Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1451/2025 15.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı X16 və onun nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı X8 Cavabdeh qarşı kompensasiya ödəmək yolu ilə mənzildə yaşayış-istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı X16 Cavabdeh qarşı “kompensasiya ödəmək yolu ilə mənzildə yaşayı-istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən, Cavabdeh 5000 manat məbləğində kompensasiya verilməklə azyaşlı uşaqları xx.xx.2021-ci il təvəllüdlü Salahova İnci Rəşad qızı və xx.xx.2023-cü il təvəllüdlü Salahova Nilay Rəşad qızı ilə birlikdə ünvan 1-ə olan istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur.Qeyd olunan mənzilə dair ona DƏDRX-dan RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir.Onunla birlikdə qeyd olunan mənzildə Cavabdeh da qeydiyyatdadır. Qeyd edir ki,cavabdeh onun oğludur.Uzun illərdir ki, cavabdeh ona məxsus mənzildə yaşamır. Şamaxı şəhərində dəd-baba yurdunda yaşayır.Özünə məxsus evdir, orada daimi yaşayır. Şamaxı şəhərində daimi əsaslarla müəllim işləyir. Cavabdehi onun mənzilinə bağlayan nə mənəvi, nə dəki hüquqi heç bir bağ yoxdur. Cavabdehin ona qarşı münasibəti hər zaman pis olmuş, bir ana kimi heç vaxt ona hörmət qoymamışdır.Ona qarşı qəddar, qeyri-insani və insan ləyaqətini alçaldan hərəkətlər etmiş, hətta əl qaldrmış və hər zaman təhqir etmişdir. Bir övlad kimi üzərinə düşən vəzifəsini heç vaxt yerinə yetirməyərək ona qarşı biganə olmuşdur. Cavabdehin onun mənzilində formal qeydiyyatdan başqa bağlayan heç nə yoxdur. Cavabdeh tərəfindən məhkəməyə etiraz ərizəsi daxil olaraq iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, iddia ərizəsini əsassız qəbul edir. Belə ki, iddiaçı onun doğma anasıdır. Mübahisəli mənzil mərhum atası X9 işlədiyi müəssisədən Order asasında verilmiş, sonradan atasının adına özəlləşdirilmişdir. Atasının vəfatından sonra (xx.xx.2014-cü il) mənzil anasının adına sənədləşdirilmişdir. O bu mənzildə anadan olmuş və böyüyüb boya-başa çatmışdır. Ailəlidir, işi ilə əlaqədar Şamaxı şəhərində ata nənəsinin evində yaşayır.Hazırda, anası İddiaçı məhkəmədə ona qarşı iddia qaldırmış və ona 5.000 (beş min) manat məbləğində kompensasiya verməklə azyaşlı uşaqları ilə birlikdə Sumqayıt şəhəri, 6-cı mikrorayon, 27 saylı evin 3 otaqlı 18-ci mənzilinə yaşayış-istifadə hüququna xitam verilməsi və mənzildən qeydiyyatdan çıxarılmağını tələb edir.AR Mülki Məcəlləsinin 228.2-ci maddəsində göstərilmişdir ki, mülkiyyətdə olan yaşayış binasının tərkib hissəsindən istifadə hüququna yalnız kompensasiya verməklə xitam verilə bilər.AR Konstitusiya Məhkəməsi Plenumunun AR Mülki Məcəlləsinin 228.5-ci maddəsinin şərh olunmasına dair 01 iyul 2008-ci il tarixli qərarına əsasən də yaşayış binasının tərkib hissəsindən digər şəxslərin istifadə hüququna xitam verilməsi ilə bağlı məsələlər AR Mülki Məcəlləsinin 228.2-ci maddəsinə uyğun həll edilməlidir.AR Mülki Məcəlləsinin 228.2-ci maddəsindən irəli gələn tələblərin mahiyyəti ondan ibarətdir ki, o, ailə üzvlərinin və digər şəxslərin mənzildən istifadə etmək və mülkiyyət hüquqlarının qanuni baxımdan hərtərəfli həllinə təminat verir. Mülkiyyət hüququ yaşayış sahəsindən istifadə etmək hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin olunmalıdır və bu cür mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə hüququnun təbiəti, onların mütənasibliyi nəzərə alınmalıdır.Lakin, qanunverici yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi qaydasını müəyyənləşdirərkən, bu prosedurun həyata keçirilməsi üçün belə bir şərt irəli sürmüşdür ki, mülkiyyətçinin təklif etdiyi kompensasiya mövcud bazar qiymətlərinə uyğun olmaqla yaşayış tələblərinə mütənasib olmalı, istifadəçi davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzilə xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verməlidir. Kompensasiya məbləği məbləği müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir.Bundan başqa, AR Mülki Məcəlləsinin 158.1 və 158.4-cü maddələrində göstərilir ki, mülkiyyət hüququ ilə yanaşı mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxsin o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. AR Konstitusiya Məhkəməsi R.Ağalarovun şikayəti üzrə xx.xx.2007-ci il tarixli Qərarında təkrarən təsdiq edir ki, xx.xx.2001-ci il tarixli Qərarda olduğu Mülki Məcəllənin 228.2-ci maddəsindən irəli gələn tələblərin mahiyyəti ibarətdir ki, o, ailə üzvlərinin və digər şəxslərin mənzildən istifadə etmə mülkiyyət hüquqlarının qanuni baxımdan hərtərəfli həllinə təminat verir. Mülkiyyət hüququ yaşayış sahəsindən istifadə etmək hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmala təmin olunmalıdır və bu mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən is hüququnun təbiəti, onların mütənasibliyi nəzərə alınmalıdır.Yəni, qanunverici har hansı şəxs və şəxslər tərəfindən tanınmış, xüsusi mülkiyyət hüququ əsasında mənsub olan yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi qaydasını müəyyənləşdirərkən mülkiyyətçinin iradəsini əsas götürmüşdür. Belə ki, bu prosedurun həyata keçirilməsi üçün aşağıdakı şərtlər tələb olunur: 1-cisi, tələb yalnız mülkiyyətçi tərəfindən məhkəmə qaydasında verilməlidir 2-cisi, tələb yaşayış binasının tərkib hissəsindən istifadə hüququ tanınmış şəxsə qarşı verilməlidir. 3-cüsü, mülkiyyətçinin təklif etdiyi kompensasiya mövcud bazar qiymətlər uyğun olmaqla tələblərinə mütənasib olmalıdır. 4-cüsü, kompensasiyanın məbləğini mülkiyyətçi müəyyənləşdirir. Onun yaşayış binasının tərkib hissəsindən istifadə hüququ tanınmış şəxs tərəfindən qəbul olunubolunmaması qanunvericilik baxımından şərt kimi nəzərdə tutulmur, yalnız işə baxan məhkəmə tərəfindən işin faktiki halları nəzərə alınmaqla həll edilməlidir.Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərində müəyyən payın ödənilməsini tələb etmək hüququ verməsə də, o, yaşayış sahəsində istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müdda daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin.Qeyd olunanlar müəyyənləşdirildikdən kompensasiyanın məbləğinə təsiri nəzərə alınmaqla kompensasiya təklif edənin təklif etdiyi məbləğin istifadə hüququnun itirilməsi üçün yetərli olub-olmaması həll edilməlidir.Kompensasiya məbləği mülkiyyətçinin malik olduğu evin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Məhkəmə kompensasiya təklif edən şəxsin təklif etdiyi məbləğdən artıq məbləğ müəyyən etməklə və ya məbləği azaltmaqla istifadə hüququna xitam verməkdə haqlı deyil.AR Mülki Məcəlləsinin 228.2-ci maddəsində istifadə olunan "bazar qiyməti ilə müvafiq kompensasiya" ifadəsi mülkiyyətin dəyərinə münasibətdə deyil, davamlı surətdə başqa mənzildə yaşamağı davam etdirmək üçün zəruri olan vəsait kimi başa düşülməlidir.Bildirir ki, İddiaçı tərəfindən mənə təklif olunan 5.000 (beş min) manat məbləğində kompensasiyanın mövcud bazar qiymətləri şəraitində onun və azyaşlı uşaqlarının hazırki mübahisənin yaranmasından əvvəl istifadə etdikləri yaşayış sahəsinə uyğun yaşayış sahəsi ilə təmin olunmaqları üçün yetərli deyildir.Bu və digər səbəblərdən hesab edir ki, İddiaçı hazırki iddia ərizəsi əsassızdır və təmin edilməməlidir. Məhkəmə iclasında iddiaçı X8 nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, iddia ərizəsindən də görünür ki, cavabdehin 5000 manat kompensasiya verilməklə mənzildən çıxarılma tələbi ilə iddia qaldırmışdır.İş üzrə müvafiq ekspertiza təyin olunmuş, əmlak qiymətləndirilmiş və əmlakın həm bazar, həm də kirayə dəyəri ekspert tərəfindən müəyyən olunmuşdur.Ekspertin rəyinə əsasən qeyd olunan mübahisəli mənzildə 3 illik kirayə haqqı 7200 manat təşkil edir.Əvvəlcə 5000 manat kompensasiya verilməklə mənzilə istifadə hüququna xitam verilməsini ərizədə qeyd etsələr də, sonuncu məhkəmə iclasından sonra məhkəmədən kənar görüşüb qərara gəlmişdirlər ki, ekspert rəyində göstərilən məbləğlə 7200 manat məbləğində kompensasiya verilməklə cavabdehin qeyd olunan mənzildən istifadə hüququna xitam verilə bilər. Məhkəmədən ekspert rəyində göstərilən 7200 manat məbləğində kompensasiya verilməklə cavabdehin mənzildən istifadə hüququna xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X16 izahatında əlavəsi olmadığını qeyd etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında bildirdi ki, evdə mart ayında olmuşdur. İddia ilə razı deyil.Sonuncu məhkəmə iclasından sonra qarşılaşıb bildirmişdir ki, 5 uşağı var. Qeyd edilənlə məbləğlə razı deyil.Kompensasiyanın məbləği 15000 manatdan aşağı qane etmir.Keçən məhkəmə iclasındada qarşı tərəflə razılaşmağa çalışmış, lakin onu acılamışdır.Kompensasiya ilə o vaxt razılaşar ki, dədə-baba yurdunu ona versinlər. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına tam payda ********** qeydiyyat nömrəsi ilə xx.xx.2014-cü il tarixdə rəsmiləşdirilmişdir. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 20 nömrəli reyestr kitabının 117 nömrəli vərəqində qeydiyyata alınmışdır. -AR Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, ünvan 1 ünvanında Cavabdeh, Salahova Nilay Rəşad qızı, Salahova İnci Rəşad qızı, X10, İddiaçı, X5 qeydiyyatdadırlar. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 2 saylı Sumqayıt Ərazi İdarəsinin daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2025-ci il tarxili arayışdan görünür ki, Cavabdeh adına respublika ərazisi üzrə daşınmaz əmlakın mövcudluğuna dair xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciətinə əsasən daşınmaz əmlak aşkar edilməmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 2 saylı Sumqayıt Ərazi İdarəsinin daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2025-ci il tarxili arayışdan görünür ki, İddiaçı Hüseyn qızının adına respublika ərazisi üzrə daşınmaz əmlakın mövcudluğuna dair xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciətinə əsasən daşınmaz əmlak aşkar edilməmişdir. -2(074)-495/2019 saylı, 02 may 2019-cu il tarixli Şamaxı rayon Məhkəməsinin qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh X6 arasında olan xx.xx.2011-ci ildə Şamaxı rayon Qaleybuğurd kənd icra nümayəndəliyində bağlanmış,bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 07.12.201-ci il tarixdə 22 nömrə ilə qeydə alınmış nikahın pozulması və tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X12, xx.xx.2013-cü il təvəllüdlü X17 və xx.xx.2016-cı il təvəllüdlü X13 atası Cavabdeh yanında qalması qərara alınmışdır. -xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Sumqayıt şəhəri, 6-cı mikrorayon, 9 mərtəbəli, 27 saylı yaşayış binasının 3-cü mərtəbəsində yerləşən 18-ci mənzilin hazırki bazar qiymətləri ilə bugünə olan aylıq kirayə haqqı 350-400 manat civarındadır. - AZ-İİ seriyalı, 913355 nömrəli doğum haqqında şəhadətnamənin surətindən göünür ki, xx.xx.2012-ci il təvəllüdlü X1 şəhərində anadan olmuşdur.Atası Cavabdeh, anası X4r. - AZ-İV seriyalı, 938900 nömrəli doğum haqqında şəhadətnamənin surətindən göünür ki, xx.xx.2023-cü il təvəllüdlü Salahova Nilay Rəşad qızı Sumqayıt şəhərində anadan olmuşdur.Atası Cavabdeh, anası X4r. - AZ-İV seriyalı, 938900 nömrəli doğum haqqında şəhadətnamənin surətindən göünür ki, xx.xx.2023-cü il təvəllüdlü Salahova Nilay Rəşad qızı Sumqayıt şəhərində anadan olmuşdur.Atası Cavabdeh, anası İddiaçı Hüseyn qızıdır. - AZ-İV seriyalı, 570773 nömrəli doğum haqqında şəhadətnamənin surətindən göünür ki, xx.xx.2021-ci il təvəllüdlü Salahova İnci Rəşad qızı Sumqayıt şəhərində anadan olmuşdur.Atası Cavabdeh, anası X7r. - AZ-İİ seriyalı, 429369 nömrəli nikah haqqında şəhadətnamənin surətindən göünür ki, Cavabdeh və X11 xx.xx.2021-ci ildə nikahlarını bağlamışlar.Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 344 № ilə qeyd edilmişdir. - AZ-İİİ seriyalı, 762990 nömrəli doğum haqqında şəhadətnamənin surətindən göünür ki, xx.xx.2016-cı il təvəllüdlü X2 şəhərində anadan olmuşdur.Atası Cavabdeh, anası X4r. - AZ-İİİ seriyalı, 153388 nömrəli doğum haqqında şəhadətnamənin surətindən göünür ki, xx.xx.2013-cü il təvəllüdlü X3 şəhərində anadan olmuşdur.Atası Cavabdeh, anası X4r. - "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli hesabatından görünür ki, ünvan 2 ünvanında yerləşən 18 saylı mənzilin hazırda bazar qiyməti 80000 manat, oxşar şəraitli (yerləşdiyi yer, otaqların sayı, mərtəbəsi, təmiri və sair hallar nəzərə alınmaqla) mənzillərin aylıq kirayə haqqı 200 manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ünvan 2 ünvanında yerləşən 18 saylı mənzilin mülkiyyətçisi Dövlət Reyestrindən verilmiş çıxarışa əsasən iddiaçıdır. İddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış və bu barədə çıxarış verilmişdir. Cavabdeh iddiaçının oğludur. Cavabdeh məhkəmə tərəfindən təklif olunan 8000 manat kompensasiya məbləği ilə razı deyildir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiət etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikasının mülki qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə hesab edir ki, yaşayış sahəsindən istifadə hüququ ilə bağlı mülkiyyətçi və belə hüquqa malik şəxs arasında yaranmış mübahisələrə də məhz bu prizmadan yanaşılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünü əks etdirir. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə qarşı kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürmək hüququna malikdir və iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 228.2-ci maddəsi təşkil edir. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, hüquq münasibətinin nə vaxt yaranmasından asılı olmayaraq Mülki Məcəlləsinin 228.2-ci maddəsinə istinad etməklə mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan qanunvericilik normalarına əsaslanaraq və onların tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddianın predmetindən, əsaslarından, eləcə də işin faktiki hallarından göründüyü kimi iddiaçı mülkiyyətindəki mənzildən cavabdehin istifadə hüququnu mübahisələndirmədiyindən məhkəmə, sonuncunun belə hüququnun yaranıb-yaranmamasını araşdırmayaraq müvafiq kompensasiyanın məbləğinin ağlabatanlığına qiymət verərək bu nəticəyə gəlir ki, iddia əsaslıdır.Cavabdehin mübahisəli mənzildə uzun müddətdir yaşamaması tərəflərin mübahisələndirmədikləri haldır (mövcud olan fərqləndirici xüsusiyyət).Yalnız cavabdeh hazırda ata mülkü olan mənzildə (rayonda) yaşayarkən ona həmin mənzilə mülkiyyət hüququnun tanınması halında iddia tələbini qəbul edəcəyi barədə gətirdiyi arqumentlər hazırki mübahisənin araşdırılması predmeti olmadığından, cavabdehin etirazının əsassız olması qənaətinə gəlir. Bundan əlavə cavabdehin uzun müddətdir heç bir maneçilik olmadan yaşaması, onun şərt olaraq göstərdiyi mənzilə hüququnun tanınması halında iddia tələbini qəbul edəcəyi, mənzil ilə bağlı yaşayış hüququn olub-olmaması məsələsini, yəni iddiaçı kompensasiya məbləği irəli sürərək, iddia tələbinin hüquqi əsasını nəzərə alaraq, iddia tələbindən kənara çıxıldığından məhkəmə tərəfindən qiymətləndirilmir. Cavabdeh ailə üzvləri ilə birlikdə işləyib-çalışdığı rayonda yaşadığından, tərəflərin mübahisə etdikləri həmin mənzildə hüququnu tanımaqla cavabdehin etirazı əsaslı deyildir. Cavabdeh uşaqları ilə birlikdə yaşayan ailənin üzvləri olduqlarından məhkəmə, onların digər yaşayış sahəsində də birlikdə yaşayacaqlarını ehtimal edərək, müstəqil qiymətləndiricilərin rəyi 7200 manat məbləğin qanununvericiliyin tələbinə əsasən mütənasiblik, eyni şəratili digər mənzillə köçüb yaşayarkən 3 illik kirayə dəyəri və əlavə xərclərin nəzərə alaraq, məhkəmə tərəfindən 8000 manat kompensasiya məbləğini ağlabatan hesab edir. Məhkəmə, həmçinin nəzərə alır ki, tərəflər arasında mövcud olan münaqişəli vəziyyət bir tərəfdən tərəflərin yaşayış sahəsindən birgə istifadəsini qeyri-mümkün edir, digər tərəfdən mülkiyyətçinin öz əmlakından istədiyi kimi istifadə etmək hüquqlarını əsassız məhdudlaşdırır. Belə bir vəziyyətdə tərəflərin gələcəkdə eyni yaşayış sahəsində yaşaması onların arasındakı mübahisənin daha da dərinləşməsinə səbəb ola bilər. Kompensasiyanın məbləği, üzvləri göstərilən sayda olan bir ailənin oxşar parametrlərə və şəraitə malik mənzildə doqquz-on il (200 x 36 ay = 7200; 8000 : 36 ay = 222) müddətinə kirayə yaşayışının bazar qiymətinə uyğundur. İddiaçı sözügedən əmlakın mülkiyyətçisi kimi onun barəsində öz mülahizəsilə istənilən hərəkətlər etmək, üzərində başqa şəxslərin sahibliyinə yol verməmək, özgəsinin qanunsuz sahibliyindən onu geri tələb etmək hüquqlarına malik olduğundan cavabdehin övladları ilə mənzildən çıxarılmalarına dair tələbində haqlıdır. Həmçinin, məhkəmə hesab ki, sui-istifadə hallarının qarşısının alınması, eləcə də qətnamənin icrası zamanı əngəllərin meydana çıxmasının qarşısının alınması məqsədilə Cavabdeh kompensasiyanın ödənilməsi ilə onun mübahisəli mənzildən istifadə hüququna xitam verilməli, övladları ilə birlikdə mənzildən çıxarılmalıdır. AR MPM-nin 220.6-cı maddəsinə əsasən məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. Beləliklə, məhkəmə hesab ki, iddia tələbi təmin edilməli, Cavabdeh 8000 manat məbləğində kompensasiya ödənilməklə onun və övladları - xx.xx.2021-ci il təvəllüdlü Salahova İnci Rəşad qızı və xx.xx.2023-cü il təvəllüdlü Salahova Nilay Rəşad qızının ünvan 2 ünvanında yerləşən 18 saylı mənzilindən istifadə hüququna xitam verilməklə, mənzildən çıxarılmalıdırlar. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddiaçının dövlət rüsumu ilə bağlı tələbi olmadığından ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Belə ki, AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı X16 tərəfindən Cavabdeh 8000 manat məbləğində kompensasiya ödənilməklə onun və övladları - xx.xx.2021-ci il təvəllüdlü Salahova İnci Rəşad qızı və xx.xx.2023-cü il təvəllüdlü Salahova Nilay Rəşad qızının ünvan 2 ünvanında yerləşən 18 saylı mənzilindən istifadə hüququna xitam verilməklə həmin yaşayış sahəsindən birlikdə çıxarılsınlar. Cavabdeh mənzilə istifadə hüququna xitam verilməklə həmin yaşayış sahəsindən övladları ilə birlikdə çıxarılması eyni vaxtda icra olunsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №e-2(060)-1451/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1451/2025
15.09.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver