Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-137/2025 07.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «mənzilə köçürülmə tələbi»nə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh qarşı «mənzilə köçürülmə tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 01 may 2006-cı il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından 18 fevral 2006-cı il təvəllüdlü X8 və 17 avqust 2007-ci il təvəllüdlü X7 anadan olmuşdur. Tərəflər ailə qurduqdan sonra bir müddət mehriban yaşasalar da, sonradan münasibətləri pozulmuş, ailə faktiki olaraq dağılmışdır. Tərəflər boşanmaq qərarına gəlmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4596/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında Bakı şəhəri Səadət Sarayında xx.xx.2006-cı il tarixdə bağlanmış, 1084 nömrəsi ilə qeydə alınmış nikahın pozulması, xx.xx.2006-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər atası Cavabdeh yanında qalması, xx.xx.2022ci il tarixdən etibarən xx.xx.2006-cı il il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 150 manat sabit pul məbləğində alimentin İddiaçı tutularaq Cavabdeh oğluna verilməsi, xx.xx.2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər anası İddiaçı yanında qalması, xx.xx.2022-ci il tarixdən etibarən xx.xx.2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. Tərəflər birgə nikah dövründə ünvan 1 ünvanında yerləşən 8 saylı mənzili əldə etmişlər. Həmin mənzil üzərində birgə nikah dövründə 07 aprel 2011-ci il tarixdə ********** qeydiyyat nömrəli çıxarış ilə Cavabdeh tam mülkiyyət hüququ qeydiyyata alınmışdır. İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş əmlak bölgüsü tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflərin birgə nikah dövründə əldə etdikləri ünvan 1 ünvanında yerləşən 8 saylı mənzilin hər birinin payı 1/2 hissə müəyyən edilməklə bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-177/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, ünvan 1 ünvanında yerləşən 8 saylı mənzilin əldə edilməsinə birgə gəlirlər hesabına görə ödənilmiş pul vəsaitinin 1/2 hissəsi, yəni 38620,81 manat pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Göstərilənlərə əsasən İddiaçı ünvan 1 ünvanında yerləşən 8 saylı mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən məhkəməyə ərizə təqdim edilərək işə onların iştirakı olmadan baxılması və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir.
4. Məhkəmə işə iddiaçının nümayəndəsi və vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
5. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilmiş (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış), lakin cavabdeh məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
6. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
7. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
8. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-177/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilərək ünvan 1 ünvanında yerləşən 8 saylı mənzilin əldə edilməsinə birgə gəlirlər hesabına görə ödənilmiş pul vəsaitinin 1/2 hissəsi, yəni 38620,81 manat pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi, Cavabdeh 75 manat ödənilmiş dövlət rüsumunun və mediasiya xərcinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
9. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən 25 oktyabr 2024-cü il tarixli məlumatların təqdim edilməsi barədə sorğuya cavab məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən 8 nömrəli mənzilin hüquqi vəziyyəti ilə bağlı məlumatın təqdim edilməsi barədə sorğuya aidiyyatı üzrə baxılmışdır. Bununla əlaqədar bildirilir ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsində mövcud arxiv materiallarına əsasən ünvan 1 ünvanında yerləşən 8 nömrəli mənzil Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı aparatının mənzillərin uçotu, bölüşdürülməsi və dəyişdirilməsi şöbəsi tərəfindən verilmiş xx.xx.2001-ci il tarixli, 152 nömrəli orderə, Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X2 19 saylı Mənzil Kommunal Sahəsi tərəfindən verilmiş xx.xx.2001-ci il tarixli 2262 nömrəli (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə forma 2 arayışına və mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş şəxslərin mənzili özəlləşdirməyə razılıqları barədə ərizələrə əsasən X3 adına qeydiyyata alınaraq qeydiyyat vəsiqəsi verilmişdir. Daha sonra xx.xx.2008-ci il tarixli, 2V-180 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən sözügedən mənzil xx.xx.2008-ci il tarixdə ümumbirgə mülkiyyət hüququ üzrə X9 və X6 adlarına qeydiyyata alınmışdır. Bundan başqa xx.xx.2011-ci il tarixli, 4Ə-146 reyestr nömrəli alqı-satqı və ipoteka müqaviləsinə əsasən xx.xx.2011-ci il tarixdə Cavabdeh adına özgəninkiləşdirilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(105)- 1968/2023 nömrəli icra vərəqəsinə əsasında xx.xx.2024-cü il tarixdə sözügedən mənzilin 1/2 hissəsi İddiaçı adına qeydiyyata alınmışdır.
10. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(105)-1968/2023 nömrəli qətnaməsinə əsasən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-177/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin çıxarılması, iddia tələbinin təmin edilməsi, Cavabdeh ilə İddiaçı birgə nikah dövründə əldə etdikləri ünvan 1 ünvanında yerləşən 8 saylı mənzilin üzərində hər birinin ½ hissədə paylarının müəyyən edilməsi, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli 194/ZBGF nömrəli kredit müqaviləsi üzrə 49000 (qırx doqquz min) manat öhdəliyin ½ hissəsinin İddiaçı aid edilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manatın Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22, hesab nömrəsi «AZ34CTRE ********************) keçirilməsi qət edilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
11. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, mübahisələndirilən mənzilin iddiaçı ilə cavabdehin ümumi birgə mülkiyyətlərində olması işin mübahisəsiz halıdır. İddiaçı həmin halı əsas götürərək ünvan 1 ünvanında yerləşən 8 saylı mənzilə köçürülməsini tələb edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
12. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
13. Göstərilən qanunun normasından göründüyü kimi mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə səlahiyyətləri əhatə edir. Mülkiyyətçinin öz əmlakı üzərində «səlahiyyət üçlüyü» adlanan bu imkanları mülkiyyət hüququnun məzmununu təşkil edir. Mülkiyyətçi öz əmlakı ilə bağlı sahiblik, istifadə və sərəncam səlahiyyətlərindən qanun çərçivəsində öz istədiyi kimi istifadə edə bilər. Yəni mülkiyyətçi özünə məxsus olan əmlakdan şəxsən istifadə edə bilər, onu başqasının istifadəsinə verə bilər və ya istifadəsiz öz mülkiyyətində saxlaya bilər. Bütün bu hallarda onun mülkiyyət hüququ bütövlükdə saxlanılır.
14. Göründüyü kimi mülkiyyət hüququ (o cümlədən mülkiyyət hüququnun xüsusi növü olan paylı mülkiyyət hüququ) üç səlahiyyəti (sahiblik, istifadə, sərəncam) özündə birləşdirir və həmin səlahiyyətlərdən birinin məhdudlaşdırılması mülkiyyət hüququnun pozulmasına dəlalət edir.
15. İşdən göründüyü kimi iddiaçı mübahisəli mənzilin 1/2 hissəsinin mülkiyyətçisi olsa da, həmin mənzilin digər paylı mülkiyyətçisi olan cavabdehin hərəkəti nəticəsində öz mülkiyyətindən istədiyi kimi istifadə edə bilmir. Bu da onun mülkiyyətçi kimi hüquqlarının məhdudlaşdırılmasına dəlalət edir.
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 153.4-cü maddəsinə əsasən bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir.
17. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər.
18. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır.
19. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ünvan 1 ünvanında yerləşən 8 saylı mənzilə köçürülməlidir.
20. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
22. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
23. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
25. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Nəticə hissəsi:
26. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə
QƏT ETDİ:
İddia tələbi təmin edilsin. İddiaçı ünvan 1 ünvanında yerləşən 8 saylı mənzilə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Şəbnəm Həxiyeva