Məhkəmə qərarları › İş №e-2(060)-1484/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-1484/2025

02.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-1484/2025 02.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 20.000 manat məbləğində pulun və tərəfindən ödənilmiş 150 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili X1 tərəfindən məhkəməyə ərizə təqdim edilərək işə onların iştirakı olmadan baxılması və cavabdehlə aralarında bağlanılmış barışıq sazişinin təsdiq olunması barədə qərardad qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Cavabdeh məhkəməyə ərizə göndərərək, işə onun iştirakı olmadan baxılmasını və aralarında xx.xx.2025-ci il tarixdə bağlanmış barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barışıq sazişinin şərtlərini nəzərdən keçirərək hesab edir ki, barışıq sazişi təsdiq edilməlidir. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin şərtlərinə əsasən iddiaçı iddia tələbinin həcmini 20000 (iyirmi min) manat məbləğindən azaldaraq 18000 (on səkkiz min) manat həddində müəyyən edir; Cavabdeh 18000 (on səkkiz min) manat məbləğində iddianı qəbul edir; Tərəflər razılığa gəlirlər ki, 2025-ci ilin aprel ayından başlayaraq hər ayın 15-i cavabdeh iddiaçıya 200 (iki yüz) manat ödəməklə 18000 (on səkkiz min) manat məbləğində borcu tam ödəyəcəkdir; Hər iki tərəf öz öhdəsinə götürür ki, gələcəkdə barışıq sazişinin şərtlərini vicdanla yerinə yetirəcəklər və bununla bağlı bir-birlərinə qarşı heç bir iddiaları olmayacaq; Gələcəkdə hər hansı bir tərəf barışıq sazişinin şərtlərini icra etməzsə tərəflər barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilərlər; Bu saziş 3 (üç) nüsxədə tərtib olunur, bir nüsxəsi məhkəməyə təqdim olunur, digər nüsxələri isə, tərəflərin özlərində saxlanılır; Bu saziş məhkəmə tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minir və onun icrası tərəflər üçün məcburidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Qeyd olunan Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən mülki işin icraatına xitam verilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2, 261-262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2025-ci tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:

1. İddiaçı iddia tələbinin həcmini 20000 (iyirmi min) manat məbləğindən azaldaraq 18000 (on səkkiz min) manat həddində müəyyən edir;

2. Cavabdeh 18000 (on səkkiz min) manat məbləğində iddianı qəbul edir;

3. Tərəflər razılığa gəlirlər ki, 2025-ci ilin aprel ayından başlayaraq hər ayın 15-i cavabdeh iddiaçıya 200 (iki yüz) manat ödəməklə 18000 (on səkkiz min) manat məbləğində borcu tam ödəyəcəkdir;

4. Hər iki tərəf öz öhdəsinə götürür ki, gələcəkdə barışıq sazişinin şərtlərini vicdanla yerinə yetirəcəklə və bununla bağlı bir-birlərinə qarşı heç bir iddiaları olmayacaq;

5. Gələcəkdə hər hansı bir tərəf barışıq sazişinin şərtlərini icra etməzsə, tərəflər barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilərlər;

6. Bu saziş 3 (üç) nüsxədə tərtib olunur, bir nüsxəsi məhkəməyə təqdim olunur, digər nüsxələri isə, tərəflərin özlərində saxlanılır;

7. Bu saziş məhkəmə tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minir və onun icrası tərəflər üçün məcburidir. İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə bağlı mülki işin icraatına xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəf 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verə bilər.

Hakim: Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar