Məhkəmə qərarları › İş №e-2(060)-1464/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1464/2025

07.11.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1464/2025 07.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı Cavabdeh qarşı kompensasiya ödəmək yolu ilə mənzildən çıxarılma tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “kompensasiya ödəmək yolu ilə mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən, Cavabdeh və övladları 27 dekabr 2010-cu il təvəllüdlü X3 və 21 oktyabr 2014-cü il təvəllüdlü X4 10000 (on min) manat məbləğində kompensassiya verilməklə, Sumqayıt şəhəri, Çerkassı küçəsi, 49-cu məhəllə, 5-ci keçid (Yaşıldərə deyilən ərazidə yerləşən) ünvanında, Yeni qaydalarla: ünvan 1aşayış evindən istifadə hüququna xitam verilməsi və onların həmin fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi və onların həmin fərdi yaşayış evindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh 07 avqust 2007-ci il tarixdə iddiaçının oğlu mərhum X10 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Tərəflərin birgə nikahından 2 övladı vardır: 27 dekabr 2010-cu il təvəllüdlü X6 və 21 oktyabr 2014-cü il təvəllüdlü X7. Tərəflər nikah münasibətlərinə daxil olduğu gündən qarşılıqlı iddia üzrə İddiaçı məxsus olan Sumqayıt şəhəri, Çerkassı küçəsi, 49-cu məhəllə, 5-ci keçid (Yaşıldərə deyilən ərazidə yerləşən) ünvanında, yeni qaydalarla ünvan 1aşayış evində yaşamışlar. Sözügedən yaşayış evi Sumqayıt şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsi Mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş xx.xx.1973-cü il tarixli 10/29 nömrəli order əsasında İddiaçı verilmişdir. Sözügedən yaşayış evinə dair İddiaçı mülkiyyət hüququnu təsdiq edən xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli Dövlət reyestrindən çıxarış da mövcuddur. İddiaçının oğlu 2020-ci ilin dekabr ayında vəfat etmışdır.İddiaçı oğlunun vəfatından sonra da cavabdehə və onun nəvələrinə sözügedən evdə yaşamalarına icazə vermiş və heç bir maneə yaratmamışdır.Lakin cavabdehin sözügedən yaşayış evində yaşaması iddiaçıya maneə törətməyə başlamışdır. İddiaçı öz mülkiyyətində olan torpaq sahəsinə dair sərbəst sərəncam verə bilmir və mülkiyyətçi kimi hüquqları məhdudlaşır. İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək,məhkəmədən Cavabdeh və övladları 27 dekabr 2010-cu il təvəllüdlü X3 və 21 oktyabr 2014-cü il təvəllüdlü X4 13000 (on üç min) manat məbləğində kompensassiya verilməklə, Sumqayıt şəhəri, Çerkassı küçəsi, 49-cu məhəllə, 5-ci keçid (Yaşıldərə deyilən ərazidə yerləşən) ünvanında, yeni qaydalarla ünvan 1aşayış evindən istifadə hüququna xitam verilməsi və onların həmin fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi və onların həmin fərdi yaşayış evindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilmsəi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı tərəfindən cavabdehə 20000 manat kompnsasiya təklif edilmişdir.Cavabdeh qəbul etməmişdir. Cavabdeh bildirir ki, yaşamağa başqa yeri yoxdur. Heç olmasa 1 otaqlı mənzil alması üçün 25000-30000 manat civarında kompensasiya verilməsi ilə razılaşır. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh Sumqayıt şəhəri, Çerkassı küçəsi, 49-cu məhəllə, 5-ci keçid (Yaşıldərə deyilən ərazidə yerləşən) mənzildən çıxarılmasını xahiş etmişdir.Mənzil iddiaçının mülkiyyətindədir.Cavabdeh çıxarışla bağlı məsələni mübahisələndirmişdir.Birinci instansiya məhkəməsi və apellyasiya məhkəməsi təmin etməmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı Sumqayıt şəhər Məhkəməsinin hesabına məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2024-cü il tarixdə ********** nömrə ilə İddiaçı adına qeydiyyata alınmışdır. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosuna 31 oktyabr 2023-cü il tarixli məktuba cavabdan görünür ki, ünvan 4 ünvanda yerləşən 43 saylı mənzil Sumqayıt Şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsi Mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş xx.xx.1973-cü il tarixli, 10/29 nömrəli orderi əsasında ilkin olaraq xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Sonrakı mərhələdə Sumqayıt şəhəri 3 saylı notariat ofisinin xx.xx.2013-cü il tarixli, 48/234 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirilmiş, xx.xx.2013-cü il tarixli, **********1 qeydiyyat nömrəsi ilə X1 adına qeydiyyata alınaraq dövlət reyestrindən çıxarış verilmişdir. -Məhkəməyə ünvanlanan ərizədən görünür ki, Yaşıldərə, 49-cu məhəllə, Babadağ küçəsində yaşayan qonşuları X9, X2 və X5 bildirmişdirlər ki, Cavabdeh xx.xx.2024-cü il tarixindən etibarən 49-cu məhəllə, Babadağ küçəsi 47/1 ünvanında yaşamır. - "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli hesabatından görünür ki, Sumqayıt şəhəri, Çerkassi küçəsi, 49-cu məhəllə, 5-ci keçid (Yaşıldərə deyilən ərazidə) yeni qaydadalarla Sumqayıt şəhəri,Babadağ küçəsi, giriş 47 ünvanında yerləşən fərdi yaşayış evinin hazırda bazar dəyəri 90 000 manat, aylıq kirayə haqqının dəyəri 300 manat müəyyən edilmişdir. - Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-436/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı Sumqayıt şəhəri,Babadağ küçəsi, giriş 47 ünvanında yerləşən sahəsi 127.70 kv.m olan fərdi yaşayış evi üzərində ½ hissədə payının müəyyən edilməsi tələbinin təmin edilməməsi qət edilmişdir. -Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-436/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı Sumqayıt şəhəri,Babadağ küçəsi, giriş 47 ünvanında yerləşən sahəsi 127.70 kv.m olan fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatının və həmin qeydiyyat əsasında verilmiş reyestr çıxarışının ləğv edilməsi, Sumqayıt şəhəri,Babadağ küçəsi, giriş 47 ünvanında yerləşən sahəsi 127.70 kv.m olan fərdi yaşayış evi üzərində ½ hissədə payının müəyyən edilməsi tələbində cavabdeh İddiaçı mülkiyyəti kimi qeydiyyata alınmış Sumqayıt şəhəri, Çerkassi küçəsi, 49-cu məhəllə, 5-ci keçid (Yaşıldərə deyilən ərazidə) yeni qaydalarla Sumqayıt şəhəri,Babadağ küçəsi, giriş 47 ünvanında yerləşən sahəsi 127.70 kv.m olan fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatının və həmin qeydiyyat əsasında verilmiş reyestr çıxarışının ləğv edilməsi hissəsində xitam verilməsi qərara alınmışdır. - Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1039/2025 saylı, xx.xx.2025-ci il tarixli iddiaçı Cavabdeh İddiaçı qarşı mülki iş üzrə qətnaməsindən görünür ki, apellyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)- 436/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Sumqayıt şəhəri, Çerkassi küçəsi, 49-cu məhəllə, 5-ci keçid (Yaşıldərə deyilən ərazidə) yeni qaydalarla Sumqayıt şəhəri,Babadağ küçəsi, giriş 47 ünvanında yerləşən fərdi yaşayış sahəsinin mülkiyyətçisi Dövlət Reyestrindən verilmiş çıxarışa əsasən iddiaçıdır. İddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış və bu barədə çıxarış verilmişdir. Cavabdeh iddiaçının keçmiş gəlinidir. Cavabdeh iddiaçı tərəfindən təklif olunan 13000 manat kompensasiya məbləği ilə razı deyildir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiət etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikasının mülki qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə hesab edir ki, yaşayış sahəsindən istifadə hüququ ilə bağlı mülkiyyətçi və belə hüquqa malik şəxs arasında yaranmış mübahisələrə də məhz bu prizmadan yanaşılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünü əks etdirir. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə qarşı kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürmək hüququna malikdir və iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 228.2-ci maddəsi təşkil edir. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, hüquq münasibətinin nə vaxt yaranmasından asılı olmayaraq Mülki Məcəlləsinin 228.2-ci maddəsinə istinad etməklə mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan qanunvericilik normalarına əsaslanaraq və onların tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddianın predmetindən, əsaslarından, eləcə də işin faktiki hallarından göründüyü kimi iddiaçı mülkiyyətindəki mənzildən cavabdehin istifadə hüququnu mübahisələndirmədiyindən məhkəmə, sonuncunun belə hüququnun yaranıb-yaranmamasını araşdırmayaraq müvafiq kompensasiyanın məbləğinin ağlabatanlığına qiymət verərək bu nəticəyə gəlir ki, iddia qismən əsaslıdır. Cavabdeh uşaqları ilə birlikdə yaşayan tək ailənin üzvləri olduqlarından məhkəmə, onların digər yaşayış sahəsində də birlikdə yaşayacaqlarını ehtimal edərək, müstəqil qiymətləndiricilərin rəyinə əsasən iddiaçı tərəfindən təklif olunan kompensasiya məbləğini ağlabatan hesab edir. Məhkəmə, həmçinin nəzərə alır ki, tərəflər arasında mövcud olan münaqişəli vəziyyət bir tərəfdən tərəflərin yaşayış sahəsindən birgə istifadəsini qeyri-mümkün edir, digər tərəfdən mülkiyyətçinin öz əmlakından istədiyi kimi istifadə etmək hüquqlarını əsassız məhdudlaşdırır. Belə bir vəziyyətdə tərəflərin gələcəkdə eyni yaşayış sahəsində yaşaması onların arasındakı mübahisənin daha da dərinləşməsinə səbəb ola bilər. Kompensasiyanın məbləği, üzvləri göstərilən sayda olan bir ailənin oxşar parametrlərə və şəraitə malik mənzildə yəni, (300 x 12=3600, 15000 : 3600=0,004) məhkəmə tərəfindən müəyyən edilmiş məbləğ, ağlabatan və ədalətli kompensasiya dəyəri olmaqla, cavabdehin yetkinlik yaşına çatmayan uşaqları ilə birliktə kirayə yaşayışının bazar qiymətinə uyğundur. İddiaçı sözügedən əmlakın mülkiyyətçisi kimi onun barəsində öz mülahizəsilə istənilən hərəkətlər etmək, üzərində başqa şəxslərin sahibliyinə yol verməmək, özgəsinin qanunsuz sahibliyindən onu geri tələb etmək hüquqlarına malik olduğundan cavabdehin övladları ilə mənzildən çıxarılmalarına dair tələbində haqlıdır. Həmçinin, məhkəmə hesab edir ki, sui-istifadə hallarının qarşısının alınması, eləcə də qətnamənin icrası zamanı əngəllərin meydana çıxmasının qarşısının alınması məqsədilə Cavabdeh kompensasiyanın ödənilməsi ilə onun mübahisəli mənzildən istifadə hüququna 15000 manat kompensasiya verilməklə xitam verilməli, övladları ilə birlikdə mənzildən çıxarılmalıdır. AR MPM-nin 220.6-cı maddəsinə əsasən məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 15000 manat məbləğində kompensasiya ödənilməklə onun və övladları - 27 dekabr 2010cu il təvəllüdlü X6 və 21 oktyabr 2014-cü il təvəllüdlü X4 Sumqayıt şəhəri, Çerkassi küçəsi, 49-cu məhəllə, 5-ci keçid (Yaşıldərə deyilən ərazidə) Yeni qaydalarla: Sumqayıt şəhəri,Babadağ küçəsi, giriş 47 ünvanında yerləşən fərdi yaşayış sahəsindən istifadə hüququna xitam verilməklə, mənzildən çıxarılmalıdırlar. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia ərizəsində dövlət rüsumu ilə bağlı tələb olmadığından ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər də – ekspertiza tədqiqatının dəyəri olaraq 200 manat məbləğində pul vəsaiti 100 manat İddiaçı, 100 manatı isə Cavabdeh alınaraq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Belə ki, AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı tərəfindən Cavabdeh 15000 manat məbləğində kompensasiya ödənilməklə onun və övladları - 27 dekabr 2010-cu il təvəllüdlü X6 və 21 oktyabr 2014-cü il təvəllüdlü X4 Sumqayıt şəhəri, Çerkassi küçəsi, 49-cu məhəllə, 5-ci keçid (Yaşıldərə deyilən ərazidə) Yeni qaydalarla: ünvan 1aşayış sahəsinə istifadə hüququna xitam verilməklə həmin yaşayış sahəsindən birlikdə çıxarılsınlar. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Cavabdeh mənzilə istifadə hüququna xitam verilməklə həmin yaşayış sahəsindən övladları ilə birlikdə çıxarılması eyni vaxtda icra olunsun. İddiaçı ekspertiza tədqiqatının dəyəri qismində 100 (bir yüz) manat, Cavabdeh isə 100 (bir yüz) manat tutularaq "xxxx" MMC-nin (H/h:AZ66AİİB********************, Kapital Bank ASC-nin Nərimanov filialı, KOD 200093, icraçının VÖENi **********, S.W.İ.F.T AİİBAZ2X, VÖEN **********, Hesab AZ37NABZ********************) hesabına keçirilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar