Məhkəmə qərarları › İş №e-2(060)-1206/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1206/2023

02.05.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1206/2023 02.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh6 və Cavabdeh5 vəkili X1 iştirakı ilə, İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh6 və qeyrilərinə qarşı mənzilin boşaldılması, istifadə hüququna xitam verilməsi və sair tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı BOKT ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh2 Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 4, 55 saylı (Yeni qaydalarla: AZ5011, Sumqayıt şəhəri, Koroğlu pr., 616, M5, m2) mənzilə olan istifadə hüququna xitam verilməsi, cavabdehlərin və icra zamanı mənzildə olan şəxslərin həmin mənzildən çıxarılması, Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 4, 55 saylı (Yeni qaydalarla: AZ5011, Sumqayıt şəhəri, Koroğlu pr., 616, M5, m2) mənzilin tam şəkildə boşaldılması və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə cavabdehlərdən tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi dəqiqləşmə verərək, iddiaçı ASC tərəfindən adı elektron iddia ərizəsinə daxil edilmiş Cavabdeh5 və Cavabdeh3 cavabdehlər sırasından çıxarılmasını və Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh2 Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 4, 55 saylı (Yeni qaydalarla: AZ5011, Sumqayıt şəhəri, Koroğlu pr., 616, M5, m2) mənzilə olan istifadə hüququna xitam verilməsi, cavabdehlərin və icra zamanı mənzildə olan şəxslərin həmin mənzildən çıxarılması, Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 4, 55 saylı (Yeni qaydalarla: AZ5011, Sumqayıt şəhəri, Koroğlu pr., 616, M5, m2) mənzilin tam şəkildə boşaldılması və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə cavabdehlərdən tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-227/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə X4 cəmi 46.748,26 ABŞ dolları məbləğində pulun tutulması, tutmanın ipoteka predmeti olan X2 məxsus Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 4, 55 saylı mənzilə (Yeni qaydalarla: AZ 5011, Sumqayıt şəhəri, Koroğlu prospekti, 616, M.5, m.2) yönəldilməsi qət edilmişdir. Qeyd olunan məhkəmə qətnaməsi qanuni qüvvəsini almış və icra olunması üçün Sumqayıt şəhəri üzrə icra idarəsinə göndərilmişdir. İcra sənədinin tələbinə uyğun olaraq ipoteka predmeti satılması üçün ilkin satış qiyməti 70.000 manat olmaqla açıq hərraca çıxarılmışdır. Keçirilmiş ilkin və təkrar hərrac zamanı əmlakın alıcısı olmadığı üçün hərrac baş tutmamışdır. “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq təkrar hərracın satış qiymətindən 25% aşağı qiymətə, 681/21 saylı, 10 fevral 2022-ci il tarixli protokola və həmin tarixdə bağlanan alqı-satqı müqaviləsinə əsasən İddiaçı BOKT ASC tərəfindən əldə edilmiş və sözü gedən mənzilə dair dövlət reyestrindən çıxarış alınmışdır. Sözügedən mənzilin hazırda İddiaçı BOKT ASC-nin mülkiyyətində olmasına baxmayaraq, cavabdehlər həmin mənzildə hələ də yaşayırlar və onlara məxus əşyalar həmin mənzildədir. Bu isə bir mülkiyyətçi kimi iddiaçının hüquqlarını pozur, əmlakdan istifadə etmək və sərəncam vermək hüququnu məhdudlaşdırır. Buna görə də hazırki iddianın qaldırılması zərurəti yaranmışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdi və onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh6 və Cavabdeh5 vəkili X5 iddianı qəbul etmədiyini bildərərək, iddianın rədd edilməsini xahiş etdi. Cavabdehlərə məhkəmə iclası barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını, Cavabdeh6 və Cavabdeh5 vəkili X3 dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Sumqayıt Şəhər Polis İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünur ki, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh2 Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 4, 55 saylı mənzildə qeydiyyatdadırlar. - “Bakı Hərrac Mərkəzi” ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair xx.xx.2022-ci il tarixli, 681/21 №-li protokoldan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-227/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən X2 məxsus Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 4, 55 saylı mənzil (Yeni qaydalarla: AZ 5011, Sumqayıt şəhəri, Koroğlu prospekti 616, M.5, m.2) ipoteka saxlayan İddiaçı BOKT ASC tərəfindən əldə edilmişdir. - İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, X2 məxsus Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 4, 55 saylı mənzil (Yeni qaydalarla: AZ 5011, Sumqayıt şəhəri, Koroğlu prospekti 616, M.5, m.2) ipoteka saxlayan İddiaçı BOKT ASC tərəfindən 44625 manata əldə edilmişdir. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 12-ci mikrorayonda yerləşən 4 saylı evin, 55 saylı mənzilin (Yeni qaydalarla: AZ 5011, Sumqayıt şəhəri, Koroğlu prospekti, 616, M.5, m.2) mülkiyyətçisi İddiaçı BOKT ASCdir və daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə xx.xx.2022-ci ildə qeydiyyata alınmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Sumqayıt şəhəri, 12-ci mikrorayonda yerləşən 4 saylı evin, 55 saylı mənzili (Yeni qaydalarla: AZ 5011, Sumqayıt şəhəri, Koroğlu prospekti, 616, M.5, m.2) xx.xx.2022-ci il tarixli çıxarışa əsasən İddiaçı BOKT ASC-yə məxsusdur. Cavabdehlər və onların ailə üzvləri həmin mənzildə pasport qeydiyyatında olmaqla orada yaşayırlar. İcra sənədinə əsasən ipoteka predmeti olan mənzilə tutma yönəldilmiş və o, satılaraq keçmiş mülkiyyətçinin adına qeyd olunan mənzilin dövlət reyestrində qeydiyyat yazısı ləğv edilmiş və həmin mənzil dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmışdır. Lakin, mənzilin keçmis sakinləri olan cavabdehlər mənzildən qeydiyyatdan çıxmamış, mənzili üçüncü şəxslərin hüquqlarından azad şəkildə təhvil verməmişdirlər. Cavabdehlər qeyd olunan mənzildən qeydiyyatdan çıxmamaqla və yaşamağa davam etməkdə iddiaçının öz mülkiyyəti üzərində sərəncam vermək hüquqlarını, öz mülkiyyətindən maneəsiz istifadə hüququnu məhdudlaşdırırlar. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.Həmin maddənin İV hissəsinə görə də heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətdən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən “Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir”. Azərbaycan Respublikası Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrli qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə görə, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Akimova Azərbaycana qarşı işi üzrə qərarında isə göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. 1 saylı Protokolun 1-ci maddəsinin başlıca və ən əsas tələbi mülkiyyətdən istifadə hüququna dövlət tərəfindən hər hansı bir müdaxilənin qanun çərçivəsində olmasından ibarətdir. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsaslanmaqla nəzərə alır ki, mülkiyyət hüququna bu və ya digər müdaxilə ilə bağlı mübahisəyə baxılarkən mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulub-pozulmamasını da müəyyən etmək lazımdır. Bu cür tarazlıq isə o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar “xüsusi və həddən artıq məhrumiyyətlərə” məruz qalırlar. Broniovski Polşaya qarşı” işdə (22 iyun 2004-cü il tarixli Məhkəmə qərarı) Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. İş materiallarından görünür ki, cavabdehlər və onların ailə üzvlərinin mübahisəli mənzildə yaşamasının hər hansı hüquqi əsası mövcud deyildir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, mübahisəli əmlak ipoteka ilə yüklü edildiyindən, hazırda həmin mənzil iddiaçının mülkiyyətində olduğundan cavabdehlərin orada yaşaması birincinin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququnun pozulmasına gətirib çıxarır. Odur ki, cavabdehlərin mübahisəli mənzildən istifadə hüququna xitam verilməli və onlar həmin yaşayış sahəsindən çıxarılmalı, mənzil boşaldılmalıdır. Məhkəmə iddianın icra zamanı mənzildə olan şəxslərin həmin mənzildən çıxarılması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, bu hissədə mənzildən çıxarılmalı şəxslər konkret göstərilməmiş, tələb mücərrəd cavabdehlərə qarşı yönəlmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh2 Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 4, 55 saylı (Yeni qaydalarla: AZ5011, Sumqayıt şəhəri, Koroğlu pr., 616, M5, m2) mənzilə olan istifadə hüququna xitam verilməli, onlar həmin mənzildən çıxarılmalı, Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 4, 55 saylı (Yeni qaydalarla: AZ5011, Sumqayıt şəhəri, Koroğlu pr., 616, M5, m2) mənzili tam şəkildə boşaldılmalıdır. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin olunduğundan, dövlət rüsumu ilə bağlı tələb də təmin edilməli, cavabdehlərdən müştərək qaydada ödənilmiş 100 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh2 Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 4, 55 saylı (Yeni qaydalarla: AZ5011, Sumqayıt şəhəri, Koroğlu pr., 616, M5, m2) mənzilinə olan istifadə hüququna xitam verilsin. Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh2 Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 4, 55 saylı (Yeni qaydalarla: AZ5011, Sumqayıt şəhəri, Koroğlu pr., 616, M5, m2) mənzilindən çıxarılsın, mənzil tam şəkildə boşaldılsın. Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh2 ödənilmiş 100 manat dövlət rüsumu müştərək qaydada tutularaq İddiaçı BOKT ASC-yə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar