbət nəticəsi olmamışdır. Arayışdan görünür ki, hazırda Cavabdeh2 ünvan 1 ünvanında yerləşən 46 saylı mənzildə yaşayış yeri üzrə qeydiyyatdadır. Cavabdehlər hazırda bankın mülkiyyətində olan sözügedən mənzili boşaltmayaraq mülkiyyətçi olan banka təhvil vermirlər. Nəticədə mülkiyyətçi İddiaçı ASC-nin mülkiyyət hüquqları pozulmuşdur. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətindədirlər. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, borcun ödənilməsi üçün cavabdehə dəfələrlə xəbərdarlıq edilmiş, lakin heç bir nəticəsi olmamışdır. Həmçinin cavabdeh 3 il ərzində ona köməklik edilməsi üçün banka müraciət etməyibdir. Nümayəndə qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. 4.Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin etibarnamə üzrə digər səlahiyyətli nümayəndəsi X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, bankın hüquqları cavabdehlər tərəfindən kobud surətdə pozulub. İddia tələbləri tam əsaslı və qanunidir. Nümayəndə qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi.
5. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbinə dair izahat verərək iddia tələbini qəbul etmədiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, o, evin pulundan 48000 ödəniş edib. Hazırda 10000 manat borcu qalıb. O, hazırda heç yerdə işləmir və ödəniş etmək üçün maddi imkanı yoxdur. Həmçinin, evi də banka qaytarmaq istəmir. O, bankın razılığı olduğu halda aylıq 100-150 manat ödəniş edə bilər. Lakin ona ödəniş etməsi üçün qrafik belə verlməyib. Cavabdeh qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. 6.Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (sənədin elektron kabinetə yerləşdirilməsinə dair çıxarışa və SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsinə dair bildirişə əsasən) xəbərdalıq edilməsinə baxmayaraq iş üzrə digər Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-cı maddəsinə əsasən məhkəmə işə Cavabdeh2 iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.
7. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
8. İş materiallarında olan çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 46 saylı mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı ASC -nin adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə qeydə alınmışdır. 9.İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(102)-5359/2018 saylı qərarından görünür ki, həmin qərar ilə Cavabdeh1 kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 10.İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(105)-437/2018 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-11837/2017 saylı 10 avqust 2017-ci il tarixli qətnaməsinin dəyişdirilməsi, hərraca çıxarılarkən ipoteka predmeti olan ünvan 3 ünvanında yerləşən 46 nömrəli mənzilin ilkin satış qiymətinin 58.000 manat müəyyən edilməsi, iddia tələbinin satışdan əldə olunan vəsaitin qətnamənin icrasına yetərli olmadığı halda tutmanın Cavabdeh1 məxsus başqa əmlaklarına yönəidilməsi hissəsində təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir. 11.İşdə olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(060)-11837/2017 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia qismən təmin edilmiş, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli,016CASA143300001 saylı kredit müqaviləsi ləğv edilmiş, Cavabdeh1 Bank Respublika” ASC-nn xeyrinə 342191.32 ABŞ dolları əsas, 7928.55 ABŞ dollaraı faiz , 100 ABŞ dolları cərimə borcu olmaqla cəmi 42319.87 ABŞ dolları və 30 manat dövlət rüsumu tutulmuş, tutma Cavabdeh1 məxsus və banka ipotekaya qoyulmuş Sumqayıt şəhəri 5-cimikrorayon,ev 138/24 ünvanında yerləşən 46 saylımənzilə yönəldilmiş, mənzil 56000 manat qiymətləndirilmiş, mənzilin açıq hərracdan satılması, satışdan əldə edilmiş vəsait hesabına borcun, faizlərin, penyanın və dövlət rüsumunun ödənilməsi, satışdan əldə olunan vəsait qətanmənin icrasına yetərli olmadığı halda tutmanın Cavabdeh1 məxsus başqa əmlaklara yönəldilməsi qət edilmiş, qalan hissədə iddia rədd edilmişdir. 12.İş materiallarında olan xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi barədə bildiriş ünvanlanmışdır. 13.İşdə olan xx.xx.2022-ci il tarixli ilkin alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən İddiaçı ASC mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 46 saylı mənzilini alıcı Cavabdeh1 mülkiyyətinə verməyi, sonuncu isə alqı-satqı müqaviləsi (əsas müqavilə) bağlamağı öhdəsinə götürmüşdür. Müqavilənin 2 və 3-cü bəndlərinə əsasən əmlakın alqı-satqı qiyməti 36975 manat müəyyən edilmiş, Alıcı bu müqavilənin bağlanması anında alqısatqı qiymətinin 27000 manat hissəsini satıcı – banka notariusun depozit hesabı vasitəsi ilə ödəməyi və qalan 9975 manat hissəsini isə hər ay 415.63 manat olmaqla 24 ay müddətində Satıcıya tam ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 6-cı bəndinə görə alıcının daşınmaz əmlak üzərində sərəncam vermək hüququ bu müqavilənin 3-cü bəndinə uyğun olaraq onun tərəfindən bütün ödənişlər həyata keçirildikdən və əsas müqavilə bağlandıqdan sonra müvafiq qaydada dövlət qeydiyyatına alındıqdan sonra əmələ gəlir. Həmin müqavilənin 7-ci bəndinə görə Alıcı bu müqavilənin 3-cü bəndində qeyd edilmiş ödənişlər vaxtında və tam şəkildə həyata keçirilmirsə Satıcı müqaviləni birtərəfli qaydada xitam verə bilər və müqavilənin xitam verilməsi anınadək həyata keçirilmiş ödənişlər əmlaka dair icraə haqqı kimi nəzərə alınacaq, geri qaytarılmayacaqdır.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
14. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında kredit müqaviləsi və həmin müqavilədən irəli gələn öhdəliklərin təmini üsulu kimi ipoteka müqaviləsi imzalanmış, cavabdeh sonradan kredit müqaviləsindən irəli gələn öhdəlikləri yerinə yetirmədiyi üçün Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(105)-437/2018 saylı qətnaməsi ilə mənzilin ilkin satış qiyməti müəyyən olunmaqla tutmanın ipoteka predmetinə yönəldilməsi və mənzilin açıq hərracdan satılması qət olunmuşdur. Sözügedən qətnamə qanuni qüvvəyə mindikdən sonra icra olunmuş və Cavabdeh1 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 46 saylı mənzil açıq hərracdan İddiaçı ASC tərəfindən alınmış və iddiaçının hüquqları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021-ci il tarixdə qeydiyyata alınaraq ona çıxarış verilmişdir. Lakin hazırkı vaxta qədər cavabdehlər mübahisəli mənzili boşaldaraq iddiaçıya təhvil verməmişdir. Eyni zamanda tərəflər arasında ilkin alqı-satqı müqaviləsi bağlansa da, həmin müqavilənin şərtləri də cavabdeh tərəfindən icra edilməmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 15.Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 16.Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 17.Konstitusiyanın 33-cü maddəsinin tələbinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. 18.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-mülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 19.Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 20.Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 21.«İnsan Hüquqlarının və X3 Haqqında» Konvensiyaya dair 1 saylı protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin «Akimova Azərbaycana qarşı» iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında hətta orderli mənzilin hüquqi əsas olmadan tutulması mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirilmişdir. 22.Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlərin mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olan mübahisəli mənzili ona təhvil verməməsi iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, mübahisəli mənzil cavabdehlər tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməlidir. 23.Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia təmin edildiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 100 manat cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.
24. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Nəticə hissəsi:
27. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:
İddia təmin edilsin. ünvan 3 ünvanında yerləşən 46 saylı mənzil cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən boşaldılaraq İddiaçı ASC-yə təhvil verilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı ASC-yə ödənilsin Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə)apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Tanrıverdiyeva