Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-1408/2025 15.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi Həsənli Mehriban Hüseyn qızının katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı özbaşına tikililərin sökülməsi və torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ:
1. İddiaçı Cavabdeh qarşı “özbaşına tikililərin sökülməsi və torpaq sahəsinin boşaldılması” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər bələdiyyəsinin protokol-38 saylı 14 dekabr 2007-ci il tarixli qərarı ilə Sumqayıt şəhərinin cənubunda, “Samur-Abşeron” kanalının şimalında salınmış Yeni yaşayış məntəqəsində, mövqe sexmi əsasında, fərdi ev tikintisi üçün 4-cü məhəllə ərazisində şəhid ailəsi İddiaçı mülkiyyətinə ayrılmış 57 saylı 600(altı yüz) kv.m həyətyanı torpaq sahəsində inşa olunmuş özbaşına tikililərin Cavabdeh tərəfindən öz hesabına sökülməsi və həmin torpaq sahəsinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq:
2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): 259.0. məhkəmə aşağıdakı hallarda iddia ərizəsini baxılmamış saxlayır: 259.0.7. işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə;
3. Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il Qərarı: 1.3. Ərizənin baxılmamış saxlanılması bütün məhkəmə instansiyalarında iddia icraatı və xüsusi icraat işlərinə baxıldıqda qanunvericilikdə müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla tətbiq edilir.
2. Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər.
14. Ərizə baxılmamış saxlanıldıqda məhkəmə baxışı qərardad qəbul edilməklə başa çatdırılır. Ərizənin qətnamə ilə baxılmamış saxlanılması yol verilməzdir. Qərardadda yalnız mövcud vəziyyətdə işə mahiyyəti üzrə baxmağın mümkün olmaması qanunun konkret normalarına istinad edilməklə əsaslandırılmalıdır. 9.2. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunla müəyyən edilmiş qaydada işə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı üzürsüz səbəbdən məhkəmə iclasına gəlmədikdə və buna görə ərizə baxılmamış saxlanıldıqda məhkəmə iddiaçının ərizəsi ilə icraatı təzələməyə və işə baxmağa haqlı deyildir. Həmin şəxs ümumi qaydada ərizə ilə məhkəməyə müraciət etməlidir.
17. İddianın baxılmamış saxlanılması həmin iddia ilə məhkəməyə yenidən müraciət etməyi istisna etmir. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən maraqlı şəxs baxılmamış saxlanılmış iddia ilə məhkəməyə ümumi qaydada müraciət edə bilər. Bu zaman ümumi qaydada yeni iş açılmalıdır. Lakin ərizənin baxılmamış saxlanılması MPM-nin 259.0.6 və 259.0.7-ci maddələrdə göstərilən əsaslarla əlaqədar olduqda, tərəflər məhkəmə iclasında iştirak etməmələri ilə əlaqədar üzürlü səbəblər göstərdikdə və bu barədə məhkəməyə sübutlar təqdim etdikdə məhkəmə tərəflərin vəsatətinə əsasən ərizənin baxılmamış saxlanılması barədə qərardadını qanunla müəyyən edilmiş müddətdə ləğv edərək həmin işə mahiyyəti üzrə baxmağa haqlıdır. Bu zaman işin davamı əvvəlki işdə aparılır.
İşə baxan məhkəmənin mövqeyi:
4. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır.
5. Mülki iş üzrə xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil öz izahatında bildirmişdir ki, bu prosess çoxdan gedir. Hüquqlarını müdafiə etdiyi iddiaçı da şəhid ailəsidir. Polis bölməsində də işi olmuşdur. Cavabdeh ora çağırılmışdır. Cavabdehin yalnız qeydiyyat ünvanı vardır. Faktiki olaraq yaşadığı ünvanı bilmirlər. Müstəsna aidiyyət məsələsi ilə bağlı Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişlər. Cavabdeh Abşeron rayonunda qeydiyyatda olsa da, torpaq sahəsi Sumqayıt şəhərində yerləşir. İddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsini rəsmiləşdirmək üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişlər. Ərizəyə baxış keçirilən zaman torpaq sahəsinin bir hissəsinin zəbt olunması aşkar olunmuşdur. Müayinə zamanı mübahisə yarandığına görə torpaq sahəsinin rəsmiləşdirilməsi imtina edilmişdir. İmtina sənədi iddia ərizəsinə əlavə edilmişdir. Bundan sonra cavabdehin faktiki ünvanının müəyyən edilməsi üçün Polis İdarəsinə müraciət etmişlər. Cavbadeh də polis idarəsinə dəvət olunduqda bildirilmişdir ki, o da pulunu ödəyib torpaq sahəsini almışdır. Ola bilər ki, maklerin maxenasiyasıdır. Yarımçıq hasar və yarımçıq tikili vardır. Ona görə də məhkəməyə müraciət etmişlər.
6. Sonrakı hazırlıq iclası 11 mart 2025-ci il tarixə təyin edilmiş, iddiaçı tərəf məhkəmə iclasında iştirak etməmiş və onların iştirakını təmin etmək üçün məhkəmə hazırlıq iclası növbəti tarixə təxirə salınmışdır.
7. Növbəti hazırlıq iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etmişdir. Cavabdeh məhkəmədə iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etmədiyini və işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirmişdir.
8. Məhkəmə iddiaçının hərəkətlərinə hüquqi qiymət verərək, o cümlədən cavabdehin işə mahiyyəti üzrə baxılmasını tələb etməməsini nəzərə alaraq AR MPM-nin 259.0.6-cı maddəsinə əsasən iddia ərizəsinin baxılmamış saxlanılmasını mümkün hesab edir.
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır.
10. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, **********35 nömrəli dövlət rüsumunun qəbzindən görünür ki, İddiaçı tərəfindən 100 manat rüsum ödənilmişdir.
11. İddia ərizəsi baxılmamış saxlanıldığından iş üzrə İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu geri qaytarılmalıdır.
12. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 259.0.6, 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ:
1. İddiaçı Cavabdeh qarşı özbaşına tikililərin sökülməsi və torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın.
2. xx.xx.2024-cü il tarixli, **********35 nömrəli dövlət rüsumu qəbzinə əsasən ödənilmiş 100 (bir yüz) manat İddiaçı qaytarılsın.
3. Qərardadın “rüsumun qaytarılması hissədə” icrası Sumqayıt Şəhəri üzrə Maliyyə İdarəsinə həvalə edilsin.
4. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.
Sədrlik edən Aynur Behbudova