Məhkəmə qərarları › İş №e-2(060)-1592/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1592/2023

23.06.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1592/2023 23.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X13 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdeh müstəqil tələb irəli sürməyən Azərbaycan Respublikası Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsinin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsi və Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı «əmrin ləğv edilməsi, itirilmiş ğünlərə ğörə ödənilməyən əmək haqqının ödənilməsi və işə bərpa tələbinə» dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçının nümayəndəsi Vəkil iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı xx.xx.2022 il tarixli ərizəsinin etibarsız hesab edilməsi, Abşeron-Xızı Regional Təhsil İdarəsinin işdən azad olunmağı barədə 108 №-li, xx.xx.2022-ci il tarixli əmrin ləğv edilməsi, itirilmiş günlərə görə ödənilməyən əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1592/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsini əsl Cavabdeh ilə əvəz edilmiş və Azərbaycan Respublikası Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsini isə üçüncü şəxs qismində cəlb edilmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2004-cü ildə 63 №li körpələr evində tərbiyəçi təyin olunmuşdur. Lakin xx.xx.2022-ci ildə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə cavabdeh tərəfindən xitam verilmişdir. (Əmr № 108 xx.xx.2022-ci il). İddiaçı, cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 108 saylı əmrlə razılaşmır. Beləki, iddiaçı əmək müqaviləsi ilə üzərinə düşən əmək funksiyalarını tam icra etmişdir. İş zamanı əmək vəzifələrini pozmamışdır. Belə ki, ünvan 1 ünvanında azyaşlı nəvəsi ilə birlikdə yaşayır. Ona bağırsaqda xroniki bron diaqnozu qoyulmuşdur. Hazırda da müalicə alır, 3 ayda bir dəfə xəstəxanada müalicə olunur. 2004-cü ildən 24 oktyabr 2022-ci il tarixədək Sumqayıt şəhəri, 18-ci mkr ərazisində yerləşən 63 saylı uşaq bağçasında tərbiyəçi işləmişdir. Təxminən bir il əvvəl Nigar Rzayeva 63 saylı uşaq bağçasına müdr təyin edilmişdir. Həmin vaxtdan etibarən onunla birlikdə digər işçilərlə yola getmir. İddiaçı xəstəliyi ilə əlaqədar müəyyən vaxtlarda bülletendən istifadə edirdi. Bununla bağlı dəfələrlə aralarında problemlər yaranmışdır. 2022-ci ilin may ayında onun bağçanın keçmiş müdri ilə danışığı olduğuna görə onunla mübahisə etmişdir. Onun mobil telefonunu əlindən alıb baxmışdır. Həmin vaxt halı pisləşmiş, təcili tibbi yardım çağırmışdır. İddiaçı həmin vaxt X17 Təhsil İdarəsinə şikayət etmiş, lakin sonra onunla barışmışdır. 18 oktyabr 2022-ci il tarixdə o, bağçada işləyərkən azyaşlı uşaqlardan biri digərinin qolunu dişlədiyinə görə qeyri-ixtiyari olaraq dişləyən uşağı əli ilə yavaşca vurub digər uşağı dişləməməsini demişdir. Uşaq heç bir zədə almamış, onu ciddi şəkildə incitməmişdir. Uşağın valideyninin də məlumatı olmuş, ondan narazılıq etməmişdir. Əksinə onların digər iki uşağını da onun tərbiyə etdiyini deyib razılıqlarını bildirmişlər. Buna baxmayaraq 19 oktyabr 2011-ci il tarixdə Nigar Rzayeva bağçada quraşdırılmış kamera vasitəsilə iddiaçının həmin uşağı vurduğunu görüb həmin tarixdə şiddətli töhmət vermişdir. 24 oktyabr 2022-ci il tarixdə isə bağçada iclas keçirilmişdir. İclasa Abşeron-Xızı Regional Təhsil İdarəsinin işçisi Rövşən müəllim də gəlmişdir. Rövşən müəllim iddiaçını iclasda ayağa qaldırıb həmin uşağı vurduğuna görə onu kobud şəkildə danlamış, və ona bağçanı tərk etməyini onun kimi tərbiyəçi ilə işləmək istəmədiklərini bildirmişdir. İddiaçı bu hadisədən çox pis olmuşdur. Saat 11 radələrində iddiaçını bağçadan çıxarmışlar evə gedib ağlamağa başlamışdır. İddiaçıya qarşı göstərilən haqsız münasibətə görə əsabiləşərək yaşadığı evdə olan 60-a yaxın dərman həblərini qəbul etmişdir. Dərmanları qəbul etdikdən sonra halı pisləşmiş bundan sonra təcili tibbi yardım çağırmışdır. Ayılanda Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasında olmuşdur. 24 oktyabr 2022-ci il tarixdə axşam saatlarında səhhəti yaxşılaşdığı üçün Sumqayıt şəhər Təcili tibbi yardım xəstəxanasında evə buraxılmışdır. 26.oktyabr 2022-ci il tarixdə qızı Aytən Daşdərmirova əmək kitabçasını götürmək üçün bağçaya getmişdir. Nigar Rzayeva iddiaçının qızı Aytənə demişdir ki, əmək kitabçasını götürmək üçün iddiaçı bağçaya gedib ərizə yazmalıdır. O, 26 oktyabr 2022-ci il tarixdə bağçaya getmiş, metodist Vəfa Seyidzadə ona xəstəliyi ilə bağlı öz arzusu ilə işdən çıxmaq istədiyi barədə ərizə yazdırmışdır. O, da ərizəsinin tarixini xx.xx.2022-ci il olaraq qeyd etmişdir. Bundan sonra əmək kitabçası ona verilmişdir. Qızı Aytən əmək kitabçasını götürmək üçün bağçaya gedəndə iddiaçının əmək kitabçasına Əmək Məcəlləsinin 70Ç bəndinə əsasən işdən çıxarılmağı qeyd edilmişdir. Qızı buna etiraz edəndə isə onun bağçaya gedib ərizə yazmağını Nigar Rzayeva qızına demişdir. İddiaçı da “70”ç bəndi ilə işdən azad olunmamağı üçün ərizə yazıb xəstəliklə bağlı işdən azad olunmağını xahiş etmişdir. Əmək kitabçasında “70” ç bəndinin etibarsız olması ilə bağlı qeydiyyat aparılmışdır. Bundan başqa Nigar Rzayeva onun bağçada işləməyinə icazə verməmişdir. Uzun müddət əvvəldən ona qarşı qərəzli hərəkətlər etmişdir. İşlədiyi dövrdə iddiaçı heç vaxt bir gün belə işdən səbəbsiz qalmamışdır. Əksinə hər gün saat 7:30-dan axşam saat 19:00-dək (hətta 21:00-dək) işdə olmuşdur. Hər zaman subardinasiyaya böyük önəm vermişdir. Buradan da aydın görünür ki, rəhbərlik bütün bu qanunsuzluqları qərəzli şəkildə etmişdir. Onu işdən çıxartmaq üçün ərizə yazmağa məcbur etmişdir. xx.xx.2019-cu il tarixli “Mediasiya haqqında” AR Qanununa əsasən, vətəndaşlar kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında məcburi şəkildə iştirak etməlidirlər. Həmin qanun tam olaraq xx.xx.2021-ci il tarixdən qüvvəyə minmişdir. İddiaçının nümayəndəsi Vəkil eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə cavabdehlər Cavabdeh və Sumqayıt şəhər İcra Hakimiyyəti qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən məhkəmə cavabdehlərin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə müstəqil tələb irəli sürməyən Azərbaycan Respublikası Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsinin nümayəndəsi F.Q.Axundova iddia tələbinin təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Sumqayıt Şəhər Prokurorluğunun İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, 24 oktyabr 2022-ci il tarixdə yaşadığı evdə çoxsaylı dərman həbləri qəbul edərək özünüzü öldürməyə cəhd etməsi faktı üzrə Sumqayıt şəhər prokurorluğunda tərəfindən araşdırma aparılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, 24 oktyabr 2022-ci il tarixdə tərbiyəçi işlədiyi Cavabdehndan işdən azad edilməyi səbəbindən yaşadığı evdə çoxsaylı dərman həbləri qəbul edərək özünü öldürməyə cəhd etmişdir. Həmçinin, Cavabdeh müdiri X5 həmin bağçanın baş tərbiyəçisi X6 və gözətçisi X3 vasitəsilə bağçanın işçilərindən qanunsuz olaraq pul toplamaq, işçilərin vəzifə ştat vahidlərini artırması və onlara əlavə dərs saatları yazması nəticəsində onlann əmək haqlarının verildiyi bank kartlarına köçürülən əlavə pul vəsaitlərini onlardan almaqla mənimsəməsi araşdırma zamanı öz təsdiqini tapmamışdır. Özünü öldürməyə cəhd etməyiniz faktında cinayət tərkibi olmadığından və X10, X7 və X3 əməllərində cinayət tərkibi olmadığından 15 noyabr 2022-ci il tarixli qərarımla Azərbaycan Respublikası CPMnin 39.1.2-ci maddəsinə əsasən həmin fakt üzrə və X10, X6 və X3 barəsində cinayət işinin başlanması rədd edilmişdir. İşə əlavə olan №0403641 saylı, xx.xx.2004-cü il tarixli əmək kitabçasının surətindən görünür ki, X4 xx.xx.2004-cü il tarixli, 27 nömrəli əmrinə əsasən Sumqayıt Şəhər Təhsil şöbəsi 63 №-li körpələr evi uşaq bağçasına tərbiyəçi təyin edilmiş və xx.xx.2022-ci il tarixli, 108 №-li əmri ilə AR ƏM-nin 69-cu maddəsinin 3-cü hissəsi ilə (öz xahişi ilə) işdən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan Sumqayıt şəhər 63 saylı K/E, U/B-nın tərbiyəçisi İddiaçı xx.xx.2022-ci il tarixli ərizəsinin surətindən görünür ki, o, səhhətində olan problemlərlə bağlı xx.xx.2022-ci il tarixindən tutduğu vəzifədən azad edilməsini xahiş etmiş və ona hüquqlarının aydın olduğunu və işə yenidən bərpa olunması barədə qətiyyən fikrinin olmadığını və onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən xiatm verilməsini xahiş etmişdir. İşdə olan Cavabdeh 108 nömrəli, xx.xx.2022-ci il tarixli əmrinin surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikası ƏM-nin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən xitam verilmişdir. İş materiallarında olan Cavabdeh müdri N.R.Rzayevanın iddia müddətinin tətbiqi barəsində ərizəsindən görünür ki, İddiaçı Əlibaba qızı xx.xx.2022-ci il tarixli ərizəsi əsasında xx.xx.2022-ci il tarixli əmr ilə əmək münasibətlərinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsinə dair əmr xx.xx.2022-ci il tarixdə qəbul edilmiş, iddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmiş və bununla iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə uyğun olaraq əmək münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Əmək münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023cü il tarixli arayışdan görünür ki, İddiaçı Sumqayıt 1 saylı Mediasiya Təşkilatının mediatoru X1 xx.xx.2023-cü il tarixdə təşkil etdiyi ilkin mediasiya sessiyasında iştirak etmişdir. Cavabdeh həmin ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə poçt vasitəsi ilə məlumatlandırılsa da, sessiyada iştirak etməmişdir. X12 üçün 50 (əlli) manat məbləğində mediasiya xərcini birinci tərəf İddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsinə, yəni şəxsi ərizə əsasında qeyd edilən tarixdən tutduğu vəzifədən azad edilərək, onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. İddiaçı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət edərək, müvafiq əmrin ləğv edilməsi və işə bərpa olunmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 4-cü hissəsinə görə əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinə əsasən: Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. On beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş şəxslə əmək müqaviləsi bağlanıla bilməz. Tam fəaliyyət qabiliyyəti olmayan şəxs işəgötürən ola bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən, əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydaları: -işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər; -ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqqhesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur; -işçi yaşa, əlilliyə görə təqaüdə çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər; -əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur; -işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir; -işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Göründüyü kimi iddiaçının əmək müqaviləsinə xitam verilərkən hər hansı qanun pozuntusuna yol verilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində ğöstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahihəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi ğündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Eyni zamanda iddiaçı iddia müddətini ötürmüşdür. Belə ki, əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2022-ci il tarixdə qəbul edilmiş, iddiaçı əmək kitabçasını xx.xx.2022ci il tarixdı almış və xx.xx.2023-cü il tarixdə Mediasiya təşkilatına müraciət etmiş və bununla da iddia müddətini ötürmüşdür. Qeyd edilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, iddiaçının barəsində verilmiş əmrin qanunsuzluğuna dair irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı və əsassız sayıldığı üçün digər, yəni, işə bərpa edilmə və s. tələblərinə də hüquqi qiymət verilməsinə zərurət yoxdur. Belə ki, iddiaçı özü könüllü olaraq ərizə ilə müraciət edərək öza xahişi əsasında işdən azad edilmiş və ARƏM-nin 69-cu maddəsinin 4-cü və 5-ci bəndlərinin tələbləri izah edilmişdir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Konstitusiya Məhkəməsi Plenumunun İ.Ağayevin şikayəti üzrə 22 yanvar 2013-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmələr səlahiyyətləri çərçivəsində qanuna uyğun, dəqiq, hər hansı üstünlüyə, ayrı-seçkiliyə və ya qərəzliliyə yol vermədən, tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinə əməl etməklə, işlərə hərtərəfli baxaraq hər kəsin ədalətli məhkəmə araşdırılması hüququnu təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Dövlətin insan hüquqlarının və azadlıqlarının qorunması vəzifəsinin konstitusiya quruluşunun əsaslarına aid olduğunu və bu hüquqların dövlət tərəfindən, o cümlədən, məhkəmə qaydasında müdafiəsini zəruri edir… Məhkəmə müdafiəsi beynəlxalq hüquqda müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 440.4-cü və «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikası Qanununun 74.1-ci maddələrinə dair» xx.xx.2002-ci il taixli qərarı) Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia əsassız olduğu üçün rədd edilməlidirlər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı cavabdehlər Sumqayıt şəhər 63 nömrəli körpələr-evi uşaq bağçasına və Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı «əmrin ləğv edilməsi, itirilmiş ğünlərə ğörə ödənilməyən əmək haqqının ödənilməsi və işə bərpa tələbinə dair» iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar