Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1409/2025 23.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən 6285 manat borcun və məhkəməyə iddia qaldırılması üçün ödənilmiş 82,85 manat dövlət rüsumunun, həmçinin hüquqi yardımın göstərilməsi üçün vəkilə çəkilmiş xərc 350 manat olmaqla, ümumilikdə 6718 manat pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında qızıl-zinət əşyalarının alqı-satqısına dair bir neçə nisyə alqı-satqı müqaviləsi bağlanmış və tərəflər arasında yaranmış işgüzar adət əsasında ödənişin 10 (on) gün ərzində həyata keçirilməsi razılaşdırılmışdır. Lakin qızıl-zinət əşyalarının alışından 07 (yeddi) aydan artıq bir müddət keçsə də, cavabdeh tərəfindən indiyə kimi ödəniş həyata keçirilməmişdir. Nəticədə qızılzinyət əşyalarının alışı ilə bağlı cavabdehin 4485 (dörd min dörd yüz səksən beş) manat borcu yaranmışdır. Bundan əlavə 1 ədəd iphone 15 pro max markalı telefonun satıcıdan əldə edilərək İddiaçı təqdim edilməsi ilə əlaqədar tapşırıq müqaviləsi bağlanılmış və tapşırıq verən (İddiaçı) tərəfindən cavabdehə məxsus karta 2000 (iki min) manat göndərilmişdir. Həmin müqavilə üzrə də öhdəlik icra edilmədiyi üçün İddiaçı tərəfindən müqavilədən imtina edilmişdir. Nəticədə 4485 (dörd min dörd yüz səksən beş) manat və 2000 (ikimin) manat olmaqla ümumilikdə 6485 (altımin dörd yüz səksən beş) manat məbləğində borc yaranmışdır. Bundan sonra 22 noyabr 2024-cü il tarixdə İddiaçı ilə Cavabdeh arasında “mövcud borcun etirafı haqqında mücərrəd müqavilə” bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçı ilə aralarında başlıca əqddən yaranmış münasibət nəticəsində 22 noyabr 2024-cü il tarixinə 6485 (altı min dörd yüz səksən beş) manat məbləğində ödəniş etmək öhdəliyinin olduğunu təsdiq edir, müqavilə üzrə cavabdeh göstərilən məbləği müqavilənin bağlandığı gündən etibarən 3 ay ərzində və 22 fevral 2025-ci il tarixinədək iddiaçının sonu 2433 ilə bitən kart hesabına köçürməli olduğunu, 22 dekabr 2024-cü il tarixinədək 2162 manat, 22 yanvar 2025-ci il tarixinədək 4324 manat, 22 fevral 2025-ci il tarixinədək isə bütün borc məbləği, yəni 6485 manat cavabdeh tərəfindən iddiaçıya təqdim edilməli olduğunu, əgər göstərilən tarixə qədər göstərilən məbləğlər tam ödənilməzsə və ya məbləğindən asılı olmayaraq gecikmə olarsa iddiaçının son icra tarixi çatmamış bütün ödənişləri də tələb edə bilməsini və bu müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməyəcəyini qəbul edir. Qeyd edir ki, sözügedən müqaviləyə əsasən cavabdeh tərəfindən 22 dekabr 2024-cü il tarixinədək 2162 manat ödənilməsi razılaşdırılsa da, o öhdəliyinə əməl etməmiş, 24 dekabr 2024-cü il tarixində onun tərəfindən iddiaçıya məxsus kart hesabına yalnız 200 manat ödəniş həyata keçirilmişdir. Odur ki, İddiaçı ödənilməmiş 6285 (altı min iki yüz səksən beş) manat məbləğində pul vəsaitinin ödənilməsinə dair məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdi və onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etdiyini bildirdi. Məhkəmə, iddiaçının nümayəndəsinin və vəkilinin və cavabdehin izahatını dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2024-cü il tarixli, **********1 nömrəli qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən hüquqi yardım göstərilməsi üçün 350 manat məbləğində ödəniş edilmişdir. - xx.xx.2024-cü il tarixli, **********38 nömrəli qəbzin surətindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün Sumqayıt Şəhər Məhkəməsinin hesabına 82.25 manat məbləğində dövlət rüsumu ödəmişdir. - İşə əlavə edilmiş 22 noyabr 2024-cü il tarixli iddiaçı (kreditor) ilə cavabdeh (borclu) arasında bağlanmış mövcud borcun etirafı haqqında mücərrəd müqavilədən görünür ki, kreditor və borclu arasında başlıca əqddən yaranmış münasibət nəticəsində 22 noyabr 2024-cü il tarixinə, yəni bu müqavilənin bağlandığı günə borclunun kreditora 6485 manat məbləğində ödəniş etmək öhdəliyi vardır. Borclu qeyd olunan məbləğ üzə kreditora halhazırda qalan 6485 manat məbləğində olan borcu etiraf edir. Bu müqaviləyə əsasən iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Mövcud borc borclu tərəfindən razılaşma yolu ilə etiraf olunur. Müqavilə imzalandığı andan qüvvəyə minir və öhdəlik tam icra olunanadək qüvvədədir. Hazırki müqavilə üzrə borclu göstərilən məbləği müqavilənin bağlandığı gündən etibarən 3 ay ərzində və 22 fevral 2025-ci il tarixinədək kreditotun kart hesabına köçürməlidir. 22 dekabr 2024-cü il tarixinədək 2162 manat, 22 yanvar 2025-ci il tarixinədək 4324 manat, 22 fevral 2025-ci il tarixinədək isə bütün borc məbləği, yəni 6485 manat borclu tərəfindən kreditora təqdim edilməlidir. Əgər göstərilən tarixə qədər göstərilən məbləğlər ödənilməzsə və ya məbləğindən asılı olmayaraq gecikmə olarsa kreditor son icra tarixi çatmamış bütün ödənişləri də tələb edə bilər. Beləliklə, mülki işin materialları, iddiaçının nümayəndəsinin və vəkilinin izahatı və mülki işdə olan sübutlarla təsdiq edilir ki, Cavabdeh 22 sentyabr 2024-cü il tarixdə İddiaçı 6485 manat məbləğində borcunun olduğunu etiraf etmiş, həmin borcun 22 dekabr 2024-cü il tarixinədək 2162 manat, 22 yanvar 2025-ci il tarixinədək 4324 manat, 22 fevral 2025-ci il tarixinədək isə bütün borc məbləği, yəni 6485 manatı tam ödəməyi öhdəlik olaraq üzərinə götürsə də, həmin məbləğdən 200 manat ödəniş etmiş, 6285 manatı hazırki günədək geri qaytarmamışdır. Cavabdeh iddia tələbini qəbul edir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bu Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi,alıcı isə əşyanı qəbul edib əvəzinə müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki,alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti,ödənişlərin qaydası,müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Bu Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Həmin Məcəllənin 882.1-ci maddəsinə əsasən, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Bu Məcəllənin 882.5-ci maddəsinə əsasən, əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, tərəflər arasında mahiyyət etibarilə nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Borclu götürdüyü əşyalara görə hər ay pul ödəməyinə dair öhdəlik götürmüş, lakin həmin öhdəlik cavabdeh tərəfindən lazımınca icra edilməmişdir. Onlar razılaşma yolu ilə cavabdehin mövcud borcu etiraf etməsi barədə mücərrəd müqavilə bağlamışlar. Eyni zamanda cavabdehin əmlak vəziyyəti borcun qaytarılması tələbi üçün təhlükə yaradan əhəmiyyətli dərəcədə pisləşmişdir. Belə ki, aralarındakı mücərrəd müqavilənin bağlanmasından sonra da cavabdeh öhdəliyini layiqincə yerinə yetirməmişdir. Ona görə də iddia əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 6285 manat pul İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, vəkilə hüquqi yardıma görə ödənilən xərcə görə cavabdehdən 350 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya verilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Odur ki, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu, yəni 82.25 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 6285 manat pul, 82.85 manat dövlət rüsumu və hüquqi xidmətə görə ödənilmiş 350 manat pul, cəmi 6718 (altı min yeddi yüz on səkkiz) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №e-2(060)-1409/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1409/2025
23.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver