Məhkəmə qərarları › İş №e-2(060)-163/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-163/2023

22.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-163/2023 22.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə3, Cavabdeh2, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı ASC-nin (ləğv prosesindədir) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 29844,81 (iyirmi doqquz min səkkiz yüz qırx dörd manat 81 qəpik) manat əsas, 33514,97 (otuz üç min beş yüz on dörd manat 97 qəpik) manat faiz, 32313,40 (otuz iki min üç yüz on üç manat 40 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 3809,70 (üç min səkkiz yüz doqquz manat 70 qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 388,45 (üç yüz səksən səkkiz manat 45 qəpik) manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 (qırx) manat rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan Sumqayıt şəhəri, 17-ci mikrorayon, 51A nömrəli binada yerləşən 49 saylı mənzilə yönəlməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, - satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutulması, - ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin mənzilin boşaldılaraq, ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsinə dair qətnamə çıxarılmasını etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Yasamal filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 31072014/112523 saylı Əsas Kredit müqaviləsinin tərkib hissəsi sayılan xx.xx.2015-ci il tarixli 29102015/112523 saylı Əlavə Kredit müqaviləsinə əsasən cavabdehə 48 (qırx səkkiz) ay müddətinə illik 23 (iyirmi üç) faiz dərəcəsi ilə 34735 (otuz dörd min yeddi yüz otuz beş) AZN məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 və Cavabdeh3 ilə Bank arasında xx.xx.2015-ci il tarixli Zaminlik müqavilələri bağlanmışdır. Bu müqavilənin 2.2-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2014-cü il tarixli RX seriyalı ******* nömrəli Çıxarışına əsasən tam mülkiyyət hüququ üzrəCavabdeh2məxsus olan Sumqayıt şəhəri, 17-ci mikrorayon, 51A nömrəli binada yerləşən 49 saylı mənzil ipotekaya qoyulmuşdur. Mənzilin ipoteka qoyulması barədə Bank ilə borcalan Cavabdeh1 və ipotekaqoyan Cavabdeh2 arasında xx.xx.2014 tarixli İpoteka Müqaviləsi imzalanmışdır. Bu razılaşma Dövlət notariat kontoru tərəfindən təsdiq edildikdən məzilin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2014 tarixli RX seriyalı ******* nömrəli Çıxarış verilmişdir. Kredit müqaviləsinin 3.5-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 4.1.5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, xx.xx.2021 tarixli **********492 saylı bildirişin göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdirlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. 17 may 2022-ci il tarixinə Cavabdeh1 kredit üzrə cəmi borcu 99482,88 (doxsan doqquz min dörd yüz səksən iki manat 88 qəpik) manat təşkil edir. Bundan 29844,81 (iyirmi doqquz min səkkiz yüz qırx dörd manat 81 qəpik) manat əsas, 33514,97 (otuz üç min beş yüz on dörd manat 97 qəpik) manat faiz, 32313,40 (otuz iki min üç yüz on üç manat 40 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 3809,70 (üç min səkkiz yüz doqquz manat 70 qəpik) manat faiz borcu təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə3 iddia tələbini müdafiə etdi, iddia ərizəsində qeyd olunanları təsdiq etdi. İddia tələbinin təmin olunması barədə qətnamə qət edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbini qismən qəbul edərək bildirdi ki, ödənişdən yayınmırlar, sadəcə faiz borcu ilə razı deyildirlər. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etmədi. Digər Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Yasamal filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 31072014/112523 saylı Əsas Kredit müqaviləsinin tərkib hissəsi sayılan xx.xx.2015-ci il tarixli 29102015/112523 saylı Əlavə Kredit müqaviləsindən görünür ki, cavabdehə 48 (qırx səkkiz) ay müddətinə illik 23 (iyirmi üç) faiz dərəcəsi ilə 34735 (otuz dörd min yeddi yüz otuz beş) AZN məbləğində kredit verilmişdir. İş materiallarında olan Cavabdeh2 və Cavabdeh3 ilə Bank arasında xx.xx.2015-ci il tarixli Zaminlik müqavilələrindən görünür ki, zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. İş materiallarında olan xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2014-cü il tarixli RX seriyalı ******* nömrəli Çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh2məxsus olan Sumqayıt şəhəri, 17-ci mikrorayon, 51A nömrəli binada yerləşən 49 saylı mənzil ipotekaya qoyulmuşdur. İş materiallarında olan 27 may 2022-ci il tarixli maliyyə arayışından görünür ki, 17 may 2022-ci il tarixinə Cavabdeh1 kredit üzrə cəmi borcu 99482,88 (doxsan doqquz min dörd yüz səksən iki manat 88 qəpik) manat təşkil edir. Bundan 29844,81 (iyirmi doqquz min səkkiz yüz qırx dörd manat 81 qəpik) manat əsas, 33514,97 (otuz üç min beş yüz on dörd manat 97 qəpik) manat faiz, 32313,40 (otuz iki min üç yüz on üç manat 40 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 3809,70 (üç min səkkiz yüz doqquz manat 70 qəpik) manat faiz borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Cavabdeh2 məxsus olan Sumqayıt şəhəri, 17-ci mikrorayon, 51A nömrəli binada yerləşən 49 saylı mənzil LPO İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan bildiriş məktubundan görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ipoteka predmetinə tutmanın yönəldilməsi üçün xəbərdar edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli rəydən görünür ki, Sumqayıt şəhəri, 17-ci mikrorayon, 51A nömrəli binada yerləşən 49 saylı mənzilin likvid qiyməti 65000 manat müəyyən edilmişdir. Aparılmış qiymətləndirmənin dəyəri 200 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/7609 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan cari hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 29102015/112523 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı ASC-yə olan borcu xx.xx.2022-ci il tarixinə əsas borc üzrə 29844,81 manat, faiz borcu üzrə 26565,71 manat müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/1220 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan cari hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 29102015/112523 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı ASC-yə olan borcu xx.xx.2019-cu il tarixinə əsas borc üzrə 29844,81 manat, faiz borcu üzrə 22760,50 manat, xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək 5%-lə hesablanmş faiz borcu 4265,32 manat müəyyən edilir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli rəydən görünür ki, Sumqayıt şəhəri, 17-ci mikrorayon, 51A nömrəli binada yerləşən 49 saylı mənzilin likvid qiyməti 75000 manat müəyyən edilmişdir. Aparılmış qiymətləndirmənin dəyəri 200 manat təşkil edir. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun: 39.1-ci maddəsində göstərilir ki, ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 34.1.3-cü maddəsinə əsasən ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli 01 saylı Qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Yasamal filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 31072014/112523 saylı Əsas Kredit müqaviləsinin tərkib hissəsi sayılan xx.xx.2015-ci il tarixli 29102015/112523 saylı Əlavə Kredit müqaviləsinə əsasən cavabdehə 48 (qırx səkkiz) ay müddətinə illik 23 (iyirmi üç) faiz dərəcəsi ilə 34735 (otuz dörd min yeddi yüz otuz beş) AZN məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 və Cavabdeh3 ilə Bank arasında xx.xx.2015-ci il tarixli Zaminlik müqavilələri bağlanmışdır. Bu müqavilənin 2.2-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2014-cü il tarixli RX seriyalı ******* nömrəli Çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan Sumqayıt şəhəri, 17-ci mikrorayon, 51A nömrəli binada yerləşən 49 saylı mənzil ipotekaya qoyulmuşdur. Mənzilin ipoteka qoyulması barədə Bank ilə borcalan Cavabdeh1 və ipotekaqoyan Cavabdeh2 arasında xx.xx.2014 tarixli İpoteka Müqaviləsi imzalanmışdır. Bu razılaşma Dövlət notariat kontoru tərəfindən təsdiq edildikdən məzilin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2014 tarixli RX seriyalı ******* nömrəli Çıxarış verilmişdir. Kredit müqaviləsinin 3.5-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 4.1.5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, xx.xx.2021 tarixli **********492 saylı bildirişin göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 470.1-ci maddəsinin tələbinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa kreditor qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə zaminlər Cavabdeh2 və Cavabdeh3 münasibətdə hesab edir ki, zaminlik müqaviləsində nəzərdə tutulmuş müddət ərzində iddiaçının onlara qarşı tələbi olmadığı üçün zaminliyə xitam verilməlidir. Həmin Məcəllənin 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Mülki iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının nəticəsindən göründüyü kimi, Cavabdeh1 İddiaçı ASC-yə olan borcu xx.xx.2019-cu il tarixinə əsas borc üzrə 29844,81 manat, faiz borcu üzrə 22760,50 manat, xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək 5%-lə hesablanmş faiz borcu 4265,32 manat müəyyən edilmişdir. Ekspert rəyində Cavabdeh1 İddiaçı ASC-yə xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək 5%-lə hesablanmş faiz borcu 4265,32 manat müəyyən edilsə də belə, iddia tələbində 3809,70 manat tələb edilmişdir. Məhkəmə iddia tələbində qeyd olunan xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək 5%-lə hesablanmış faiz borcunun 3809,70 manat olmasını məqsədəuyğun hesab edir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 29844,81 (iyirmi doqquz min səkkiz yüz qırx dörd manat 81 qəpik) manat əsas, 22760,5 (iyirmi iki min yeddi yüz altmış manat 50 qəpik) manat faiz, 500 (beş yüz) manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 3809,70 (üç min səkkiz yüz doqquz manat 70 qəpik) manat faiz borcu, ümumilikdə 56715,01 manat tutularaq LPO İddiaçı ASC-yə ödənilməli, tutma ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan Sumqayıt şəhəri, 17-ci mikrorayon, 51A nömrəli binada yerləşən 49 saylı mənzilə yönəldilməli, həmin mənzilin ilkin satış qiyməti 75000 manat müəyyən edilməli, əmlak açıq hərracda satılmalı, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin mənzil boşaldılmalıdır. İddia tələbinin mənzilin boşaldıldıqdan sonra banka təhvil verilməsi hissəsi rədd edilməlidir. Belə ki, hazırki qətnamə ilə ipoteka predmetinə yönəlməli olan borc tutulduqdan, tutma ipoteka ilə yüklü edilmiş əmlaka yönəldikdən, həmin əmlak açıq hərracda satıldıqdan sonra mənzilin kimə təhvil verilməsini müəyyən etmək hazırda mümkün deyil. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 42.5-ci maddəsinə əsasən - Ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayılır. Qanunun bu norması onu qeyd edir ki, hərraca çıxarılmış əmlak ilkin satış qiymətindəndə yüksək qiymətə satıla bilər, ona görədə hazırda əmlakın alıcı tərəfindən hansı qiymətə əldə ediləcəyidə qeyri müəyyəndir. Buna görə də iddia tələbinin ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tmüştərək qaydautulması hissəsi, zaminlər hissədə zaminliyə xitam verildiyi üçün, borcalan hissəsində isə əmlakın hansı qiymətə satılacağı qeyri müəyyən olduğundan təmin edilə bilməz. İddia tələbindən göründüyü kimi cavabdehdən eyni zamanda hesablanmış 32313,40 manat məbləğində dəbbə pulunun tutulması tələb olunur. Məhkəmə, işin hallarını nəzərə alaraq hesab edir ki, dəbbə pulu tənasübsüz surətdə yüksək miqdarda müəyyən edilmişdir və tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 500 manat məbləğində dəbbə pulunun tutulması tərəflərin maraqlarına uyğun hesab edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə də qismən təmin edilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddianın qiyməti 10000 manatdan 100000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 %-i qədər olmalıdır. Hazırda cavabdehdən tutulan borcun məbləği 56715,01 manat olduğundan, Cavabdeh1 ödənilmiş 260,15 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat rüsumun əvəzi tutularaq iddiaçıya ödənilməli, ödənilmiş 128,3 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Həmçinin ipoteka predmeti olan mənzilin qiymətləndirilməsi ilə bağlı olan 200 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" MMC-nə ödənilməlidir. Bundan başqa ipoteka predmeti olan mənzilin qiymətləndirilməsi ilə bağlı olan 200 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" MMCnə ödənilməlidir. Mülki iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan ümumilikdə 100 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq X1 (Müxbir hesab: AZ41NABZ********************, kod: 210005,VÖEN:**********) ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 9.3-cü bəndinə əsasən Pul vəsaitlərinin tutulması haqqında iddia təmin edilərkən, qətnamədə əsas borc, ziyan, dəbbə pulu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən edilməli, həm də alınmalı olan ümumi məbləğ hesablanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cu maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 29844,81 (iyirmi doqquz min səkkiz yüz qırx dörd manat 81 qəpik) manat əsas borc, 22760,5 (iyirmi iki min yeddi yüz altmış manat 50 qəpik) manat faiz borcu, 500 (beş yüz) manat cərimə borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 3809,70 (üç min səkkiz yüz doqquz manat 70 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 56715,01 manat borc tutularaq LPO İddiaçı ASC-yə ödənilsin. Tutma ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan Sumqayıt şəhəri, 17-ci mikrorayon, 51A nömrəli binada yerləşən 49 saylı mənzilə yönəldilsin. Sumqayıt şəhəri, 17-ci mikrorayon, 51A nömrəli binada yerləşən 49 saylı mənzilin ilkin satış qiyməti likvid olaraq 75000 (yetmiş beş min) manat müəyyən edilsin, həmin əmlak açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə yönəlsin. İpoteka predmeti olan əmlaka tutma yönəldikdən və əmlak satıldıqdan sonra həmin mənzil boşaldılsın. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq ödənilmiş 260,15 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat rüsumun əvəzi tutularaq iddiaçıya ödənilsin. Ödənilmiş 128,3 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. İpoteka predmeti olan mənzilin qiymətləndirilməsi ilə bağlı olan 200 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" MMC-nə (Müxbir hesab: AZ37NABZ********************, kod: 200093, VÖEN: **********) ödənilsin. İpoteka predmeti olan mənzilin qiymətləndirilməsi ilə bağlı olan 200 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" MMC-nə (Müxbir hesab: AZ37NABZ********************, kod: 200093, VÖEN: **********) ödənilsin. Mülki iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan ümumilikdə 100 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq X1 (Müxbir hesab: AZ41NABZ********************, kod: 210005,VÖEN:**********) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar