Məhkəmə qərarları › İş №e-2(060)-1192/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-1192/2024

10.01.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-1192/2024 10.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimiTanrıverdiyeva Günel Cəbrayıl qızının, X1 maraqlı şəxs 1 saylı Sumqayıt Regional Cavabdehnə qarşı mirasın qəbuletmə müddətinin uzadılması tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: X2 maraqlı şəxs 1 saylı Sumqayıt Regional Cavabdehnə qarşı mirasın qəbuletmə müddətinin uzadılması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixdə vəfat etmiş anası X4 miras qalmış Sumqayıt şəhəri, 16-cı məhəllə ev 32A/29, 4 saylı mənzilə dair mən, X5 tərəfindən mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsinin üzürlü hesab edilərək bu müddətin uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, daxil olmuş işin materiallarını araşdıraraq hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 152.1.1-ci maddəsinin tələblərinə görə isə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə qeyd edir k, hazırkı ərizə X5 tərəfindən verilsə də, “Elektron məhkəmə” informasiya sisteminə iddiaçı qismində İddiaçı daxil edilmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, X3 hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə səbəb 1 saylı Sumqayıt regional Cavabdehndə notariat ofisinin xx.xx.2022-ci il tarixli 2736 saylı məktubu ilə mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsi ilə bağlı məhkəməyə müraciət etməsinin tövsiyyə edilməsidir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Həmin qərarın 3-cü bəndinə əsasən mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməlidir. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1273-1-ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Göründüyü kimi, Mülki Məcəllənin həm mirasın qəbul edilməsi müddətini tənzimləyən 1246-cı maddəsi, həm də miras sözügedən müddətlər daxilində qəbul edilmədikdə mirasdan imtina barədə qaydaların tətbiq edilməli olması barədə 1273-1-ci maddəsi Konstitusiya Məhkəməsinin müvafiq qərarı ilə qüvvədən düşmüş hesab edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı X5 mirasın qəbulu üçün istənilən vaxt notariat orqanına müraciət edə bilər. Bu zaman notariat orqanının mirasın qəbulu üçün müəyyən edilmiş müddətin keçməsi əsası ilə müvafiq notarial hərəkətlərin aparılmasından imtina etməsi isə yolverilməzdir. Azərbaycan Respublikası MPM-in 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, X1 maraqlı şəxs 1 saylı Sumqayıt Regional Cavabdehnə qarşı mirasın qəbuletmə müddətinin uzadılması tələbinə dair ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 maraqlı şəxs 1 saylı Sumqayıt Regional Cavabdehnə qarşı mirasın qəbuletmə müddətinin uzadılması tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra təkrarən məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar